Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   16   17   18   19   20   21   22   23   ...   42

Azərbaycan  hökumətinin  dəstəyi  ilə  Şəki  rayonunun  Kiş  kəndində  yerləşən  və 
Qafqazda kilsələrin anası hesab olunan apostol Yelisey kilsəsi bərpa edilmiş, 2006-
cı  ildə  isə  udilərin  kompakt  halda  yaşadığı  Qəbələ  rayonunun  Nic  qəsəbəsindəki 
«Çotari» Alban-udi kilsəsinin rəsmi açılışı olmuşdur. Təbii ki, Alban-udi xristian 
icmasının  dirçəldilməsi  və  alban  abidələrinin  bərpası  tarixi  ədalətsizliyin  aradan 
qaldırılması,  ölkəmizdəki  tolerantlıq  mühitinin  qorunub  saxlanılması  baxımından 
təkcə  Azərbaycan  deyil,  həm  də  bütün  dünya  tarixində  mühüm  əhəmiyyət  kəsb 
edir. 
Alban-udi  xristian  dini  icmasının  qeydiyyat  alınması  formal  olaraq  digər 
icmaların  qeydiyyatından  fərqlənməsə  də,  xarakter,  məzmun,  dini  və  siyasi 
ə
həmiyyət baxımından çox əlamətdar bir hadisədir. Bu gün Udi etnosuna mənsub 
olan  insanların  sayı  dünyada  10.000-ə  qədərdir  ki,  onların  6000-i  Azərbaycan 
ə
razisində, o cümlədən 4.400-ü kompakt şəkildə Qəbələ rayonunun Niç kəndində 
yaşayır. 
 
Pravoslavlıq  
 
Azərbaycana XIX əsrin əvvəllərindən etibarən rus çarizminin bölgədə yeritdiyi 
"köçürmə  siyasəti"  çərçivəsində  nüfuz  etməyə  başlamışdır.  Bakıda  ilk  pravoslav 
kilsəsi 1815-ci ildə fəaliyyətə başlamışdır. 
Rus  pravoslav  kilsəsində  baş  verən  parçalanmanın  ağır  nəticələrindən 
sığortalanmaq üçün sektant xristianların Qafqaza sürgünü başlanır. Azərbaycanda 
ilk rus köçkünləri 1834-cü ildə Şamaxı qəzasında Altı-Ağac kəndini, 1838-ci ildə 
Lənkəran qəzasında Vel kəndini, 1842-ci ildə Yelizavetpol quberniyasında Borisı - 
Ruslar,  1844-cü  ildə  isə  Slavyanka  kəndlərini  salırlar.  1868-ci  ildə  Bakı 
quberniyasının  ərazisində  21  sektant  kəndi  var  idi  ki,  burada  13  min  sektant 
yaşayırdı. 
Pravoslavlığın  Azərbaycanda  yayılmasında,  yeni  kilsə  və  ibadət  evlərinin 
inşasında Azərbaycanlılar da fəal iştirak etmişlər. Məsələn Bakıda yeni «Aleksandr 
Nevski»  kafedral  kilsəsinin  tikilməsinə  həm  müsəlmanlar,  həm  də  yəhudilər 
maliyyə  yardımı  etmişlər.  Müsəlman  ruhanilər  dindarları  kilsənin  tikintisinə 
yardım  göstərməyə  çağırmış,  hətta  müsəlman  qadınlar  öz  gümüş  zinət  əşyalarını 
metal zənglərə əlavə olunması üçün kilsəyə bağışlamışlar. Başqa bir fakt: Arxangel 
Mixail  məbədi  yanan  zaman  bir  çox  müsəlman  onun  bərpasına  kömək 
göstərmişdir.  Pravoslav  ruhanilər  bunun  səbəbini  soruşduqda  isə  belə  cavab 
veriblər: «Таnrının evi yanan şəhərə müsibət üz verər». 
 
Katoliklik 
 
Azərbaycanda xristianlığın yayılma tarixində katoliklik ayrıca səhifə təşkil edir 
və bu səhifənin yaşı əsrlərlə ölçülür. Azərbaycanda hələ orta əsrlərdən yayılmağa 
başlayan  katoliklik  XIV  əsrin  əvvəllərindən  etibarən,  xüsusilə,  XVII-XVIII 
yüzilliklərdə  geniş  yayılıb,  hətta  Azərbaycanın  ən  iri  şəhərlərində  katolik 
monastrları, missiya və məktəbləri fəaliyyət göstərib. 


Tarixi  sənədlər  katolik  missionerlərin  çoxsaylı  xeyriyyə,  tərcümə  və  tibb 
fəaliyyətlərindən,  yerli  əhaliyə  göstərdikləri  yardımlardan  xəbər  verir.  Xüsusilə, 
XIX  əsrin  ikinci  yarısı  və  XX  əsrin  əvvəllərində  -  neft  bumu  dövründə  Bakıya 
çoxsaylı  katoliklər  köçmüş  və  Azərbaycanda  katolik  kilsəsinin  həyatında  yeni 
mərhələ başlamışdır. 
Bakıda  ilk  Roma-katolik  prixodu  XIX  əsrin  50-ci  illərində  rus  ordusu 
tərəfindən  hərbçi  katoliklərin  Qafqaza  sürgün  edilməsi  ilə  əlaqədar  olaraq 
yaradılmışdır.  Prixod  Tetri-Skarodakı  (Gürcüstan)  Roma-katolik  hərbi  prixoduna 
tabe idi. 1882-ci ildə Bakı prixodu müstəqilləşir. 1895-ci ildə Müqəddəs Məryəmin 
Bakirə Hamiləliyi şərəfinə kilsə, 1903-cü ildə isə Bakı qəbiristanlığında Müqəddəs 
Xaç  kilsəsi  tikilir.  1909-1912-ci  illərdə  Bakının  gözəl  memarlıq  abidələrindən 
sayılan  yeni  Müqəddəs  Məryəmin  Bakirə  Hamiləliyi  kilsəsi  qotik  üslubda  inşa 
edilir.  Sovet  dövründə  kilsə  dağıdılmışdır.  1999-cu  ildə  Bakıda  Roma-katolik 
icması yenidən bərpa olunur. 2001-ci ildə icma öz ibadət evini yaradır. 22-23 may 
2002-ci  ildə  Roma-katolik  kilsəsinin  sabiq  başçısı  Papa  oann  II  Pavel  Bakıda 
rəsmi  səfərdə  olmuşdur.  2008-ci  ildə  Bakıda  Roma-katolik  kilsəsi  üçün  inşa 
olunmuş  yeni  binasının  açılışı  olmuşdur.  Tədbirdə  dövlət  rəsmiləri  və  xarici 
qonaqlar iştirak etmişdir.  
 
slam 
 
Azərbaycanın  islamlaşması  hicrətin  18-ci  ilindən  (639-ci  il)  başlanmışdır. 
Həmin dövrdə ərəblər Ərdəbil, Təbriz, Naxçıvan, Beyləqan, Bərdə, Şirvan, Muğan 
və  Arranı  fəth  edir,  Xəzər  sahili  boyunca  Dərbəndə  kimi  irəliləyirlər.  Tarixçi 
Bəlazurinin  məlumatına  görə,  artıq  xəlifə  Əli  bin  Əbu  Talibin  hakimiyyəti 
dövründə  (656-661)  Azərbaycan  əhalisinin  əksəriyyəti  islamı  qəbul  etmişdi. 
Ş
imalda bu proses bir qədər uzun çəkmişdir. Ərəblər fəth etdikləri ərazilərdə əhali 
üzərinə vergi qoyur, sülh müqaviləsi bağlayıb yürüşlərini davam etdirir, sonra yenə 
geri  qayıdırdılar.  Yerli  əhali  vergiləri  verməkdən  imtina  etdikləri  halda  hücumlar 
başlanırdı. 
slam fütuhatları çox yerdə sülh yolu ilə, bəzi yerlərdə isə silah gücünə həyata 
keçirilirdi.  Fəth  edilmiş  ərazilərdə  bütpərəst  əhaliyə  islamı  qəbul  etmək  təklif 
olunurdu,  qəbul  edənlərə  toxunulmurdu.  slamı  qəbul  etməyən  yəhudi  və 
xristianlar cizyə ödəyir və müsəlmanların himayəsi altında olurdular.  slamı qəbul 
etməkdən  imtina  edənlər  müsəlmanlarla  döyüşməli  olurdular.  Sərhəd 
məntəqələrində  ancaq  müsəlmanlar  yaşayırdılar.  Bu  məntəqələri  möhkəmlətmək 
üçün  Xilafətin  müxtəlif  vilayətlərindən  gələn  müsəlmanlar  burada  yerləşdirilir, 
islamı qəbul etməyən yerli əhali bir qədər kənara köçürülürdü.  
Azərbaycanda  islamlaşma  prosesini  bir  neçə  mərhələyə  bölmək  olar.  Birinci 
mərhələ kimi VII əsrin ortalarından VIII əsrin əvvəllərinə qədər davam edən islam 
fütuhatları dövrünü götürmək olar. Bu mərhələ 705-ci ildə Alban dövlətinin süqutu 
və  Alban  kilsəsinin  öz  müstəqilliyini  itirməsi  ilə  bitir.  Bu  mərhələnin  sonunda 
islam  Azərbaycanda  hakim  din  olur,  onu  öz  imtiyazlarını  qorumaq  üçün  ilk 
növbədə  və  qeydsiz-şərtsiz  yuxarı  silk  adamları  qəbul  edirlər.  Yeni  din  tacir  və 
sənətkarlar  arasında  yayılırdı,  çünki  ərəblər  bu  siniflərə  güzəştlər  edirdilər.  Bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə