521
tətbiq edilməsinə mane olmur. Qeyd etməliyik ki, françayzinq bir az əvvəldə göstərdiyimiz kimi, 80-dən çox öl-
kədə mövcud olsa da, onun hüquqi tənzimlənməsi yalnız dörd ölkədə (ABŞ, Kanada, Fransa və RF-də) həyata
keçirilir. Qanunvericiliklə tənzimetmədən başqa, qeyri-məjburi xarakterli beynəlxalq sənədlər də vacib əhəmiy-
yətə malikdir. Bu sənədlərə aiddir: informasiyaların açılması barədə Model qanunu (2002); UN DRUA-nın ha-
zırladığı françayzinqin beynəlxalq şəbəkələrinin təşkili haqqında rəhbərlik (1998); françayzinq üzrə Avropa
Davranış Məcəlləsi (1972); Beynəlxalq Ticarət Palatasının beynəlxalq françayzinq haqqında birtipli kontraktı
və s.
3. Françayzinqin məqsədi, əhəmiyyəti və növləri
Françayzinq əsasında istifadəçi şəxsin istehsal etdiyi mal (və ya göstərdiyi xidmət) bazarda firma-françayze-
rin istehsal etdiyi analoji mal (və ya analoji xidmət) kimi çıxış edir, tanınır və qəbul edilir. Belə təsəvvür yaranır
ki, françayzinqin vasitəsilə istifadəçi müəssisə öz fəaliyyətinin nəticələrini firma-françayzerin artıq çoxdan
bə
ri bazarda də
fə
lə
rlə
sınaqdan çıxmış
atributları ilə
rə
smiləş
dirir. Hətta həmin istifadəçi müəssisələr müş-
tərilərin təsəvvüründə belə bir fikir yaratmağa jəhd göstərirlər ki, guya müştərilərin aldıqları mallar (və ya müş-
tərilərə göstərilən xidmətlər) onların istehsal etdikləri mallar (və ya göstərdikləri xidmətlər) yox, firma-françay-
zerin istehsal etdiyi mallardır (və ya göstərdikləri xidmətlərdir). Beləliklə, onlar mülki (əmlak) dövriyyədə fir-
ma-françayzerin maskası (pə
rdə
si) altında çıxış
edirlə
r. Bu cür müəssisələr nə birgə müəssisə, nə asılı müəs-
sisə, nə də firma-françayzerin filialı hesab edilir. Həqiqətdə isə istifadəçi müəssisələr dövriyyənin müstəqil işti-
rakçıları kimi qalaraq heç kəsdən asılı olmadan öz nizamnamə fəaliyyətlərini həyata keçirirlər. Bununla belə,
firma-françayzer istifadəçi müəssisənin istehsal-kommersiya fəaliyyəti üzərində müəyyən dərəjədə nəzarət et-
mək imkanına malikdir. Əslində isə bu cür müəssisələr tanınmış və məşhur olan firma-françayzerin (və ya şir-
kətin) fərdiləşdirmə vasitələri və atributları ilə şirmalanmış (pərdələnmiş) müstəqil təsərrüfat subyektləridir.
Nəyin barəsində söhbət getdiyini başa düşmək üçün «Makdonalds» adlı tanınmış Kanada-Amerika korporasiya-
sını misal çəkək. Bu korporasiyanın dünyada 20 mindən çox qəlyanaltı-restoranı vardır. Bakı şəhərində də onun
iki qəlyanaltı-restoranı fəaliyyət göstərir. Qəlyanaltı-restoranlar «Makdonalds» korporasiyasının nə törəmə mü-
ə
ssisəsi, nə filialı, nə də bölməsidir. Onlar korporasiyadan asılı olmayan kommersiya qurumlarıdır. Lakin qəl-
yanaltı-restoranların lövhəsinə «Makdonalds» yazılmışdır; bu qəlyanaltı-restoranların özlərini «Makdonalds»
adlandırmaq hüququ vardır. Bunların hamısında istehsal eyni metodla həyata keçirilir, məhsullar eyni reseptlə
hazırlanır. Başqa sözlə desək, həmin qəlyanaltı-restoranlar əsl (oricinal) «Makdonalds»ın kopiyalarıdır; amma
onlar əsl «Makdonalds»dan heç nə ilə fərqlənmirlər. «Makdonalds»ın dünyada tanınması və göstərdiyi xidmə-
tin yüksək səviyyədə olması təbii ki, müştəriləri cəlb edir; həmin müştərilər, şübhə etmirlər ki, onlara xidmət
edən qəlyanaltı-restoranlar «Makdonalds»ın özüdür. Bax bu françayzinqdir.
Françayzinqin mə
qsə
di dünya bazarında tanınmış şirkətlərin, firmaların öz işlərini və biznesini əlavə xərc-
lərə yol vermədən genişləndirilməsini təmin etməkdən, istifadəçi müəssisələrə həmin firma və şirkətlərin fərdi-
ləşdirmə vasitələri altında işləmələri üçün hüquq verməkdən ibarətdir. Bu cür münasibət hər iki tərəf üçün sər-
fəli və faydalıdır. Belə ki, istifadəçi müəssisələr firma-françayzerin fərdiləşdirmə vasitələrinə olan hüququndan
istifadə etməklə istehsal etdiyi malın və ya göstərdiyi xidmətin reklamına xərc çəkmir. Ona görə ki, o, artıq
dünya bazarında çoxdan bəri məşhur olan firma-françayzerin buraxdığı malın (xidmətin) malik olduğu nişan
(marka) altında məhsul istehsal edir (xidmət göstərir). Eyni zamanda, yuxarıda göstərdiyimiz kimi, firma-fran-
çayzer özünün firmalarını açmadan, asılı müəssisələr və ya birgə müəssisələr yaratmadan öz biznesini genişlən-
dirir və bununla bağlı xərc çəkmir.
Françayzinq hər yerdə, dünyanın bir çox dövlətlərində adi biznesə nisbətən daha əhəmiyyətli və etibarlıdır.
Ona görə ki, hər bir yeni və təzə yaradılmış müəssisənin arxasında vaxt və bazar baxımından yoxlanılmış, sı-
naqdan çıxmış və dünya bazarında tanınmış firma-françayzer («böyük qardaş») durur. Məsələn, «Makdonalds»
(restoran), «Hilton» (mehmanxana xidməti), «Soni» (müasir elektron aparatları), «Ribok» (idman ayaqqabısı),
«Lemonti» (hazır paltar) və s. firma-françayzerə misal ola bilər.
Françayzinq sahibkarlıq fəaliyyətinin əsasən iki sahəsini əhatə edir:
●
malların istehsalını və satışını (Product Distribution Franchising);
●
xidmət göstərilməsini (Business Format Franchising)
Praktikada françayzinqin dörd növü fərqləndirilir:
●
satış françayzinqi;
●
ticarət françayzinqi;
●
xidmət françayzinqi;
●
istehsal françayzinqi.
Satış
françayzinqi firma-françayzerin ümumi nəzarəti altında vahid satış şəbəkəsinin yaradılmasını nəzərdə
tutur. Françayz alan (istifadəçi) müəyyən bir ərazidə françayz verənin (firma françayzerin) mallarını onun