Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   28   29   30   31   32   33   34   35   ...   42

Müasir  dövrdə  ölkədə  yaşayan  müxtəlif  din  və  məzhəblərin 
nümayəndələrinə  qayğı  göstərmək,  onların  problemlərini  həll  etmək 
Azərbaycan  hökumətinin  din  siyasətinin  prioritet  istiqamətlərindən  birini 
təşkil  edir.  Hökumət  davamlı  olaraq  bu  istiqamətdə  ardıcıl  tədbirlər  həyata 
keçirir.   
Ölkəmizdə 
yaşayan 
qədim 
xalqlardan 
biri 
yəhudilərdir. 
Məskunlaşdıqları  digər  ölkələrdə  işgəncə  və  təzyiqlərə  məruz  qalan 
yəhudilər yurdumuza pənah gətirərək 2500 ildən artıqdır ki, bu bölgədə sülh 
və  qarşılıqlı  anlaşma  şəraitində  yaşayırlar.  Onlar  ölkəmizdə  heç  vaxt  dini 
dözümsüzlüyə və ayrı-seçkiliyə məruz qalmamış, əksinə daim yerli əhalinin 
diqqət və qayğısı ilə əhatə olunmuşlar. 
Ölkəmizdə yəhudilərin ümumi sayı 16.000 təşkil edir. Bunlardan 11.000-i dağ 
yəhudiləridir ki, onların da təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, 1000 nəfəri 
isə  digər  şəhərlərdə  yaşayır.  Əşkinazi  yəhudilərin  sayı  4,3  min  nəfərdir.  Gürcü 
yəhudilərinin təxmini sayı 700 nəfərdir (6). 
Hazırda yəhudilər Azərbaycanda üç qurumla - Dağ, Əşkinazi və Gürcü 
yəhudiləri  icmaları  ilə  təmsil  olunur.  Quba  rayonundakı  Qırmızı  qəsəbə 
postsovet  məkanında dağ  yəhudilərinin kompakt yaşadığı yeganə  məkandır. 
Ölkəmizə  XIX  əsrdə  pənah  gətirən  Əşkinazi  yəhudilər  daha  çox  Bakı  və 
Sumqayıtda məskunlaşmışlar. 
 2003-cü  ilin  mart  ayında  Azərbaycan  hökumətinin  diqqəti  sayəsində 
Bakıda  yeni  yəhudi  sinaqoqu  istifadəyə  verilmişdir.  Avropada  ən  böyük 
sinaqoq  sayılan  bu  ibadətgah  köhnə  məbədin  yerində  inşa  olunmuşdur. 
Açılış  mərasimində  dövlət  rəsmiləri,  Azərbaycanda  fəaliyyət  göstərən  dini 
icmaların  rəhbərləri  və  xarici  ölkələrdən  qonaqlar  iştirak  etmişlər. 
Sinaqoqun  tikintisində  xaricdə  fəaliyyət  göstərən  yəhudi  təşkilatları  ilə 
yanaşı,  Qafqaz  Müsəlmanları  darəsi,  Rus  Pravoslav  Kilsəsinin  Qafqaz  və 
Xəzəryanı Yeparxiyası yaxından iştirak etmişdir (7, s. 71).  
2003-cü  ilin  sentyabr  ayında  Bakıda  "Or-Avner"  Xabad  Lyubaviç 
Beynəlxalq Fondunun maliyyələşdirdiyi ilk yəhudi orta ümumtəhsil məktəbi 
fəaliyyətə  başlamışdır.  Açılış  mərasimində  xaricdə  yaşayan  yəhudi 
icmalarının nümayəndələri, eləcə də Azərbaycan rəsmiləri iştirak etmişlər. 
Azərbaycanda  yəhudi  icmaları  ilə  bərabər  xristianlığın  pravoslavlıq, 
katoliklik  və  protestantlıq  qollarını  təmsil  edən  dini  icmalar  da  fəaliyyət 
göstərir.  Ölkəmizdə  pravoslavlıq  qoluna  mənsub  xristianlar  çoxluq  təşkil 


edir,  xristianlıq  əsasən  Bakı,  Sumqayıt  və  Gəncə  şəhərlərində  geniş 
yayılmışdır. 
Azərbaycan  hökumətinin  qərarı  ilə  1920-ci  ildə  bağlanmış  Cen 
Mironosets  kilsəsinin  binası  1991-ci  ildə  Rus  Pravoslav  kilsəsinə 
verilmişdir.  Onu  da  qeyd  edək  ki,  kilsəni  1907-ciildə  məşhur  Azərbaycan 
xeyriyyəçisi  Hacı  Zeynalabdin  Tağıyev  inşa  etdirmişdir.  2001-ci  ilin  may 
ayında  Azərbaycanda  səfərdə  olan  bütün  Rusiyanın  Patriarxı  II  Aleksi  bu 
məbədə  baş  kafedral  kilsə  statusu  vermişdir.  Kilsə  Sovet  hakimiyyəti 
dövründə  anbar  kimi  istifadə  olunduğunda  dağıntılara  məruz  qalmışdır. 
Kilsənin təmirini Moskvada yaşayan azərbaycanlı iş adamı Aydın Qurbanov 
öz üzərinə götürmüş, baş kafedralf kilsə tezliklə təmir olunmuş və 2003-cü 
ilin  mart  ayında  dindarların  istifadəsinə  verilmişdir  (7,  s.  72).  Kilsənin 
açılış  mərasimində  Ümummilli  Lider  Heydər  Əliyev,  hökumət  üzvləri, 
səfirliklərin  nümayəndələri  iştirak  etmişlər.  Hazırda  Bakıda  3,  Gəncə  və 
Xaçmazda 1 rus pravoslav kilsəsi, Sumqayıtda 1 məbəd fəaliyyət göstərir. 
2003-cü  ilin  aprel  ayında  Rum  Patriarxı  I  Varfolomey  Azərbaycan 
hökumətinin  dəvəti  ilə  ölkəmizdə  rəsmi  səfərdə  olmuş,  dövlət  rəsmiləri,  din 
xadimləri, müsəlman, xristian, yəhudi icamalrının rəhbərləri ilə görüşlər keçirmiş, 
dini  durumla  tanış  olmuş  və  ölkədə  fəaliyyət  göstərən  dini  icmalar  arasındakı 
münasibətləri yüksək qiymətləndirmişdir. Qonağı həmin dövrdə Ümummilli Lider 
Heydər Əliyev də qəbul etmişdir. 
Azərbaycan  hökuməti  1999-cu  ildə  katolik  icmasının  dövlət  qeydiyyatına 
alınmasına şərait yaratmış, əvvəllər dini ayinləri evlərdə icra edən icma üzvlərinə 
2000-ci ildə ibadətlərin yerinə yetirilməsi məqsədilə xüsusi bina alınmış və kilsəyə 
çevrilmişdir. Sonrakı illərdə Azərbaycan hökuməti ilə Vatikan arasındakı razılığa 
ə
sasən  Bakıda  Nobel  prospektində  Roma  katolik  kilsəsi  inşa  olunmuşdur.  Açılış 
mərasimində  dini  icmaların  nümayəndələri  ilə  yanaşı  dövlət  rəsmiləri  də  iştirak 
etmişdir.  
Roma  katolik  kilsəsinin  başçısı  II  ohann  Pavel  2002-ci  ilin  may  ayında 
Azərbaycan hökumətinin rəsmi dəvəti ilə Bakıda səfərdə olmuş, dövlət rəsmiləri, 
ictimaiyyətin  nümayəndələri  ilə  görüşmüşdür.  O,  Azərbaycandakı  mövcud  dini 
dözümlülüyü  yüksək  qiymətləndirərək  demişdir:  “Azərbaycanda  dinlər  arasında 
mövcud  tolerantlıq  və  dözümlük  münasibətləri  dünyanın  bir  çox  ölkələri  üçün 
yaxşı nümunə ola bilər”. 
Azərbaycanda dövlət qayğısı ilə əhatə olunan azyaşlı, qədim xalqlardan biri 
də əsasən Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udilərdir. Dünyada udilərin 


sayı 10.000-ə yaxındır ki, onların də təqribən 7000-i Azərbaycandadır. Əsrlər boyu 
azərbaycanlılarla  udilər  dinc  şəraitdə,  yanaşı  yaşamış,  onların  arasında  daim 
dostluq  əlaqələri  və  qarşılıqlı  anlaşma  mövcud  olmuşdur.  Müasir  dövrdə  də  bu 
ə
nənə uğurla davam etdirilir. 
  Azərbaycan hökumətinin diqqət və qayğısı sayəsində 2003-cü ildə alban-udi 
dini icması dövlət qeydiyyatına alınmışdır. 1836-cı ildə Rusiya çarının fərmanı ilə 
alban  kilsəsi  və  katolikosluğu  ləğv  edilmiş,  alban  məbədləri  erməni  apostol 
kilsəsinə verilmişdi (6). Azərbaycan hökümətinin dini fəaliyyət sahəsində yetirdiyi 
uğurlu  siyasət  nəticəsində  udi  etnosu  itirilmiş  hüquqlarını  tam  bərpa  etmişdir. 
Onlara məxsus tarixi abidələrin bir qismi yenidən bərpa olunmuşdur ki bunlardan 
biri Qafqazda, eləcə də dünyada ən qədim xristianlıq məbədlərindən biri sayılan, 
vaxtilə Şəkinin Kiş kəndində inşa edilən alban kilsə-muzeyidir. Bu kilsə 2003-cü 
ildə əsaslı şəkildə bərpa olunaraq istifadəyə verilmişdir. IV-V əsrlərə aid kilsənin 
təmirinə  2000-ci  ildə  başlanılmış  və  2003-cü  ildə  başa  çatdırılmışdır.  Kilsənin 
bərpasında  xarici  alimlərlə  yanaşı,  azərbaycanlı  alimlər  də  böyük  əmək  sərf 
etmişdir. 
2006-cı  ilin  may  ayında  Qəbələ  rayonunun  Nic  qəsəbəsində  Müqəddəs 
Yelisey adlı qədim alban kilsəsinin yerində Çotari adlı alban-udi kilsəsinin açılış 
mərasimi  keçirilmiş,  tədbirdə  hökumət  üzvləri,  dini  icmaların  nümayəndələri, 
xarici ölkələrin səfirləri və qonaqlar iştirak etmişdir (8, s. 152). 
Azərbaycanda dövlətin din sahəsinə qayğısına dəlalət edən məsələlərdən biri 
də müstəqillik illərində dini ibadət yerlərinin, məscid, kilsə və sinaqoqların sayının 
sürətlə  artmasıdır.  Azərbaycan  dövlət  müstəqilliyin  bərpa  edən  zaman  ölkədə  18 
məscid mövcud idi (1, s. 11). Hazırda Azərbaycanda 1956 məscid, 748 ziyarətgah, 
13 kilsə, 7 sinaqoq və digər ibadət yerləri fəaliyyət göstərir. Eyni zamanda 2009-cu 
ildə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa edilən 
müvafiq  dəyişikliklərdən  sonra  Dini  Qurumlarla  ş  üzrə  Dövlət  Komitəsində 
588 dini  icma  qeydiyyatdan  keçmişdir.  Onlardan 567-i  islam, 21-i  qeyri-islam 
qurumudur.  Həmin  icmalardan  12-i  xristian,  6-ı  yəhudi,  1-i  krişna,  2-i  bəhai 
icmasını təmsil edir. (9).  
 
Dini  durumun  sabitliyinin  qorunması  istiqamətində  həyata  keçirilə
tədbirlər    
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə