Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə29/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   25   26   27   28   29   30   31   32   ...   175

 

86

ayrı-ayrı ölkələrdə, xüsusilə Avropa cəmiyyətlərində ideallığın 



müəyyən elementləri cəmiyyətlərə daha çox siraət etməkdədir. 

Əbədi  sülh  məsələsi  əksər  filosofları,  liderləri  düşündürüb. 

Lakin  yüksək  səviyyəlıi  sülhün  əldə  edilməsi  bir  qədər 

reallıqdan  kənarda  hesab  edilə  bilər.  Çünki  münasibətlərdə 

müxtəlif maraqlar öz əksini tapdığından və hərəkətlər müxtəlif 

və  kontrastlı  olduğundan  keçici,  yəni  nisbi  olmayan  sülhün 

əldə  edilməsi  qeyri-mümkündür.  Yalnız  statistik  göstəricilər 

baxımından  sülh  və  sabitlik  vəziyyətlərinin  çoxluğu  onu 

deməyə əsas verə bilər ki, sülh əldə edilib.  

Sülh  daima  ortalıq  (medium) vəziyyətidir və bu baxımdan 

da  vasitədir.  Eləcə  də  nəticə  vəziyyətidir.  Sülh  razılaşdırılmış 

şəkildə  maraqların  təmin  olunması  vəziyyətidir.  Maraqlar  isə 

ardıcıl olaraq yaranır və müxtəlif şəraitlərdə meydana gəlir. Bu 

baxımdan  da  maraqlar  uğrunda  mübarizə  sülh  xəttinin 

pozulmasını  zəruri  edə  bilir.  Sülhün  pozulmasının  qarşısını 

almaq  üçün  dövlətlər,  onların  hakimiyyəti  müəyyən  imperativ 

qaydaları  özündə  əks  etdirən  normalar  yaradırlar.  Həmin 

normalar  insanların  maraq  və  tələbatlarını  əks  etdirdiyinədən 

tətbiq üçün əhəmiyyət kəsb edir.  

Artıq  neçə  əsrlərdir  ki,  dövlətlər  sülhü  əldə  etmək,  təmin 

etmək  və  qoruyub  saxlamaq məqsədilə  qaydalar tətbiq edirlər. 

Bu  qaydalara  əməl  etmək  üçün  qarşılıqlı  nəzarət  mexanizmini 

yaradırlar.  Normaların  sistemləşməsi  və  sistemli  qaydada 

tətbiqi onu deməyə əsas verir ki, dövlətllər həm cəmiyyətlərdə, 

həm  də  öz  aralarında  yalnız  bu  yolla  hələlik  sülhü  müəyyən 

qədər qoruyub saxlaya bilirlər. Müasir demokratik cəmiyyətlər 

sülh  şəraitində  yaşayaraq  inkişaf  etməni  əsas  gütürürlər. 

Tədqiqatçı Robert A. Dahl da belə bir qənaətə gəlir ki, müasir 

demokratiyaların  ən  üstün  cəhətlərinə  təməl  prinsipləri 

(məsələn,  əsas  hüquq  və  azadlıqlara  riayət  etmə,  şəxsi 

toxunulmazlıq  hüququ,  öz  müqəddaratını  təyin  etmə,  siyasi 

bərabərlik, şəxsiyyətin təməl mənafelərinin qorunması və s.) ilə 

yanaşı,  sülhə  can  atma  və  firavan  yaşamaq  prinsipləri  də  aid 



 

87

edilir.



1

 Sülhə  hər  bir  şəxs  can  atır.  Lakin  buna  yol  maraqların 

təmin edilməsindən keçir. Əksər hallarda isə maraqların təmin 

edilməsi  uğrunda  mübarizə  tərəflər  arasında  çarpazlıq  yaradır 

ki, bu da sülhün pozulması, şəraitin dəyişməsini ortaya çıxarır. 

Çoxlu 


sayda 

tədqiqatçılar 

münasibətlərin 

balanslaş-

dırılmasının  müxtəlif  istiqamətləri  üzrə  tədqiqatlar  aparıblar. 

Hətta  yazıçılar  və  şairlər  də  öz  bədii  yaradıcılıqlarında  tarazlı 

münasibətlər  məsələsinə  toxunublar.  Əvvəlcə  qeyd  edildiyi 

kimi,  münasibətlərin  dövlətdə  və  cəmiyyətdə  balanslaşdırılması 

amili tarixən böyük filosofları düşündürüb. Xüsusilə təbii hüquq 

nəzəriyyəçiləri, 

pozitiv 

hüquq 


nəzəriyyəçiləri, 

qədim 


Yunanıstanın  dövlət  nəzəriyyəçiləri,  Roma  dövlət  və  hüquq 

nəzəriyyəçiləri,  orta  və  yeni  əsrlərin  nəzəriyyəçiləri,  müasir  və 

postmodernizm  cərəyanlarının  mütəfəkkirləri  cəmiyyətin  taraz 

şəkildə tənzimlənməsi və maraqların imkanlar daxilində bərabər 

təmin edilməsi məsələsi uğrunda böyük əməklər sərf edib, yollar 

axtarıblar,  əsərlər  yazıblar.  Bu  şəxslər  xoşbəşxtliyi  və  yüksək 

rifahı  sabit  və  ədalətlə  inkişaf  edən  cəmiyyətlərdə  axtarıblar. 

Dövlətlərarası 

münasibətlərin 

tənzimlənməsində 

tarazlıq 

prinsipini  əsas  götürüblər,  ümumi  nəzarət  prinsipini  və  buna 

müvafiq  mexanizmlərin  yaranması  ideyalarını  ortaya  atıblar. 

Dövlətlərarası  münasibətlərin  ədalətli  qaydada  tənzimlənməsi 

üçün hüquq normalarını yaradıblar, beynəlxalq hüquq elm sahəsi 

formalaşıb.  Bununla  yanaşı,  hüquq  normalarının  icrasını  təmin 

etmək üçün mexanizmlər, sistemlər təsis ediblər.  

Münasibətlərin  balanslaşdırılması  həmçinin  özündə  etik 

qaydalardan  irəli  gələrək  humanizmi  əks  etdirir.  Belə  ki, 

münasibətlərin  balanslaşdırılması,  yumşaq  mövqelər,  mülayim 

münasibətlər,  orta  mövqenin  mövcudluğu  yüksək  əxlaqa 

əsaslanır.  Yüksək  əxlaq  isə  müdrikliyə  xas  cəhətdir.  Məhz 

cəmiyyətdə  mövcud  olan  müdriklik  amilləri,  cəmiyyətin 

                                                 



1

 Robert  A.Dahl.  Demokratiya  haqqında.  Natiq  Səfərov  və  Hikmət  Hacızadənin 

tərcüməsi ilə. İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi  (FAR CENTRE), Bakı-2005, 

səh.55. 


 

88

özünün  yetişməsi  balanslı,  orta  və  ədalətli  mövqelərin 



yaranması  üçün  şərait  yaradır.  Yüksək  əxlaq  yüksək 

düşüncənin  məhsuludursa,  yüksək  düşüncə  də  kompromisi 

qəbul  edir,  razılaşır,  humanistliyi  yaradır.  Əxlaq  məhz 

demokratiyanın  formalaşmasına  kömək  edir.  Balanslaşdırma 

vəziyyətləri  əxlaqlardan  formalaşır. Əxlaq müəyyən dəyərlərə, 

tələblərə cavab vermə vəziyyətidir. Cəmiyyətdə insan hüquq və 

azadlıqlarının  təmin  edilməsi  yüksək  əxlaqa  əsaslanır.  Hüquq 

bərabərliyi  anlayışı  da  yüksək təfəkkürün məhsuludur,  əxlaqın 

məhsuludur.  Yüksək  əxlaq  sayəsində  cəmiyyətdə  “mənim 

hüququm”,  “sənin  hüququn”,  “onun  hüququ”,  “bizim 

hüquqmuz”,  “sizin  hüququnuz”,  “onların  hüquqları”  kimi 

prinsiplər bərqarar olur.  



 

Münasibətlərin balanslaşdırılması və enerji amili  

 

Hələ qədimdən belə bir elmi-fəlsəfi yanaşma var ki, dünya 

(Yer  kürəsi)  və  kainat  bəzi  qüvvələrin  təsiri  sayəsində 

nizamlanmaqdadır  və  hər  bir  elementin  özünəxas  məkanı  və 

yerdəyişmələri  vardır.  Bu  prinsiplərdən  çıxış  edərək  hesab 

etmək olar ki, elementlər arasında enerji ötürmələri baş verir və 

enerji  ötürmələrindən  də  vahid  enerji  kompleksləri  formalaşır. 

Kosmologiya  və  kosmoqoniyadan  çıxış  edərək  bildirmək  olar 

ki,  elementlər  qarşılıqlı  şəkildə  nizam  əsasında  əlaqə  qururlar. 

Nizam 


(burada 

kosmosun 

nizamlılığı) 

həm 


də 

nizamsızlıqlardan  (xaoslardan)  təşkil  olunub  və  nizamsızlıqlar 

nizama  nisbətən  daha  az  əhəmiyyət  kəsb  edir  və  əslində 

nizamlama qanununa tabedir. Kainatda və dünyada daima xaos 

üzərində  kosmosun  (nizamlı  dünyanın)  nəzarəti  vardır,  xaos 

kosmosun  yaratdığı  çərçivələrdən,  ümumi  sistemdən  kənara 

çıxa bilməz. Bu, o halda baş verə bilər ki, mərkəzi enerji verən 

element  özü  yox  olsun.  Məsələn,  Günəş  yanıb  külə  dönərsə, 

enerji  tükənərsə,  onun  planetləri  də  indiki  əsaslarla  mövcud 

olmaya  bilərlər.  Lakin  burada  da  nizam  prinsipinə  əsasən 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə