Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə20/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   16   17   18   19   20   21   22   23   ...   175

 

58

götürürlər. 



Məlumdur 

ki, 


belə 

şəxslərin 

hərəkətləri 

eqosentrizmə  söykənir  və  rahatlığı,  sərbəstliyi,  digərlərinin 

imkan və istedadlarını, qabiliyyət və bacarıqlarını ya qəbul edə 

bilmirlər,  ya  da  onları  öz  iradələrinə  uyğun  olaraq  fəaliyyətə 

cəlb  edirlər.  Onlar  özlərini  dahi  hesab  edir  və  digərlərinin 

fikirlərini  və  başqalarının  maraqlarının  yüksəlmə  tempi  ilə 

təmin edilməsini qəbul edə bilmirlər. Bu baxımdan ifrat sərhəd 

və  ifrat  ölçülərin  tətbiqi  prinsipi  onların  fəaliyyət  üsullarına 

çevrilir.  Sərt  təbiətə  malik,  hərdən  isə  üzdə  çox mülayim  olan 

və gözəl davranışları ilə seçilən, lakin daxili istəklərində başqa 

məzmunu cəmləyən, bu baxımdan ikili xüsusiyyətləri özlərində 

cəmləşdirən  belə  liderlərin  siyasəti  cəmiyyətdə  vasitələrin 

əksər hallarda birtərəfli olaraq cəmləşməsi üçün məcburi şərait 

yaradır.  Buna  görə  də  tətbiq  edilən  güc  sayəsində,  sərt 

yanaşmada  cəmiyyətin  özünün  normal  strukturuna  köklü 

zərbələr  dəyir.  Təsirləri  qeyri-normal  həddi  və  qeyri-düzgün 

istiqaməti hər şeyi alt-üst edir. Psixopat liderlər üçün bir və ya 

bir  neçə  şəxs,  eləcə  də  qabiliyyətli  qrup  düşmən  hesab  edilə 

bilir.  Psixopat  liderdə  özündə  maniya  (bir  fikirə  həddən  artıq 

mübtəla  olmaq),  əks  tərəfə  mövqelərdə  isə  fobiya  (qorxu) 

mövcud  olur.  Bu  baxımdan özü  ilə  nifrət bəslədiyi qrup və  ya 

fərd  arasında  sərhədlər  çəkmək  və  əks  tərəfi  aşağılayacaq 

hərəkətlər  etməyə  başlayır.  Məsələn,  Almaniya  lideri  olmuş 

Adolf  Hitler  üçün  almanlar  ən  yüksək  irqə  mənsub  olublar 

(maniya)  və  digərləri  isə  qəbul  edilə  bilməyib  (fobiya)  və  bu 

baxımdan  da  düşmən  xalqa,  qrupa  və  ya  fərdə  çevriliblər. 

Hitler  hakimiyyəti  Almaniyada,  Polşa  və  Çexoslavakiyada, 

ümumiyyətlə,  işğal  etdikləri  ərazilərdə  yahudilərə  və  digər 

xalqlara  qarşı  soyqırım  siyasəti  həyata  keçiribdir.  Tarixi 

məlumatlara  əsasən  holokost  (yahudilərə  qarşı  Hitler 

hakimiyyətinin  soyqırımı)  nəticəsində  Avropada  və  işğal 

olunan  Rusiya  ərazilərində  milyonlarla  yahudi  məhv  edilib. 



(1941-ci  ilin  avqust  ayında  Rusiyanın  cənub  hissəsində  367 

nəfər,  sentyabr  ayında  10  min  nəfərə  yaxın  yahudi  güllələnib. 


 

59

Həmin  ilin  sentyabr  ayında  Kiyev  yaxınlığındakı  Babyom 



Yarda  35  min  nəfər  yahudi  öldürülüb  və  bu  kütləvi  vəhşilik 

barədə 

məlumat 

radio 

və 

mətbuat 

vasitəsilə 

geniş 

açıqlanmayıb.  Böyük  Britaniya sonradan məlumat əldə edib).

1

 

Belə  qeyd  edilir  ki,  Almaniyanın  təşkil  etdiyi  konslagerlərdə 



dörd  milyon  nəfər  yahudi  ölüb.  İki  milyon  nəfər  isə  digər 

şəraitlərdə  məhv  edilib.  Konslagerlərdə  olan  yahudi  uşaqlarını 

ona  görə  öldürürdülər  ki,  onların  iş  qabiliyyəti  yoxdur,  onlar 

işləyə bilmirlər. Hitlerə görə, yahudilər onların inkişafına mane 

olur  və  onların  elminə,  mədəniyyətinə,  iqtisadiyyatına,  ictimai 

həyatına  nüfuz  ediblər  və  bu  almanlar  üçün  qəbuledilməzdir, 

təhqirdir. Buna yol vermək olmaz, onlar ikinci dərəcəli şəxslər 

kimi hesab edilməlidir, onların ticarət hüquqları ləğv olunmalı 

və  obyektlər  müsadirə  olunmalıdır  (“Büllur”  gecə  zamanı 

yahudilərə  məxsus  ictimai-iaşə  və  digər  obyektlərə  qarşı 

hücum  təşkil  edilibdir)  və  Alman  vətəndaşlığından  silinib 

atılmalıdırlar.  Buna  görə  də  Nürenberqdə  (bu  şəhər  faşistlərin 

qanunvericilik mərkəzi idi) XX əsrin 30-cu illərində yahudiləri 

aşağılayan, vətəndaşlığı ləğv edən qanun qəbul edilmişdi.  



1925-ci  ilin  son  statistikasına əsasən,  Almaniyada 546378 

nəfər yahudi yaşayıb və ümumi Almaniya əhalisinin 0,9 faizini 

təşkil  edib.  Hitlerəqədərki  dövrdə  yahudilərin  əksəriyyəti 

hüquqşünaslar-vəkillər,  hüquq  məsləhətçiləri  olublar  və 

onların  sayı  ümumi  yahudilərin  16,25  faizini  təşkil  edib. 

Həkimlər arasında faiz nisbəti 10,88 olub. Almaniyanın mədəni 

həyatında 

yahudilərdən 

teatr 

prodüserləri 

5,61 

faiz

yazıçılardan  və  naşirlərdən  5,05  faiz,  aktyor  və  rəqqaslar  3 

faiz,  rəssamlar  və  heykəltəraşlar  2,44  faiz,  musiqiçilər  və 

müğənnilər  2,04  faiz  təşkil  edib.  Universitet  müəllimləri 

içərisində yahudi milliyətindən olan müəllimlər 2,64 faiz olub. 

İbtidai  və  orta  məktəblərdə  müəllimlər  içərisində  yahudlilərin 

                                                 



1

 Martin  Gilbert.  Churchill  &  The  Jews.  Гильберт  М.  Черчиль  и  евреи.-

М.,Иерусалим:  Мосты  культуры  /  Гешарим  2010.,  400  стр.  Перевод  с 

английского Р.Рыжкова. səh. 233-234. 


 

60

payı  0,53  faiz  olub.



1

 Bu  məlumatlardan  görünür  ki,  yahudilər 

Almaniyada heç də monopolist mövqeyə malik olmayıblar.  

Hitlerin  ifrat  milliyyətçilik  ideologiyası  üzərində  qurulan 

mənfur  siyasəti  öz  kökünü  panalmanizmdən  götürürdü. 

Panalmanizm  –  alman  burjuaziyasının  və  yunkerlərinin 

(zadəgan  mülkədarlarının)  təcavüzkar  dairələrinin  şovinist 

reaksiyalı 

doktrinasıdır. 

Bu 

doktrina 

əsasən 

alman 

imperializminin  dünya  hökmranlığının  qurulmasının  vacibliyi 

ideyası ilə çıxış edirdi. XIX əsrin 80-ci illərində meydana gəlib 

və nasistlərin hərbi silahına çevrilib.

2

  

1933-cü  ilin  yanvar  ayının  30-da  hakimiyyətə  gələn 

(prezident  Hindenberq  tərəfindən  kansler təyin olunan)  Alman 

Milli-Sosial  Fəhlə  Partiyasının  (NSDAP)-bu  partiya  1933-cü 

ilin  mart  ayında  Parlament  seçkilərində  güc  yolu  ilə  qələbə 

qazandı) rəhbəri Adolf Hitler bəyan etdi: “İndi biz imperiyada 

allahıq. Qalanların hamısı məğlub olunmuş, əzilmişdir”. Onun 

yeni hakimiyyəti “milli dirçəliş kabineti” adlanırdı.

3

  

Nasistlər  hakimiyyətə  gəldikdən  sonra,  Almaniya  1933-cü 

ilin oktyabr ayında Millətlər Liqasından çıxdı. Nasistlər hesab 

edridilər  ki,  Millətlər  Liqası  təcavüzə  və  silahlanmaya  mane 

olur  və  sülhün  qorunub  saxlanması  üçün  bu  təşkilat  heç  nəyə 

yaramır. XX əsrin 30-cu illərində və müharibə zamanı ölkənin 

bütün  həyatı  Hitlerin  şəxsiyyətinə  pərəstiş,  şovinizmin 

yayılması  və  “nasist  ruhunda  birləşdirilmə-unifikasiya” 

nişanəsi altında keçirdi.

4

 Hitlerin şəxsiyyətinə pərəstişdən irəli 

gələn -Fürerlik iki mühüm siyasi anlayışı özündə əks etdirirdi: 

                                                 



1

 Martin  Gilbert.  Churchill  &  The  Jews.  Гильберт  М.  Черчиль  и  евреи.-

М.,Иерусалим:  Мосты  культуры/  Гешарим  2010.,  400  стр.  Перевод  с 

английского Р.Рыжкова. səh. 184-185. 

2

 Нюрнбергский  процесс.  Том  2.  Сборник  материалов  в  8-томах.  Москва 

«Юридическая  литература»  1988.  Научный редактор,  автор  комментария  –

Лебедева Н.С. составитель, автор комментарии-, Рагинский М.Ю., səh. 668. 

3

 Həmin kitab, səh. 2. 

4

 Həmin kitab, səh. 16. 


Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə