Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   11   12   13   14   15   16   17   18   ...   42

“Cavidannamə”yi gətirgil ələ, 
Ta biləsən ki, nəsnəcandır Söz. 
Sözə bu izzü cah yetməzmi, 
Kaydalar Fəzlü-qeybdandır Söz  (46, 321-322). 
 
Ş
air  burada  cahanın  kafi-nundan  yarandığına  işarə  edərək,  sa  Məsih  ilə 
”adəmü-Əhməd”  adlandırdığı  Məhəmməd  peyğəmbərin  ilahiliyini  vurğulayır. 
”Fəzlü-qeybdan” deməklə Fəzlin ilahiliyinə və ölməzliyinə işarə edir. 
Bir  cəhəti  qeyd  edək  ki,  istər  Fəzlin,  istərsə  də  Nəsimi  və  digər  hürufilərin 
yaradıcılığında hürufilərin  sa peyğəmbərə xüsusi rəğbəti hiss olunur. Çox böyük 
ehtimalla  bu  istək  xristianlığın  Allah-insan,  Allah  oğul  konsepsiyası  ilə  bağlı idi. 
Çünki, bu konsepsiya hürufilərin Allahın insanda təcallası konsepsiyasına yaxın idi 
və  Fəzlüllahın da  sa  peyğəmbər  kimi  ilahiləşdirilməsinə  əsaslanırdı.  (s  209-210- 
Ə
.Əhməd). 
Nəsimi deyirdi: 
  
Ey Həqi hər yerdə hazırdır deyən əgrinəzər, 
Bəs nə mənidən seçərsən Kəbədən bütxanəyi? 
  
Tanrı hər şeyi qapsayır və Tanrıya gedən yol birdir. Bu yol nə şiəlik yolu, nə 
sünnilik yolu, nə yəhudilik yolu, nə xristianlıq yoludur. Bu yol - insanlıq, mənəvi 
təkamül, kamil insan yoludur və Nəsimi də "yol", "ərkan" deyərkən məhz bu 
insanlıq marşrutunu nəzərdə tuturdular, bu yoldan çıxanlara "əgrinəzər" deyirdilər 
 
7.
  XIX  əsr  XX  əsrin  əvvəllərində  Azərbaycan  maarifçilərinin 
dünyagörüşündə tolerantlıq və multikultiralizm ideyaları. 
 
Azərbaycan maarifçiliyi – bir-birindən fərqli iki mədəniyyətin toqquşması 
nəticəsində yaranan ictimai-mədəni dirçəlişdir. Bu maarifçilik bir çox cəhətlərə 
görə bir-birindən fərqlənən mədəniyyətlərin, ənənələrin, mentallığın qızğın 
mübarizəsi mühitində inkişaf etmişdir. O, Şərqlə Qərbin dialoq və görüş 
formalarından biridir. Azərbaycan tarixi boyu bir neçə sivilizasiyaların toqquşması 
nəticəsində bir çox dirçəliş mərhələləri yaşamışdır. Maarifçilik həmişə və hər yerdə 
milli intibahın, milli özünüdərkin, istisnasız bütün sahələrdə və çağdaş mənada 
etnik mentalitetin, ədəbi dilin və realist milli ədəbiyyatın ən qəti təşəkkülü 
dövrünün ideoloji hadisəsi kimi yaranır, bütünlükdə xalqın tarixi, taleyi ilə bağlı 
məsələlər qaldırır və onları xalq, millət miqyasında da həll edir. 
M.F.Axundov
 x
alqın  iqtisadi-mədəni həyatda  mövcud problemləri  duyan, onların 
tərəqqisinə  təkan  verən  körkəmli  Azərbaycan  maarifçilərindən  biri  də 
M,F.Axundzadə  olmuşdur.  O,  maarifçi-realist  metodunun  ədəbiyyat  tariximizdə 
böyük nümayəndəsidir. 


Fikir  azadlığını  tərəqqinin  əsası  hesab  edən  M.Fətəli  yazır:  "Canlılar 
aləmində  insan  daima  tərəqqi  tələb  edən  bir  növdür  və  fikir  azadlığı  olmadan 
tərəqqi  mümkün  ola  bilməz.  Tərəqqinin  nəticəsini  zəmanəmizdə  sivilizasyon 
adlandırırlar.  Sivilizasyon  elə  bir  ümumi  sözdür  ki,  onun  məzmununda  bütün 
sənətlər,  fəndlər, qüdrəti-dövlət,  millətin  asayişi və  mədəniyyətin bu kimi  şərtləri 
cəm  olmuşdur.  Əgər  cəmiyyət  öz  fərdlərinə  fikir  azadlığı  verməzsə  onları  ata-
babanın və övliyaların qərar verdikləri şeylərlə kifayət etməyə və bunlardan kənara 
çıxmamağa və ağıllarını mədəniyyət işlərində işlətməyə məcbur edərsə, bu sürətdə 
fərdlər yer əkən, məhsul toplayan və hər bir işi düşünmədən və fikir etmədən görən 
avtomat  olarlar;  və  ya  onlar  dəyirman  atlarına  bənzərlər  ki,  hər  gün  müəyyən 
dairədə  dolanarlar  və  öz  vaxtında  da  arpa-saman  yeyib  su  içər  və  yatarlar,  sonra 
yenə oyanıb haman dünənki dolanışı dünyanın axırına qədər təkrar edərlər. Və bu 
biçarə  atların  hərgiz  xətri  olmaz  ki,  dünyada  çəmənlər,  otlaqlar,  çayırlıqlar, 
çiçəkliklər,  meşələr,  dağlar  və  dərələr  vardır;  əgər  bağlı  olmasaydılar,  dünyada 
gəzərdilər  və  o  könül  açan  yerləri  görərdilər  və  dünya  nemətlərindən  tamamilə 
faydalanmış olardılar".(s. 207Axundzadə Mirzə Fətəli. Əsərləri. Üç cilddə. II cild. 
Bakı, “Şərq-Qərb”, 2005, 376səh. 
O, bərabərliyi insan tərəqqisinin özülü sayırdı, hesab edirdi ki, o Anayasanın 
ə
sasında  durmalıdır.  Mənəvi,  milli  və  ictimai  bərabərlik  tələblərini  Axundzadə 
dialektik  vəhdətdə və  qarşılıqlı  əlaqədə  ələ  alır,  azadlıq  və  hüquq,  hakimiyyət  və 
maarif problemini həm fərd, şəxsiyyət, həm də cəmiyyət və xalq miqyasında irəli 
sürürdü. 
Böyük  mütəfəkkir    qeyd  edirdi  ki,"...Bəşər  övladına  səadət  və  qurtuluş  o 
zaman  nəsib  olacaqdır  ki,  istər  Asiyada  və  istərsə  də  Avropada  insanın  şüuru 
tamamilə  əbədi  həbsdən  xilas  olsun  və  bütün  işlərdə  də,  təfəkkürdə  də  hadisələr 
deyil, insanın ağlı yeganə dəlil, sənəd və hakimi - mütləq olsun”. 
Şə
rqin dinçi və heç bir düşüncə və din pluralizminə haq tanımayan qaranlıq 
kültüründə  Axundov  ilk  dəfə  olaraq  sekularizm  sözünü  tələffüz  etmiş,  dinin 
siyasətdən  ayrı  olması  zərurətini  savunmuşdur.  O,  öz  nəzərlərini  konstitusiya 
quruluşunun  təsdiqləndiyi  Avropa  ölkələrinə  istiqamətləndirirdi.  Beləliklə, 
Axundov  Şərqin  müsəlman  mütəfəkkirləri  arasında  ilk  olaraq    konstitusionalizm 
ideyalarını dəstəkləyən mütəfəkkir idi. 
Mən elə bir dinə üstünlük verə bilərdim ki, onun vasitəsilə insan bu dünyada 
azad və xoşbəxt yaşaya biləydi 
Heydər  Hüseynovun  fikrincə,  M.F.Axundov  öz  xalqını  savadlı  görməyi  çox 
istəyirdi.  Buna  görə  də  ilk  növbədə  Azərbaycan  xalqı  tərəfindən  yeni  əlifbanın 


(latın əlifbası) qəbul edilməsini zəruri sayırdı. O, bildirirdi ki, ərəb əlifbası elmin 
və  mədəniyyətin  inkişafına,  geniş  xalq  kütlələri  arasında  maarifin  yayılmasına 
böyük maneə yaradır. M.F.Axundov əlifba islahatını elmi cəhətdən əsaslandırmış 
və praktiki olaraq yeni əlifbanın qəbul edilməsi-Şərqdəki mədəni inqilab uğrunda 
mübarizə aparırdı. Bu iş uğrunda yorulmadan, cəsarətlə mübarizə aparan Axundov 
yazırdı:  “Mənim  əlifbam  yüz  ildən  sonra  şərq  ədəbiyyatında  öz  layiqli  yerini 
tutacaq...  Bu  əlifba  ilə  yeni  əsərlər  yazılacaq,  həmçinin  onun  hərfləri  ilə  köhnə 
kitablardakılar oxuculara çatdırılacaq... O zaman mənim məqsədimə nail olunacaq 
və  mən  qabaqcadan  arxayın  ola  bilərəm,  baxmayaraq  ki,  o  xoşbəxt  günü 
görməyəcəyəm”  (293  H.Hüseynov.  XIX  əsr  Azərbaycan  ictimai  və  fəlsəfi  fikir 
tarixindən. Bakı, Zəkioğlu nəşriyyatı-2006, 544 səh). 
M. F. Axundzadə “Kəmalüddövlə məktubları”nı fars və rus dillərinə çevirmişdir.  
Dünyagörüşü  Şərq  fəlsəfəsi  ilə  yanaşı  XVII  –  XVIII  əsrlər  Avropa,  daha  çox 
Fransa  materialistlərinin  baxışları  əsasında  formalaşan  Mirzə  Fətəli  “Həkimi-
ingilis  Yuma  cavab”,  “Yek  kəlmə  haqqında”  əsərlərində  Qərb  idealizminin, 
təsəvvüfün, Şərq arestotelçiliyinin, babilər məzhəbinin mistik nəzəriyyələrinə qarşı 
qəti  olaraq  çıxırdı.  Məktublarının  birində  qayəsini  izah  edən  alim  və  maarifçi 
yazırdı:  “Mənim  məqsədim  islam  xalqlarını  sarsıdan  cəhaləti  aradan  qaldırmaq, 
elmləri, sənətləri inkişaf etdirmək, xalqımızın azadlığı, rifahı və sərvətinin artması 
üçün  islamiyyətdən  əvvəl  babalarımızın  malik  olduğu  şan  və  şöhrətinin  bərpa 
edilməsi üçün ədalətə rəvac verməkdir” 
 
M.Fətəlinin  A.S.Puşkini  yaxından  tanıyıb,  duyması,  dərin  məhəbbətlə 
sevməsi ən çox Belinskinin əsərləri ilə tanışlıqdan irəli gəlirdi. M.Fətəli Rusiyada 
dünyəvi elmlərin banisi Lomonosovun, şair Derjavinin, Karamzinin, A.S.Puşkinin 
ə
sərlərini  oxuyub,  onların  ədəbi  fəaliyyəti  ilə  yaxından  tanış  olurdu.  Belə  bir 
vaxtda  A.S.Puşkinin  öldürülməsi  (1837-ci  il  yanvarın  sonu)  kimi  bədbəxt  və 
gözlənilməz  bir  hadisə  üz  verdi.  Bu  hadisə  bütün  Rusiyanı  sarsıtdı.  Ölkənin  hər 
yerində bu xəbər milli matəm kimi qeyd edilirdi. M.Fətəli 1837-ci ildə xəyanətin 
qurbanı olan bu böyük şairin faciəsinə çox təsirlənmişdi. Bu münasibətlə o, özünün 
ə
n yaxşı şeiri olan “A.S.Puşkinin ölümünə Şərq poeması”nı yazmışdır 
 
Ə
hməd Ağaoğlu. Əhməd Ağaoğlunun yaradıcılığında xüsusi yer tutan «Üç 
mədəniyyət»  traktatı  1920-ci  ildə  Maltada  sürgündə  ikən  yazılmış,  lakin  ilk  dəfə 
1927-ci ildə Ġstanbulda çap olunmuĢdur. Mədəniyyətdə dil ortaqlığı amilini ġərq 
və  Qərbin  timsalında  müqayisə  edən  ədib  yazır  ki,  «...  bu  gün  ən  azı  üç  Avropa 
dilini  -  fransızcanı,  inciliscəni,  almancanı  bilməyən  ciddi  bir  avropalı  alim  və 
ə
dibinə həmən-həmən rastlanmaz. Bunlar zatən ortaq olan və Avropa mədəniyyəti 
amillərindən bulunan əski yunan və latıncanı da ta çocuqluqlarından öyrənirlər. Bir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə