Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   24   25   26   27   28   29   30   31   ...   42

bolşeviklərin  dəstəyi  ilə  1923-cü  il  iyulun  7-də  Dağlıq  Qarabağın  Muxtar 
Vilayətinin  (DQMV),(1937-ci  ildən  etibarən  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  – 
red.)  elan  edilməsinə  nail  olur.  Beləliklə,  gələcəkdə  Qarabağın  bu  hissəsinin  də 
Azərbaycandan  qo-parılması  planının  birinci  mərhələsi  həyata  keçirilir  və  1988-
1994-cü  illər  ha-disələri  üçün  «münbit»  şərait  yaranmış  olur.  Ümumiyyətlə  isə, 
sovet  haki-miyyəti  illərində  rəsmi  rəvan  DQMV-nin  “Ermənistan  DQMV”-yə 
transfor-masiya  olunaması  ilə  bağlı  16  dəfə,  “DQMV-nin  Ermənistan  SSR 
tərkibinə daxil olması hüququ” ilə isə 45 dəfə Moskvaya müraciət etmişdi.  
Erməniliyin  məqsədyönlü  fəaliyyəti  nəticəsində  1988-ci  ilin  fevralında 
qondarma  “Dağlıq  Qarabağ!probleminin  növbəti  fazası  başlanır.  Heç  bir  so-sial-
siyasi  əsasa  malik  olmayan  erməni  separatçıları  DQMV-nin  Ermənistan  SSR 
tərkibinə  daxil  olması  tələbi  ilə  çıxış  edirlər.  Paralel  olaraq,    XX  əsrin 
ə
vvəllərindən  etibarən  tarixi  Azərbaycan  torpaqlarına  iddialarından  əl  çək-məyən  
ermənilik  Ermənistan  SSR-də    etnik  “təmizləmə”  aparır  və  1988-ci  ilin  noyabrın 
sonlarında  azərbaycanlıları  tarixi  torpaqlarından  çıxardır.  Və  özlərini  dünyaya 
“məzlum”  ,”mədəni”  xalq  kimi  qələmə  verən  erməni  millət-çiləri  multikultural 
prinsipləri  pozaraq,  azərbaycanlıların  tarixi  torpaqlarda  yaşamaq  hüququnu 
pozurlar. 
 
Azərbaycanın  dövlət  müstəqilliyinin  bərpa  edilməsi  Ermənistan  silahlı 
qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalı.və Qərb dövlətlərinin siyasi 
təzyiqi. 
 
1991-ci  il  oktyabrın  18-də  öz  müstəqilliyini  bərpa  edən    Azərbaycan 
Respublikası erməni separatçılığının hərbi təzyiqi ilə qarşılaşır. Erməni lobbisinin 
dəstəyi  ilə  silahlanmış  erməni  yaraqlılarının  Azərbaycan  torpaq-larına 
basqınlarının və hücumlarının qarşısını almaq üçün müstəqil respublikamız ölkənin 
ə
razi  bütövlüyünü qorumağı dövlətin əsas vəzifəsi olaraq qarşıya məqsəd qoyur.  


SSR  dağıldıqdan sonra isə öz məkrli niyyətlərini həyata keçirmək məqsədi 
1991-ci  ilin    sonlarından  etibarən  erməni  millətçiləri  Qarabağ  müharibəsinə 
başlayırlar. Müharibə nəticəsində erməni hərbi qüvvələri 870 yaşayış məntəqəsini, 
o  cümlədən  10  rayon  mərkəzini  dağıtmış,  bir-sıra  mühüm  obyektləri  ələ 
keçirtməklə  yanaşı,  Azərbaycan  xalqının  tarixi  isinə  zərbə  endirmiş,  mədəni-dini 
abidələri və maddi sərvətlərini məhv etmişdir.  şğal zonasında qalan Alban xristian 
məbədləri,  məscidlər  erməni  van-dalizminə  məruz  qalmış,  Azərbaycanın  mədəni 
sərvətinin  nümayəndələrinin  Vaqifin,  xan  qızı  Natəvanın,  Ü.Hacıbəyovun, 
Bülbülün abidələri dağıdılmış, mədəniyyət ocaqları yerlə-yeksan edilmişdir. Bəşər 
sivilizasiyanın  nadir  nümunələrindən  olan  Azıx  mağarasının  taleyi  müəmmalı 
qalmışdır.  Bu  fakt-lar,  erməniliyin  multikultural  mədəniyyətdən  uzaq  olan  
vandalizm təbiətinə  şahidlik edir. 
Azərbaycanın  çağdaş  tarixinə  Xocalı  faciəsini  yaşadan  ermənilik,  həmin 
dövrdə  beynəlxalq  təşkilatların  səbatsız  addımlarına  arxalanırdı.  Belə  ki, 
Azərbaycan Respublikası Xocalı faciəsindən sonra beynəlxalq təş--kilatlara rəsmi 
müraciətlər  göndərsə  də    bu  qurumlar,  XX  əsrin  əvvəllərində  bolşevik 
“süngüsünün” köməyi ilə tarixi Azərbaycan torpaqlarında yaranmış,    Ermənistan 
adlı dövləti  təcavüzkar  kimi  qiymətləndirməyə  tələsmir,  Yuqos-laviya  variantının 
mümkünlüyü  haqda  fikirlər  söyləyir,  problemin  həllini  ilk  növbədə  regional 
təşkilat  olan  ATƏT-lə  bağlayır,  ölkənin  ərazi  bütövlüyü  məsələsi  sual  altında 
qalırdı. O biri tərəfdən spyürkün siyasi aləti olan er-məni lobbisi Qərb dövlətlərinə 
təsir edə bilir, Qarabağ müharibəsinin gedi-şatında ermənipərəst senator C.Kerrinin 
təklifi  ilə  ABŞ  Konqresi  Azərbay-can  Respublikasına  qarşı  yönəlmiş  907  saylı 
düzəlişi  təsdiqləyir.  Və  bu  sə-nəd  1992-ci  ilin  dekabrında  Prezident  ata  C.  Buş 
tərəfindən imzalanır. 
 
Müasir dövrdə Azərbaycan Respublikasının millətlərarası münasibətlə
siyasətinin məqsəd və vəzifələri, prinsipləri və əsas istiqamətləri, hüquqi bazası. 


Polietnik  əhaliyə  malik  olan  Azərbaycan  Respublikası  azsaylı  xalqların 
hüquq və azadlıqlarının qorunmasını dövlət siyasətinin əsas istiqamətlərin-dən biri 
olduğunu  götürərək,  1992-ci  il  16  sentyabr  fərmanı  ilə  "Azərbaycan 
Respublikasında  yaşayan  milli  azlıqlar,  azsaylı  xalqlar  və  etnik  qrupların 
qorunması,  dil  və  mədəniyyətinin  inkişafına  dövlət  yardımı  haqqında"    az-saylı 
xalqların  mədəni  inkişafına  geniş  imkanlar  vermiş,  onların  hüquqla-rının 
qorunmasını hüquqi dövlətin əsas vəzifəsi kimi götürmüşdür. 
Ümummilli  lider  Heydər  Əliyevin  siyasi  hakimiyyətə  qayıdışından  sonra, 
separatçı  qüvvələrə  qarşı  əməli  tədbirlər  görmüş,  millətlərarası  münasibətlər 
siyasətini  demokratik  prinsiplər  əsasında  inkişaf  etdirmək  isti-qamətini  əsas 
götürərək,  azsaylı  xalqların  hüquq  və  azadlıqlarını  qorumağı    dövlətçilik 
quruculuğunun ümdə vəzifəsi kimi qarşıya məqsəd qoymuşdu. 
Müasir  dövrdə  Azərbaycan  Respublikasının  millətlərarası  münasibətl-ər 
siyasətinin  hüquqi  bazası  dövlətin  ali  qanuna  konstitusiyaya  əsaslanır. 
Demokratiya  prinsiplərini  əsas  götürən  ali  qanun  Azərbaycan  Respub-likasının 
bütün  vətəndaşlarına  qanun  və  məhkəmə  qarşısında  bərabərlik  hüququ  verir. 
Konstitusiyanın  kinci  bölməsinin  lll  fəslinin  25-ci  maddəsinin      3-cü  bəndində 
deyilir:”... nsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini,dil, cinsi, 
mənşəyi,  əqidə,  siyasi  və  sosial  mənsubiyyətə  görə  məh-dudlaşdırmaq 
qadağandır”. 
Azərbaycan  Respublikasının    konstitusiyası  ölkə  əhalisinin  tərkib  his-səsi 
olan azsaylı xalqların milli mənsubiyyət  hüququnun qorunmasını əsas götürərək, 
kinci  bölmənin  lll  fəslinin    44-cü  maddəsində  göstərir  :  ”Hər  kəsin  milli 
mənsubiyyətini  qoruyub  saxlamaq  hüququ  vardır.  Heç  kəs  milli  mənsu-biyyətini 
dəyişdirməyə  məcbur  edilə  bilməz”.  Etnosun  əsas  atributlarından  olan  dil 
hüququnu da  Azərbaycan Respublikasının  konstitusiyası qoruyur və dövlətin  ali 
qanununun  kinci bölməsinin lll fəslinin  45-ci maddəsində deyilir: “Hər kəsin ana 
dilindən  istifadə  etmək  hüququ  vardır.  Hər  kəsin  istədiyi  dildə  tərbiyə  və  təhsil 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə