Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   6   7   8   9   10   11   12   13   ...   42

slamın əhli kitab dinlərinə loyal münasibəti bu dinlərə sitayiş edən xalqların 
islam arenasında sərbəst həyat sürmələrinə geniş imkanlar yaradırdı. Orta çağlarda 
islam  dünyası,  o  cümlədən    Azərbaycanda  yaşayan  müxtəlif  xristian  və  yəhudi 
icmaları islam dünyası içində öz dünyalarını yaratmışdılar. Kilsələr və sinaqoqlar 
həmişə  özlərinin  müxtariyyətliklərini  qoruyub  saxlayırdılar.  Onlar  müxtəlif 
bağlaşmalarla özlərinə güvənclər qazanırdılar.  slam qanunu başqa dinlər arasında 
tarazlığa  da  göz  qoyurdu,  yəhudilərin  xristianlığa  və  xristianların  iudaizmə 
keçməsini yasaqlayırdı. Onlara yalnız islama keçməyə icazə verilirdi.  
slam dünyasında başqa dindən olanlara peşə yasaqları yox idi. Ona görə də 
xristianlar və yəhudilər çox qazancıl peşələrlə məşğul olurdular. Xilafətin paytaxtı 
olan Bağdadda (IX əsr) xristian icmasının başında saray həkimi xristian dururdu. 
Yəhudi ic-masının başında isə saray bankiri yəhudi dururdu (6, 43 ). Adam Mets 
təəccüblənərək yazırdı: “Müsəlman imperiyasında adamı ən çox mat qoyan başqa 
dindən  olan  məmurların  çoxluğudur.  Müsəl-manlar  bu  məmurlara  tabe  olurdular. 
Paradoks: bir tərəfdən yəhu-diləri və xristianları məcbur edirdilər ki, onları bildirən 
nişanları  gəzdirsinlər.  Onlara  icazə  verilmirdi  ki,  müsəlman  evindən  hün-dür  ev 
tikdirsinlər (hərçənd bu yasaqlara çox az əməl olunurdu). O biri tərəfdən isə həmin 
dindən olan məmurlar müsəlmanlara əmr və cəza verirdilər (6, 52-53).  
XII-XIII  yüzilliklər  xristianlığın  Azərbaycanda  yenidən  çiçəkləndiyi  bir 
dövrdür.  Belə  ki,  bu  dövrdə  Qarabağda  xristian  Albanlar  qısa  müddətə  olsa  da 
Həsən Calalyanın rəhbərliyində Xaçın çarlığı kimi siyasi təsisat yarada bilmişdilər. 
Gəncədə  Mxitar  Qoş  (1130-1213),  onun  yetirməsi  Vanakan,  Gəncəli  Kirakos 
(1200-1271),  Vardan  (öl.  1271)  və  s.  kimi  xristian  Alban  intellektualları  yaşayıb 
yaratmışdılar. Mxitar Qoş Albaniya katalikosu III Stepannosun (1155-1195) təkidli 
xahişi  ilə  yazılmış  məşhur  “Sudebnik”  (“Qanunnamə”)  əsərinin  müəllifidir. 
“Qanunnamə”yə heç bir sistem gözlənilmədən Şərqi Roma imperiyasının qanunları 
ilə  yanaşı,  Alban  kilsəsinin  qanunları,  “Musa  qanunları”,  kilsə  (Aquen,  bardis) 
qanunları daxil edilmişdir (7, 227). Bundan başqa Mxitar Qoş “Alban salnaməsi” 
ə
sərinin də müəllifidir.  
1240-cı ildən başlayaraq Qanzasar məbədinin nüfuzu artmağa başladı. Məbədə 
Həsən Cəlal nəslinin nümayəndələri başçılıq edirdilər. Bu vaxtdan Qanzasar alban 
kilsəsinin  mərkəzi  alban  katolikoslarının  iqamətgahı  oldu,  alban  katolikosluğu 
Qanzasar  katolikosu  adlanmağa  başladı.  Qanzasar  katolikoslarının  iqamət-gahı 
həm də Artsax knyazlığının dini və siyasi mərkəzi idi” (8, 227). Həmdulla Qəzvini 
“Hüzhət  əl-Qülub”  əsərində  Ucan  şəhərindən  danışarkən  şəhər  əhalisi  arasında 
xristianların  da  olduğunu  qeyd  edir  (9,  8).  Şərqi  Suriya  kilsəsi  saborlarının 
sənədlərində  Partavda  V  əsrdən,  Urmiyada  IV  əsrdən,  Paytakaranda  VI  əsrdən, 
Muğanda  VIII  əsrdən,  Marağa,  Təbriz,  Uşnuda  XIII  əsrdən  yepiskopluqların 
mövcudluğu  təsdiq  edilir  (10,  40).  Xristianlığın  əsas  cərəyanlarından  biri  olan 
nəsraniliyin  Azərbaycanda  yayıl-ması  ilə  bağlı  da  faktlar  vardır.  Akademik 
V.Bartolld “Xəzəryanı ərazilərin islam tarixində yeri” adlı əsərində Ərəblərin gəlişi 
dövründə  nəsranilərə  işarə  edərək  yazır:  “Ərəblər  Sasanilərin  sərhəd  ərazilərini 
tutanda bu bölgələrin dini kimi xristianlıqdan danışırlar, zərdüştlüyün ardıclıları isə 
heç xatırlanmır. Sasanilərin qərb ərazilərində nəsranilik xristianlığın xüsusi təlimi 


şə
klində  təşəkkül  tapdı.  Onlar  Bizansda  təqib  olunurdular.  Burada  isə  təqiblər 
olmadığı üçün nəsranilik hakim vəziyyətdə idi” (11, 672). Monqol və Səlcuq-türk 
istilaları  dövründə  xristianlıq  təzə  nəfəs  tapıb  yeni  bir  dalğa  ilə  Şərqə  yayılmağa 
başlamışdı.  Bu  səbəbdən  də  XI-XIII  əsrlərdə  Azərbaycanda  nəsrani  məzhəbli 
xristianlıq daha fəal yayılmış, bir sıra türk tayfaları xristianlığı qəbul etmiş, kilsə 
və  monastırlar  tikilmişdir.  çəri  şəhərdəki  -  Qız  qalasının  yanındakı  məscidin 
yaxınlığındakı  xristian  kilsəsinin  nəsranilərə  məxsus  olduğu,  eyni  zamanda 
Abşeronun  bir  sıra  qədim  qəbiristanlarında  nəsrani  müqəddəslərinin  sərdabələri 
olduğu  məlumdur  (12,  39-41).  Orta  əsrlərdə  Azərbaycanda  iudaist  dininin 
daşıyıcıları  olan  yəhudi  icmaları  da  mövcud  idi.  Azərbaycanın  Şimal-şərqinə  
iudaist  yəhudilərin  köçüb  gəldiyi  hələ  lap  qədim  dövrlərdən  məlumdur.  Onların 
Azərbaycanda  məskunlaşması  ilə  bağlı  araşdırıcılar  arasında  fərqli  fikirlər 
mövcuddur.  Tarixçi  alim  Tarix  Dostəliyev  “Şimali-şərqi  Azərbaycan  IX-XV 
ə
srlərdə”  adlı  əsərində  yəhudilərin  Azərbaycanda  mənşəyi  ilə  bağlı,  bəzi 
tədqiqatçılar tərəfindən irəli sürülən Sasanilərin köçürtdükləri  ran mənşəli əhalinin 
sonradan  iudaizmi  qəbul  etmələri  və  bunun  əsasında  Azərbaycanda  yəhudi 
icmasının  yaranması  haqqındakı  versiyanı  rədd  edərək  qeyd  edir  ki,  yəhudilər 
dünyanın bir çox məməkətlərinə səpələndikdən sonra da müxtəlif xalqlar arasında 
yaşayaraq onların dillərini qəbul etsələr də, dini mənsubiyyətlərini qoruyub saxlaya 
bildikləri  kimi  Azərbaycanda  da  öz  icmalılığını  və  dini  mənsubiyyətini  qoruyub 
saxlamışlar  (13,  235).  Orta  əsrlərdə  Azərbaycanın  Şimal-şərqində  yəhudi 
icmalarının yaşaması haqqında orta əsr yazılı mənbələri də xəbər verir. XIII əsrin 
ortalarında Monqolustana qədər səfər etmiş və səyahəti zamanı keçdiyi ərazilər və 
onların  xalqları  haqqında  qeydlər  aparmış  fransalı  rahib  Vilhelm  de  Rubruk 
Dərbənddən  cənubda  iki  günlük  məsafədə  yerləşən  Şabran  (Samaron)  şəhərində 
çoxlu yəhudilərin ya-şadığını söyləyir. (s. 65-68 Ə. Əhməd) 
 
4.
  N. Tusinin görüşlərində tolerantlıq ideyaları 
 
XIII  əsrdə  Azərbaycanın  dünyaya  bəxş  etdiyi  böyük  şəxsiyyətlərdən  biri  də 
Məhəmməd ibn Həsən Nəsirəddin Tusidir (1201-1273).  lk təhsilini atasından alan 
Tusi,  sonra  təhsilini  Həmədan  və  Tus  şəhərlərində  bni  Sina  və  Bəhmənyar  kimi 
şə
xsiyyətlərin tələbələrinin yanında davam etdirmişdir. 
O,  Kuhistan  ismaililərinin  rəhbəri  Nəsirəddin  Möhtəşəmin  sifarişi  ilə  əxlaqa 
dair kitab yazmağa başlayır. 1235-ci ildə Nəsirəddin Tusi məşhur "Əxlaqi Nasiri" 
ə
sərini  tamamlayaraq  hökmdara  təqdim  edir,  lakin  əsər  onun  xoşuna  gəlmədiyi 
üçün Tusini həbs etdirərək Ələmutqalasına saldırır. 12 ildən artıq bir müddətdə bu 
qalada  həbsxana  həyatı  keçirən  Tusi  burada  da  elmi  yaradıcılıq  fəaliyyətindən 
qalmır və bir sıra elmi əsərlər yazır. 1253-cü ildə Hülaki xan Azərbaycana hücumu 
zamanı Tusini Ələmut qalasından azad edir və onu özünün şəxsi məsləhətçisi təyin 
edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə