Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   14   15   16   17   18   19   20   21   ...   42

Halbuki,  hər  iki  inam  müstəqil  din  sahələri  kimi  meydana  gəlib  və  onların 
yaranması bilavasitə Azərbaycan əraziləri və xalqı ilə bağlıdır. 
Zərdüşti əqidələrində od mühüm yer tuturdu və buna görə zərdüştiləri çox vaxt 
atəşpərəst  hesab  edirlər.  Zərdüştilər  ölmüş  adamların  cəsədlərini  murdar  hesab 
etdikləri  üçün  torpağa  tapşırmır,  dağlarda  hazırladıqları  xüsusi  yerlərdə 
saxlayırdılar  ki,  qurd-quş  yesin.  Yalnız  bundan  sonra  təmizlənmiş  sümüklər 
yığılaraq dəfn edilirdi. 
Zərdüştiliyə  qədər  dünyada  müxtəlif  dinlər  və  inanclar  olub,  amma  onların 
hamısı məhəlli xarakter daşıyıb və demək olar ki, yarandığı bölgənin sərhədlərini 
aşa bilməyib.  Üç  böyük  imperiyanın dövlət dini  olmuş  zərdüştilik nəinki  məhəlli 
din  anlayışının  sərhədlərini  aşmış,  hətta  ilk  dəfə  qədim  dünyada  mükəmməl  din, 
dünyagörüşü, əxlaq və məişət, mənəviyyat prinsipləri toplusu yaratmışdır. Bu dinin 
özəlliyi  ondadır  ki,  onun  yaradıcısı  sayılan  Zərdüşt  özünə  qədər  mövcud  olan 
ilahların  hamısını  rədd  edərək  yeganə  Allah  -  Hörmüzü  kainatın  və  bütün  canlı 
varlıqların  yaradıcısı  kimi  irəli  sürüb.  Bu  baxımdan,  bütpərəstlikdən  fərqlənən 
Zərdüştilik bütpərəst dinlərlə səmavi dinlər arasında ayrıca bir mərhələ təşkil edir. 
Bu  dinin  əhatə  dairəsi  yalnız  Azərbaycanın  tarixi  əraziləri  və  Yaxın  Şərqlə 
məhdudlaşmamış, Qərbə, xüsusilə qədim yunan və Hind mədəniyyətinə ciddi təsir 
göstərmişdir.  Tarixi  faktlar,  eləcə  də  bizə  gəlib  çatmış  yunan  tarixçi  və 
filosoflarının  əsərləri  sübut  edir  ki,  zərdüştiliyin  müqəddəs  kitabı  olan  Avesta, 
xüsusilə,  bu  kitabı  yaradan  maqlar,  onların  təlimində  və  atəşpərəstlik  dinində 
islahat  aparmış  Zərdüşt  yunan  mədəniyyətinin  inkişafında  böyük  rol  oynayıb. 
Bəlkə, elə buna görədir ki, ingilis tədqiqatçısı Meri Boys Zərdüştiliyin bəşəriyyətə 
bütün digər etiqad növlərindən daha artıq dərəcədə təsir göstərdiyini iddia edir. 
Ə
ksər  tədqiqatçılar  təsdiqləyir  ki,  Zərdüştün  dövrünə  qədər  analoqu  olmayan 
ideyaları nəinki onun ardıcıllarına, hətta qədim dövrün bir çox aliminə - Platona, 
Aristotelə,  Hermippinə  və  başqalarına  güclü  təsir  göstərib.  Uzun  tarixi  dövr 
ə
rzində  dövlət  dini  statusunu  qoruyub  saxlayan  zərdüştilik  VII  əsrdən  etibarən, 
yəni  slamın  yayılması  ilə  əlaqədar  zəifləməyə  başlayıb.  Təsir  dairəsi  bu  qədər 
geniş  olan,  Hindistanda  və  randa  indiyədək  mənsubları  yaşayan  zərdüştilik 
Azərbaycanın  tarixi  ərazilərində  yaranmış  və  Azərbaycan  xalqının  bəşəriyyətin 
mədəni dəyərlər sisteminə ərməğan etdiyi ilk böyük töhfədir. 
Zərdüşti  əqidələri  e.ə.  III  əsrdən  etibarən  ehkam  səciyyəsi  daşımağa 
başlamışdır.  Azərbaycan  ərazisində  Dərbəndə  qədər  zərdüştilik  sasanilərin  hərbi-
siyasi uğurları ilə bağlı olaraq yayılmağa başlamışdır. Yeni dinin təbliği məqsədilə 
bu ərazilərə iranlı zərdüştilər köçürülürdü. Eyni zamanda Azərbaycanda zərdüştilik 
yerli  xüsusiyyətlər  də  kəsb  etmişdir.  Azərbaycan  ərazisində  nüfuz  dairəsini 
genişləndirmək  üçün  sasanilərlə  bizanslılar  arasında  şiddətli  mübarizə  getmiş, 
nəticədə gah zərdüştilik, gah da xristianlıq güclənmişdir. Belə bir şəraitdə bölgəyə 
gələn islam sürətlə və nisbətən dinc yolla yayılmaq imkanı əldə etmişdir. 
 
Yəhudilik  
 
Azərbaycan  xalqının  bu  zənginliyini  təsdiqləyən  və  min  illər  ərzində  ondan 
faydalanan  xalqlardan  biri  də  yəhudilərdir.  Azərbaycanda  məskunlaşmalarının 


tarixi  2600  il  öncəyə  gedib  çıxan  yəhudilərin  bu  böyük  tarixi  dövr  ərzində 
azərbaycanlılar tərəfindən nə vaxtsa dini ayrı-seçkiliyə məruz qalmalarına dair heç 
bir fakt yoxdur.  
Yəhudilər  Azərbaycana  gəlməmişdən  əvvəl  bu  ərazilərdə  müxtəlif  dinlər  və 
inanclar  olub,  lakin  onların  heç  biri  kənardan  gəlməyib,  burada  formalaşıb.  Bu 
baxımdan,  Azərbaycana  kənardan  gəlmiş  ilk  din  olan  yəhudilik  həm  də  bu 
ə
razilərdə yayılan ilk səmavi dindir. Azərbaycanda ən qədim yəhudi icması sayılan 
dağ  yəhudiləri  bizim  eradan  əvvəl  VI  əsrdə  Yerusəlimdə  birinci  xram  adlanan 
məbədin  sökülməsi  nəticəsində  vətənlərini  tərk  etmiş  qədim  yəhudi  qəbilələrinin 
nəslindəndirlər. 
Azərbaycanda  üç  yəhudi  icması  -  dağ,  əşkinazi  və  gürcü  yəhudiləri  icmaları 
mövcuddur.  Bütövlükdə  ölkədə  yəhudilərin  sayı  təxminən  16.000-dir.  Bunlardan 
11.000-i dağ yəhudiləridir ki, təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, min nəfəri 
isə  digər  şəhərlərdə  yaşayır.  Dağ  yəhudiləri  hazırda  ölkədəki  bütün  yəhudi 
diasporu arasında çoxluq təşkil edir. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların 
ə
ksəriyyəti  Bakıda  və  Sumqayıtda  yaşayır.  Gürcü  yəhudiləri  təxminən  700 
nəfərdir. Onların ölkəmizə gəlişi əsasən XIX əsrin sonuna, sənaye bumu dövrünə 
təsadüf edir.  
Bir fikrə görə, ən qədim yəhudi icmalarından olan dağ yəhudiləri mənşəcə bir 
vaxtlar  Assuriya  və  Babil  şahları  tərəfindən  Fələstindən  çıxarılmış  və  Midiyada 
məskunlaşdırılmış  srail  oğulları  nəslindəndirlər.  Onların  əcdadları  yəhudiliyə  ilk 
iman  gətirmiş  insanlar  olmuş,  Fələstindən  kənarda  yaşamış  və  xristianlıq 
yəhudiliyin  içindən  çıxan  bidətçi  bir  firqə  kimi  təşəkkül  tapmağa  başlayanda  sa 
Məsihi  təqib  edənlər  arasında  olmamışlar.  Elə  Midiyada  ikən  onlar  tatlarla 
qaynayıb qarışmışlar. Bunun təsiri altında dağ yəhudiləri fars dilinin qədim arami 
və yəhudi sözləri ilə qatışıq bir ləhcəsi olan tat dilində danışırlar. 
Başqa  tədqiqatçıların  fikrincə,  dağ  yəhudiləri  Şərqi  Qafqaza  Sasani  hökmdarı 
Xosrov  I  Ənuşirəvan  (531-579)  tərəfindən  köçürülmüşlər.  Hökmdar  Qafqazda 
qalalar  tikdirir,  şəhərlər  saldırır,  bu  şəhərlərdə  Mesopatamiyadan  köçürtdüyü 
farsları və yəhudiləri yerləşdirirdi. Dağ yəhudilərinin danışdıqları tat dili də həmin 
dövrdən miras qalmışdır. 
Hər  halda  deyə  bilərik  ki,  dağ  yəhudiləri  Azərbaycana  sasanilərin  siyasəti  ilə 
bağlı olaraq 15 əsr bundan qabaq gəlmiş, imperiyanın təhlükəsizliyini təmin etmək 
məqsədilə sərhəd məntəqələrində yerləşdirilmiş, yerli əhali ilə sıx təmasda olsalar 
da,  dinlərini,  adət-ənənələrini,  həyat  və  düşüncə  tərzlərini  qoruyub  saxlamışlar. 
Dağ  yəhudiləri  əqidə  məsələlərində  əşkinazi  yəhudilərlə  müqayisədə  daha 
ortodoksaldırlar.  
Hazırda Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət 
göstərir.  Qubadakı  Krasnaya  Slobada  qəsəbəsi  bütün  postsovet  məkanında  dağ 
yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir.  
Azərbaycan müstəqillik əldə etdikdən sonra buradakı yəhudi icmaları daha da 
fəallaşmış,  beynəlxalq  yəhudi  təşkilatları  ilə  əlaqələrini  möhkəmlətmiş,  öz  dini 
məktəblərini,  mədəniyyət  mərkəzlərini,  cəmiyyətlərini,  klublarını  və  qəzetlərini 
yaratmışlar.  2003-cü  il  martın  9-da  Bakıda  Avropada  ən  böyük  yəhudi  sinaqoq 
açılmışdır.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə