Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   22   23   24   25   26   27   28   29   ...   42

xalqlara,  eyni  zamanda  Rusiya  imperiyası  dövründə  əhali-nin  etno-konfessional 
tərkibində müəyyən çəki yükü əldə edə bilmiş rus və ermənilərə də yer ayrılmışdı. Belə 
ki,  etnik  proporsiyaya  görə  parlamentdə  nəzərdə  tutulan  120  deputat  yerdən  80-i 
müsəlmanlara,  21-i  ermənilərə,  10-u-  Bakı  Rus  Milli  Şurasına  1-i  –  Alman  Milli 
Təşkilatına,  1-i  –Yəhudi  Milli  Şurasına,  1-i  Gürcü  Milli  Şurasına,  1-i  Polyak  Milli 
Komitəsinə  verilmişdi.  Azsaylı  xalqların  nümayəndələri,  parlamentə  seçilərkən,  onun 
işində  də  aktiv  fəaliyyət  göstər-mişlər.  Belə  ki,  alman  icmasını  təmsil  edən  L.Kun 
parlamentin aqrar komissi-yasının tərkibinə daxil edilmiş,  qanunların hazırlanmasında 
iştirak etmişdi. Qey-ri-müsəlman etnosların tarixinə və mədəniyyətinə hörmətlə yanaşan 
AXC,  multi-kultural  mühitin  formalaşmasının  demokratiyanın  inkişafına  müsbət  təsir 
edə-cəyini nəzərə alaraq, ölkədə alman koloniyaların salınmasının 100 illik yubi-leyinin 
təntənəli şəkildə keçirilməsi üçün şərait yaratmış və bu yubiley 1919- cu ilin iyunun 9-
da  təntənəli  şəkildə  Yelenendorf  koloniyasında  keçirilmişdi.  L.Kun  bu  bayram 
tədbirində  çıxış  edərək  bildirmişdi  ki,  Azərbaycan  torpaqlarında  məs-kunlaşan 
kolonistlər  Azərbaycan  xalqının  onlara  bəslədiyi    hörmət  və  ehtiramı  unutmur  və 
Azərbaycanı özlərinin ikinci vətəni kimi qəbul edirlər. 
Azərbaycan  xalqının  almanlara  olan  xoş  münasibətini  belə  bir  fakt  təs-diqləyir. 
Birinci 
Dünya 
müharibəsi 
illərində 
mütləqiyyət 
alman-kolonistlərə 
qarşı 
məhdudlaşdırma  qanunlarını  elan  etdikdə,  Ə.Rəfibəylinin  başçılığı  ilə  bir  qrup  Gəncə 
ağsaqqalı  Yelizavetpol    quberniyasının  qubernatoru  Kovalyevskidən    Azərbaycanda 
məskunlaşan kolonistlərə bu qanunların tətbiq edilməməsini xa-hiş etmişdilər. Və bu öz 
kökündən,  dilindən,  dinindən  olmayan  xalqlara,  Azər-baycan  xalqının  multikultural  
baxışdan yanaşdığını, bəşəri dəyərlərə əsas-landığını  sübut edir. Və bu ənənələr özünü 
ailə-nikah münasibətlərində də göstərirdi.AXC hökumətinin üzvü olmuş Əbdül Əli bəy 
Ə
mircanovun qızı Mər-yəm xanım, Almaniyada mühacirətdə olarkən, məşhur kolonist 
Y.Qurrun oğlu Emil Qurrla ailə qurmuşdu. Azərbaycan-alman xalqlarının multikultural 
müna-sibətləri hərbi-siyasi  sahədə də diqqət çəkmişdir. Azərbaycan xalqına varlığı ilə 
bağlı  olan,  vermaxt  zabiti  Emil  Qurr,  Azərbaycan  legion  tarixi  üçün  xidmətlər 
göstərmiş, 1920-ci il Gəncə üsyanın rəhbərlərindən olmuş C.Kazımbəylini ges-tapodan 
qurtararaq, onun həyatını xilas etmişdi.  


 
Sovet  ttifaqının konfessional siyasəti. 
Aprel  çevrilişindən  sonra  hakimiyyəti  ələ  keçirən  bolşeviklər,  Şərqdə  ilk 
dünyəvi  demokratik  dövlət  olan,  23  ay  ölkəni  idarə  edən  AXC-nin  demok-ratik 
nailiyyətlərində  son  qoydu.  Özündə  multikultural  əsası,  həm  Qərb,  həm  də  Şərq   
modellərinin  komponentlərini  birləşdirən  bu  qurum  dinindən,  dilin-dən,  irqindən, 
cinsindən asılı olmayaraq  dövlətin bütün vətəndaşlarına bərabər hüquqla yaşamaq 
azadlığını vermiş, ölkəni demokratik prinsiplər əsasında idarə etmişdi. 
Xalqın mübarizə ruhunu qırmaq üçün bolşevik diktaturası onun milli ruhuna 
zərbə vurmağa qərar verir. 1920-ci il mayın 15-də Hərbi  nqilab Komitəsinin qərarı 
ilə  Dini  Etiqad  Nazirliyi,  Zaqafqaziya  Müsəlmanları  darəsi  və  şeyxülislamıq 
təsisatı  ləğv  edilir.  Xalqın  dini  baxışlarını  səngitmək  məqsədi  ilə  1923-cü  ildə 
“Materialistlərin klubu” təşkil edilir. 1924-cü ilin yanvarın 24-ü qərarı ilə  “Dinə 
qarşı xüsusi komissiya” yaradılır. Və bu qərarın sonrakı inkişafı özünü “Allahsızlar 
cəmiyyəti”ndə  tapır.1929-cu  ildə  bu  cəmiyyətin  adı  transformasiyaya  uğrayaraq, 
“Mübariz  allahsızlar  cəmiy-yəti”  adlandırılmışdı.Bolşeviklər  xalqı  öz  tarixi 
köklərindən  ayırmaq  məqsədi  ilə  təkcə  dinə  qarşı  yönəlmiş  cəmiyyətləri 
yaratmaqla  kifayətlənmirdi.  XX  əsrin  20-ci  illərinin  sonlarında  dinə  qarşı  açıq 
mübarizəyə  keçmiş  hakim  strukturlar  yalnız  1929-cu  ildə  Azərbaycan  SSR 
rayonlarında 120 məscid bağlamış, ümumən isə 1930-cu il üçün Azərbaycan SSR-
də 400 məscid bağlanmışdı. Dinə qarşı ardıcıl mübarizə aparan sovet hakimiyyəti 
vanda-lizm  aktlarından  imtina  etməmiş  və  1936  –cı  ildə  Bibi-Heybət  məscidi 
partla-dılmışdı.  Bu  illərdə,  1920-1944-cü  illər,  Qafqaz  Müsəlmanları  darəsi  
faktiki olaraq, dondurulmuş bur vəziyyətdə qalmışdı. 
Dinə  qarşı  mübarizə  aparan  bolşeviklər  Azərbaycan  SSR-də  xristian 
kilsələırini  də  bağlayır,  dağıdırdı.Belə  ki,  Bakıda  “Qızıl  kilsə”  kimi  tanınan 
Aleksanr-Nevski”  məbədi  1936-cı  ildə  partladılmışdı.  Çox  qiymətli  tarixi  abidə 
olan    bu  kilsəyə  Rusiya  imperiyası  yalnız  onun  baş  günbəzinin  qızılı  təbəqə  ilə 
örtülməsi  üçün    18.800  rubl  vəsait  ayırmışdı.  1891-1893-cü  illər-də  smeta  dəyəri  


195.000  rubl  olan  bu  məbəd  inqilabaqədərki  Bakının  multikultural    sistemində 
özünəməxsusu yer tutmuşdu. 
Böyük Vətən müharibəsi başladıqdan sonra  SSR -də islam dininə münasibət 
dəyişməyə başlayır. Bu vəziyyətin yaranmasına təsir edən amillərdən biri, Şimali 
Qafqazı ələ keçirən alman ordusunun general-larından islam dinini qəbul etmələri, 
məsciddə  namaz  qılmaları  olmuşdu.  Əhalini  ümumi  düşmənə  qarşı  mübarizəyə 
yönəltmək  üçün  avtoritar-totalitar  rejim,  dinə  qarşı  apardığı  radikal  mövqedən 
uzaqlaşır və 1944-cü il aprelin 14-də SSR  Ali Soveti Rəyasət Heyəti Zaqafqaziya 
Müsəlmanları Ruhani  darəsinin bərpa edilməsi haqqında qərar qəbul edir. 
Sovet  hakimiyyətinin  apardığı  konfessional  siyasətlə,  Rusiya  imperiyasının 
apardığı xristianlaşdırma siyasətinə paralellər versək, aydın olar ki, Rusiya ölkədə 
“parçala, hökm sür” siyasətini əsas götürsə də, məzhəb,  şiə -sünni  ayrı-seçkiliyini 
salsa da, bir sıra məscidləri xristian mə-bədlərinə çevirsə də, islam dini ruhanilərini 
ali  zümrəyə  daxil  etməsə  də    bölgədə  müsəlman  dini  qurumlarının  fəaliyyətini 
dayandırmır, yeni məs-cidlərin tikilməsinə dözümlə yanaşır, din xadimlərini fiziki 
cəhətdən məhv etmirdi. Halbuki antidin təbliğatını əlində rəhbər tutan sovetlər həm 
xristian, həm də islam dininə qarşı XX əsrin 40-cı illərinin əvvəllərinə qədər  terror 
aparmışdı. 
 
Sovet  ttifaqının millətlərarası münasibətlər siyasətinin xüsusiy-yətləri. 
 
Bu  məsələdən  danışarkən,  bolşevizmin  “bütün  ölkələrin  proletarları  birləşin” 
ş
üarına  diqqət  yetirmək  lazımdır.  Milli  məsələni  bolşevik  -  proletar  ideo-logiyası 
ə
sasında, sinfi prinsiplər əsasında  həll etməyə çalışan  sovetlər, süni tarixi kateqoriya 
sovet  xalqı  yaratmağı  əsas  götürərək,  xalqlara  formal  müstəqillik  verərək,  SSR   kimi 
dövləti  təşkil  edərkən,  onun  xəritəsini  “qayçılama”  prinsipi  əsasında  qurur,  yaradılmış 
inzibati-ərazi  qurumlarında  birləşən  xalqların  tarixi  torpaqları  nəzərə  alınmır,  “milli 
məsələ”nin həlli kağız  üzərində  qalır.  Azər-baycan  SSR  -  də  də  milli  məsələ  avtoritar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə