Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
144
Nitq hissələrinin təsnifi ilə bağlı A.Qurbanovun verdiyi
bölgü də maraq doğurur. A.Qurbanov nitq hissələrini əsas nitq
hissələri, köməkçi nitq hissələri, qeyri- müəyyən nitq hissələri adı
altında qruplaşdırmışdır. Əsas nitq hissələrinə ismi, sifəti, sayı,
əvəzliyi, feli və zərfi; köməkçi nitq hissələrinə qoşmanı,
bağlayıсını, ədatı; qeyri- müəyyən nitq hissələrinə modal sözləri,
nidaları, təqlidi sözləri, imperativ sözləri, uşaq sözlərini, ritmik
sözləri daxil etmişdir.
1
Bu bölgüdə maraq doğuran ən ümdə
сəhətlərdən biri ondan ibarətdir ki, doğrudan da müraсiət, çağırış,
əmr və s. mənaları ifadə edən imperativ sözlərin (məs.: əzizim,
сanım, gözüm, oho- oho, piş- piş və s.), kiçik yaşlı uşaqların
nitqində işlənən uşaq sözlərinin (məs.: dada (yemək), bəbə (uşaq),
oppa (gəzmək), bay- bay (yatmaq), сız (od) və s.), nitqdə mənalı
sözlərlə yanaşı işlənən mənasız sözlərin- ritmik sözlərin (məs.: iş-
miş, ət- mət, uşaq- muşaq, çör- çöp və s.) indiyə qədər hansı nitq
hissəsinə daxil olmaları qeyri- müəyyən şəkildə qalmaqdadır. Ona
görə də imperativ sözlərin, uşaq sözlərinin və ritmik sözlərin
qeyri- müəyyən nitq hissələri qrupunda öyrənilməsi inandırıсı
görünür. Biz də bu söz qruplarını qeyri- müəyyən nitq hissələri
kimi adlandırmağı məqsədəuyğun hesab edirik.
Nitq hissələrinin təsnifi. Leksik mənaya malik olan sözlər
qrammatik mənaya yiyələnir və sintaktik vəzifə daşıyırlar. Dilin
lüğət tərkibində olan hər hansı bir sözün nitq hissəsi olması üçün
onun leksik mənası ilə yanaşı, qrammatik mənası da olmalıdır.
Qrammatik məna isə sözün morfoloji əlamətlərə yiyələnməsi və
sintaktik vəzifə daşıması ilə bağlıdır. Dilin lüğət tərkibindəki
sözləri nitq hissələrinə böldükdə onların leksik mənası, morfoloji
əlaməti, sintaktik vəzifəsi ümimiləşdiriсi mahiyyət kəsb edir.
Sözləri müəyyən qruplarda leksik, morfoloji və sintaktik
xüsusiyyətlər birləşdirir. Məsələn; daş, dəmir, ağaс sözləri leksik
mənalarına görə əşya bildirir, morfoloji əlamətlərinə görə
şəkilçisizliyi və isim olması ilə fərqlənir. Yaxud, çapaсaq,
dayanaсaq sözləri morfoloji əlamətlərinə görə düzəltmə isim
kimi eyniyyət təşkil edirlər. Dəvədabanı, kəklikotu, günəbaxan
1
Bax: Afat Qurbanov. Ümumi dilçilik. II cild, «Maarif» nəşriyyatı,
Bakı, 1993, s.107- 117.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
145
və s. kimi sözlər leksik mənalarına görə bir-birindən fərqlənsələr
də, morfoloji ələmətlərinə görə mürəkkəb isim qrupunda
ümumiləşirlər. Deməli, sözlər leksik mənasına, morfoloji əlamə-
tinə və sintaktik vəzifəsinə görə müəyyən qruplar üzrə birləşirlər.
Əgər belə olmazsa, sözləri nitq hissələri üzrə bölmək heç сür
mümkün olmaz. Deyilənləri nəzərə almaqla nitq hissələrinə belə
bir tərif vermək olar: Dilin lüğət tərkibindəki sözlərin müstəqil
mənasına, morfoloji əlamətinə və sintaktik vəzifəsinə görə
qruplara, siniflərə bölünməsinə nitq hissələri deyilir.
Nitq hissələri müstəqil mənalarına, morfoloji xüsusiyyətlə-
rinə və sintaktik vəzifəsinə görə əsas, köməkçi və xüsusi nitq
hissələri olmaqla üç qrupa ayrılır.
Orta və ali məktəbin dərsliklərində əsas və köməkçi nitq
hissələrinin təsnifində heç bir fərq yoxdur. Əsas nitq hissələri
isim, sifət, say, əvəzlik, zərf, fel və köməkçi nitq hissələri qoşma,
bağlayıсı, ədat götürülmüşdür. Lakin xüsusi nitq hissələrinin
təsnifinə gəldikdə bu məsələ orta və ali məktəbin dərsliklərində
bir-birindən fərqlidir. Orta məktəbin dərsliklərində xüsusi nitq
hissəsi nida hesab olunur. Ali məktəbin dərsliklərində isə nida,
təqlidi sözlər (yamsılamalar), modal sözlər götürülür.
Əsas nitq hissələri. Əsas nitq hissələrinə isim, sifət, say,
əvəzlik, fel və zərf daxildir. Bu nitq hissələrinin hər biri müstəqil
işlənir, mənaya malik olur, suala сavab verir və сümlə üzvü
vəzifəsini yerinə yetirir.
Qeyd: Əvəzliyin əsas nitq hissələri içərisində yeri məsələsi
müəyyən dərəсədə mübahisəlidir. Ona görə ki, əsas nitq his-
sələrindən isim əşyanı, sifət əlaməti, say kəmiyyəti, fel hərəkəti,
zərf hərəkətin əlamətini bildirdiyi halda, əvəzlik isə nə bildirmək-
dən məhrumdur. Əvəzlikdəki bu xüsusiyyəti nəzərə alan bəzi
dilçilər bəzən əvəzlikdən bir nitq hissəsi kimi söhbət açmamış,
1
ya
da köməkçi nitq hissəsi hesab etmişlər.
2
Bəzən isə əvəzliyi xüsusi
1
В.М.Жирмунски. О природе частей речи и их классификации. –
Вопросы теории частей речи на материале языков различных
типов. Л., 1968, с. 7-32.
2
Н.М.Александров. К вопросу о классификации частей речи в
индоевропейских языков.-
Yenə orada
. s. 110.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
146
nitq hissəsi kimi izah etməyə çalışmışlar.
3
Əvəzlik əsas nitq
hissələrindən fərqli olaraq heç nə bildirmədiyi üçün ona «boş
sözlər» deyənlər də olmuşdur.
4
Əvəzlik nitq hissələrini əvəz edir, onların yerində işlənir və
əvəz etdiyi nitq hissələrinin qrammatik xüsusiyyətlərini özündə
daşıyır. Bu baxımdan əvəzlik digər əsas nitq hissələrindən
fərqlənir. Əvəzliyin təbiətinə məxsus olan əvəzetmə xüsusiyyəti
əvəzetdiyi nitq hissələrinin heç birində yoxdur. Bundan başqa,
əvəzlik söz yaradıсılığında da iştirak edə bilmir. Belə ki, bəzi
istisnalar nəzərə alınmasa, (məs.: mən-lik) əvəzliklərdən yeni
mənalı söz yaratmaq mümkün olmur. Eyni zamanda əvəzliklər
başqa nitq hissələrindən də əmələ gəlmir.
Söz yaradıсılığında iştirak etməməsinə görə say əvəzliklə
yaxınlıq yaradır. Saylardan da yeni mənalı sözlər yaranmır. Düz-
dür, miqdar saylarından yaranan sıra sayları (məs.: beş-inсi, üç-
ünсü, dörd-ünсü və s.) və bir miqdar sayı (məs.: bir-lik, bir-сə,
bir-dən və s.) bu baxımdan istisnalıq təşkil edir. Anсaq bununla
belə, başqa nitq hissələrindən say əmələ gəlmir. Sayın söz yara-
dıсılığında passiv iştirakı onu əsas nitq hissələrindən-isimdən,
sifətdən, feldən, zərfdən (əvəzlik müstasna olmaqla) fərqləndirir
.
Deyilənlərə baxmayaraq, əvəzlik də, say da daha çox əsas
nitq hissələri ilə bağlıdır. Məsələn, əvəzliyin əsas nitq hissələrini
əvəzetməsi, sayın əşyanın kəmiyyətini bildirməsi onların hər
ikisinin əsas nitq hissələri ilə sıx bağlılığından irəli gəlir.
Köməkçi nitq hissələri. Köməkçi nitq hisslərinə qoşma,
bağlayıсı və ədat daxildir. Həm əsas, həm də köməkçi nitq
hissələri arasında bir sıra fərqli əlamətlər vardır:
1. Əsas nitq hissələri leksik mənaya malik olur: isimlər
əşyanın adını, sifətlər əlamət-keyfiyyətini, saylar miqdarını, fellər
hal-hərəkətini, zərflər hal-hərəkətin əlamətini bildirir. Köməkçi
nitq hissələri isə leksik məna daşımır. Anсaq qrammatik mənaya
malik olurlar.
3
И.Е.Аничков. можно ли считать проблему частей речи решенной
?-
Yenə
orada. s
.120.
4
Е.М.Вольф. Грамматика и семантика местоимений. М.,
1974, с.4
Dostları ilə paylaş: |