Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   34   35   36   37   38   39   40   41   42

Qısaca  olaraq  fərd  və  qrup  mübahisəsində  fərdiyyətçilər  fərdin  qrup  və  ya 
kollektivdən  daha  əvvəl  gəldiyini  iddi  edirlər.  Qrup  və  ya  kollektiv  hüquqların 
ilkinliyinə  inanlar  isə  hər  bir  fərdin  bir  qrup  və  ya  kollektiv  içində  dünyaya 
gəldiyini  və  mənliyini  orada  formalaşdırdığı  üçün    qrupu,  fərdin  var  olma  şərti 
olarq irəli sürürlər. Bu eyni zamanda liberallar və kommuniteryanlar termini ilə də 
ifadə olunur. Məhz kommunitaryan baxış tərzinin müdafiəçisi Vill Kimilkaya görə 
fərdlər  cəmiyyət  tərəfindən  qəbul  olunan  sərhədləri  aşdığında  ictimai  həyatda 
xaoslar  yarana  bilir.  Digər  tərfdən  isə  insanlardan  sadəcə  fərdi  azadlıqları  ilə 
kifayətlənmələrini istəmək ehtiyaclara tam cavab verməz. Məhz liberal demokratik 
baxış tərzi müxtəlifliyə universal insan hüquqları və azadlıqları çərçivəzində baxır.  
Bu  mövzuda  Yurqen  Habermas    etno-mədəni  siyasəti  pioritet  qəbul  edən 
siyasi  baxışlar  ilə,  fərdi  hüquqların  universallığına  dair  siyasi  baxış  tərzinin 
mənimsənilməsinin  ayrıseçkiliyə  səbəb  olabiləcəyini  qəbul  edir.  Ancaq  burada 
Habermas,  konstitusional  vətandaşlığı  və  demokratiyanı  müxtəliflikləri  də  əhatə 
edəcək  şəkildə  əsaslandırır:  “Konstitusional  prinsiplərin  içində  yer  aldığı  siyasi 
hakimiyyət  daxilində  bütün  vətandaşlar  eynidir.  Məhz  multikultural  cəmiyyətdə 
siyasi  strategiya,  müxtəlif  həyat  anlayışlarının  plüralizmini  və  inteqrasiyasını 
ş
üurlu şəkildə təşviq edən konstitusional vətandaşlığa istinad etməlidir
”. 
Multikulturalizm,  siyasi  və  iqtisadi  bərabərsizlik  məsələlərini  yox  sayacaq 
şə
kildə  mətbəxdəki,  qiyafətlərdəki,  və  musiqidəki  müxtəliflikləri  göstərmək  ve 
istehlakçısı olmaq ilə əlaqədər olduğu zaman paradoksal mahiyyət alır.  
Artur  Şlezinqer(1917-2007),  fərdi  liberalizmin  Amerikadakı  liderlərindən 
biridir. Ona görə sovet ittifaqının da təsiriylə 1933-cu ildən etibarən Amerika fərdi 
liberalizmin  mahiyyətini  dərindən  anlayaraq  bu  istiqamətdə  inkişaf  etməyə 
başlamışdır.  Demokratiya,  daxili  əxlaqi  gücün  dağıdılması  və  fanatiklik  deyildir. 
Bu  mənada  plüralizm  doqmatiqliyi  darmadağın  edər.  Multikulturalizm  sahəsində 
ə
n bilinən əsəri isə 1991-ci ildə nəşr olunan ``Disuniting of America`` adlı əsərdir.  
Maykl  Lind1962-cı  ildə  Amerikada  anadan  olmuşdur.  Yazıçı  və 
hüquqşünasdır.  Harper`s  Magazine.  New-Yorker  jurnallarında  redaktorluq 
etmişdir.  Amerika  siyasətinə,  tarixinə  dair  kitablar  yazmışdır.  Multikulturalizm 
kontekstində  Amerikanın  xarici  siyaasətini  analiz  edir.  Lində  görə  1960-cı  illərə 
qədər  Amerika  orta  şərq  siyasətini,  Sovet  ttifaqının  ABŞ-ın  Avropadakı 
müttəfiqlərinə  göz  dağı  verməsinə  mane  olmaq  üçün  inkişaf  etdirirdi.  Məhz 
Amerika israil lobbiisi ile orta şərqdəki nef siyasətini birgə həyata keçirirdi. Sovet 
ittifaqının  çokməsi  ilə  ABŞ  körfəz  ölkələrinə,  orta  asiyaya  yerləşdi.  srail  lobbisi 
amerikan siyasətini orta şərqdə müəyyən edir. 
Natan  Qlazer  1923-cu  ildə  Amerikada  anadan  olmuşdur.  Amerikan 
sosioloqudur. Kalifgorniya universitetində dərs verir. Beyond the Melting Pot adlı 
məşhur kitabı mövcuddur. 
Natan Qlazer və Daniel Moynihan tərəfindən etnik qrup 
məfhumu  ciddi  təhlil  olunmuşdur.  Onlara  görə  irq  termininə  müqabil  etnik 
məfhumu daha genişdir. Ümumi olaraq etnik məfhumu məlum olan, öz kimliyinin 
ş
üurunda  olan  ancaq  beynəlxalq  münasibətlər  səviyyəsində  hakim  siyasi  bir 


bütünlük  olaraq  tanınmayan  tarixi  məzmun  və  müştərəkliyə  istinad  edən  qrup 
olaraq tərif olunur. 
 
Riçard Bernşteyn 1932-ci ildə anadan olmuşdur. 
Amerikalı filosofdur. Social 
fəlsəfə,  hermenevtika  və  s.  mövzularla  məşğuldur.  Habermas,  Gadamer,  Rorty, 
Çarlz  Taylor  ile  qarşılıqlı  yazıları  və  polemikaları  vardır.    ``Fusion  of  horizons`` 
məfhumu  ile  multikulturalizmə,  mən  və  başqası  fenomenlərinə,  xusilə  Levinasa 
istinad  edərək  fikirlərini  ifadə  edir.  Radical  Evil:  A  Philosophical 
Interrogation
 (Blackwell  Publishers,  2002)Bernştein  bu  kitabda  şərrin  və  insani 
məsuliyyətinin  mənası  haqqında  nə  öyrənəbiləcəyimizi  kəşfetməyə  çalışır. 
``Radikal  şər``  məfhumunu  ortaya  atan  Kant  ilə  bərabər,  Hegel  və  Şelling  kimi 
filosofları  analiz  edir.  Freyd  ve  Nitşenin    əxlaq  psixologiyası  üzərindəki 
düşüncələrini tədqiq edir. Bu kontekstdə yəhudi soyqırımını Levinas, Hans Jonas, 
Hannah Arendt-ə istinad edərək dəyərləndirir.  
 
2.
  Qərb  ölkələrində  etnik  –mədəni  müxtəlifliyin  yaranmasında 
immiqrasiya  prosesinin  rolu.Avropa  ölkələrində  (Böyük  Britaniya, 
Almaniya, Fransa) multikulturalizm. 
Ümumiyyətlə  avropada  multikulturalizmin  iki  əsas  qaynağı  vardır.  Birincisi 
milli azlıqlar.  kincisi isə immiqrantlardır.  
Bu  kontekstdə  immiqrantlar  üçün  multikulturalizm  siyasi  gücə,  istisadi 
fürsətlərə  və  vətandaşlığa  keçmə  kimi  imkanları  özündə  ehtiva  edir.  ctimai  şüur 
immiqrantların  cəmiyyətə  daha  inteqrasiya  olmaları  üçün  əhəmiyytli  məsələ 
üzərində  durur  və  bəzi  əsas  prinsipləri  önə  sürür.  Öncəliklə  iş  mövzusu 
inteqrasiyanın  əsas  parçasıdır.  kincisi  inteqrasiya  azadlıq,  demokratiya,  insan 
hüquqlarına  hörmət,  bərabərhüquqlu  və  hüququn  üstünlüyü  prinsipləri  kimi  əsas 
liberal-demokrat  dəyərlərə  ehtiramı  vacib  hala  gətirir.  Üçüncüsü  yaşadığı 
cəmiyyətin dili, tarixi və qurumları barəsində əsaslı məlumatlar inteqrasiyanı labüd 
halıdır.  Dördüncüsü,  ayrıseçkilikə  qarşı  qanunlar  və  siyasətlər  daha  yaxşı  bir 
inteqrasiya üçün əsasdır.  
mmiqrantlar  üçün  multikultural  vətəndaşlıq  açıq  şəkildə  yerli  xalqlar  və 
milli  azlıqlar  üçü  eyni  növ  haqq  iddialarını  ehtiva  etməz.  mmiqrantlar  ümumi 
mənada torpaq haqları və ya rəsmi dil muxtariyyəti kimi statusları tələb etməzlər. 
Bu  mənada  bəzi  avropa  ölkələrində  müvəqqəti  immiqrant  modeli  mövcuddur. 
Qalıcı immiqrant modeli isə bundan fərqlidir.  
Rəsmi  statiskaya  görə    avropada 21  milyondan  çox immiqrant  mövcuddur. 
Bunun  dörddə  3-ü  Almanyada  7  milyondan  çox,  Fransada  3  milyondan  çox, 
ngiltərədə 2 milyondan çox,  sveçrədə 1 milyondan çox və  taliyada 1 milyondan 
çoxdur.  Bu  beş  avropa  ölkəsində  immiqrantlar  daha  çoxluq  təşkil  edir  (Wanner,  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə