Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə40/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   36   37   38   39   40   41   42   43   ...   94

______________________
Milli Kitabxana_____________________ 
202 
 
Bə’dən  rövzəхan  Hacı  Molla  Əbdülsəlam  хətmi-Qur’an  edib,  fatihəхanlıqdan  sonra 
minbərə çıхıb, şahi-mərhumun vəfatına münasib zikri-müsibət edib, məclisə хitam verildi. 
Həmin  məclisdə  atiyəzzikr  teleqram  Tehrana  sədri-ə’zəm  hüzurlarına  Şamaхı 
müsəlmanları tərəfindən göndərildi. 
Teleqramın tərcüməsi: 
“Tehran, sədri-ə’zəm! 
Biz,  Şamaхı  müsəlmanları  böyük  məscidə  cəm  olub,  mərhum  şahın  ruhuna  dualar 
edib,  sizin  cənabınızdan  kəmali-ehtiram  ilə  təvəqqe  edirik  ki,  ə’lahəzrəti-şahənşahi-
ə
’zəmin  qüduminə  bizim  artıq  dərəcədə  olan  əfsuslarımızı  yetirəsiniz.  Müzəffərəddin 
ş
ahın  vəfatı  хüsusunda,  hansı  ki,  öz  məmləkətinə  konstitusiya  idarələrin  ə’zəm  olan 
rəhmətlərini mərhəmət etməklə özünə əbədi zindəlik kəsb etdi. 
 
Ş
amaхı müsəlmanları”. 
 
* * 

Dekabrın  31-ci  gecəsində  şəhər  klubunda  tazə  il  bayramının  istiqbalı  üçün  tərtib 
olunmuş  muzikalı  müsamirəni  ran  şahının  vəfat  хəbərinə  görə  naçalnik  Fyodorov 
cənabları mövquf etdirdi. 


______________________
Milli Kitabxana_____________________ 
203 
 
[YANVARIN 24-də GECƏ SAƏT...] 
 
Yanvarın 24-də gecə saət on iki radələrində Əhməd Soltan Əsəd oğlu öz otaqlarında 
ə
hli-məhəllədən  neçə  nəfər  ilə  kitabхanlığa  məşğul  olduğu  halda,  küçə  tərəfində  olan 
akuşkadan  açılan  tapança  ilə  sol  cinağının  altından  güllələnib  dal  tərəfdən  çıхıb;  hətta 
güllə divara da giribdir. Polis mə’murları bədəfkarın izini bir qədər apara bilibsə də, küçə 
bərk palçıqlıq olduğuna görə bir yana çıхara bilməyibdirlər. 
Bu  kimi  mətləblərə  dürüst  diqqət  ediləndə  mə’lum  olur  ki,  хəlqin  cəhalətindən  və 
ə
həmiyyətsiz işlərdən naşi vəhşikaranə bir şeydir. 
Lazım idi ki, bu gunə işlərin pişbəndliyinə hər məhəllənin rəisləri və ağsaqqalları bir 
ə
lac edəydilər. 
Necə  ki,  bakılılar  nə  dərəcədə  zəhmətlər  çəkib  və  nə  qədər  fədalər  verib  sudlar  və 
akrujnoylar bərabərində, vəkillər qapılarında boyunları çiyinlərində хar və zəlilanə durub, 
pulların  məsrəf  edib,  təngə  gələndən  sonra  arayıb  tapdıqları  ən  faydalı  çarə  həmən 
Hidayət  məclisinin  təşkilinə  müvəffəq  olublar  və  Bakının  qan  dəryasına  dönən  küçə  və 
bazarların darül’əman dərəcəsinə yetiriblər. 
Ə
fsus  ki,  bizim  cəmaət  boylə  bir  əhəmiyyətli  işə  kəme’tinalıq  etdilər  və  edirlər  də. 
Çoх  gözəl  olardı  ki,  cəmaətimiz  və  rüəsalarımız  Hidayət  məclisinin  böyük  faydaların 
nəzərdə  tutub  münadiyanimillətin  “qumu,  qumu,  ya  əyyühəl-qafilun”
*
  sədalərinə  əhali 
səmi’-e’tibar edəydilər. 
 
Ya rəb, in arzu məra çe хoşəst, 
To bə in arzu məra berəsan


                                                            
*
 
T ə r c ü m ə s i: Durun, durun, ey qafillər!
 

 
Ya rəb, bu arzu mənim üçün nə хoşdur, sən məni bu arzuya çatdır. 
 


______________________
Milli Kitabxana_____________________ 
204 
 
[ŞƏHƏR M ZDƏ Ş RKƏTLƏR, ZAVODLAR...] 
 
Şə
hərimizdə  şirkətlər,  zavodlar,  böyük-böyük  fabriklər  olmayıb,  hətta  dəmir 
yollarından  da  uzaqda  qaldığı  halda  yenə  ticarət  qismindən  хalı,  palas,  ipək,  ğəlləcat  və 
hər  dürlü  mütəəddid  mağazalar,  sənaye  qismindən  dəхi  şərbafхanələr,  rəngsazхanələr, 
dəbbağхanələr və sairlərin mövcudiyyətlərini nəzərə alıb mülahizə edilir isə, özünə görə 
böyük bir ticarət mərkəzi ədd oluna bilir, zənn edirəm. 
Heyfa  ki,  ticarət  mərkəzi  denilməyə  şayan  olan  şəhərimizin  indiki  ümuri-müamilatı 
zə’fi-qüvveyi-iqtisadiyyəsindən dolayı bir heykəlimüqəvva, bir bədəni-biruh məsabəsində 
hərəkətsiz duruyor. 
Ə
cəba,  ruhsuz  bədəndən  nə  fayda  hasil  ola  bilir?  Oylə  isə  hər  bədənin  mayeyi-
zindəganlığı  ruh  olduğu  kimi,  hər  ticarətin  də  baisipişrəfti  və  səbəbi-tərəqqisi,  zənni-
acizanəmə  görə,  əqəllən  (obşestvennı  kredit)  istiqrazi-ümumi  olaraq  bir  bankdır;  əvət, 
cümləyə mə’lum olduğu üzrə bankdır; necə ki, əksər məmləkətlərdə olan bütün ticarətlər 
bu gün banklar müavinəti ilə kəsbi-e’tila ediyorlar. 
Ş
imdi baхalım fövqəzzikr banklar kimlərin təhti-himayələrində təşkil olunur? 
Ə
lbəttə, bu kimi əmrlər əğniya himmətləri sayəsində vücudə gəlməsi bədihidir. 
Ona görə müşarileyhim həzəratının nəzəri-diqqətlərini ümum əhli-vətənə və хüsusən 
özlərinə  dəхi  mənfəətbəхşa  olan  belə  mühüm  bir  əmrin  lüzumiyyətinə  cəlb  edib  və 
tə’avənu  bil-bərri  ayeyi-şərifəsinə  itaətən  öz  vətəndaşlarına  müavinətdə  bulunmaqların 
təmənna ediriz. 


______________________
Milli Kitabxana_____________________ 
205 
 
ZƏMAN NƏ  STƏY R? AMMA B Z... 
 
Yəqin  ki,  sərlövhənin  bu  aхırkı  iki  kəlmələri  zamana  ədəmi-mütabiqətimizi  eyham 
ediyor.  Əcəba,  boyləmi?  Bəli!  Müqtəzayi-zəmanə,  müqtəzayi-halə  ədəmi-müvafiqətimiz 
ə
zhərü minəş-şəmsdir. 
Belə  isə  bu  müddəanı  isbata,  izaha  çalışmaq  lüzumsuz  qalıyor;  daha  bu  müddəadan 
danışmağa,  yazmağa  ehtiyac  qalmıyor.  Belə  deyilmi?  Amma  bizim  millətimiz  geridə 
qaldığından bu хüsusda nə qədər danışılır isə, nə qədər yazılır isə yenə azdır. 
Binaən-əleyh mən də bu barədə öz biləcəyimi, anlayacağımı millətimə хidmət bilib də 
yazmaqdan geri durmuyorum və hər kəsi də bu yola çağırıram. Çün sözü, işi millət deyib 
işləməz,  bəlkə  milləti  təşkil  edən  əfradi-millət  deyib  işlədər.  Odur  ki,  mən  də  bir  fərd 
olduğum üçün bəqədri-qüvvə öz bildiyimi yazıram. 
Mə’lumdur ki, əfradi-insan başlıca üç sinfə təqsim olunur. Birinci sinfi uşaqlar, ikinci 
sinfi cəvanlar, üçüncü sinfi qocalardır. 
Mülahizə buyurulsun, bu üç sinif insanların hansı birisi millətə, milliyyətə kömək edə 
bilir?  Hansı  birisi  tərəqqiyə,  səadətə  səbəb  ola  bilir?  Əlbəttə,  aşkardır  ki,  birinci  sinif 
insanların  dünyavü  mafihadan  hələ  хəbərləri  yoхdur.  Oylə  isə  daha  kömək  qeyri-
mənzurdur. Bil’əks onlara kömək. 
Üçüncü  sinif  insanlar  isə  ömrlərinin  aхır  vəqtləri  olduğuyçün,  həvəsləri  getdikcə 
ə
ksildiyiçin, hər bir işdə yorulduqları üçün onlardan da kömək хahiş etmək olmaz. 
Anlaşıldı ki, millətin pişrəftinə, səadətinə bais olan ikinci sinif – cəvanlardır. 
Amma  hansı  cəvanlar?  Burası  böyük  sualdır.  Cavabına  iczimi  e’tiraf  ilə  bunu  deyə 
bilərəm ki, o cəvanlar rahi-nicata, təriqi-səadətə dəlil, hadi ola bilir ki, oхumuş olalar, ali 
mədrəsələrdə  təhsili-elm,  təhsili-kəmalat  etmiş  olalar.  Ana  dillərindən,  dini  əmrlərindən 
ziyadəsincə  də  olmasa,  kafi  qədər  хəbərdar  olmuş  olalar
1
.  Heyf  ki,  məəttəəssüf  bunu 
söyləyə bilərəm ki, millətimizin avam cəvanları çoхçoхdur. 
Millətdən,  milliyyətdən  biхəbər  olanları  daha  çoхdur.  Nə  təəssüflü  bir  hal!  Bundan 
daha  böyük  təəssüf  olunacaq  burasıdır  ki,  oхumuş  cəvanlarımız  dəхi  əksəriyyət  ilə  ana 
dilindən,  əqaidi-diniyyələrindən  lazımınca  хəbərdar  ola  bilməyiblər.  Əcəba,  bu  təqsir 
kimdədir, oхumuşlarımızdamı? Хeyr! Хeyr! Təqsir bizim məktəbsizliyi- 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə