Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   7   8   9   10   11   12   13   14   ...   42

Ensiklopedik  biliyə  malik  Nəsirəddin  Tusi  elmin  astronomiya,  riyaziyyat,  fizika, 
tibb,  fəlsəfə,  etika,  məntiq  və  digər  sahələrinə  dair  bir  çox  kəşflərin  və  150-dən 
çox, bəzi müəlliflərə görə 200-dən çox əsərin  müəllifidir. 
Nəsirəddin Tusi tərəfindən Marağada yaradılmış rəsədxana və Dar əl-ilm va-
l-hukman (Hikmət evi)
 təkcə elmi araşdırmalar aparan mərkəz deyildi, o həmçinin 
bir  təhsil  mərkəzi  idi.  Mənbələr  göstərir  ki,  burada  müxtəlif  millətlərin 
nümayəndələri çalışır və eyni zamanda burada bir çox ölkədən gəlmiş tələbələr də 
təhsil alırdılar; “hətta burada Çindən gəlmiş bir neçə tələbədə oxuyurdu”.  
Burada  dünyanın  bir  çox  məmləkətlərindən  gələn  alimlər  (Dəməşqdən 
Müvəidəddin  Ordini,  Mosuldan  Fəxrəddin  Marağayini,  Tiflisdən  Fəxrəddin 
xlatini,  Qəzvindən  Nəcməddin  Dəbiranini,  Buxaradan  Cəmaləddin  əz-Zeydi 
Buxari,  Çindən  Fao  Mun-çi,  Monqolustandan  sa  Monqol,  Hindistandan 
Kəmaləddin  Əflatun  əl-Xindi,  Xristianlığı  qəbul  etmiş  Yəhudi  Yuhanna  Qriqori 
Ə
bül Fərəc Hebraus və digərləri) birgə çalışmış, bəziləri isə (Çinli Fao Mun-çi və 
başqaları) öyrəndikləri bilikləri öz ölkələrində tətbiq etmişlər. 
Akademik  Z.Bünyadov  Nəsirəddin  Tusi  tərəfindən  Marağada  yaradılmış 
rəsədxana  və  Dar  əl-ilm  va-l-hukmanı  nəinki  təkcə  Şərq  ölkələrinin,  eləcə  də  o 
zaman ki, dünya sivilizasiyasının ilk elmlər akademiyası adlandırırdı 
 
“Əxlaqi- Nasiri” əsərində dövrünün əxlaqi dəyərlər sistemi ilə bağlı bir sıra 
maraqlı fikirlər irəli sürən Tusi o zaman yunan, ərəb və fars dillərində son dərəcə 
böyük  şöhrət  tapmış  Əflatun,  Ərəstu,  bn  Sina,  Qəzali,  Biruni  kimi  alimlərin 
fəlsəfə  və  əxlaqa  aid  kitablarından,  “Kəlilə  və  Dimnə”,  “Ərdəşir  Babəkan”, 
“Ənuşirəvanın  vəsiyyətləri”  kimi  xalq  müdrikliyi  ilə  dolu  olan  dastan  və  folklor 
ə
dəbiyyatından,  “Siyasətnamə”,  “Mərz  bannamə”  kimi  tərbiyə,  siyasət  və  dövlət 
məsələlərinə  həsr  edilmiş  kitablardan  da  yeri  gəldikcə  “Əxlaqi-Nasiri”yə  daxil 
etmişdir. Beləliklə, Tusi “Əxlaqi-Nasiri”də demək olar ki, özündən əvvəl Yaxın və 
Orta  Şərqdə  hökm  sürən  əxlaqi-fəlsəfi  fikirlərə  yekun  vurmuş,  bunların  yığcam 
icmalını  verməklə  öz  orijinal  fikirlərini  də  buraya  əlavə  etmişdir  s.14.  Tusi  Xacə 
Nəsirəddin. Əxlaqi-Nasiri. Bakı, “Lider nəşriyyat”, 2005, 
Tusi  “Əxlaqi-Nasiri”nin  nəzəri  hikmətini  təhlil  etdiyi  birinci  məqalənin 
dördüncü fəslində varlıqların dərəcə sistemini verir və bu sistemdə “insanın” orta 
yerdə yaradıldığı fikrini irəli sürür. Bu “orta”, “miyanə” vəziyyətdən yüksəlib ülvi 
dərəcəyə çatmaq, ya yuvarlanıb ən aşağı alçaqlığa enmək insanın öz əlindədir; bu, 
ə
mək, səy, fəaliyyət, ağıl və iradədən asılıdır. O öz nəfsini ağıl ilə idarə edə bilsə, 
yüksəkliyə qalxar, nəfsi öz başına buraxsa, nəfsi onu aşağıya — heyvani mərtəbəyə 
sövq edər, şəhvani hissləri cuşa gətirər, günbəgün, anbaan alçaldar, düşkünlük və 
naqisli yi artırar, yuxarıdan aşağıya  yuvarladılan daş kimi, az bir  müddət ərzində 
onu rəzalət çirkabının ən dərin yerinə salar və bu, onun ən dəhşətli sonu olar.Tusi 
buradan  məntiqi  nəticə  çıxararaq,  nəfsin  tərbiyə  edilməsi  üçün  peyğəmbərlərə, 
filosoflara, rəhbərlərə, rəislərə, tərbiyəçilərə və müəllimlərə ehtiyac olduğunu elmi 
cəhətdən  əsaslandırmağa  çalışır.  Bu  tərbiyə  prosesində  əsas  cəhəti  seçməyi 
bacarmaq ən vacib şərt lər dən biri hesab edilir. Belə bir əsas cəhət isə hər varlığın 
özündə mövcuddur və onu başqa varlıqlardan ayıran da məhz bu xüsusiy yət dir, 


onun  kamala  çatması  üçün  də  birinci  növbədə  bu  cəhətin  inkişaf  etdirilməsi  ən 
vacib məsələdir.  
Sonra  Tusi  nəzəriyyə  ilə  təcrübənin,  elmlə  əməlin  əlaqəsindən  danışır. 
Tusiyə  görə,  bunların  vəhdəti  olmadan  inkişaf  və  kamillik  qeyri-mümkündür.15. 
Tusi Xacə Nəsirəddin. Əxlaqi-Nasiri. Bakı, “Lider nəşriyyat”, 2005, 
 
Bütün  əsər  boyu  əmək,  fəaliyyət,  hərəkət,  işgüzarlıq  təbliğ  edən  Tusi  “səadətin” 
yalnız şüurlu zəhmət nəticəsində mümkün olacağını elmi dəlillərlə əsaslandıraraq 
hazır-nazir nəsib olan xoşbəxtlikləri “səadət” hesab etmir. 
Birinci  məqalənin  on  fəsildən  ibarət  olan  ikinci  hissəsi  “məqsədlərə”həsr 
edilmişdir ki, onun da əsas qayəsi “əxlaqı saflaşdırmaq”dan ibarətdir səh.16 Tusi 
Xacə Nəsirəddin. Əxlaqi-Nasiri. Bakı, “Lider nəşriyyat”, 2005, 
Başqa fəzilətlərə nisbətən “ədalət” haqqında Tusi daha geniş danışaraq, onun 
fəlsəfi, ictimai-siyasi mahiyyətini açmağa çalışır. Hər şey dən əvvəl, Tusi “ədaləti” 
yerdə  qalan  bütün  fəzilətlərdən  daha  şərəfli  hesab  edir.  “Ədalət”  anlayışı 
müəyyənləşdirildikdən sonra onun təsnifatı başlayır və məntiqi nəticələr çıxarılır. 
Tusi  xalq  arasında  ədaləti  bərpa  etməkdə  ən  azı  üç  amilin  olmasını  zəruri  hesab 
edir. Bunlardan birincisi — “ilahi namus” (insanın vicdan səsi), ikincisi — “insani 
hakim”  (adil  münsif),  üçüncüsü  —  “dinar”,  yəni  puldur.  Vicdan  olmadan 
bərabərliyin  mümkün  olmadığını  dedikdən  sonra,  “dinar”  yəni  pul  və  “insani 
hakim”,  yəni  ədalətli  münsifin  zəruriliyini  belə  əsaslandırır:  “...Mədəni  adamlar 
təbiətcə  yaradıcıdırlar,  məişətcə  isə  bir-birinə  kömək  etmədən  dolana  bilməzlər. 
Kömək  ondan  ibarət  olar  ki,  biri  o  birinə  xidmət  edər,  birindən  alıb  o  birinə 
satarlar,  elə  edərlər  ki,  müvazinət,  tarazlıq  və  bərabərlik  pozulmasın.  Məsələn, 
xarrat öz əməyinin məhsulunu rəngsaza verər, rəngsaz da öz növbəsində əməyinin 
məhsulunu ona təklif edər. Bu zaman xarratın hazırladığı şey rəngsazınkından daha 
yaxşı,  daha  çox  və  ya  əksinə  ola  bilər,  buna  görə  zəruri  olaraq  bir  tarazlaşdırıcı, 
bərabərləşdirici  vasitəyə  ehtiyac  meydana  çıxar,  o  da  “dinar”  (pul)  olar”.  Tusi 
pulun  belə  “ədalət”  vasitəsi  olduğunu  əsaslandırdıqdan  sonra  onuntək,  özbaşına, 
mübadilədə  həlledici  rol  oynaya  bilməyində  mütləq  bir  etibarlı  “dilli”  münsifə 
ehtiyacı olduğunu irəli sürür ki, o da hakim (münsif) insandır. Müəllif daha sonra 
“ixtisaslaşmış” və “adi əmək” arasında fərq qoyaraq ədalət haqqında öz fikrini belə 
yekunlaşdırır: “Çox zaman az əmək çox böyük zəhmətlərə bərabər olur, məsələn, 
mühəndisin  bir  baxışı  bir  çox  əməllərin  zəhmətlərindən,  sər  kər  dənin  gördüyü 
tədbir saysız-hesabsız döyüşçülərin vu ruş la rın dan yüksək qiymətləndirilir və bu, 
ə
dalətli  hesab  edilir  s.18  Tusi  Xacə  Nəsirəddin.  Əxlaqi-Nasiri.  Bakı,  “Lider 
nəşriyyat”, 2005, 
 
Tusiyə  görə  Ədalətin  birinci  şərti  odur  ki,  xalqın  müxtəlif  təbəqələri  arasında 
uyğunluq  yaradılsın.  nsanın  sağlamlığı  dörd  ünsür  arasındakı    tənasüblükdə 
olduğu kimi, cəmiyyət arasındakı uyğunluq da dörd sinfin qarşılıqlı müvafiqliyində 
olar. 
 
Tusi  ictimaiyyatı  yaxşı,  ədalətli  dolandırmaq,  onların  hayına  qalaraq  güzəranın 
gözəl  keçməsini  təmin  etmək  elminə  “ictimaiyyat  hikməti”  adı  verir  və  üçüncü 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə