Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   34   35   36   37   38   39   40   41   42

Respublikasının  Cinayət  Məcəlləsinin  109-cu  (Təqib),  111-ci    (irqi  ayrı-seçkilik, 
aparteid),  154-cü  (bərabərlik  hüququnu  pozma),  283-cü  (milli,  irqi  və  ya  dini 
düşmənçiliyin salınması) maddələri ilə məsuliyyət nəzərdə tutulur.Yeri gəlmişkən 
Cinayət  Məcəlləsinin  283-cü  maddəsi  dövlət  əlehinə  olan  cinayət  kimi 
qiymətləndirilir.Azərbaycan  Respublikasının  25  avqust  2000-ci  il  tarixli  387 
nömrəli  fərmanının  7-ci  bəndinin  2ci  hissəsinə  əsasən  Azərbaycan  Respublikası 
Cinayət  Məcəlləsinin  283-cü  maddəsi  üzrə  ibtidai  istintaqınaparılması  səlahiyyəti 
Milli Təhlükəsizlik Nazirliyinə həvalə olunmuşdur.Onu da qeyd etmək lazımdır ki, 
2009-cu il avqust və 2013-cü il avqust tarixləri ərzində 283-cü maddə üzrə MTN 
stintaq  Baş  darəsinin  icraatında  cəmi  bir  cinayət  işi  olmuşdur.  (Süleymanov 
Abgül Nemət oğlunun təqsirləndirilməsinə dair). 
        Bu konvensiya əsasında irqi ayrı-seçkiliyin ləğvi üzrə komitə yaradılmışdır.O, 
iştirakçı  dövlər  tərəfindən  seçilən  18  ekspertdən  ibarət  tərkibdə  fəaliyyət 
göstərir.Bir  məqam  diqqəti  çəkir  ki,  bu  komitənin  səlahiyyətləri  insan  hüquqları 
komitəsinin səlahiyyətləri ilə üst-üstə düşür.Mühüm fərq ondan ibarətdir ki, 1963-
cü  il  konvensiyasında  nəzərdə  tutulmuş  dövlətlərarası  şikayət  proseduru  məcburi 
xarakter daşıyır.Bu o deməkdir ki, komitənin müvafiq səlahiyyətini tanımaq barədə 
heç  bir  ilkin  bəyanat  vermədən  istənilən  iştirakçı  dövlət,  öz  ərazisində  irqi  ayrı-
seçkiliyə yol verən başqa bir iştirakçı dövlətə qarşı komitəyə ərizə ilə müraciət edə 
bilər. 
       Bu gün Azərbaycanın əməkdaşlıq etdiyi ən  mühüm beynəlxalq təşkilatlardan 
biri  də  Avropa  Şurasıdır.Hələ  1996-cı  il  iyulun  13-də  Ümummilli  Lider  Heydər 
Ə
liyev  Avropa  Şurasının  Baş  katibinə  məktubla  müraciət  edərək,  Azərbaycanın 
Avropa Şurasına tam hüquqlu  üzv qəbul olunmasını xahiş etmişdir.Ancaq ölkəmiz 
bu quruma yalnız 2001-ci ilin yanvarın 25dən tam hüquqlu üzv seçildi.Həmin vaxt 
Heydər Əliyev Strasburqda Avropa Şurasının Parlament Assambleyasında öz tarixi 
çıxışı  zamanı  ölkəmizlə  bu  qurum  arasındakı  münasibətlərin  əsas  istiqamətlərini 
müəyyən  etdi.Azərbaycan  Respublikası  2000-ci  il  iyun  ayının  13-də  Avropa 
Ş
urasının  “Milli  azlıqların  hüquqlarının  müdafiəsi  haqqında”  Çərçıvə 
Konvensiyasına qoşuldu. 
       Bu Çərçivə Konvensiyası milli azlıqların hüquqlarının müdafiəsinə yönələn ilk 
beynəlxalq  müqavilədir və  milli  azlıqların  mövcudluğunu, onların  mədəniyyət  və 
identikliyini ən yüksək səviyyədə qorunması üçün, yalnızca bilinən təməl hüquqlar 
(fikir azadlığı, vicdan azadlığı, dini etiqad azadlığı, sərbəst toplaşma azadlığı və.s), 
eləcə  də  diskrimminasiyanın  qadağan  olunmasını  nəzərdə  tutmur.Bu  cür  təməl 
hüquqlar  nsan  Hüquqları  haqqında  Beynəlxalq  Konvenisya  ilə  də  tənzim 
olunur.Konvensiyada  eyni  zamanda  yalnızca  milli  azlıqlara  şamil  olunan  qarant 


hüquqlar da müəyyən edilmişdir (Öz dilində danışmaq hüququ, eyni etnik-mədəni, 
dil  və  din  identikliyinə  aid  şəxlərlə  sərbəst  ünsiyyət  qurma  hüququ  və.s).Buna 
görədə Konvenisyanın 1-ci maddəsində açıq şəkildə qeyd olunur ki, milli azlıqlar 
və  bu  azlıqlara  məxsus  şəxslərin  hüquq  və  azadlıqlarının  müdafiəsi,  insan 
hüquqlarının  beynəlxalq  müdafiəsinin  ayrılmaz  tərkib  hissəsidir  və  buna  görədə, 
beynəlxalq əməkdaşlığın bir hissəsi hesab olunur. 
       Milli  Azlıqların  Müdafiəsi  haqqında  Konvensiyanın  qəbul  olunmasında 
qarşıya  qoyulan  məqsəd,milli  azlıqların  tam  və  həqiqi  bərabərliyini  təmin  etmək, 
həmçinin hüququn aliliyi, ərazi bütövlüyü və milli suverenlik prinsiplərinə hörmət 
çərçivəsində öz milli fərdiliyini ifadə etmək, qorumaq və inkişaf etdirməyə imkan 
verən  şəraitin  yaradılmasıdır.Konvensiyada  nəzərdə  tutulan  ən  mühüm 
müddəalardan  biri  ondan  ibarətdir  ki,  onu  qəbul  edən  dövlətlər  öz  üzərlərinə  hər 
hansısa  bir  şəxsin  iradəsi  əlehinə  assimilyasiya  siyasətinin  həyata  keçirilməməsi 
öhdəliyini götürürlər.3-cü maddədə açıq şəkildə qeyd olunur ki, hər bir milli azlığa 
məxsus  şəxs  ona  bu  cür  baxılmasını  və  ya  baxılmamasını  müəyyən  etmək 
hüququna  malikdir  və  bu  seçim  və  ya  bu  seçimlə  bağlı  hüquqların  həyata 
keçirilməsi həmin şəxsi alçaltmamalıdır. 
        Bu qədər həssas bir sahədə mürəkkəb hüquqi və siyasi maneələr olduğundan 
Çərçivə  Konvensiyası  milli  azlıq  konsepsiyasının  dəqiq  anlayışını  müəyyən 
etməmişdir, lakin aşağıdakı kriteriaları irəli sürmüşdür: Bu anlayış yalnız din, dil, 
ə
nənələr və mədəni irslə müəyyənləşdirilən azlıqlara şamil edilir. 
       Çərçivə Konvensiyasını ratifikasiya etmiş hər bir dövlət, eləcə də Azərbaycan 
Respublikası, bir il müddətində onun müddəalarını və prinsiplərini yerinə yetirmək 
məqsədi ilə həyata keçirdiyi qanunvericilik tədbirlərini və ya digər tədbirlər barədə 
Avropa  Şurasının  baş  katibinə  dolğun  məlumat  verməlidirlər.Qanunvericilik 
tədbirləri  dedikdə  nə  nəzərdə  tutulur?Burada  söhbət  Konvensiyanın  əsas 
prinsiplərinin  daxili  qanunvercilikdə  öz  əksini  tapmasından  gedir.Çərçivə 
Konvensiyasında söhbət mühüm olaraq bərabərlik prinsipindən, ən əsası isə qanun 
qarşısında bərabərlikdə gedir.Burada qeyd olunmalı ən mühüm fakt ondan ibarətdir 
ki,  Azərbaycan  Respublikası  hələ  1992-ci  ildə,  yəni  Çərçivə  Konvensiyası 
imzalanmamışdan  3  il  qabaq  prezidentin  “Azərbaycan  Respublikasında  yaşayan 
milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil 
və  mədəniyyətlərin  inkişafı  üçün  dövlət  yardımı  haqqında”    fərmanı  ilə  onların 
təməl hüquqlarının qorunmasını təmnat altına almışdı.1995-ci il Konvensiyasında 
nəzərdə  tutulan  bir  çox  müddəa,  (ayrı-seçkiliyə  yol  verilməməsi,  sərbəst  dini 
mərasimlərini icra etmək, mədəni, dil və dini özünəməxsusluğu qoruyub saxlamaq, 
öz  dilində  informasiya  almaq  hüququ  və.s)  1992-ci  il  prezident  fərmanında  öz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə