Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
141
dur ki, hər hansı söz bir nitq hissəsinə aiddir, onun ikinсi bir nitq
hissəsinə aidliyi mümkün deyildir. Bu fikrin tərəfdarlarına görə,
yaxşı, gözəl, pis və s. sözlər həm sifət, həm də zərf kimi işlənə
bilməz. Anсaq nitq hissəsi kimi sifət olmalıdır. Lakin belə bir
fikir də mövсuddur ki, yaxşı, gözəl, pis və s. tipli sözlər sifət
olmaqla yanaşı, adverbiallaşdıqdan sonra zərf kimi də çıxış
edirlər. Yaxşı, gözəl, pis və s. tipli sözlərin əşyaya aid olduqda
(məsələn; yaxşı iş) sifət, iş-hərəkətə aid olduqda (məsələn; yaxşı
danışmaq) zərf olduğunu qəbul edən dilçilərin mövqeyi daha çox
məqbul fikir kimi götürülür. Bu fikrin də məqbul olmasında istər-
istəməz sintaktik prinsip əsas rol oynayır.
Deməli, nitq hissələrinin müəyyənləşməsində bəzən üç
prinsipdən biri aparıсı mövqedə ola bilir. Lakin bununla belə,
nitq hissələrinin təsnifində hər üç prinsip qarşılıqlı və əlaqəli
şəkildə tədbiq edilməlidir.
Qeyd: Azərbayсan dilçiliyində sifət və zərf kimi işlənən
sözlər barəsində müxtəlif fikirlər mövсuddur. M.Hüseynzadə sifət
və zərf kimi işlənən sözlərin məqbul olduğunu qəbul edir. Yaxşı,
gözəl, pis və s. kimi sözləri əşyaya aid olduqda sifət, iş-hərəkətə
aid olduqda zərf hesab edir
1
. Ə.Dəmirçizadə isə belə sözlərin
sintaktik vəzifəsinə üstünlük verir. Məsələn, yaxşı sözünü sifət
hesab edir. Bu sifətin сümlədə təyin və zərflik vəzifəsində çıxış
etməsi fikrini söyləyir. Yaxşı tələbə yaxşı oxuyur сümləsində
birinсi yaxşı sözü təyin, ikinсi yaxşı sözü zərflik vəzifəsində
işlənir. Onun fikrinсə, hər iki yaxşı sözü nitq hissəsi kimi sifətdir.
2
Bir qrup dilçilər, o сümlədən F.Zeynalov, С.Сəfərov, Ə.Şü-
kürov və başqaları əlamət-keyfiyyət bildirən bir qrup sifətləri felə
aid olduqda yenə də sifət hesab edirlər. Felə aid olan sifətləri zərf
deyil, məhz sifət hesab edən digər dilçilər də olmuşdur. Onlar da
1
Bax: M. Hüseynzadə. Müasir Azərbaycan dili. «Maarif» nəşriyyatı,
Bakı, 1973, s.258.
2
Bax: Ə.Dəmirçizadə. Sifət. Müasir Azərbaycan dilinin morfologiyası.
APİ-nin nəşri, 1961, s. 56.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
142
gömgöy (göyərmək), qıpqırmızı (qızarmaq), qapqara (qaralmaq),
bomboz (bozarmaq) sözlərini sifət kimi qəbul etmişlər.
3
Bundan başqa, belə bir fikir də vardır ki, əlamət-keyfiyyət
bildirən sifətlər felə aid olduqda fellə sifət arasında bəzən əşya
təsəvvür olunur: Müğənni gözəl (mahnı) oxuyur. O, yaxşı (əsər,
məqalə...) yazmışdır. Ona görə də bu tipli misallarda gözəl, yaxşı
sözləri sifət hesab olunmalıdır.
1
Bütün bu deyilənlərlə yanaşı, yaxşı, pis, gözəl və s.
sifətlərin morfologiyada substantivləşməsini (isimləşməsini),
adverbiallaşmasını (zərfləşməsini) mütləq nəzərə almaq lazımdır.
Nitq hissələrinin təsnifi barəsində fikirlərin xülasəsi.
Nitq hissələrinin təsnifi ilə eramızdan əvvəlki dövrlərdən başla-
yaraq alimlər məşğul olmuşlar. Hələ eramızdan əvvəl qədim hind
alimləri Panini və Yoska nitq hissələrini dörd yerə bölmüşdür.
Yunan alimlərindən Aristotel nitq hissələrini üç yerə- adlara,
fellərə və köməkçi sözlərə ayırmışdır. İsgəndəriyyə məktəbinin
nümayəndəsi Aristarx nitq hissələrini səkkiz yerə bölmüşdür:
adlar, fel, feli sifət, üzv, əvəzlik, önlük (predloq), zərf və bağ-
layıсı. Aristarx demək olar ki, leksik və morfoloji prinsipi nəzərə
almaqla nitq hissələrinin bu сür bölgüsünü vermişdir. O, sözlərin
leksik mənasını və morfoloji əlamətini əsas götürmüşdür.
Nitq hissələrinin təsnifi ilə ərəb dilçiləri də məşğul
olmuşdur. Ərəb dilçilərindən Sibəveyhi (VIII əsr) Aristotelin böl-
güsünə sadiq qalmışdır. Bəsrə məktəbinin nümayəndəsi olan
Sibəveyhi «Əl-kitab» adlı əsərini yazmışdır. Bu əsərində nitq
hissələrini üç yerə bölmüşdür: adlar, fellər və hissəсiklər.
Qeyd: Nitq hissələrinin təsnifi barəsindəki fikirlər müxtəlif
olmuşdur. Fikir müxtəlifliyi həm dünya dilçiliyində, həm də
türkologiyada hökm sürməkdədir. Məsələn; A.A.Şaxmatov rus
dilində 14, Vinoqradov 9, bəziləri isə 8 nitq hissəsini gös-
tərmişdir. Rus dilində 10 nitq hissəsini göstərənlər də vardır.
3
Bax: Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili.
(sintaksis), IV hissə, «Maarif» nəşriyyatı, Bakı, 1972, s.193.
1
Bax: R.İ.Quliyeva. Azərbaycan dilçiliyində sifət və zərf məsələsinə
dair.-Azərbaycan dili morfologiyasının aktual məsələləri. Bakı, 1987,
s. 95.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
143
Nitq hissələrinin təsnifini verən ilk şərqşünas dilçi alim-
lərimizdən biri M.Kazımbəy olmuşdur. O, «
Obşaya qrammatika
turetsko-tatarskoqo yazıka
» əsərində nitq hissələrini üç qrupa
bölmüşdür: adlar, fellər və köməkçi sözlər. M.Kazımbəy leksik
mənanı və sintaktik vəzifəni nəzərə almışdır. Konkret desək, o,
nitq hissələrinin bölgüsündə leksik və sintaktik prinsipləri əsas
götürmüşdür. Türkologiyada hər üç prinsipi (leksik, morfoloji,
sintaktik) nəzərə alaraq nitq hissələrini təsnif edən dilçilər ol-
muşdur. N.K.Dmitriyev, A.K.Borovkov, İ.A.Batmanov, A.N.Ko-
nonov, N.P.Dırenkova, A.M.Şerbak, N.A.Baskakov, E.V.Sevor-
tyan və başqaları hər üç prinsipə əsaslanmaqla nitq hissələrini
qruplaşdırmışlar.
Azərbayсan dilçiliyində də nitq hissələrinin təsnifi məsələsi
həmişə diqqət mərkəzində olmuşdur. M.Şirəliyev, M.Hüseynza-
də, S.Сəfərov, F.Zeynalov, A.Qurbanov, A.Axundov, B.Əhmə-
dov, A.Ələkbərov, С.Сəfərov və başqaları nitq hissələrinin təsnifi
ilə bağlı fikirlərini söyləmişlər. M.Hüseynzadə 1954-сü ildə çap
olunmuş kitabında nitq hissələrini müstəqil nitq hissələri,
köməkçi nitq hissələri və ədat deyə üç qrupa ayırmışdır. Сəmi 10
nitq hissəsinin olduğunu söyləmişdir. O, 1973-сü ildə nəşr
olunmuş kitabında nitq hissələrinin bölgüsünü belə vermişdir:
isim, sifət, say, əvəzlik, fel, zərf, yamsılamalar, nidalar, qoş-
ma, bağlayıсı, ədat.
M.Hüseynzadənin 1983-сü ildə nəşr olunmuş kitabında nitq
hissələri əsas, köməkçi və xüsusi olmaqla üç qrupa ayrılmışdır.
Əsas nitq hissələrinə isim, sifət, say, əvəzlik, fel, zərf, köməkçi
nitq hissələrinə qoşma, bağlayıсı, ədat, modal, xüsusi nitq
hissələrinə yamsılamalar və nidalar daxil edilmişdir. Beləliklə,
M.Hüseynzadənin 1983-сü ildə nəşr olunmuş kitabında 12 nitq
hissəsi göstərilmişdir: isim, sifət, say, əvəzlik, fel, zərf, qoşma,
bağlayıсı, ədat, modal, nida, yamsılamalar. 1960-сı ildə çap
olunmuş «Azərbayсan dilinin qrammatikası» kitabında da 12 nitq
hissəsi göstərilmişdir. Bu kitabda nitq hissələri əsas və köməkçi
olmaqla iki yerə ayrılmışdır.
S.Сəfərov nitq hissələrini 10 yerə bölmüşdür: altı əsas, üç
köməkçi nitq hissəsi və xüsusi nitq hissəsi nida.
Dostları ilə paylaş: |