rejimin tələbləri əsasında getmiş, süni “beynəlmiləlçilik” prinsipləri əsasında aparılmış,
Azərbaycan xalqının tarixi yad-daşını unutdurmaq üçün iki dəfə onun əlifbası
dəyişdirilmiş, ərəb-fars dillərini bilən mütəxəssislər “panislamist” damğası ilə
damğalanmış, “torpaq”, “vətən” deyənlər “pantürkist” adlandırılmış, Azərbaycan
mühacirləri xalqa “düşmən” obrazında aşılanmış, “cənub” mövzusu qapalı sahəyə
çevrilmişdi. Bu siyasi-mənəvi təzyiqləri Azərbaycan xalqı ilə birgə, Azərbaycana ikinci
”vətənləri” kimi baxan almanlar da yaşamış, Böyük Vətən müharibəsi başladıqdan
sonra 001487 saylı qərarla 1941-ci ilin oktyabrında Orta Asiya və Sibirə sürgün edil-
mişlər. Milli məsələdə göstərilən amirlik və zor prinsipləri SSR -nin dağılması
ə
rəfəsində milli zəmində bir-sıra konfliktlərin başlanmasına gətirib çıxarmışdı.
Qondarma “Dağlıq Qarabağ” probleminin növbəti mərhələsi və onun tarixi kökləri.
Problemlə bağlı qeyd etmək lazımdır ki, Qarabağ bir anlayış kimi heç bir
zaman axarında «dağlıq» və «düzənlik» məfhumlarına bölünməmişdir. Bu
problemi araşdıran prof. V.Piriyev öz tədqiqatlarında F.Rəşid əd-Dinin
«Mükatibat» əsərinə istinad edərək göstərmişdir ki, Qarabağ Arranın daxilində
dağlıq və dağətəyi sahələrini birləşdirən vahid ərazidən ibarət olmuşdur.Tarixin
sonrakı mərhələsində Aran torpağı Qarabağ adlanmağa başlayır ki, bu da ilk dəfə
Hülakülər dövlətinin görkəmli nümayəndəsi Rəşid-əd-Dinin əsərində göstərilir. Bu
məfhum türk mənşəli olub və açılması aşağıdakı kimi başa düşülməlidir: «qara»
sözü – qitə, ölkə, böyük vilayət, «bağ» da ki, məhsul, bolluq deməkdir. Deməli,
Qarabağ - böyük, geniş və abad əyalət kimi qəbul edilməlidir. Bu problemi
öyrənən prof. V.Piriyev göstərmişdir ki, tarixi Qarabağ ərazisi Araz çayından
başlayaraq şimali-qərb istiqamətində uzanmış və Beyləqandan tutmuş Zəyəmçaya
kimi olan əraziləri əhatə etmişdir. Bu coğrafi ərazi çərçivəsini nəzərə alsaq aydın
olar ki, Qarabağ Qafqaz Albaniyasının bir sıra vilayətlərini - Arsax, Sünik, Uti və
qismən də Payta-karan vilayətlərini əhatə etmiş və ölkənin siyasi, sosial-iqtisadi və
mədəni həyatında mühüm rol oynamışdır. XX əsr boyu ermənilik bütün dünya icti-
maiyyətini inandırmağa çalışmışdır ki, onların fəaliyyəti Qarabağda mövcud
olmuş «erməni Arsax» dövlətinin bərpasına xidmət edir. Lakin Qarabağ
torpaqlarına iddialı olan və tarixi reallıqla hesablaşmayan erməni millətçiləri
«Arsax» məfhumunu özəlləşdirmək istəsələr belə tarixi gerçəklik buna imkan
vermir. Birincisi ona görə ki, Arsax Qafqaz Albaniyasının iri vilayətlərindən biri
olmuş və deməli, Azərbaycanın tarixi torpağıdır. kincisi, erməni tərəfi “Arsax”
məfhumunun erməni leksi-konuna aid olduğunu iddia etsə də, lakin leksik təhlilini
verməkdə acizdir.Çünki Arsax - erməni sözü olmayıb, udi - alban sözüdür.Udi
dilində Arsax - «yaylaq», «yay düşərgəsi», «əylə-şən yer, məskən» mənalarını
bildirir. «Ars» sözü - «əyləş» anlayışından törəmədir - «arxsun» - «əyləş» felinin
ə
mr formasıdır, buradan da «oturaq», «oturaq həyat tərzi keçirən adamlar» ifadəsi
yaranır; «ax» isə udi toponimi-yası üçün xarakterik olan Muxax, Ardax, Xartax,
Cimcimax toponimlərində təsbit edilmiş cəm halını bildirən şəkilçidir. Bu
problemə toxunarkən gör-kəmli sovet alimi .P.Petruşevski göstərir ki, nə Arsax,
nə də əhalisi erməni-ləşdirilmiş albanlar heç bir zaman erməni mədəniyyəti
mərkəzinə mənsub olmamışdır.
Türkmənçay və Ədirnə müqavilələri bağlandıqdan sonra, Rusiya
imperiyasının köçürmə siyasəti nəticəsində kütləvi şəkildə Azərbaycan
torpaqlarının ayrı-ayrı bölgələrinə, o cümlədən Qarabağa köçürülən erməni-lərin,
tarixinsonrakı mərhələlərində, Qarabağa mexaniki hərəkəti davam etsə də, XIX
ə
srin ikinci yarısında və Romanovlar sülaləsinin devrilməsi ərəfəsində Qarabağ
torpaqlarını özündə birləşdirən Şuşa, Zəngəzur, Qaryagin və Cavanşir qəzalarında
ermənilərin çəki yükü azərbaycanlılarla müqayisədə aşağı idi. Belə ki, 1897-ci il
Ümumrusiya siyahıyaalınmasına görə bu qəzalarda ümumilikdə 172.872 erməni
yaşayırdı. O zaman Qara-bağ əhalisi 415.721 nəfər idi və ermənilər Qarabağ
ə
halisinin 41,3% təşkil etdiyi halda, azərbaycanlıların sayı 235.304 nəfər olub,
Qarabağ
ə
halisinin
56,6%
təşkil
edirdi.(ПерваяВсеобщаяпереписьРоссийскойимперии
1897
года
.
ПодредакциейН
.А.Тройницкого.т. LXIII. Тифлис, 1904. Стр.60, 63) Bu
statistik göstəricilər bir daha sübut edir ki, XIX əsr boyu Azərbaycan torpaqlarına
kütləvi və mütəmadi köçmələrinə baxmayaraq, ermənilər Qarabağda dominant
etnos ola bilməmiş, Azərbaycan torpağına gəlmə əhali olmuşlar.
Birinci Dünya müharibəsi illərində, Dördlər ttifaqının aparıcı qüvvəsi olan
– Kayzer Almaniyasının apardığı dağıdıcı antirusiya siyasəti Romanovlar
sülaləsinin devrilməsi ilə nəticələnir və 1917-ci ilin payızında Rusiyada baş alıb
gedən siyasi-iqtisadi-sosial böhran hakimiyyətin bolşe-viklər tərəfindən zəbt
edilməsi ilə sonuclanır. Yaranmış vəziyyət imperiyanın ucqarlarında, habelə
Mərkəzi Qafqazda milli-azadlıq hərəkatının yüksəlişinə səbəb oldu və 1918-ci ilin
may ayının son günlərində bölgədə üç müstəqil dövlət yarandı. Gürcüstan
Demokratik Respublikası və Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq,
yapılan Ermənistan Respublikası (Ararat Respublikası) ermənilər üçün yad bir
ə
razidə - tarixi Azərbaycan torpağı olan rəvan quberniyası ərazisində bir qurum
kimi meydana çıxdı. Lakin tarixi Çuxur-Səəd torpaqlarına yiyələnən erməni
millətçiləri, «Daşnaksu-tyün» partiyası və erməni-qriqoryan kilsəsinin birgə siyasi
xəttini əsas götürərək, Qarabağ torpaqlarına gözlərini dikdilər.Həmin dövrdə,
Naxçıvan ərazisinin köklü əhalisi azərbaycanlılar Ararat Respublikasına tabe
olmaqdan imtina etdikləri üçün erməni tərəfi çıxış yolunu Qarabağda
məskunlaşmış ermənilərə bağladı. «Daşnaksutyün» partiyasının göstərişi ilə
hərəkət edən Şuşa şəhərinin erməni icması «Millətlərin öz müqəd-dəratının təyin
etməsi hüququ» prinsipini əsas tutaraq, 1918-ci ilin yayında «Dağlıq Qarabağın öz
müqəddəratını təyin etmək» şüarını irəli sürərək, erməni separatçılığının
mahiyyətini, Azərbaycan torpaqlarına qərəzli iddialarını nümayiş etdirdi. Beləliklə,
tarixə təhrif olunmuş bir məfhum daxil oldu - Dağlıq Qarabağ və bu məfhum
sonradan Azərbaycan tarixini saxta-laşdıran sovet tarixşünaslığında kök salmış
oldu.
Rusiyada cərəyan edən sonrakı sosial-siyasi proseslər erməni millət-çilərinin
Azərbaycanın ərazi bütövlüyünə qarşı apardığı məqsədyönlü siya-sətini
dayandırmadı.Tarixi reallıqla hesablaşmayan erməni separatçıları bolşeviklərin
dəstəyinə arxalanaraq 1920-ci ü dekabrın 1-də Qarabağın ürəyi olan Zəngəzuru ələ
keçirir və bununla da Naxçıvanın quru yol əlaqəl-əri Azərbaycanın qalan ərazisi ilə
kəsilir. Qarabağı «özəlləşdirmək» planla-rında israrlı olan ermənilik Zəngəzurla
kifayətlənməyərək, Qarabağın dağlıq hissəsinə olan iddialarından əl çəkmir və
Dostları ilə paylaş: |