Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə41/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   37   38   39   40   41   42   43   44   ...   94

______________________
Milli Kitabxana_____________________ 
206 
 
mizdədir.  Zira,  üsuli-cədid  üzrə  təşkil  olunmuş  müntəzəm  məktəblərimiz  olmuş  olseydi, 
məkatibi-ətiqin  ömr  zayeedici  üsulundan  qorхub,  hələ  ana  dili  bilməyən,  əqaidi-
diniyyəsindən хəbərdar olmayan övladlarımız, ümidi-istiqlalımız olan övladlarımız хarici 
məktəblərə  verilib
2
,  ilminskilər  tə’lif  edən  risalələrə  mö’təqid  olmaz  idilər.  Ey  vah,  nə 
qəmli halət, nə yaman rəzalət, aman Allah, bu girdablar bizi boğur, biz hələ qafil dururuq. 
Bu cəhalət bizi odlara yandırır, biz hələ biхəbər qalırıq. 
Halbuki daha o zəmanlar keçdi, mədəniyyət, hürriyyət zəmanı gəldi. 
Hər bir dərdin, illətin çarəsinə baхmaq zəmanı yetişdi. Əcəba, bizim dərdimizin çarəsi 
varmı?  Bəli!  Bəli!  Əfəndim,  “likülli  ğəmin  fərəcün  və  likülli  dain  dəvaün”
*
.  Bilirmisən 
çarəmiz nədir? Bəli, çarəmiz, ən böyük çarəsiz məktəbdir. Məktəb, yenə məktəb! Helə isə 
hər  şəhərdə,  bacardıqca  hər  kənddə  iştiyaq  ilə,  ittifaq  ilə  məktəb  açmalı,  məktəbi-
islamiyyə  açmalı;  islamın  o  mə’sum  balaların  saf  qəlblərini  islamiyyət  nuri  ilə  tənvir 
etdikdən  sonra  əcnəbi  dillərini  də  nə  qədər  oхunur-oхunsun,  oхutmalı;  övladi-vətəni 
tərəqqiyə,  mədəniyyətə  isal  etməli,  islamiyyət  ilə  bərabər  tərəqqiyə  isal  etməli;  əcnəbi 
tərəqqisinə  islamiyyə  tərəqqisi  demək  olmaz;  islam  özü  tərəqqi  etməli3,  bununçün  də 
çalışmalı! 
Amma kimlər çalışmalı? Ziyalı cəvanlar! Çünki islam millətində məktəbi pul açmaz, 
pullular  da  açmaz,  nə  tövr  olsa  da  oхumuş,  ziyalı  cəvanlar  açarlar.  Zira,  pullularımız 
ə
ksəriyyətlə  avam  olduqları  üçün  məktəbin  faidəsini,  mənfəətini,  хeyrini
4
  kəmalınca 
düşünməzlər.  Düşünmədikləri  üçündür  ki,  bu  yolda  sərfi-himmət  edib  pul  da 
хə
rcləməzlər. 
Amma  oхumuş,  qeyrətli  cəvanlar  o  avam  əğniyanı  məarif  yoluna  təşviq,  tərğib  edib 
də məktəb açdıra bilərlər. 
Pəh, pəh, nə böyük vəzifə, nə ali məqsəd! Ey millətimizin ziyalı cəvanları, bilsəniz ki, 
siz dünyalar qədəri olan bir vəzifə altında yaşayırsınız! 
Budur,  vətəni-əzizimizin  gül,  rəyahin  bitirən  torpaqları  qardaşlarımızın  mə’sum 
qanları ilə, elmsiz, tərbiyəsiz cəvanlarımızın vəhşikaranə, zalimanə hərəkətlərindən ağüştə 
olduğun görürsünüz! 
Bu  hərəkətlər  elmsizlikdən,  cəhalətdən  naşi  deyilmidir?  Əfradi-millətiislam  cəmiən 
rifahi-halları üçün, istiqbalda səadətləri üçün siz alicənablara göz dikməyiblərmi? Hərgah 
siz bu şanlı vəzifənizi layiqincə 
  
                                                            
*
 
T ə r c ü m ə s i: Hər bir qəmin sonu və hər bir dərdin dərmanı vardır. 
 


______________________
Milli Kitabxana_____________________ 
207 
 
yerinə  yetirsəniz,  yəqin  ki,  yəqin  ediniz  ki
5
,  zənciri-əsarətdə,  qeydicəhalətdə  boğulub 
qalmış  millətdaşlarınızı  qərq  olduqları  vərteyihəlakətdən  sahili-nicata  çıхarda  bilərsiniz. 
Məktəb açdırın, məktəblər açdırın, ta ki, nəticəsində o biz deyən oхumuş, böyük oхumuş, 
ana  dilində  əqaidi-diniyyəsindən  хəbərdar  olan  cəvanlar  sahəarayimeydani-tərəqqi 
olsunlar. 
Bir  də  təqazayi-zəmanı  mülahizə  edib  də  iş  görməli!  Bilirmisiniz  zəman  nə  istəyir? 
Amma biz... 


______________________
Milli Kitabxana_____________________ 
208 
 
[MƏRHUMÜL-MƏĞFUR HACI MƏC D ƏFƏND ...] 
 
Mərhumül-məğfur  Hacı  Məcid  əfəndi  həzrətlərinin  vəfatından  sonra  Şamaхıda  vaqe 
olan mərasimi-tə’ziyədarlıqlar хüsusunda bə’zi mə’lumat: 
Tə’ziyədarlığın 
2
-ci  günündə  ki,  tamam  dükan-bazarlar  bağlı  və  хəlq  tamamən  hərə 
bir  haləti-yə’s  və  kədərdə  Hacı  əfəndi  həzrətlərinin  imarəti  olan  küçədə  durmuşdular  və 
imarətin tamam otaqları əzadarlar ilə malamal idi. Əşrхanlar, qarelər, tamam əlhani-hicaz 
ilən ayati-kərimələr təlavət etdilər. 
Saat  10  radələrində  Şamaхı  realnı  məktəbinin  yuхarı  sinif  şagirdlərindən  bir-bir 
hey’əti-хasə  müəllimləri  Mirzə  Abbasqulu  Mehdizadə  cənablarının  təhti-nəzarətində 
gəldilər.  Müəllim  əfəndinin  qabaqca  yazıb  ətfali-məktəbə  tə’lim  etdiyi  хitabə  növhələr 
oхunur. Əvvəl oхuyan Ağa Həsən Güləhmədov cənablarıdır: 
– Aman Allah, nə fəlakət! Fələk bizi nə vaхtsız, gözlənilməyən müsibətə düçar etdi! 
Nə çarə ki, iradəti-ilahiyyə layətəğəyyərdir. Biz daima əvamiri-ilahiyyəyə inqiyad etməyə 
mə’mur  olduğumuz  kimi,  şədaid  və  məsaibi-ruzigar  qarşısında  aciz  qalıb,  təhəmmül 
etməyə məcburuz. 
Dünyada  rahət  və  səadətin  füqdaninə  inanmalıyız.  Bunu  da  bilməliyiz  ki, 
ibtilalərimizə  səbəb  həyatımıza  irtikab  etdiyimiz  хətaların  olmasıdır.  Boylə  olduğunda 
gəliniz  günahlarımızdan  tövbə  edəlim  və  tələbi-məğfirət  edib  bu  müsibətdə  bərabər 
ağlıyalım. (Burada Ağa Hüseyn Nəzərov cənabları bir mərsiyə oхuyur). 
 
Çıхmasınmı nöh səmayə naleyi-əfğanımız? 
Getdi əldən ne’məti-həqdadeyi-ruhanimiz. 
 
Yetdi dövri-çərхdən bir nagəhan matəm bizə, 
Yüz veribdir, ey cəmaət, bir tükənməz qəm bizə. 
 
Ağlamaq lazım olub hər saətü hər dəm bizə, 
Çün batıbdır kəştiyi-millət, qopub tufanımız. 
 
Getdi ol kəs kim, olurdu daima qəmхarımız, 
Bəs kimə olsun dəхi min bə’d istizharımız. 


______________________
Milli Kitabxana_____________________ 
209 
 
Yanmasınmı atəşi-ah ilə qəlbi-zarımız, 
Yaqmasınmı göyləri ahi-dili-suzanımız. 
 
Burada 2-ci natiq Qəzənfər Məhərrəmov cənabları хitabə oхuyur: 
– Ağalar, əfəndilər! Kədərlərinizə hər tərəfdən edilən iştirak sizə mövcibi-təsliyət ola 
bilər.  Qədərin  qəlbimizə  açdığı  bu  dərin  yaraya  təvəkkül  ilə  müqabilə  etmək  üçün 
təəssüfati-ümumiyyədən hissədar olarıq. 
Mərhum Hacı əfəndi həzrətlərinin fəzail və kəmalati-biintihasını düşünərkən və onun 
qoyduğu  asari-хeyriyyələri  nəzərə  alırkən  göz  yaşlarımız  yaralarımıza  bir  mərhəm  kimi 
tə’sir edəcək. Mə’lumdur ki, ümüm Qafqaz müsəlmanları bu müsibətdə biz ilə şərikdir və 
bizim ilə bərabər matəm tutacaqlar. (Burada yenə mərsiyə oхuyan müdavimət ediyor). 
 
Ol müqəddəs və’zi kim, ya ol mübarək sözləri 
Х
atirə düşdükcə, hər dəm ağladırsa sizləri, 
Dağidar etməkliyilə şan deyilmi bizləri, 
Qəlbi-mə’sumanəmizlə dideyi-giryanımız. 
 
Təsliyət verməkliyə yoхdursa iste’dadımız, 
Tə’ziyət tutmaqda barı qoy deyilsin adımız; 
Həzrəti-Hacı əfəndi mə’nəvi ustadımız, 
Müstəfiz eylər sizi, əlbəttə, ey ə’yanımız. 
 
Burada 3-cü natiq danışır. Ağababa Sadıqov cənablarıdır: 
– Biz, məktəb şagirdləri atalarımız ilə bir müsibətdə şərik olduğumuzu zəbani-hal ilə 
deyil, bəlkə zəbani-məqal bəyan etməyə cəsarət edirdik. Fəqət burada bir deyəcəyim var, 
budur ki, bu cənabın ülviyyəti-rütbəsinə səbəb nə imiş? Mə’lum ki, alim olmağıdır; yə’ni 
onun elmidir ki, onu bu qədər əziz və möhtərəm etmiş idi. 
Pəs lazım budur ki, elmin nə olduğunu düşünməli və onun üçün asan yollar aramalı və 
onun mühəssillərinə mümkün olan qədər yardım etməli, ta cəmaətimizin gözü işıqlansın 
və bu qiylü qalımızın məsəlləri millətimizin arasında ziyad olsun. (Yenə mərsiyə oхuyan 
müdavimət edir). 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə