Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   31   32   33   34   35   36   37   38   ...   42

ildə xaricdə təhsil proqramı çərçivəsində 1300-dən çox gənc xaricdə təhsil almağa 
göndərilib.  Onlardan  900  nəfər gənc  bu  gün  istər  dövlət,  istərsə  də  özəl  sektorda 
xaricdə əldə etdikləri bilik və bacarıqları uğurla tətbiq edir. 
Son illər ölkənin davamlı sosial-iqtisadi inkişafında innovativ biliklərin əldə 
edilməsi  üçün  bir  sıra  tədbirlər  həyata  keçirilmişdir.  Bu  baxımdan, 
respublikamızda  texniki  sahələrə  diqqətin  yönəltməsi  təqdirə  layiq  sayıla  bilər. 
Məhs  bu  sahələrdə  biliklərin  əldə  edilməsi  tətbiqi  işlərin  aparılması  və  müvafiq 
nəticələrin  alınmasına  şərait  yaradır.  Eyni  zamanda,  zəngin  maliyyə  resursları 
cəmləşən  inkişaf  etmiş  ölkələrdə  fundemental  sahələrdə  alınmış  nəticələrdən 
istifadə  etmək  lazımdır.  Məsələn,  2015-ci  il  yayında  Avropa  “Kollayderində”, 
fundemental  fizikanın  yeni  sərhədləri  aşkarlanaraq,  qara  materiya  hissəcikləri 
alınmış və bunun əsasında Yerin yaranması və təkamülü haqda əlavə məlumatların 
ə
ldə edilməsi, ölkəmizin bu istiqamətdə aparılan işlərə əlavə impuls verir.    
Azərbaycanın  yeritdiyi  iqtisadi  siyasətin  nəticəsi  əldə  edilmiş  irəliləyişlər 
uğurlar  bir  daha  təsdiqləyir.  2005-2014-cü  illərdə  Azərbaycanın  ÜDM  3  dəfə  və 
dövlət  büdcəsi  13  dəfə  artmışdır.  Həmin  dövrdə  ölkəyə  177  milyard  dollar 
investisiya  yatırılmışdır,  o  cümlədən  -  123  milyard  dollar  qeyri-neft  sektoruna 
yönəldilmişdir.  Respublikada  valyuta  ehtiyatların  həcmi  50  mlrd.dolları  ötmüş, 
yoxsulluğun səviyyəsi isə 5,1%-ə qədə aşağı düşmüşdür. Ölkəmizdə neftdən əldə 
olunan  gəlirlər  qeyri-neft  sektorunun  inkişafına  yönəldilir.  Bunun  nəticəsi  kimi, 
son  illərdə  Azərbaycanın  qeyri-neft  sektoruna  yönəldilən  investisiyalar  2  dəfə 
artmışdır. 
Azərbaycanın  ümumi  daxili  məhsulu  Cənubi  Qafqaz  ölkələrinin  məcmu 
ÜDM-in  75%-i  təşkil  edir.  Əlbəttə  ki,  neft  gəlirlərindən,  bu  imkanlardan  istifadə 
etməklə  qeyri-neft  sektorunun  inkişaf  etdirilməsi,  dövlət  gəlirlərinin  neftdən 
asılılığının  azaldılması  əsas  prioritetlər  sırasındadır.  Bu  prioritetlər  “Azərbaycan 
2020:  Gələcəyə  baxış”  nkişaf  Konsepsiyasında  əks  olunmaqla,  burada 
resurslardan istifadənin səmərəliliyinin yüksəldilməsi, rəqabət qabiliyyətli istehsal 
sahələrinin yaradılması nəzərdə tutulur. 


 
BURADA B R SIRA SLAYDLAR TƏQD M OLUNACAQ. 
Regionların sosial-iqtisadi inkişafı 
 “Arabaya qoşulmuş atlar birlikdə daha sürətlə gedirlər, 
çünki onları bir birilə rəqabət və yarış ruhu irəli aparır” – Plutarx. 
 
Azərbyacanda  son  onillikdə  davam  edən  iqtisadi  yüksəlik  bir  başa  olaraq 
makriiqtisadi göstəricilərin dəyişməsində öz əksini tapmışdır. Eyni zamanda, sovet 
dövründən  miras  qalmış,  iqtisadiyyatın  ərazi  quruluşunda  yaranmış  kəskin 
natarazlıq,  yeni  ərazi  planlaşdırılması  və  idarə  edilməsi  siyasətini  zəruri 
etmişdirdir. Belə ki, ölkə iqtisadiyyatının 70%-dən çoxu (sənayedə 85%) Abşeron 
iqtisadi  rayonun  payına  düşürdü.  Iqtisadiyyatın  belə,  anormal  ərazi  təşkilinin 
dəyişdirilməsi istiqamətində ölkədə məqsədyönlü sosial-iqtisadi inkişaf strategiyası 
həyatə keçrilməyə başlandı. Məhs bu məqsədlə, 2004-cü ildən başlayaraq, ardıcıl 
şə
kildə,  respublika  regionlarının  davamlı  sosial-iqtisadi  inkişafını  təmin  edilməsi 
üçün  üç  Dövlət  proqramı  qəbul  edilmişdir.  lk  iki  Dövlət  proqramları  əsasında, 
regionlarda  çox  sayda  yeni  istehsal  müəssisələri  və  sosial  obyektlər  istifadəyə 
verilmişdir.  Bunun  nəticəsi  kimi,  regionlar  üçün  ən  vacib  olan,  işsizliyin  aradan 
qaldırılması sahəsində, böyük irəliləyişlik əldə edilmişdir.  
Bu dövr ərzində respublikada işsizliyin səviyyəsi 49%-dan 5%-ə qədər aşağı 
düşmüşdür.  Daimi  və  müvvəqəti  iş  yerlərinin  çox  hissəsi  Abşerondan  kənarda 
yerləşən regionlarda açılmışdır. Bunun hesabına yerlərdə əhalinin gəlirləri artmış, 
sosial vəziyyəti yaxşılaşmış və bütövlüklə yaşayış rifahı yüksəlmişdir. Regionların 
təbii-resurs,  maadi-texniki  və  əmək  potensialının  səmərəli  istifadə  edilməsi, 
aydındır  ki,  onların  mərkəzləşdirilmiş  maliyyə  mənbələrindən  asılacağının 
azalmasına  təsir  etmişdir.  Bununla  yanaşı,  regionlarda  sosial-iqtisadi  inkişafın 
gələcək  illərdə  də  davamlı  olması  üçün,  yerli  idarəetmə  orqanları  tərəfindən 


mövcud  potensialın  daha  tam  təsərrüfata  cəlb  edilməsi  istiqamətində  müvafiq 
regional inkişaf proqramları hazırlanmalı və tədricən realizə edilməlidir. Təbii ki, 
regional inkişaf məqsədilə tərtib edilən proqramlar, ölkənin vahid regional inkişaf 
strategiyasının tərkib bir hissəsi olmalıdır. 
 
7-mühazirə. 
 
Multikulturalizm və xarici siyasət. 
 
        Multikulturalizm  anlayışı  dünya  siyasətində  gənc  bir  anlayış  olmasına 
baxmayaraq,  bu  siyasətlə  bağlı  müxtəlif  fərqli  fikirlər  və  fikir  ayrılıqları 
mövcuddur.Bir sıra dövlətlər bu siyasəti dövlət siyasəti kimi həyata keçirir və onun 
inkişafı  üçün  daim  islahatlar  aparırlar,  digər  qrup  dövlətlər  isə  ümumiyyətlə 
multikulturalizm  siyasətindən  imtina  edir  və  onun  uğurlu  gələcəyinin  olmadığını 
iddia  edirlər.Başqa  bir  tərəfdən  də  aydındır  ki,  hər  hansısa  cəmiyyətin  mövcud 
olması üçün çox əhəmiyyətli olan bir multikulturalizm modeli digər bir cəmiyyət 
üçün uyğun model olmaya bilər. 
Multikulturalizm siyasətinin təməlində xalqların qarşılıqlı əməkdaşlığı, tolerantlıq 
ideyaları  və  münaqişələrə  yol  verməmək  prinsipləri  dayanır.Əsrlər  boyu  böyük 
mədəniyyətlərin  qovuşduğu  bir  diyar  olan  Azərbaycanda  müxtəlif  xalqların  və 
dinlərin 
nümayəndələri 
sülh 
və 
qarşılıqlı 
anlaşma 
şə
raitində 
yaşamışdır.Multikulturalizm  ideyaları  ölkəmizdə  əsrlər  boyu  formalaşsa  da  onun 
siyasi banisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 
       Qeyd etmək lazımdır ki, 80-ci illərin sonları və 90-cı illərin əvvələrində, Sovet 
ttifaqının dağılma ərəfəsində müxtəlif qruplar üçün “milliyətçilik” anlayışı birliyə 
çağırış  üçün  yeganə  kateqoriya  idi  və  Avropa  dövlətlərindən  fərqli  olaraq  bu, 
keçmiş  sovet  ölkələrində  və  eləcə  də  regionumuzda  da  dramatik  toqquşmaların 
meydana  gəlməsinə  səbəb  oldu.Bu  ölkələrdən  biri  kimi  Azərbaycan  da  vətəndaş 
müharibəsi  asatanasına  gəlib  çatmışdı.Ancaq  Ümummilli  Lider  Heydər  Əliyevin 
hakimiyyətə qayıdışından sonra Azərbaycanın həm daxili həm də xarici siyasətində 
köklü  dəyişiklər  dərhal  özünü  götərdi.Multikultural,  tolerant  və  humanist 
dəyərlərin  ana  xətt  təşkil  etdiyi,  insan  hüquqlarının  ali  dəyər  hesab  olunduğu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə