Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə28/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   24   25   26   27   28   29   30   31   ...   175

 

83

dövlətə, təşkilata olan münasibətdə üçüncü, dördüncü və digər 



tərəflərin bitərəf qalması da mühüm təsir göstərir. Bu bitərəflik 

münaqişəli, mübahisəli tərəflər arasında həm geosiyasi tarazlıq 

yaradır, həm də tərəfləri bir-birindən nisbətən uzaq saxlayaraq, 

onların  kəskin  şəkildə  qarşıdurmasına  imkan  vermir.  Bu, 

xüsusilə  regional  məsələlərdə  daha  çox  əhəmiyyət  kəsb  edir. 

Məsələn, Avropa bir çox məsələlərdə ABŞ və Rusiya arasında 

tarazlığın 

qorunması 

üçün 

bitərəflik 



nümayiş 

etdirir. 

Azərbaycan 

iki 


dövlət 

arasında 

olan 

münasibətlərin 



gərginləşməsi  zamanı  bitərəflik,  qarışmamaq  prinsipini  əsas 

götürür.  Bitərflik  münaqişə  tərəflərinin  sayının  artmasının 

qarşısını  da  alır.  Bitərəflik  silahlı  qarşıdurmalarda,  iqtisadi 

böhranlarda və etnik münaqişələrdə də mühüm əhəmiyyət kəsb 

edir. Bitərəflik sayəsində ölkə ərazisi münaqişədə olan tərəflər 

üçün  hərbi  məqsədlərlə  istifadə  üçün  açıq  olmur  ki,  bu  da 

müharibə  miqyasını  azalda  bilir,  strateji  hücum  nöqtələrinin, 

hədəflərin  sayını  azaldır.  Bitərəflik  bitərəf  qalan  ölkənin 

resurslarından  istifadədə  imkanları  azaldır.  Bitərəflik  eyni 

zamanda  münaqişə,  müharibə  trayektoriyasının,  axınının 

qarşısını almaqda və coğrafi genişlənmədə imkan verməməkdə 

mühüm  əhəmiyyət  kəsb  edir.  Bitərəflik  bloklara  qoşulmamaq 

kimi  məsələləri  zəruri  edir  ki,  bu  da  hərbi  ittifaqların 

miqyasının  genişlənməsinə  imkan  vermir.  İki  hərbi  blok 

arasında  üçüncü  və  ya  daha  çox  tərəfin  bloklara  qoşulmamaq 

siyasəti hərbi blokların üz-üzə gəlməsinin qarşısını alır və onlar 

arasında tarazlaşdırılmış, bitərəfləşdirilmiş zonalar yaradır.  

Tədqiqatın  əsas  məqsədi  bu  istiqamətdə  mövcud  olan  və 

müəyyən  qədər  əldə  olunan  bilikləri  təkmilləşdirməklə, 

nəzəriyyələri  öyrənməklə  (baza  biliklər,  nəzəriyyələr  üzərinə 

yeni  biliklərin,  yeni  yanaşmaların,  başqa  nəzəriyyələrin  əlavə 

edilməsi)  yeni  nəzəri  istiqamətləri  üzə  çıxarmaqdan  ibarətdir. 

Onu  da  qəbul  etmək  lazımdır  ki,  yaradıcılıq  sonsuzdur.  Bir 

tədqiqatçı  kimi  hesab  edirəm  ki,  yeni  nəzəri  istiqamətlər 

dünyada  qlobal  sülhün  qorunmasına  kiçicik  də  olsa  öz 



 

84

töhfələrini verə biləcəkdir. Belə bir prinsipdən çıxış etmək olar 



ki, hər bir nəzəri istiqamət təcrübələr zamanı icra qaydalarının 

yaranmasında bu və  ya digər formada, səviyyədə istifadə edilə 

bilər.  

Hörmətli  oxucular,  qeyd  edildiyi  kimi,  sizlərə  təqdim 

olunan  bu  əsər  daha  çox  fəlsəfi  kateqoriyalar  əsasında  izah 

edilir,  forma  və  məzmun,  eləcə  də  mahiyyətin  dərk  edilməsi 

üçün  tədqiqat  imkanlarından  maksimum  istifadə  edilməyə 

çalışılır.  Balanslaşdırma  analayışının  fəlsəfi  kateqoriyalara 

əsasən  izahı  balanslaşdırmanın  nəticələrinin  mahiyyətinin, 

mənasının  yaxşı  başa  düşülməsinə  imkan  verə  bilər.  Onu  da 

nəzərə almaq lazımdır ki, tarazlaşdırmanı kəskin şəkildə pozan 

insanlar  radikal  təbiətlidirlər  və  maraqların  sərhədlərini  dərk 

edə bilməyən və  ya bilmək istəməyən tərəflərdir. Diktatorların 

fəaliyyətini  buna  misal çəkmək  olar.  Tarazlıq  bütün  filosofları 

düşündürüb.  Aristotel  dövlət  quruluşu  ideyalarında,  haki-

miyyətlə  vətəndaşlar  arasında  münasibətlərdə  tarazlıq  prin-

sipini, maraqların təmin olunması ideyasını məqbul hesab edib 

və  ideyaları  əldə  rəhbər  tutub.  Münasibətlərin  balanslaş-

dırılması  prinsipi  elə  məhz  insanların  öz  həyatlarında 

xoşbəxtliyə  nail  olmaları  məqsədləri  üçün  müəyyən  edilir, 

tətbiq olunur.  

Qeyd  etmək  lazımdır  ki,  xalqların  çoxluğu  mədəniyyətin 

rəngarəngliyi,  mədəniyyətin  rəngarəngliyi  ruhun  zənginliyidir. 

Tarazlıq  insanların  ruhuna  bağlıdır.  Ruh  hərəkətin  forma  və 

məzmununu  müəyyən  edir.  Əxlaq  insanları  islah  edir, 

tərbiyyələndirir,  davranışlarını  müəyyən  edir.  Gözəllik  zövqü 

incələşdirir.  İnsanların  tarazlı  (liberal,  mülayim)  xarakteri 

onların  etik  və  estetik  baxışları  ilə  müəyyən  edilir.  Yəni 

insanlar  təsir  etdikləri  əşyalar  üzərində  etika  və  estetika 

(əxlaqla  gözəlliyin  birləşməsi)  amilini  əsas  götürərlərsə, 

tarazlıq yarana bilər. Mövcud olanları normalara uyğun şəkildə 

qəbul  etmək  və  razılıq  bildirmək,  mövcud  olanla,  əldə 




 

85

edilənlərlə  barışmaq,  kifayətlənmək  əxlaq  qaydalarıdırsa, 



vasitələrə zövqlə yanaşmaq isə estetika qaydalarıdır.  

Mən bir yaradıcı olaraq bütün dünyada sülh istəyirəm, sülh 

bəşəriyyəti 

xilas 


edən 

əsas 


prosesdir. 

Rəngarənglik, 

çoxçalarlıq,  zənginlik  insanlar  üçündür,  insanların  rifahına 

xidmət edir. Hesab edirəm ki, istedadlar və biliklər, bacarıqlar 

dünya sülhününü qorunub saxlanılmasına səfərbər olunmalıdır. 

Bu, məsuliyyət, həm də öhdəlikdir.  

Tədqiqat zamanı fikirin əyani olaraq daha da dərk edilməsi 

üçün  müəyyən  modellərdən,  kompleks  xarakter  daşıyan  ifadə 

üsullarından da istifadə etmək məqsədəuyğun hesab edilmişdir. 

Model-siyasi modellər-tamın və tərkib hissələrin, birləşməsi və 

ayrılması  zamanı  təfəkkürdə  yaranan  çətinlikləri  aradan 

qaldırmaqda  istifadə  edilə  bilər.  Modellərin  tətbiqində  riyazi 

üsullardan  da  istifadə  edilə  bilər.  Riyaziyyatda,  mexanikada, 

digər  dəqiq  elemlərdə  ədədi  bərabərlik  işarəsi  (=)  var. 

Münasibətlərin bərabərliyi isə burada təsvir olunan modellərdə 

“dalğalı bərabərlik” işarəsi ilə verilir.  

Dövlətlər 

daxilində 

və 

beynəlxalq 



münasibətlərin 

balanslaşdırılması 

və 

sülh 


istiqamətində 

tədqiqatlarda 

münasibət,  balanslaşdırma  və  sülh  anlayışları  vəhdət  olaraq 

ictimai  əhəmiyyət  kəsb  edir.  Anlayışların  vəhdəti  və  bu 

vəhdətdən  əmələ  gələn  məzmunda  bir  ideallıq  var.  Məlumdur 

ki,  ideal  münasibətlər  daima  sabitliyə  və  dinamik  inkişafa 

əsaslanan  prinsiplərə  söykənir.  İdeallıq  əksər  filosofları,  saf 

ruhlu  yaradıcı  və  qurucu  şəxsləri  düşündürüb.  Nəzərə  almaq 

lazımdır  ki,  ideal  cəmiyyət  daha  çox  özündə  müxtəlif 

rəngarənglikləri cəmləşdirməklə, həm də ortalıq, sabit və sakit 

vəziyyətləri  əks etdirən  xüsusiyyətlərə malik ola bilər.  Bu  gün 

hesab  etmək  olar  ki,  ideallıq  nisbi  bir  anlayışdır  və  çox 

yüksəkliyə,  aliliyə  və  ucalığa  xas  olduğundan  əlçatmazlığı 

özündə  ehtiva  etdirir.  Lakin  buna  baxmayaraq,  cəmiyyətlər 

zamana  müvafiq  olaraq  inkişaf  yolunda  pillə-pillə  ideallığın 

müəyyən  elementlərini  özündə  cəmləşdirir.  Dünyada,  eləcə  də 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə