Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   19   20   21   22   23   24   25   26   ...   42

olunmuş əraziyə xristian etnosları köçürmək və xristian  elementinin çəki yükünü 
ölkə əhalisinin etno-konfessional nomenklatura-sında artırmaq idi. Yadelli xristian 
etnoslardan  ilk  olaraq  almanlar  Azərbay-canın  şimal  torpaqlarına  köçürülmüş  və 
onların koloniyaları salınmış-dı. Alman-kolonistlər, ölkənin sosial-iqtisadi sahəsinə 
qərb  elementlərini  daxil  edə  bilmiş,  kənd  təsərrüfatında  üzümçülük,  şərabçılıq, 
tütünçülük  kimi  sa-hələr,  süni  mineral  suların  hazırlanması  onların  adı  ilə  bağlı 
olmuşdur. 
Ş
imali  Azərbaycanda    məskunlaşan  almanlar  Rusiya  imperiyasının  apardığı 
müstəmləkə  siyasətinin  tələblərinə  cavab  verməsələr  də  ölkənin  sosial-iqtisadi, 
mədəni  və  elm  sahələrinə  qoşulmuş,  Azərbaycan  tarixində    özünəməxsusu  iz 
qoymuş,  ölkədə  multikultural  mühitin  inkişafına  təsir  gös-tərmişlər.  1899-cu  ildə 
alman    memarı  .Eyxlerin  layihəsi  ilə    alman  qotika  üslubunda  tilikmiş  Kirxa 
kapitalist Bakısına qərb memarlığı mədəniyyətini gətirərək, Şərq-Qərb dünyalarını 
yaxınlaşdırmışdır. Bu dövrdə Azərbay-canın multikultural ənənələrə yaxınlaşması 
özünü  başqa  sahələrdə  də  gös-tərmişdir.  Bakı  nefti  ilə  milyonlara  sahib  olan 
Nobellər Nobel mükafatını tə-sis edərək, bəşəriyyətə Qərb-Şərq sivilizasiyalarının 
vəhdətini nümayiş et-dirmişdir.   
  mperiya  çərçivəsinə  daxil  etdiyi  bütün  xalqlara    velikorus  mövqeyindən 
yanaşan Romanovlar Rusiyası ХХ  əsrin əvvəllərində sosial-siyasi kollaps dövrünə 
qədəm  qoyduqda  konfessional  cəhətə  varmayaraq,  özünün  qeyri-rus  təbəələrinə 
birtərəfli münasibət göstərmiş və bu baxımdan almanlar istisna təşkil etməmişdilər. 
XX  əsrin  əvvəllərində  ölkə  əhalisinin  tərkibinə  qatılan  almanların  sayı  15.990 
nəfərə, çəki yükü isə  ölkə əhalisinin etnik nomenklaturasında 0,41 %-ə  çatmışdı. 
Xristianlaşdırma siyasəti. 
 
Azərbaycan  torpaqlarını  özünün  müstəmləkə  sisteminə  qatan  Rusiya  siyasi 
hakimiyyətini  bölgədə  bərqərar  etmək  məqsədi  ilə  işğal  etdiyi  ərazidə  mövcud 
islam sistemini pozmaq və əsas vasitə kimi götürdüyü xristian ele-mentini artırmaq 
üçün  müstəmləkə  siyasətinin  tərkib  hissəsi  olan  xristian-laşdırma  siyasətini 
məqsədyönlü  olaraq  aparmışdır.  Belə  ki,  müsəlman  ölkəsində  Rusiya 


hakimiyyətini möhkəmlətmək məqsədini əsas tutan mütlə-qiyyət yaddilli, yaddinli, 
yadtəbiətli  əhalinin  assimilyasiyaya  uğramasında  mütləq  vasitə  dini,  xristianlığın 
yayılmasını götürmüşdü. Belə ki, Rusiya im-periyasının hakim dairələrinin fikrincə 
ölkənin  köklü  əhalisi  yadelli  işğalla  ba-rışmayacaq  və  bu  barışmazlığın  dayaq 
nöqtəsi  də  slam  dini  idi.  Çünki,  minillik  bir  tarixi  dövr  boyunca  slam  dininə 
etiqad edən xalq, xristian dövlətin hakimiyyətini asanlıqla qəbul etməyəcəkdi.  
Rusiya imperiyasının Şimali Azərbaycanı tərkib hissəsinə çevirmək məqsədi 
ilə  xristianlaşdırma  siyasətini  aparan  mütləqiyyət  bölgədə  xristian  missioner 
cəmiyyətlərinin  fəaliyyəti  üçün  şərait  yaradır.  Və  işğalın  ilk  illə-rində  fəaliyyət 
göstərən  missioner  cəmiyyətləri  təkcə  pravoslav    deyil,  ha-belə  qeyri-pravoslav 
yönümlü  idilər.  Sonuncuların  fəaliyyət  məkanına  Bazel  missionerləri  cəlb 
olunmuşdular.  Lakin  tezliklə  Rusiya  hakim  dairələrinin  ayrı  ayrı  nümayəndələri 
belə qənaətə gəlirlər ki, qeyri-pravoslav missioner cəmiyyətləri, o cümlədən Bazel 
yevangel cəmiyyəti Rusiya imperiyasının dövlətçilik siyasətinin tələblərinə cavab 
verə bilmədiyi üçün onların  fəaliy-yətinə xitam verilməlidir. Beləliklə, XlX əsrin 
30-cu  illərində  Rusiya  hakim  dairəlilərində  qeyri-pravoslav  missioner 
cəmiyyətlərə,  o  cümlədən  Bazel  missioner  cəmiyyətinə  münasibət  qeyri-loyal 
duruma  gəlmiş  və  nəticədə  1835-ci  ilin  payızında  Bazel  missioner  cəmiyyətinin 
fəaliyyətinə qadağa qoyulmuşdu. Verilən qərarla razılaşmayan Bazel missionerləri, 
baron  Q.V.Rozenə  yazdıqları  hesabatlarında  bölgədə  xristianlaşdırma  siyasətinə 
toxunaraq,  bildirmişdilər  ki,  onların  cəmiyyətinin  əsas  məqsədi  müsəlman-ları 
xristianlaşdırmaqdır.  Və  bunun  üçün  də  əsas  vasitə  olaraq  Bibliyanın  bölgədə 
təbliği və yayılması məqsədəuyğun hesab edilmişdir. Çünki onların fikrincə dinin 
və  dini  baxışların  dəyişilməsi  üçün  “nəinki  onilliklər,  hətta  əsr-lər  gərəkdir”.  Bu 
fikri  əsas  tutan  Bazel  missionerləri  Rusiya  rəsmi  dairə-lərinin  xristianlaşdırma 
siyasətində kəmiyyət meyarına istinad etmələrini qəbul etmir və bildirirlər ki, qısa 
bir  zaman  çərçivəsində  göstərdikləri  fəaliy-yət  onlara  belə  bir  gerçəkliyi 
aydınlaşdırmışdır  ki,  Azərbaycan  torpaqlarının  köklü  əhalisi,  azərbaycanlıları, 
xristianlaşdırmaq  o  qədər  də  asan  deyil.  Çünki  əsrlərlə  Azərbaycan  xalqının 
mentalitetini,  özünüdərkini  müəyyən-ləşdirən  slam  və  ,,islam  mədəniyyətini 


ş
üurlardan silmək mümkün deyil”. Lakin mütləqiyyət müstəmləkə iddialarından əl 
çəkmək istəməyərək, Bazel missionerlərinin bu müraciətini qəbul etməyərək 1837-
ci ilin yayında onların fəaliyyətini dayandırmışdı.  
    Beləliklə,  XlX  əsrin  ikinci  otuzilliyində  başlayaraq  Rusiya  imperiyasının 
Cənubi  Qafqazda,  o  cümlədən  Şimali  Azərbaycanda  apardığı  xristianlaşdırma 
siyasətində yeni istiqamət özünü göstərir. Belə ki, bölgənin işğalının ilk illərində Rusiya 
zəbt  etdiyi  torpaqlarda  mütləqiyyət,  xristian  amilini  sadəcə  olaraq  artırmaq  məqsədini 
ə
sas  götürdüyü  uçun  xristian  dininin  ayrı-ayrı  konfes-siyalarını  xristianlaşdırma  
siyasətinə qoşurdusa da, Türkmənçay müqaviləsi bağlandıqdan sonra Rusiya imperiyası 
bölgədə  siyasi  hakimiyyətini  bərqərar  etmək  məqsədi  ilə  qeyri-pravoslav 
konfessiyaların,  o  cümlədən  Bazel  missi-onerlərinin  fəaliyyətini  məqsədəuyğun  hesab 
etməyərək  onları  xristianlaşdırma  siyasətindən  uzaqlaşdırır  və  bu  siyasətin  ana  xətti 
ortodoksal kilsə ilə bağlanılır. 
Ölkədə məqsədyönlü şəkildə xristianlığı yaymaq konturları ilə çıxış edən Rusiya, 
Qafqazda  pravoslavlığı  yayan  “Osetin  komissiyası”nın  fəaliyyəti  ilə  kifayətlənməyib, 
1829-cu ildə “Qafqazda pravoslavlığı yayan cəmiyyəti” təsis edir. Və bu qurum 1860-cı 
ildə  fəaliyyətə  başlayır.  Xristianlığı  ölkədə  yayarkən,  mütləqiyyət  nəzər-diqqəti  şimal-
qərb torpaqlarına yönəldir və Alban kilsə tarixi-abidələrinin  mövcud olduğu ərazilərdə 
xristianlaşdırma siyasətinin uğurlu nəticələrlə sonuclanması qənaətinə gəlir. “Qafqazda 
pravoslavlığı  yayan  cəmiy-yəti”n  fəaliyyəti  nəticəsində  Zaqatala  dairəsində  kilsələr 
tikilməyə  başlayır  və  XIX  əsrin  ilk  illərində  ildə  20  minə  qədər  alban-ingiloy  zor-xoş  
xaç suyuna salınır. Əhali mütləqiyyətin apardığı xristianlaşdırma siyasəti ilə barışmır və 
1863-cü  ildə  Zaqatalada  üsyan  başlayır  və  bu  üsyanın  əsas  səbəblərindən  biri    məhz 
xristi-anlaşdırma siyasəti olur. Bölgədə sosial-siyasi durumu sabitləşdirmək məqsədi ilə 
Qafqaz Canişinliyi “xristianlığı qəbul etmişlərə yenidən  slam dininə qayıt-mağa icazə 
verir”. Nəticədə, bir-neçə il ərzində Zaqatala dairəsində 7 məhəllə kilsəsi, o cümlədən 
Balakən  kilsəsi  bağlanılir.  Beləliklə,  Rusiya  imperiyasının  Azərbaycan  torpaqlarında 
apardığı  xristianlaşdırma  siyasəti  mütləqiyyətin  göz-lədiyi  nəticəni  vermir  və  bunun  
ə
sas  səbəbi  Azərbaycan  xalqının  slam  dininə  olan  bağlılığı  olur.  Bununla  belə 
mütləqiyyət sonrakı illərdə də xristianlaşdırma siyasətini davam etdirilir və bu konturda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə