Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   27   28   29   30   31   32   33   34   ...   42

Bakıda əsas mərkəzlərini yaradan, missioner təşkilatlar Azərbaycanın böyük 
şə
hərlərindən  başlayaraq  regionlarda  da  dini  təbliğat  aparmağı  və  təlimlərini 
yaymağı  qarşılarına  məqsəd  qoymuşdular.  Həmin  dövrdə  əhatə  dairələrini 
genişləndirmək  məqsədilə  həmin  qurumlar  böyük  şəhərlərdən  Gəncə  və 
Sumqayıtda, respublikanın şimal rayonlarından  smayıllı, Zaqatala, Qax, Balakən, 
Quba, Qusar və Xaçmazda geniş dini təbliğat aparırdılar. Azərbaycanda fəaliyyət 
göstərən bəzi ölkələrin səfirlikləri də müxtəlif yollarla missoner təşkilatlara dəstək 
göstərir, dövlət qurumlarının dövlət-din münasibətlərinin tənzimlənməsi, radikallıq 
meyllərinin  qarşısının  alınması  istiqamətində  həyata  keçirdiyi  tədbirləri 
Azərbaycanda  insan  hüquq  və  azadlıqlarının  pozulması  kimi  qələmə  verməyə 
çalışırdılar (4, s. 164).     
Cənub  rayonlarında  əhalinin  əksəriyyətinin  islama  meyilli  olmasını  nəzərə 
alan humanitar təşkilatlar bu bölgədə fəal dini təbliğat aparmaqdan və təlimlərini 
yaymaqdan  çəkinsələr  də,  yerli  dayaqlar  yaratmaq  məqsədilə  müəyyən  tədbirlər 
həyata  keçirir  və  bəzi  cənub  rayonlarında  xristian  təmayüllü  dini  icmalar 
yaradırdılar. 
Sözügedən  missioner  təşkilatlar  müəyyən  vaxtdan  sonra  qanunsuz 
fəaliyyətlərinin  qarşısının  alınacağını  öncədən  düşünərək  onlardan  sonra  ölkədə 
dini  təbliğat  apara  biləcək  davamçılar  yetişdirirdilər.  1997-ci    ildə  əcnəbilər  və 
vətəndaşlığı  olmayan  şəxslərin  ölkədə  dini  təbliğat  aparmalarına  qanunla  qadağa 
qoyulduqdan  sonra  onların  uzun  müddət  hazırladıqları  insanlar  təbliğat  aparmaq 
missiyasını  öz  üzərlərinə  götürdülər.  Bununla  da  həmin  təşkilatlar  yerli  əhalinin 
köməkliyi ilə yenidən dini təbliğat aparmaq imkanı əldə etdilər. 
“Dini  etiqad  azadlığı  haqqında"  Azərbaycan  Respublikasının  Qanununa 
edilən  dəyişikliklərdən  sonra  müvafiq  dövlət  qurumları  dini  təbliğat  aparan  və 
missionerlik  fəaliyyəti  göstərən  humanitar  təşkilatların  qanuna  zidd  əməllərinin 
qarşısını  qismən  aldı.  Humanitar  təşkilatların  fəaliyyəti  xeyriyəciliklə 
məhdudlaşdırıldı,  qanunu  pozan  bir  neçə  humanitar  təşkilatın  fəaliyyətinə  xitam 
verildi. 
2001-ci  ildə  Dini  Qurumlarla  ş  üzrə  Dövlət  Komitəsi  yaradıldıqdan  sonra 
ölkədə dövlət-din münasibətlərində yeni bir mərhələyə qədəm qoyuldu. Dini etiqad 
azadlığı  ilə  bağlı  qanunvericilik  aktlarının  tələblərinə  riayət  olunmasının  təmin 
edilməsi, dini icmaların qeydiyyata alınması, qeydiyyatının ləğvi, dini qurumların 
və  təhsil  müəssisələrinin  fəaliyyətinin  tənzimlənməsi  səlahiyyəti  həmin  quruma 
həvalə olundu (2, s. 266).  


Həmin  dövrdən  başlayaraq  din  etiqad  azadlığının  təmin  olunmasına, 
icmaların  dini  ayin  və  mərasimləri  sərbəst  yerinə  yetirməsinə,  milli-mənəvi 
dəyərlərin  təbliğinə  və  tolerantlıq  ənənələrinin  gücləndirilməsinə  diqqət  daha  da 
artırıldı.  Azərbaycan  hökuməti  bütün  dinlərin  nümayəndələrinə  dini  ayin  və 
mərasimləri  sərbəst  yerinə  yetirmək  üçün  bərabər  imkanlar  yaratdı,  onların 
fəaliyyətinə  əsassız  müdaxilələrin  qarşısını  aldı.  Eyni  zamanda  missioner 
təşkilatların və radikal qruplaşmaların fəaliyyətinə nəzarət daha da gücləndirildi.  
 
Azərbaycanda tolerantlıq 
 
Müasir  dövrdə  dünya  dövlətlərinin  və  beynəlxalq  təşkilatların 
qarşısında  duran  ən  başlıca  vəzifələrdən  biri  insanlar  arasında  dini 
dözümlülüyün  gücləndirilməsinin,  müxtəlif  din  və  mədəniyyətlərə  mənsub 
insanlarm  sülh  və  əmin-amanlıq  şəraitində  yaşamasının  təmin  edilməsidır. 
Müasir  dövrdə  dünyanın  müxtəlif  bölgələrində  baş  verən  hadisələr 
mədəniyyətlərin müxtəlifliyini qəbul etməyən, digər din və mədəniyyətlərin 
nümayəndələrinin  adət-ənələrinə,  həyat  tərzinə,  əqidə  və  düşüncəsinə 
hörmətlə  yanaşılmayan  cəmiyyətlərdə  davamlı  sabitliyə  və  inkişafa  nail 
olmağın qeyri-mümkün olduğunu göstərir (5, s. 85). Bu səpkidə qarşıdurma 
və  münaqişələrin  baş  verməməsi  üçün  insanlarda  digər  din  və 
mədəniyyətlərə 
qarşı 
dözümlülük 
və 
hörmət 
xüsusiyyətləri 
gücləndirilməlidir.  Bu  ənənənin  gücləndirilməsi  və  qorunması  məqsədilə 
Azərbaycanda bir çox əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.  
Danılmaz faktdır ki, Azərbaycan xalqı tarix boyu digər din və mədəniyyətlərə 
dözümlü  münasibət  ilə  seçilmişdir.  Digər  din  və  mədəniyyətlərə  dözümlü 
münasibət,  onlarla  sülh  və  qarşılıqlı  anlaşma  şəraitində  yaşamaq  Azərbaycan 
xalqının  təbiətindən,  insanpərvərliyindən  və  xoş  məramlılığından  irəli  gəlir. 
Azərbaycan  qədim  zamanlardan  müxtəlif  dinlərin,  dini  cərəyanların  yayıldığı, 
qovuşduğu, qarşılıqlı anlaşma şəraitində yaşadığı və əməkdaşlıq etdiyi bir məkan 
olmuşdur.  Zərdüştilikdən  başlayaraq  sonuncu  böyük  din  islamadək  bütün  dinlər 
Azərbaycanda 
yayılmışdır. 
Azərbaycan 
ə
halisinin  böyük 
ə
ksəriyyətini 
müsəlmanlar təşkil etməsinə baxmayaraq ölkə Konstitusiyasında bütün dini etiqad 
və təlimlərin qanun qarşısında bərabər olduğu təsbit olunmuşdur. Qanunvericiliyə 
ə
sasən  ölkədə  hər  hansı  bir  dinin  digər  dindən  üstün  olması  barədə  təbliğatın 
aparılması qadağandır.    


Ə
srlər boyu Azərbaycanda islam, xristian və yəhudi dinlərinin nümayəndələri 
qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Milli və dini etnik qruplar arasında ədavət 
və  qarşıdurma  halları  müşahidə  olunmamışdır  (1,  s.  35).  Müxtəlif  din  və 
mədəniyyətlərə mənsub insanlar əsrlər boyu Azərbaycan xalqının ictimai-siyasi 
və  iqtisadi  həyatında  mühüm  rol  oynamış,  özlərinin  etnik  xüsusiyyərlərini, 
dinlərini  və  adət-ənənələrini  qoruyub  saxlayaraq  bu  günümüzədək  yaşatmışlar. 
Müasir  dövrdə  də  ölkəmizdə  həmin  dinlərin  tarixi,  mədəni  abidələri  və  zəngin 
mənəvi irsi dövlət tərəfindən qorunub saxlanılır.  
Müasir 
dövrdə 
dünyanın 
bir 
çox 
ölkələrində 
insanlarm 
məskunlaşmasında  onların  dini  və  milli  mənsubiyyəti  əsas  meyar  kimi 
götürülür,  yəhudi,  xristian  və  müsəlmanlar  bir  çox  dövlətlərdə  ayrı-ayrı 
məhəllələrdə  yaşadığı  halda  bu  gün  ölkəmizdə  müxtəlif  din  və  təriqətlərə 
mənsub  insanlar  bir  küçədə,  bir  həyətdə,  hətta  bir  evdə  sərbəst  yaşayır  və 
bir-birilərinin  bayramlarında,  dini  ayin  və  mərasimlərində  bir  ailə  kimi 
yaxından iştirak edirlər. Onlar nəinki özlərini Azərbaycanda yad hiss etmir, 
hətta yerli əhali ilə qaynayıb-qarışaraq qohumluq əlaqəsi qururlar.    
Azərbaycanda  tolerantlıq  ənənəsinin  formalaşmasına  və  dini  qruplar 
arasında  möhkəm  birliyin  yaranmasına,  sülh  və  barışın  hakim  olmasına, 
ölkə  ərazisinin  tez-tez  xarici  dövlətlərin  işğalına  məruz  qalması  və  asılı 
vəziyyətə düşməsi böyük təsir göstərmişdir. Azərbaycanın zəngin yerüstü və 
yeraltı  təbii  sərvətləri,  mühüm  geostrateji  ərazisi  daim  xarici  ölkələrdə 
maraq  doğurmuş,  qüdrətli  dövlətlər  zəngin  təbii  sərvətləri  talan  etmək, 
yerləşdiyi  mühüm  geostrateji  mövqelərə  sahib  çıxmaq  məqsədilə  mütəmadi 
olaraq  bu  ölkəyə  hücumlar  etmişlər.  Bölgədə  yaşayan  əhali  dini 
baxışlarındakı fərqlərə baxmayaraq bu qüvvələrə qarşı daim birgə mübarizə 
aparmışdır. 
Hazırda Azərbaycan xalqının və dövlətinin qarşısında duran əsas vəzifələrdən 
biri  bu  zəngin  irsin  və  mədəniyyətin  qorunub  saxlanılması,  gələcək  nəsillərə 
çatdırılmasıdır. Müasir dövrdə tolerantlıq Azərbaycanın əvəzsiz, dünyanın bir çox 
ölkələrinin  həsəd  apardığı  milli-mənəvi  sərvətinə  çevrilmişdir.  Bu  ənənənin 
zəiflədilməsinə  yönələn  bütün  cəhdlərin  qarşısı  dövlət  tərəfindən  davamlı  olaraq 
alınır.  Bu  işdə  dövlət  qurumları  ilə  yanaşı  ictimai  təşkilatlar  da  aktiv  iştirak 
etməlidirlər.  
 
Azərbaycanda dinə dövlət qayğısı  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə