Yəhudi dininə mənsub insanlar təkcə Azərbaycanda yox, dünyanın əksər
ölkələrində yaşayırlar və məlum məsələdir ki, onlara münasibət hər yerdə eyni
deyil. Amma Azərbaycanda bu dinin mənsublarına bütün tarixi dövrlərdə
münasibət birmənalı olub, hansısa yəhudi nə vaxtsa özünü «ögey övlad» kimi hiss
etməyib, əksinə, böyük bir ailənin bərabərhüquqlu üzvü kimi həmişə onun rifahı və
inkişafı üçün çalışıb. Ümumiyyətlə, yəhudilərə göstərilən münasibətə görə
Azərbaycan yalnız sraillə müqayisə oluna bilər. Bu fikir təkcə azərbaycanlıların
və bu ölkədə yaşayan yəhudilərin yox, həm də başqa dövlətlərin, o cümlədən srail
vətəndaşı olan yəhudilərin təsdiqlədikləri həqiqətdir.
Xristianlıq
Xristianlıq Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində, hələ sa Məsihin
həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz etmişdir. 70-ci ildə
Yerusəlimin (Qüdsün) süqutundan sonra yəhudilərin Qafqaza köçürülməsi
güclənir. Gələnlər sanın göstərdiyi möcüzələrdən danışırlar. Bu cür təbliğin təsiri
altında bölgədə ilk xristian icmaları yaranır. Albaniyada xristianlığın yayılmasında
bu dövr həvari dövrü adlanır və həvarilərdən Varfolomey və Faddeyin adları ilə
bağlıdır. Həvari Faddeyin şagirdlərindən olan Yelisey Yerusəlimin birinci patriarxı
Yəqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Aqvan diyarına gəlib çıxmış və
Kiş adlı yerdə kilsə tikmişdir. Bu kilsə Ermənistandakı birinci xristian kilsəsindən
qabaq tikilmişdir.
313-cü ildə Roma imperatoru Konstantin xristianlığa etiqad üzərindən
qadağanı götürəndə Alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan edir. Bu
vaxtdan etibarən Azərbaycanda xristianlığın yayılmasının qrekofil dövrü adlanan
yeni dövrü başlanır. Akademik Z.Bünyadov göstərir ki, Urnayr, II Vaçe və III
Vaçaqan ölkədə xristianlığı yaymaq üçün mübarizə aparmışlar. IV-V əsrlərdə
ruhanilik və kilsə iyerarxiyası təşəkkül tapır. Katolikosun göstərişi ilə feodallar öz
ə
razilərində kilsə üçün xüsusi yerlər ayırırdılar. Bölgədə kilsələr tikilir, dini
kitablar siryani, arami və yunan dillərindən Alban dilinə tərcümə edilirdi.
Azərbaycan tarixinin xristianlıqla bağlı məqamları təkcə slamdan öncəki
dövrə aid deyil, əksinə, slam Azərbaycanda aparıcı dinə çevrildikdən sonra da bu
ə
razilərdə xristianlar yaşayıb və ümumi mədəniyyətimizin formalaşmasında
yaxından iştirak ediblər. Üstəlik müəyyən tarixi dövrlərdən başlayaraq bu dinin
müxtəlif qolları - pravoslavlıq, katoliklik və protestantlıq, eləcə də lüteranlıq
ölkəmizdə yayılıb və yaşamaq hüququ qazanıb.
Azərbaycanın ikiyə bölünməsindən və Rusiya işğalından sonra bölgədə fərqli
dini mühit formalaşıb ki, onun təsiri hələ də davam edir. Çünki Rusiyanın
işğalından sonra xristianlığın pravoslav və lüteran qoluna mənsub xeyli sayda
insan kütləvi şəkildə Şimali Azərbaycana köçürüldü və ölkədə əhalinin istər din,
istərsə də məzhəb baxımından tərkibi xeyli dəyişdi. Şübhəsiz, XIX əsrin ikinci
yarısında Bakıda neft sənayesinin inkişafı nəticəsində işləmək üçün müxtəlif
ölkələrdən Azərbaycana gələn insanların sayı xeyli artdığından əhalinin dini tərkibi
daha da zənginləşdi. Bunu həmin dövrdə Bakının dini xəritəsi də təsdiqləyir. 1913-
cü ilin məlumatına görə, Bakıda 76 min 927 xristian, 9 min 592 yəhudi, 3 min 801
lüteran, 2 min 902 katolik, 4 min 496 sektant, 262 nəfər təriqətçi yaşayıb və həmin
dövrdə Azərbaycanda məscidlər, pravoslav baş kilsələri, kiçik kilsələr, kirxa və
sinaqoqlar, məbədlər və s. fəaliyyət göstərib. Məhz bu dövrdə Roma-katolik,
lüteran və bir sıra protestant icmaları formalaşıb. Bütün bunlar onu göstərir ki,
tarixən çox konfessiyalı ölkə olan Azərbaycanda tolerantlıq prinsiplərinin
qorunması üçün münbit şərait olub və təkcə ölkənin yerli əhalisi yox, hətta
ə
cnəbilər də bu mühitdən maksimum bəhrələniblər.
Alban-udi xristian kilsəsi
Azərbaycanda xristianlığın tarixi Alban kilsəsindən başlayır. Qədim qaynaqlar
sübut edir ki, Alban kilsəsi nəinki Qafqazda, hətta bütün xristian dünyasında ən
qədim kilsələrdən biridir və apostol mənşəlidir. Alban kilsəsinin qədimliyini təkcə
tarixi faktlar yox, həm də mövcudluğunu dövrümüzə qədər qoruyub saxlamış
qədim alban məbədləri təsdiqləyir.
Alban katolikosunun iqamətgahı Çoqay şəhərində yerləşirdi. 552-ci ildə
iqamətgah Bərdəyə köçürülmüşdür. slam fütuhatlarından, xüsusilə Alban
məlikliyinin süqutundan sonra ölkədə xristianlığın rolu zəifləmiş, kilsələrdə ibadət
erməni dilində aparılmış, Alban dili sıxışdırılmışdır. VIII-IX əsrlərdə Azərbaycan
ə
razisində müstəqil dövlətlər yarananda Alban kilsəsi yenidən avtokefal kilsə
statusunu bərpa etmişdir.
Xristianlıqla bağlı araşdırmalar aparan tədqiqatçıların ümumi qənaətinə görə,
Şə
kidə yerləşən, «Şərq kilsələrinin anası» sayılan və günümüzə qədər qorunub
saxlanılan Kiş kilsəsi Qafqazda ilk xristian məbədidir. Əslində dövrümüzə qədər
gəlib çatmış və böyük əksəriyyəti Qarabağ, Qəbələ-Şəki-Zaqatala bölgəsində
yerləşən alban abidələri xristian Azərbaycan türklərinin xristian mədəniyyətinə,
ümumilikdə, bəşəriyyətin mədəni dəyərlər xəzinəsinə ən böyük töhfəsidir.
Təəssüf ki, Azərbaycana qarşı işğalçılıq siyasəti aparan təcavüzkar Ermənistan
Azərbaycan xalqının tarixində böyük bir mərhələni təşkil edən alban abidələri
saxtalaşdırılaraq qriqoryanlaşdırılmışdır. Ermənistan işğal etdiyi ərazilərdə
saxtalaşdırdığı alban məbədlərini dünyada erməni abidələri kimi qələmə vermişdir.
Halbuki, həm tikilişinə, həm memarlıq xüsusiyyətlərinə, həm də dini atributlarının
formasına görə alban abidələri erməni kilsələrindən fərqlənir və alban ənənələri
erməni kilsəsi ilə müqayisədə alban kilsəsinin daha qədim olduğunu təsdiqləyir.
Çar Rusiyası tərəfindən Qarabağa köçürülən ermənilərin hiyləsinə uyan Rusiya
çarı 1836-cı ildə fərman imzalayaraq Alban kilsəsini ləğv edir, Alban məbədləri,
kilsəyə aid olan bütün avadanlıq və sənədlər erməni apostol kilsəsinə verilir. Bu
şə
raitdə udilər ya qriqoryanlığı qəbul edib erməni olmalı, yaxud dinsiz insanlara
çevrilməli idilər. Lakin onlar misilsiz qəhrəmanlıq göstərib 160 ildən çox bir
dövrdə öz dininə, adət-ənənələrinə, dininə, tarixi vətəninə sadiq qalmış,
erməniləşməmiş, əksinə 1836-cı ildə həyata keçirilən tarixi ədalətsizliyi həmişə
aradan götürməyə çalışmışlar. Udili ziyalıların təşəbbüsü ilə 2003-cü ildə Alban-
Udi xristian icması yaradılmış və müvafiq qaydada dövlət qeydiyyatından
keçmişdir. cmanın qeydiyyatı Alban apostol avtokefal kilsəsinin dirçəldilməsi,
ümumiyyətlə, tarixi ədalətsizliyin aradan qaldırılması yolunda ilk addımdır.
Dostları ilə paylaş: |