Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   26   27   28   29   30   31   32   33   ...   42

Вердиева
  Хаджар,  Гусейн-заде  Рауф.  “Родословная”  армян  и    их 
миграция
  на  Кавказ  с  Балкан.издание  второе,  исправленное.  Баку, 
2013.C.129-138 
Гусейн
-заде Рауф. Кaвкaз и армяне. Баку, 2014.C.343-344,355-360. 
http://www.erevangala500.com/booke//kitab/1416596114_5743530.pdf 
Həsənli  Cəmil.Tarixi şəxsiyyətin tarixi.Bakı, 2013.S.113-121. 
http://vhp.az/index.php?type=xebergoster&id=765
 
Baykara Hüseyn.Azərbaycan  stiqlal mübarizəsi tarixi.Bakı,   1992.S.109-  
119,130-144. 
Балаев
  Айдын.  Азербайджанское  национальное  движение  в  1917-
1918 гг. Баку,1998. С32 -37,.41, 42, 45-47. 
Süleymanov  Manaf.  Eşitdiklərim,  oxuduqlarım,  gördüklərim.  Bakı, 
1987.85-90,151-156.63,64. 
 
•  Воронков  В.  Мультикультурализм  и  деконструкция  этнических 
границ
  //  Мультикультурализм  и  трансформация  постсоветских 
обществ
 / Под. ред. В. С. Малахова и В. А. Тишкова. М., 2002 
http://cisr.ru/files/publ/Voronkov/Voronkov_Multikulturalism_i_dekonstr
ukcia_etnicheskih_granic.pdf
 
Azərbaycanda  yaşayan  azsaylı  xalqların  adət  və  ənənələrinin    təbliğində 
kitabxanaların 
rolu. 
Respublikanın 
kütləvi 
və 
ixtisas-laşdırılmış 
kitabxanaları,  Mərkəz-ləşdirilmiş  KitabxanaSistemləri  üçün  metodik  vəsai.  t 
Bakı-2012 
 
MÖVZU 5. 
 
MULTIKULTURALIZM ETNIK-MƏDƏNI MÜXTƏLIFLIYIN 
TƏNZIMLƏNMƏSININ SƏMƏRƏLI SIYASƏTi   KIMI. 
 
Giriş 


Azərbaycan  dövlət  müstəqilliyini  bərpa  etdikdən  sonra  dövlət-din 
münasibətlərində  yeni  bir  mərhələ  başladı.  Ölkə  vətəndaşlarının  dini  etiqad  və 
vicdan  azadlığı  təmin  olundu,  bu  sahə  ilə  bağlı  qanunvericilik  aktları  beynəlxalq 
hüquq  normalarına  uyğunlaşdırıldı.  Uzun  illər  ibadət  ocaqlarının,  dini  icmaların 
fəaliyyətinə,  dini  ayinlərin  icrasına,  dini  təyinatlı  ədəbiyyatın  nəşrinə  və 
yayılmasına  qoyulmuş  qadağalar  aradan  qaldırıldı,  yeni  ibadət  evlərinin  və  dini 
təhsil  müəssisələrinin  əsası  qoyuldu.  Azərbaycan  xalqı  öz  milli  və  dini 
bayramlarını  azad,  sərbəst  qeyt  etmək  hüququ  əldə  etdi,  ölkə  vətəndaşlarının 
müqəddəs  yerlərə  ziyarətinin  təşkili  üçün  şərait  yaradıldı. 
llər  boyu 
baxımsızlıqdan uçub dağılmış pir və ziyarətgahlar fəaliyyətini yenidən bərpa etdi, 
gənc  nəslin  sağlam  ruhda,  milli-mənəvi  dəyərlərə  sadiq  yetişməsi  istiqamətində 
ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi.  
Qeyd  olunan  müsbət  dəyişikliklərlə  yanaşı  dini  durumda  narahatlıq  doğura 
biləcək məqamlar da müşahidə olundu. Dövlətin dini etiqad və vicdan azadlığının 
təmin  olunması  istiqamətində  həyata  keçirdiyi  tədbirlərdən  öz  məqsədləri  üçün 
istifadə  etməyə  cəhd  edən  qüvvələr  meydana  çıxdı.  Onlar  bütün  imkanlarını 
səfərbər  edərək  qeyri-ənənəvi  dini  təlimləri  təbliğ  edir,  dini  durumun 
gərginləşdirilməsinə,  radikal  dini  təriqətlərin  Azərbaycanda  yayılmasına 
çalışırdılar. Belə bir ağır şəraitdə Azərbaycan hökumətinin üzərinə ciddi vəzifələr 
düşürdü.  Dövlət  nəsillərdən-nəsillərə  keçən  dini  dəyərlər  sistemini  kompleks 
şə
kildə öyrənməli, olduğu kimi xalqa çatdırmalı, dözümlülük ənənələrini qorumalı, 
dini  fəaliyyət  sahəsində  cərəyan  edən  hadisələri  təhlil  etməli  və  dini  durumu 
nəzarətdə  saxlamalı  idi.  Ancaq  həmin  dövrdə  cərəyan  edən  hadisələr,  iqtisadi  və 
siyasi  durum  bu  vəzifələrin  uğurla  həyata  keçirilməsinin  bir  o  qədər  də  asan 
olmadığını söyləməyə əsas verirdi.    
 
Müstəqilliyin ilk illərində Azərbaycanda dini durum 
 
Müstəqilliyin  ilk  illərindən  başlayaraq  Azərbaycanda  dini  etiqad  azadlığının 
təmin  olunması,  dövlət-din  münasibətlərinin  hüquqi  müstəvidə  tənzimlənməsi, 
radikal  təriqətlərin  və  missioner  təşkilatların  fəaliyyətinin  nəzarətə  götürülməsi 
istiqamətində  ardıcıl  tədbirlər  həyata  keçirildi.  1995-ci  ildə  qəbul  edilən 
Azərbaycan  Respublikasının  Konstitusiyasına  dini  etiqad  azadlığını  təmin  edən, 
dövlət-din  münasibətlərini  tənzimləyən  müddəalar  daxil  edildi.  Dövlət 
quruculuğunun dünyəvi mahiyyət daşıması, dinin dövlətdən ayrı olması, bütün dini 
etiqadların  qanun  qarşısında  bərabər  sayılması,  dövlət  təhsil  sisteminin  dünyəvi 


xarakter  daşıması,  insan  ləyaqətini  alçaldan,  insanpərvərlik  prinsiplərinə  zidd 
dinlərin  yayılmasının  və  təbliğinin  qadağan  olması  barədə  müddəalar  həmin 
sənəddə  əksini  tapdı  (1,  səh.  14).  Eyni  zamanda  hər  kəsə  fikir  və  söz  azadlığı 
verildiyi, ölkə vətəndaşlarının dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər 
hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə 
etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ 
olduğu bəyan edildi.  
1992-ci  ildə  qəbul  olunan,  sonrakı  illərdə  bir  sıra  ciddi  dəyişikliklər  edilən 
“Dini  etiqad  azadlığı  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə  dini 
mərkəzlərin,  idarələrin,  qurumların  və  tədris  müəssisələrinin  fəaliyyəti 
tənzimləndi.  Dini  qurumalrın  dövlət  qeydiyyatına  alınması  və  fəaliyyətinə  xitam 
verilməsi  qaydaları  müəyyənləşdirdi,  onların  mülkiyyət  hüququ,  istehsal  və 
təsərrüfat  fəaliyyəti,  beynəlxalq  əlaqələri,  dinin  məktəblə  münasibəti,  dini 
icmaların  xeyriyyə  və  mədəni-maarif  fəaliyyəti  ilə  bağlı  məsələlərə  aydınlıq 
gətirdi. 
Həmin  dövrdə  missioner  təşkilatlar  Azərbaycan  xalqının  humanistliyindən, 
ölkədə  yaranmış  qeyri-sabit  sosial-iqtisadi  vəziyyətdən  və  Qarabağda  ağır 
döyüşlərin  getməsindən  məharətlə  istifadə  edərək  Bakını  digər  müsəlman 
ölkələrində  təriqətçilik  təbliğatı  aparacaq  mərkəzə  çevirməyi  qarşılarına  məqsəd 
qoymuşdular (2, s. 265).  
Həmin dövrdə Missioner təşkilatlarının Azərbaycanda fəaliyyətlərini və təsir 
dairələrini  genişləndirməsində  insanların  sosial-iqtisadi  durumunun  ağır  olması, 
Azərbaycan  torpaqlarının  erməni  təcavüzünə  məruz  qalması,  ərazisinin  20%-nin 
işğal olunması və dini maarifləndirmənin zəif aparılması böyük rol oynadı. Həmin 
təşkilatlar ölkənin düşdüyü ağır sosial iqtisadi durumdan və müharibə şəraitindən 
məharətlə  bəhrələnərək,  insanlara  maddi  yardım  paylamaqla  yanaşı,  dini  təbliğat 
da aparırdılar (3, s. 247). 
Bu  təşkilatların  bir  qismi  gənclər  arasında  dini  təbliğatı  gücləndirmək 
məqsədilə  xarici  dil  kursları  təşkil  edərək  çoxlu  sayda  -  əsasən  rus  dilində  təhsil 
almış  gəncləri  bu  kurslara  cəlb  etməyə  nail  olmuşdular.  Onlar  əsasən  yetim, 
kimsəsiz və əlil insanların məskunlaşdığı yerlərdə geniş təbliğat aparmağa üstünlük 
verirdilər. Həmin təşkilatlara kimsəsiz və əlil insanların yeməyə olan ehtiyaclarının 
ödənilməsi  müqabilində  dini təbliğat  aparmaq  üçün  imkan və  şərait  yaradılmışdı. 
Bu  imkandan  istifadə  edən  bir  neçə  humanitar  təşkilat  dini  təbliğat  aparmaq 
məqsədilə xeyli sayda uşaq və kimsəsizlər evini himayəyə götürmüşdü. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə