Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   34   35   36   37   38   39   40   41   42

ə
ksini  öncədən  tapmışdı.Digər  mühüm  müdəalar  isə  (Öz  dilində  ifadə  vermək 
azadlığı,  öz  dilində  təhsil  almaq  hüququ  və.s)  ayrı  ayrı  daxili  qanunvericilik 
aktlarında  (Cinayət  Prossesual  Məcəlləsi,  Təhsil  haqqında  qanun  və.s)  öz  əksini 
tapmışdır. 
         Milli  azlıqların  hüquqlarının  müdafiəsi  haqqında  çərçivə  konvensiyası 
özündə aşağıdakı prinsipləri təsbit edir: 
  Ayrı-seçkiliyi qadağan olunması; 
  Milli  azlıqlarla  əhalinin  çoxluğu  arasında  bərabərliyin  təmin  olunmasına 
yardım etmək; 
  Milli azlıqların mədəniyyətinin, dininin, dilinin və adət ənənələrinin qorunub 
saxlanması və inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması 
  Söz, fikir, vicdan və din azadlığı 
  Təhsil almaq hüququ 
  Sərhədyanı əlaqələr və əməkdaşlıq 
  Iqtisadi, mədəni və sosial həyatda iştirak və.s 
          Bu  Konvensiya  ilə  dövlətlər  öz  üzərlərinə  milli  azlıqlarla  bağlı  böyük 
öhdəliklər  götürmələrinə  baxmayaraq,  onun  hər  hansısa  müddəası  və  ya  prinsipi 
ayrılıqda hər hansı bir şəxsin beynəlxalq hüquq prinsiplərinə, xüsusilə də dövlətin 
suveren bərabərlik, ərazi bütövlüyü və siyasi müstəqillik prinsiplərinə zidd olan hər 
hansı  bir  hərəkətə  yol  vermək  hüququnun  olmasının  güman  edilməsi  kimi  şərh 
oluna bilməz. 
       Hazırki  Çərçivə  Konvensiyasının  müddəalarına  Razılığa  gəlmiş  dövlətlər 
tərəfindən əməl olunması məsələsinə nəzarəti Avropa Şurasının Nazirlər Kabineti 
həyata  keçirir.Yekun  olaraq  bu  Konvenisya  ilə  bağlı  onu  qeyd  etmək  lazimdır 
ki,istənilən tərəf istədiyi vaxt Avropa Şurasının baş katibinə xəbərdarlıq məktubu 
yazmaqla hazırki Çərçivə Konvensiyasını etibarsız elan edə bilər.Belə etibarsıqlıq 
elanı baş katibin belə xəbərdarlıq məktubu almasından altı ay sonra, gələn ayın biri 
qüvvəyə minir. 
       Avropa  Şurası  ilə  əməkdaşlıq  çərçivəsində  Azərbaycan  Respublikası  2001-ci 
ildə “Regional və ya azlıq dilləri haqqında Avropa Xartiyasını imzalamışdır”. 
      Milli azlıqlar mövzusunda ATƏT çərçivəsində yaşanan ən əhəmiyyətli inkişaf 
1973-cü ildən 1975-ci ilədək mərhələli şəkildə davam edən konfransın sonunda 35 
iştirakçı dövlət tərəfindən qəbul edilən “Helsinki Yekun Aktı”nda milli azlıqların 
müdafiəsi  ilə  bağlı  hökmlərin  olmasıdır.Bu  Aktda  əvvəlki  dövrlərdə  hakim  olan 
“ayrı-seçkiliyin  qarşısının  alınması”  anlayışı  “azlıqların  qorunması”  anlayışı  ilə 
ə
vəz  olunmuşdur.Helsinki  Yekun  Aktının  məcburi  hüquqi  qüvvəsi  olmasa  da,  ən 


üst  səviyyədə  siyasi  iradə  bəyənatı  kimi  qəbul  edilməlidir.Bundan  başqa  ATƏT 
zonasında  azlıqların  hüquqlarının  lazımi  qaydada  və  ardıcıl  tətbiqinə  nail  olmaq 
üçün daha üç tövsiyyə (Milli azlıqların təhsil hüquqlarına dair Haaqa tövsiyyələri 
(1996),  Milli  azlıqların  dil  hüquqlarına  dair  Oslo  tövsiyyələri  (1998),  Milli 
azlıqların  dil  hüquqlarına  dair  Lund  tövsiyyələri)  və  bir  rəhbər  müddəa  (“Yayım 
mediasında azlıq dillərindən istifadə haqqında (2003) qəbuledilmişdir. 
        Hazırda  ATƏT-in  Milli  azlıqların  işi  üzrə  Ali  Komissarlığı  fəaliyyət 
göstərir.Ali  Komissarlıq  institutu  Avropada  etnik  münaqişələrin  irimiqyaslı 
zorakılıqlarına mübarizə forması kimi yaradılıb.Bu vəzifə ATƏT tərəfindən 1992-
ci  ildə  təsis  edilib.Onun  rolu  sülhə  və  əmin-amanlığa  təhlükə  olan  etnik  fikir 
ayrılıqlarını  aradan  qaldırmaq,  quruma  üzv  dövlətlər  arasında  sülh  və  əmin-
amanlıq  yaratmaq  və  ilkin  mərhələdə  olan  münaqişələrin    qarşısını  almaqdan 
ibarətdir. 
       Azərbaycanda  çoxmədəniyyətlilik  mühitinin  formalaşmasında  və  onun 
qorunub saxlamasında ölkəmizin UNESCO ilə əməkdaşlığı çox böyük əhəmiyyət 
kəsb  edir.Azərbaycan  Respublikasının  birinci  xanımı,  Heydər  Əliyev  Fondunun 
prezidenti  Mehriban  Əliyevanın  fəaliyyəti  nəticəsində  Azərbaycan-UNESCO 
münasibətləri ən yüksək inkişaf səviyyəsinə yüksəlib.Bu əməkdaşlıq çərçivəsində, 
Azərbaycan Respublikası mədəni müxtəlifliyim qorunması üçün UNESCO-nun iki 
mühüm  konvensiyasını  ratifikasiya  etdi.Bunlar  ”UNESCO-nun  Mədəni 
Özünüifadə  Müxtəlifliyinin  Qorunması  və  Təşviqinə  dair  Konvensiya”    və 
”Dözümlülük Prinsipi Haqqında Bəyannamədir. 
Mədəni  Özünüifadə  Müxtəlifliyinin  Qorunması  və  Təşviqinə  dair  Konvensiya  20 
oktyabr 2005-ci ildə UNESCO-nun 33-cü sessiyasında qəbul olunmuş və 18 mart 
2007-ci  ildə  qüvvəyə  minmişdir.Azərbaycan  Respublikası  bu  konvensiyaya  26 
noyabr 2009-cu ildən qoşulmuşdur. 
      Nədir 
mədəni 
müxtəliflik? 
Ayrı-ayrı 
qrupların 
və 
cəmiyyətlərin 
mədəniyyətlərinin  öz  ifadəsini  tapdığı  müxtəlif  formalardır.Bu  özünüifadə 
formaları qruplar və cəmiyyətlər arasında və onların daxilində ötürülür. 
       Mədəni  özünüifadə  isə  ayrı-ayrı  fərdlərin,  qrupların  və  ya  cəmiyyətlərin 
yaradıcılığının  nəticəsi  olan  və  mədəni  məzmun  daşıyan  özünüifadə  nəzərdə 
tutulur. 
          Konvensiyanın qəbul olunmasında əsas məqsəd aşağıdakılardan ibarətdir. 
•  Mədəni özünüifadə müxtəlifliyini qorumaq və təşviq etmək 


•  Müxtəlif  mədəniyyətlərin  çiçəklənməsi  və  qarşılıqlı  səmərəli  tərzdə  bir-
birinə sərbəst təsiri üçün şərait yaratmaq 
•  Mədəniyyətlərarası hörmət və sülh mədəniyyəti naminə bütün dünyada geniş 
və  tarazlı  mədəni  münasibətləri  təmin  etmək  üçün  mədəniyyətlərarası 
dialoqu təşviq etmək 
•  Mədəni özünüifadə müxtəlifliyni qorumaq və təşviq etmək sahəsində, xüsusi 
ilə  inkişaf  etməkdə  olan  ölkələrin  imkanlarını  genişləndirmək  məqsədilə 
tərəfdaşlıq ruhunda beynəlxalq əməkdaşlıq və həmrəyliyi gücləndirmək və.s 
 
Konvensiyanın  2-ci  maddəsində  ondan  irəli  gələn  mühüm  prinsiplər  öz 
ə
ksini tapmışdır.Bu prinsiplər rəhbər başlanğıclardır və aşağıdakılardır: 
  nsan Hüquqları və əsas Azadlıqlarına hörmət prinsipi 
  Suverenlik prinsipi 
  Bərabər ləyaqət və bütün mədəniyyətlərə hörmət prinsipi 
  Beynəlxalq həmrəylik və əməkdaşlıq prinsipi 
  nkişafın iqtisadi və mədəni aspektlərinin bir-birini tamamlaması prinsipi 
  Davamlı inkişaf prinsipi 
  Bərabər imkan prinsipi 
  Açıqlıq və tarazlıq prinsipi 
     16  noyabr  1995-ci  ildə  qəbul  edilən  “Dözümlülük  Prinsipi  haqqında 
Bəyannamə”  isə  cəmiyyətimizdə  sülhun  genişlənməsi,  xalqların  iqtisadi  və  sosial 
rifahının  təmin  olunması  üçün  tolerantlıq  prinsiplərinin  vacibliyini  elan  edir. 
Bəyannamənin  1-ci  maddəsində  tolerantlığa  bu  cür  anlayış  verilmişdir: 
“Tolerantlıq  dünyada  mövcud  olan  mədəniyyətlərin,  onların  öz  zənginlikləri  və 
müxtəlifliyi ilə qəbul olunması, tanınması və hörmət olunmasıdır”. 
      Tolerantlıq  müxtəlifliyin  harmoniyasıdır  və  yalnız  mənəvi  öhdəlik 
deyil,həmçinin  siyasi  və  hüquqi  məcburiyyətdir.  Dövlət  müstəvisində  tolerantlıq, 
qanunvericilik,  adminstrativ  və  məhkəmə  fəaliyyətində  ədalətlilik  prinsipinin 
qorunmasını, həmçinin hər bir şəxsə bərabər sosial- iqtisadi şansların yaradılmasını 
tələb edir. 
          Bəyannamənin  ikinci  maddəsinin  məzmunundan  aydın  olur  ki,  qeyri- 
tolerantlıq dedikdə, kiminsə güc və ya diskriminasiya ilə sosial və siyasi həyatdan 
təcrid  olunması  başa  düşülür.Harmonik  birgəyaşayışı  təmin  etmək  üçün,  hər  bir 
fərd,  qrup  və  ya  cəmiyyət  insanlığın  multikultural  ruhunu  qəbul  etməli  və  buna 
hörmət  etməlidir.Bəyannamədə  həmçinin  qeyri-tolerantlığa  qarşı  mübarizənin  ən 
effektiv forması kimi təhsil və tərbiyyə göstərilir.Dözümlülüyün genişlənməsi üçün 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə