Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə456/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   452   453   454   455   456   457   458   459   ...   490

 

524


lərindən (məsələn, kommersiya informasiyası və s.). 

Françayzinq müqaviləsinin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o, müəyyən müddətə bağlanır; bu 

müqavilə qeyri-müəyyən müddətə (yəni müddətsiz) bağlana bilməz. Qanun birmənalı şəkildə müəyyən edir ki, 

françayzinq müqaviləsi uzunmüddətli öhdəlik münasibətidir (MM-in 723-cü maddəsi). Buna görə də françay-

zinq müqaviləsi müddətli müqavilədir

Yuxarıda  dediklərimizi  yekunlaşdıraraq  françayzinq  müqaviləsinin  hüquqi  əlamətlərini  müəyyənləşdir-

mək olar: 

 françayzinq müqaviləsi sahibkarlıq əqdinin bir növüdür. Ona görə də bu müqavilənin iştirakçıları yalnız 



kommersantlar (sahibkarlar) ola bilər; 

 françayzinq müqaviləsi müddətli əqddir



 bu müqavilə qarşılıqlı öhdəliklər yaradan konstruksiyadır. Belə ki, hər iki müqavilə iştirakçısı hüquq-

lara malik olub, vəzifələr daşıyırlar; 

 müqavilə sahibkarlıq əqdi olduğuna görə həmişə və bütün hallarda əvəzlidir



 müqavilənin spesifik predmeti vardır. « şgüzar kompleks» onun predmetini təşkil edir



§ 2. Müqavilənin elementləri 

1. Müqavilədə iştirak edən tərəflə

Françayzinq müqaviləsində iki tərəf iştirak edir. Qanun onlar üçün xüsusi ad müəyyən edir (MM-in 724.1-ci 

maddəsi): françayz verən; françayz alan

Françayz verən hüquqların sahibi və müqavilə əsasında bu hüquqları qarşı tərəfə verən şəxsdir. Ona fran-

çayzer də deyilir. Françayz alan tərəf isə bu hüquqları əldə edən istifadəçi şəxsdir. O, françayzi də adlanır. 

Həm françayz verən, həm də françayz alan rolunda yalnız müstəqil müəssisələr çıxış edə bilər (MM-in 723-cü 

maddəsi). Özü də bu müqaviləni anjaq sahibkarlıq fəaliyyəti ilə məşğul olan kommersiya təşkilatları bağla-

maq ixtiyarına malikdir. Qeyri-kommersiya təşkilatlarının bu müqavilədə tərəf qismində iştirakı istisna edilir. 

Qeyd  etmək  lazımdır  ki,  françayzinq  müqaviləsinin  sosial-iqtisadi  məqsədi  sahibkarlıq  fəaliyyətini  həyata 

keçirməkdən ibarətdir. Digər tərəfdən əvvəldə göstərdiyimiz kimi, o, sahibkarlıq müqaviləsidir. Buna görə də 

françayzinq  müqaviləsinin  tərəfləri  yalnız  kommersiya  təşkilatları  ola  bilər.  Belə  ki,  qanuna  əsasən  franzinq 

müqaviləsinin tərəfləri müəssisələrdir (MM-in 723-cü maddəsi). Amma nə üçün sahibkar statuslu fiziki şəxs-



lər (fərdi sahibkarlar) bu müqavilənin bağlanmasında tərəf qismində iştirak etməsinlər? Bizim fikrimizjə, 

onlar da sahibkarlıq müqaviləsinin bağlanmasında françayz alan rolunda çıxış edə bilərlər. Qanun bunu qada-

ğ

an edən hər hansı göstəriş ifadə etmir. Hesab edirik ki, qanun françayzerin əqli mülkiyyət obyektlərindən isti-



fadə hüququnun həm də fərdi sahibkarlara verə bilməsi haqqında qayda müəyyənləşdirməlidir. Məsələyə bu cür 

yanaşma bəzi xarici ölkələrin qanunvericilik təjrübəsinə uyğun olardı. 

Qanun françayzinq müqaviləsini bağlayan tərəflərin (müəssisələrin) müstəqil olmalarını tələb edir. Müstəqil 

olmayan törəmə müəssisələr, filiallar bu müqavilənin bağlanmasında tərəf rolunda çıxış edə bilməz. 



Dövlət və istehlakçı fiziki şəxslərin, yəni sahibkar statusu olmayan vətəndaşların françayzinq müqavilə-

sində tərəf kimi iştirakı istisna edilir. 



2. Müqavilənin predmeti 

Françayzinq müqaviləsinin predmeti, hər şeydən əvvəl, «işgüzar kompleksdən» ibarətdir. Onun bir hissəsini 

isə qeyri-maddi əmlak hüquqları, yəni əqli mülkiyyət obyektlərindən istifadə hüquqları təşkil edir (MM-

in 724.1-ci maddəsi və 731.1-ci maddəsi). Müqavilənin predmetini təşkil edən əqli mülkiyyət obyektlərindən is-

tifadə hüquqları (müstəsna hüquqlar) kompleks xarakter daşıyır. Bu cür hüquqlara aiddir: 

 françayz verənin özünün fərdiləşdirmə vasitələrinə olan hüququ (firma adına, kommersiya işarəsinə 



olan hüquq); 

 françayz verənin istehsal etdiyi malın və ya göstərdiyi xidmətin fərdiləşdirmə vasitələrinə olan hü-



quq (əmtəə nişanına və ya xidmət nişanına olan hüquq); 

 sənaye mülkiyyəti (patent hüququ) obyektlərindən, yəni ixtiralardan, sənaye nümunələri və faydalı mo-



dellərdən istifadəyə müstəsna hüquqlar

Bununla bərabər, qeyd etmək lazımdır ki, əqli mülkiyyət hüququnun obyektlərindən olan fərdiləşdirmə vasi-

tələrinin (firma adı, kommersiya işarəsi və əmtəə nişanının), habelə sənaye mülkiyyəti obyektlərinin özü yox, 

yalnız bu obyektlərdən istifadə hüquqları müqavilənin predmeti ola bilər. 

Ə

qli mülkiyyət obyektlərindən istifadəyə olan hüquqların verilməsi qaydası iki cür hərəkəti əhatə edir: fakti-



ki mənada verməni; hüquqi mənada verməni. Faktiki vermə dedikdə françayz verən tərəfindən françayz alana 

bütün texniki və kommersiya sənədlərinin, habelə obyektiv (obyektləşmiş) formada olan digər informasiyaların 

verilməsi başa düşülür. Hüquqi vermə dedikdə isə əqli mülkiyyət obyektlərindən istifadə hüquqlarının veril-

məsinin  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  rəsmiləşdirilməsi,  lisenziya  müqavilələrinin  bağlanması 




Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   452   453   454   455   456   457   458   459   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə