Mirzə İbrahimov və xalq yaradıcılığı
65
- “Mən bir şeyin həqiqət olduğuna
inanandan sonra atam
qəbirdən çıxıb gəlsə də onu deyəcəyəm.
- Son illər Rüstəm kişi öyrənmişdir ki, hamı ona
peyğəmbər kimi baxsın, hər sözünü bir hökm kimi qəbul etsin”
(97,167).
Birinci sözlərində Rüstəm kişi haqlıdır. Axı xalq da
sözünün üstündə möhkəm duran, güzəştə getməyən adamları
bəyənir. “Kişi kimi möhkəm adamdır” deyir. Odur ki, “atam
qəbirdən çıxıb gəlsə də” ifadəsi yerində işlənmişdir. Rüstəm
kişi kimi adamların belə sözləri işlətməyə haqları vardır.
Belələri ağa qara deməyi bacarmır, kişilik, mərdlik adını
hünərlə doğruldurlar.
İkinci söyləmədə isə Rüstəm kişi haqsızdır. Çünki,
hamının ona peygəmbər kimi baxmağını tələb edən Rüstəm
kişini lovğalığı özünü göstərir. Xalq dilindən gəlmə hikmətli
sözlər surətin mənəvi düşüncə tərzindəki psixoloji vəziyyəti
aydınlaşdırır.
Sənətkar obrazın səciyyəsini yaradarkən folklordan,
xalqın əsrlər boyu mənəvi dünyasında qərar tutmuş əxlaqi
görüşlərindən bəhrələnmişdir.
O, Kələntərin qabağında əyilən Yarməmməd haqqında
belə deyir: “Yaltaq köpək oğlu, böyüyə quyruq bulamağı
öyrənib!”. “-Sən də gah nala, gah da mıxa döyürsən!” deyə
Rüstəm kişi Salmanı qızardıb çuğundura döndərdi” Salmanın
bacısı Naznazın Rüstəm kişiyə yaxınlıq etmək səyini duyarkən
deyir: “Dədələr yaxşı deyib ki, özünü cavan yerinə qoyan
qocada abır qalmaz. Deyəsən, bu sığallanmış xanıma baxıb
ağzımın suyunu axıtmağa başlamışam, axı. Yerə girəsən ay
Rüstəm. Bu sözlər obrazın daxili təbiətini, öz hərəkətlərinə
xalqın gözü ilə baxmaq kimi müsbət keyfiyyətini aydınlaşdırır.
Atalar sözü “özünü cavan yerinə qoyan qocada abır qalmaz”
vasitəsilə obraz haqqında heç bir təsvir vermədən onun
xarakterindəki mühüm keyfiyyətlərindən biri haqqında oxucuda
Fazil Əliyev
66
təsəvvür yaradır. Bizdə belə qənaət hasil olur ki,
Rüstəm kişi
namuslu adamdır.
Kolxoz haqqında imzasız məktub yazılanda gecələr
Rüstəm kişinin gözünə yuxu getmir: “Yerinə qor dolmuş kimi
o tərəf bu tərəfə çevrildi”, öz- özünə düşünür ki, haram tikə
yeməmişəm, ancaq bəd niyyətli adamlar “ Məni kal meyvə
kimi zorla qoparıb özləri böyümək istəyirlər” “yerinə qor
dolmuş”, “kal meyvə” kimi məcazi mənada işlənmiş deyim
tərzindən çixan nəticəyə diqqət yetirdikdə Rüstəm kişinin
vəzifəpərəst olduğu məlum olur. O, səxsiyyətini tutduğu məlum
olur. O, səxsiyyətini tutduğu vəzifə ilə ölçən, insanlığa, xalqa
xidmət etməkdən daha çox öz şəxsiyyətini, vəzifəsinin
qorunmasına xidmət edən adam təsiri bağlayr.
El ədəbiyyatının bütün çeşidlərindən bəhrələnmək yolu
ilə M. İbrahimov Rüstəm kişi obrazının bütöv səciyyəsini
yaratmışdır. İnsana məxsus xüsusiyyətləri, obrazın daxili
aləmini davramaq baxımından bunun xüsusi əhəmiyyəti vardır.
Eyhamlar, atmacalar vasitəsilə Rüstəm kisinin təbiətindəki
sözünü nifrətini bildirmək tərzini aşağıdakı misallarda görmək
olar: "Baş aparma, Telli arvad, baş aparma!”, “Mollalıq eləmə,
sən Allah!”, “Mollanın dediyini elə, elədiyini eləmə!”, “Ay
Nəcəf komsomol, qanacaq, varlı-kasıblıqnan olmur ha, südnən
ana döşündən əmirlər!”, "Dilə nə var, ətdəndir, o tərəfə də
hərlənir, bu tərəfə də”, “Üzün ağ olsun, yaxşı dirək oldun
dədənə”, “Sən də mənə ilan dili çıxartma”, “Hər it öz
çanağından yesə yaxşıdır”
Rüstəm kişi obrazında millilik əlamətini varlığını dərk
etmək üçün onun mərdlik, kişilik haqqında söylədiyi fikirlərə
diqqət yetirək: “Kişinin sözü olanda adamın üzünə deyər, arvad
kimi dalda qeybəd etməz”, “Arvadın qabağında nökər kimi
duran kişidən kişi olmaz”, “Dosta əziyyət verən heç adam
deyil, dostu ehtiyac zamanı və pis gündə yadına salan
nakişidir”.
Mirzə İbrahimov və xalq yaradıcılığı
67
Folklorda sənətkarın yaratdığı obrazların varlığını
dərindən duymaq imkanını qat-qat artırır.
Rüstəm bəy Yarməmmədin, Salmanın toruna düşdüyünü
dərk etdikcə odlanır, namərdlərə nifrətini xalq deyimləri, atalar
sözləri ilə kəsərli, öldürücü ifadələrlə aşağıdakı şəkildə bildirir:
“Ə, ə, gəl də, nə toyuq güdən tülkü kimi orada pusursan”,
“Belə qurumsağı, belə çörək itirəni, haq-sayı ayaq altına atanı
çörək tutsun, haq-say öldürsün”.
Yarməmmədin əsər boyu Rüstəm kişiyə “Möhtərəm
sədr” – deyə müraciət etməsinin ona yaranmaq üçün bir siyasət
olduğunu əsərin sonlarında başa düşən Rüstəm kişi qəzəblə
deyir: “Möhtərəm sədr! Tfu, hara, fermaya? Onu qəbirdə
görərsən”.
Salmana Pərşan üçün elçilik etmək üçün Rüstəm kişinin
həyətinə gələn Kələntərə isə: “Dəli şeytan deyir, götür kösöyü
sümsük it kimi qat qabağına qov rədd olsun, həyətdən” – deyir:
Namərdlik, alçaqlıq xalq arasında həmişə muradlıq
əlaməti kimi pislənmiş, nifrətlə yad edilmişdir. Yaltaqlığı, “yala
hürəni” hörmətsiz adam saymışlar, onlarə təhqir etməkdən
çəkinməmişlər.
Rüstəm kişi, onun kölgəsində yatan, yaltaqlıq, riyakarlıq
yolu ilə qıllığına girən salmanı da “Ə, ə, a Salman, nə yalını da-
ğıtmış köpək kimi mısmırığını sallamısan”, “Ə, ə, ay binamus,
oturduğun budağı niyə doğrayırsan” sözləri ilə təhqir edir.
Rüstəm kişi obrazının səciyyəsi onun dilində işlədilən
atalar sözləri, zərb-məsəllər, xalq deyim tərzi, eyhamlar,
atmacalar vasitəsilə aşkarlanır.
Beləliklə, M.İbrahimov-
1.Obrazın milli simasını yaratmaqda folklordan
yaradıcılıqla bəhrələnmişdir.
2.Obrazın mənəvi düşüncə tərzini, onun bütöv xarakterini
folklor vasitəsilə daha mükəmməl surətdə təsvir etmişdir.
Rüstəm kişi obrazında süni, qondarma görünən əlamətlər
yoxdur. Bu obrazın yaranmasında həlledici yer tutan sənətkar
Fazil Əliyev
68
duyumu göz önündə canlanır. Rüstəm kişinin müsbət və mənfi
xüsusiyyətlərini aşkara çıxardır. Bu baxımdan Azərbaycan
folklor inciləri əvəzsiz rol oynayır.
Şifahi xalq ədəbiyyatı nümunələri əsərdəki mənfi surətlə-
rin xarakterini, düşüncə tərzini, alçaqlığı və xəyanətkarlığı gös-
tərməkdə də xalq yazıçısının dilində ədəbi vasitəyə çevril-
mişdir. Salmanın yaltaq, həm də namussuz adam olduğunu
Mayaya münasibətdə aydın görürük. O, toy şənliyində dediyi
sözlərlə: “Armudun yaxşısını meşədə çaqqal yeyər” deməklə
özünü oxucu qarşısında gözdən salır. Çörək kəsdiyi adamın
gəlininə pis gözlə baxmaq namərdlik və namussuzluq əlaməti
kimi oxucunu düşündürür. Yarməmmədin Salman haqqında
dediyi “Pambıqla baş kəsən adamdır” sözləri də yerində
işlədilmiş xalq deyiminin təsir gücünü göstərir.
Müəllif xalq duyumuna, müqayisə tərzinə uyğun təsvir
vasitələrindən istifadə etməklə əsərdə fikrin yığcam ifadə
olunması, təbii və inandırıcı olması kimi bədii həllinə nail olur.
Xəlvətə düşdükcə Rüstəm kişiyə xəbərçilik edən Salmanı
nəzərdə tutaraq yazır: “Bayquş xaraba, gecəquşu qaranlıq sevən
kimi xain adamlar da xəlvəti xoşlarlar. Sözü açıq deməz,
camaat arasında bağlı sandıq kimi susub durar, xəlvətə düşən
kimi çömçələrini bulayıb suyu bulandırırlar” (97,213).
“Atalar sözü və məsəllər həmişə qısa olurlar. Lakin onlar
da tam bir kitab qədər ağıl və hiss vardır. Yazıçı üçün bu
material ilə tanış olmaq tamamilə zəruridir. Bu ona barmaqları
yumruq şəklində düymək kimi sözləri düyməyi, başqaları
tərəfindən deyilmiş sözləri açmağı, bu sözlərdə gizlənmiş
mənanı meydana çıxartmağı öyrədir” (32,109).
Bu cəhətdən yanaşdıqda “Böyük dayaq” romanında
M.İbrahimovun sənətkarlığı qabarıq şəkildə özünü göstərir.
Xalq yazıçısı folkloru yamsılamır, onun nəsrdə paralellərini
yaratmağa cəhd göstərmir, daha dərin qatlardan xəbər verir.
Qaraş qadınla kişinin bir məclisdə əyləşməsi üstündə
atası ilə mübahisə edir. Rüstəm kişi oğluna belə cavab verir.