Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   23   24   25   26   27   28   29   30   ...   42

rejimin tələbləri əsasında getmiş, süni “beynəlmiləlçilik” prinsipləri əsasında aparılmış, 
Azərbaycan  xalqının  tarixi  yad-daşını  unutdurmaq  üçün  iki  dəfə  onun  əlifbası 
dəyişdirilmiş,  ərəb-fars  dillərini  bilən  mütəxəssislər  “panislamist”  damğası  ilə 
damğalanmış,  “torpaq”,  “vətən”  deyənlər  “pantürkist”  adlandırılmış,  Azərbaycan 
mühacirləri  xalqa  “düşmən”  obrazında  aşılanmış,  “cənub”  mövzusu  qapalı  sahəyə 
çevrilmişdi. Bu siyasi-mənəvi təzyiqləri Azərbaycan xalqı ilə birgə, Azərbaycana ikinci 
”vətənləri”  kimi  baxan  almanlar  da  yaşamış,  Böyük  Vətən  müharibəsi  başladıqdan 
sonra  001487  saylı  qərarla  1941-ci  ilin  oktyabrında  Orta  Asiya  və  Sibirə  sürgün  edil-
mişlər.  Milli  məsələdə  göstərilən  amirlik  və  zor  prinsipləri  SSR -nin  dağılması 
ə
rəfəsində milli zəmində  bir-sıra konfliktlərin başlanmasına gətirib çıxarmışdı. 
 
Qondarma “Dağlıq Qarabağ” probleminin növbəti mərhələsi və onun tarixi kökləri. 
Problemlə  bağlı qeyd  etmək  lazımdır  ki,   Qarabağ bir  anlayış kimi  heç bir 
zaman  axarında  «dağlıq»  və  «düzənlik»  məfhumlarına  bölünməmişdir.  Bu 
problemi  araşdıran  prof.  V.Piriyev  öz  tədqiqatlarında  F.Rəşid  əd-Dinin 
«Mükatibat»  əsərinə  istinad  edərək  göstərmişdir  ki,  Qarabağ  Arranın  daxilində 
dağlıq  və  dağətəyi  sahələrini  birləşdirən  vahid  ərazidən  ibarət  olmuşdur.Tarixin 
sonrakı mərhələsində Aran torpağı Qarabağ adlanmağa başlayır ki, bu da ilk dəfə 
Hülakülər dövlətinin görkəmli nümayəndəsi Rəşid-əd-Dinin əsərində göstərilir. Bu 
məfhum  türk  mənşəli  olub  və  açılması  aşağıdakı  kimi  başa  düşülməlidir:  «qara» 
sözü  –  qitə,  ölkə,  böyük  vilayət,  «bağ»  da  ki,  məhsul,  bolluq  deməkdir.  Deməli, 
Qarabağ  -  böyük,  geniş  və  abad  əyalət  kimi  qəbul  edilməlidir.  Bu  problemi 
öyrənən  prof.  V.Piriyev  göstərmişdir  ki,  tarixi  Qarabağ  ərazisi  Araz  çayından 
başlayaraq şimali-qərb istiqamətində uzanmış və Beyləqandan tutmuş Zəyəmçaya 
kimi olan əraziləri əhatə etmişdir. Bu coğrafi ərazi çərçivəsini nəzərə alsaq aydın 
olar ki, Qarabağ Qafqaz Albaniyasının bir sıra vilayətlərini - Arsax, Sünik, Uti və 
qismən də Payta-karan vilayətlərini əhatə etmiş və ölkənin siyasi, sosial-iqtisadi və 
mədəni həyatında mühüm rol oynamışdır. XX əsr boyu ermənilik bütün dünya icti-
maiyyətini  inandırmağa  çalışmışdır  ki,  onların  fəaliyyəti    Qarabağda  mövcud 
olmuş  «erməni  Arsax»    dövlətinin  bərpasına    xidmət  edir.  Lakin  Qarabağ 


torpaqlarına  iddialı  olan  və  tarixi  reallıqla  hesablaşmayan  erməni  millətçiləri 
«Arsax»  məfhumunu    özəlləşdirmək  istəsələr  belə  tarixi  gerçəklik  buna  imkan 
vermir.  Birincisi ona  görə  ki,  Arsax  Qafqaz  Albaniyasının  iri vilayətlərindən  biri 
olmuş  və  deməli,  Azərbaycanın  tarixi  torpağıdır. kincisi,  erməni  tərəfi  “Arsax” 
məfhumunun erməni leksi-konuna aid olduğunu iddia etsə də, lakin leksik təhlilini 
verməkdə  acizdir.Çünki  Arsax  -  erməni  sözü  olmayıb,  udi  -  alban  sözüdür.Udi 
dilində  Arsax  -  «yaylaq»,  «yay  düşərgəsi»,  «əylə-şən  yer,  məskən»  mənalarını 
bildirir. «Ars» sözü - «əyləş» anlayışından törəmədir - «arxsun» - «əyləş» felinin 
ə
mr formasıdır, buradan da «oturaq»,  «oturaq həyat tərzi keçirən adamlar» ifadəsi 
yaranır;  «ax»  isə  udi  toponimi-yası  üçün  xarakterik  olan  Muxax,  Ardax,  Xartax, 
Cimcimax  toponimlərində  təsbit  edilmiş  cəm  halını  bildirən  şəkilçidir.  Bu 
problemə toxunarkən gör-kəmli  sovet alimi  .P.Petruşevski göstərir ki, nə Arsax, 
nə  də  əhalisi  erməni-ləşdirilmiş  albanlar  heç  bir  zaman  erməni  mədəniyyəti 
mərkəzinə mənsub olmamışdır. 
Türkmənçay  və  Ədirnə  müqavilələri  bağlandıqdan  sonra,  Rusiya 
imperiyasının  köçürmə  siyasəti  nəticəsində  kütləvi  şəkildə  Azərbaycan 
torpaqlarının  ayrı-ayrı  bölgələrinə,  o  cümlədən  Qarabağa  köçürülən  erməni-lərin, 
tarixinsonrakı  mərhələlərində,  Qarabağa  mexaniki  hərəkəti  davam  etsə  də,  XIX 
ə
srin  ikinci  yarısında  və  Romanovlar  sülaləsinin  devrilməsi  ərəfəsində  Qarabağ 
torpaqlarını özündə birləşdirən Şuşa, Zəngəzur, Qaryagin və Cavanşir qəzalarında 
ermənilərin çəki yükü azərbaycanlılarla müqayisədə aşağı idi. Belə ki,  1897-ci il 
Ümumrusiya  siyahıyaalınmasına  görə  bu  qəzalarda  ümumilikdə  172.872  erməni 
yaşayırdı.  O  zaman  Qara-bağ  əhalisi  415.721  nəfər  idi  və  ermənilər  Qarabağ 
ə
halisinin  41,3%  təşkil  etdiyi  halda,  azərbaycanlıların  sayı  235.304  nəfər  olub, 
Qarabağ 
ə
halisinin 
56,6% 
təşkil 
edirdi.(ПерваяВсеобщаяпереписьРоссийскойимперии 
1897 
года

ПодредакциейН
.А.Тройницкого.т.  LXIII.  Тифлис,  1904.  Стр.60,  63)  Bu 
statistik göstəricilər bir daha sübut edir ki, XIX əsr boyu Azərbaycan torpaqlarına 
kütləvi  və  mütəmadi  köçmələrinə  baxmayaraq,  ermənilər  Qarabağda  dominant 
etnos ola bilməmiş, Azərbaycan torpağına gəlmə əhali olmuşlar.
 


Birinci Dünya müharibəsi illərində, Dördlər  ttifaqının aparıcı qüvvəsi olan 
–  Kayzer  Almaniyasının  apardığı  dağıdıcı  antirusiya  siyasəti  Romanovlar 
sülaləsinin  devrilməsi  ilə  nəticələnir  və  1917-ci  ilin  payızında  Rusiyada  baş  alıb 
gedən  siyasi-iqtisadi-sosial  böhran  hakimiyyətin  bolşe-viklər  tərəfindən  zəbt 
edilməsi  ilə  sonuclanır.  Yaranmış  vəziyyət  imperiyanın  ucqarlarında,  habelə 
Mərkəzi Qafqazda milli-azadlıq hərəkatının yüksəlişinə səbəb oldu və 1918-ci ilin 
may  ayının  son  günlərində  bölgədə  üç  müstəqil  dövlət  yarandı.  Gürcüstan 
Demokratik  Respublikası  və  Azərbaycan  Xalq  Cümhuriyyətindən  fərqli  olaraq, 
yapılan  Ermənistan    Respublikası  (Ararat  Respublikası)  ermənilər  üçün  yad  bir 
ə
razidə  -  tarixi  Azərbaycan  torpağı  olan  rəvan  quberniyası  ərazisində  bir  qurum 
kimi  meydana  çıxdı.  Lakin  tarixi  Çuxur-Səəd  torpaqlarına  yiyələnən  erməni 
millətçiləri, «Daşnaksu-tyün» partiyası və erməni-qriqoryan kilsəsinin birgə siyasi 
xəttini  əsas  götürərək,  Qarabağ  torpaqlarına  gözlərini  dikdilər.Həmin  dövrdə, 
Naxçıvan  ərazisinin  köklü  əhalisi  azərbaycanlılar  Ararat  Respublikasına  tabe 
olmaqdan  imtina  etdikləri  üçün  erməni  tərəfi  çıxış  yolunu  Qarabağda 
məskunlaşmış  ermənilərə  bağladı.  «Daşnaksutyün»  partiyasının  göstərişi  ilə 
hərəkət  edən  Şuşa  şəhərinin  erməni  icması  «Millətlərin  öz  müqəd-dəratının  təyin 
etməsi hüququ» prinsipini əsas tutaraq, 1918-ci ilin yayında «Dağlıq Qarabağın öz 
müqəddəratını  təyin  etmək»  şüarını  irəli  sürərək,  erməni  separatçılığının 
mahiyyətini, Azərbaycan torpaqlarına qərəzli iddialarını nümayiş etdirdi. Beləliklə, 
tarixə  təhrif  olunmuş  bir  məfhum  daxil  oldu  -  Dağlıq  Qarabağ  və  bu  məfhum 
sonradan  Azərbaycan  tarixini  saxta-laşdıran  sovet  tarixşünaslığında  kök  salmış 
oldu. 
Rusiyada cərəyan edən sonrakı sosial-siyasi proseslər erməni millət-çilərinin 
Azərbaycanın  ərazi  bütövlüyünə  qarşı  apardığı  məqsədyönlü  siya-sətini 
dayandırmadı.Tarixi  reallıqla  hesablaşmayan  erməni  separatçıları  bolşeviklərin 
dəstəyinə arxalanaraq 1920-ci ü dekabrın 1-də Qarabağın ürəyi olan Zəngəzuru ələ 
keçirir və bununla da Naxçıvanın quru yol əlaqəl-əri Azərbaycanın qalan ərazisi ilə 
kəsilir.  Qarabağı  «özəlləşdirmək»  planla-rında  israrlı  olan  ermənilik  Zəngəzurla 
kifayətlənməyərək,  Qarabağın  dağlıq  hissəsinə  olan  iddialarından  əl  çəkmir  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə