Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə37/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   33   34   35   36   37   38   39   40   ...   175

 

110


üçün  sürətli  silahlanma  idi.  ABŞ  öz  aviasiya  texnologiyasını 

təkmilləşdirir,  kəşfiyyat  və  bombardmançı  təyyarələrin  yeni-

yeni  texnologiyası  ilə  məşğul  olurdu.  SSRİ-də  bu  dövlətlə 

rəqabətə  girirdi.  Əsas  rəqabət  nüvə  silahlarına  görə  idi.  ABŞ 

1945-ci  ildə  nüvə  silahını  sınaqdan  çıxarmışdı  və  hətta 

Yaponiyada  Xirosima  və  Naqasaki  şəhərlərində  istifadə 

etmişdi.  SSRİ  də  1949-cu  ildə  ilk  nüvə  silahını  sınaqdan 

çıxartdı.  50-ci  illərdə  güclü,  bir  neçə  kilotonlu  bombalar 

okeanlarda  sınaqlardan  çıxarıldı.  Beynəlxalq  təhlükəni  nəzərə 

alaraq,  münaqişələr  zamanı  bu  silahdan  istifadə  edilməsinə 

beynəlxalq  nəzarətin  təmin  edilməsi  məqsədilə  BMT-nin 

silahsızlaşdırma 

Komitəsi 

Nüvə 


silahının 

yayılmaması 

haqqında  Müqavilə  hazırladı.  Sənəd  BMT  Baş  Məclisi 

tərəfindən 12 iyun 1968-ci ildə qəbul edildi və 1968-ci ilin iyul 

ayının  1-dən  Moskva,  Vaşinqton  və  Londonda  imzalanmaq 

üçün  açıq  elan  edildi.  Depozitar  dövlətlər-  (SSRİ,  ABŞ  və 

Böyük  Britaniya  hər  üç  dövlət  1968-ci  ildə  imzalayıb)  və  40 

digər  dövlət  imza  atdıqdan  və  ratifikasiya  etimadnamələrini 

saxlamağa  təqdim  etdikdən  sonra  1970-ci  il  mart  ayının  5-də 

Müqavilə  qüvvəyə  minibdir.  Fransa  və  Çin  isə  1992-ci  ildə 

imzalamışlar.  1995-ci  il  may  ayının  11-də  isə  Müqaviləyə 

qoşulan  170-dən  çox  ölkə  Müqavilənin  hər  hansısa  bir  şərt 

qoymadan  müddətinin  qeyri-müəyyən  müddətə  uzadılması 

haqqında  razılığa  gəldilər.  Müqaviləyə  əsasən  nüvə  silahına 

sahib  olan  dövlət  dedikdə,  1967-ci  il  yanvar  ayının  1-ə  nüvə 

silahını  və  ya  qurğusunu  istehsal  etmiş  və  ya  partalatmış 

dövlətlər  (SSRİ,  ABŞ,  Böyük  Britaniya,  Fransa,  Çin)  başa 

düşülür.  

XX  əsrin  60-cı  illəri  iki  qütb  arasında  mübarizə  şiddətli 

xüsusiyyətləri  ilə  səciyyələnib.  Radikal  (qorxudan  mövcud 

olan  tarazlı  vəziyyət-çəkindirmə  halları)  tarazlığın  hər  an 

pozula  biləcəyi  şəraitlər  meydana  gəlib.  XX  əsrin  50-60-cı 

illərində  Avropanın  iki  hissəsinin  səmalarında  belə  “soyuq 

cəbhələr” mövcud olub. Hətta mülki təyyarələrin uçuşuna ciddi 




 

111


nəzarət  olub.  Bu  dövrdə  kommunizm  sürətlə  yayılıb.  Sovet 

hökuməti  də  sürətlə  silahlanıb.  1968-ci  ildə  Çexoslavakiyada 

baş  vermiş  “Praqa  baharı”nı  boğmaq  üçün  SSRİ  yeni  və 

təkmilləşmiş  zirehli  texnikadan  istifadə  edib.  60-cı  illərin 

sonuna  yaxın  SSRİ-nin  strateji  təyinatlı  hücum  silahları  (nüvə 

başlıqlı raketləri) ABŞ-dan çox olub.  

Çində  kommunizm  inkişaf  edib.  60-cı  illərdə  Çinlə  ABŞ 

arasında diplomatik münasibətlər mövcud olmayıb. SSRİ-ABŞ 

münasibətləri  isə  soyuq  olub.  Bu  dövrdə  SSRİ  Kubada  sualtı 

qayıqlar  bazasını  yaradıb.  Bir-birindən  ehtiyat  etmək  digər 

aparıcı  dövlətlərin  də  nüvə  silahı  əldə  etmələrini  şərtləndirirb. 

Belə ki, Böyük Britaniya 1952-ci ildə, Fransa 1960-cı ildə, Çin 

1964-cü ildə, Hindistan 1974-cü ildə, Pakistan isə 1988-ci ildə 

nüvə  silahlarını  sınaqdan  çıxarıblar.  Bununla  da  qeyri-rəsmi 

olan  “Nüvə  klubu”  formalaşıb.  (İsrail  və  Şimali  Koreya  isə 

rəsmən nüvə dövlətləri kimi tanınmırlar). 

Nüvə silahlarına, xüsusilə strateji təyinatlı nüvə silahlarına 

sahib  olmaq  və  bu  silahların  dağıdıcı  gücünün  qlobal  miqyası 

dövlətləri  bu  məsələdə  xüsusən  həssaslıq,  böyük  ehtiyatlılıq 

nümayiş etdirməyə vadar etdi. (Strateji təyinatlı nüvə silahları 



dedikdə,  nüvə  başlığı  daşıyan  kontinentlərarası  ballistik 

raketlər,  sualtı  qayıqlarda  olan  ballistik  raketlər  və  tərəflərin 

ərazilərinə  nüvə  başlığı  daşıya  biləcək  ağır  bombardmançı 

təyyarələr  başa  düşülür.  Strateji  təyinatlı  ballistik  raketlərdə 

uzaqlıq  məsələsi  ABŞ  və Rusiya arasındakı məsafədə müəyyən 

coğrafi  nöqtələrlə  təyin  olunur.  Nüvə  silahlarında  strateji 

təyinat üçün keçmiş SSRİ-nin kontinental ərazisinin şimal-qərb 

sərhədləri  ilə  ABŞ-ın  kontinental  ərazisinin  şimal-şərq 

sərhədləri  arasında  5500  km.-dən  az  olmayan  bir  məsafə 

götürülür).

1

  

                                                 



1

 Владимир 

Иванович 

МЕДВЕДЕВ 

генерал-лейтенант 

в 

отставке, 

руководитель  группы  РСМД  на  переговорах  по  ядерным  и  космическим 

вооружениям, бывший начальник Центра по уменьшению ядерной опасности. 

Российско-американские  соглашения  в  области  контроля  над  ядерными 

вооружениями. http://www.armscontrol.ru/ course/lectures03b/vim031008.htm 

 


 

112


Onu  da  nəzərə  almaq  lazımdır  ki,  soyuq  müharibə 

vəziyyəti tərəfləri elmi-texniki sahələrdə yarışmalara sövq etdi 

və  müdafiə  olunmaq,  maraqların  təminatı  istiqamətində 

strategiyanı  genişləndirmək  məqsədilə  daima  yeni  texniki 

nailiyyətlər  qazanmaq  uğrunda  mübarizələrə cəlb etdi. Elm və 

texnikanın nailiyyətləri məişət sahələrini əhatə etməklə yanaşı, 

strateji  müdafiə  və  hücum  təyinatlı  sahələr  də  elmi-texniki 

mühitlə  əhatə  olundu.  Qlobal  əhəmiyyətli  texnologiyanın  da 

inkişafına  səbəb  olub.  (XX  əsrin  ortalarında  raket 

texnologiyalarının  təkmilləşdirliməsinin  nəticəsi  olaraq,  XX 

ə

srin  50-ci  illərində  avtomat  stansiyalar  Ayın  səthinin  foto 

şə

killərini  çəkib  yerə  göndərdi,  1957-ci  ildə  SSRİ  Yerin  ilk 

süni  peykini  buraxdı,  1961-ci  ildə  SSRİ  kosmosa  çıxdı,  ABŞ 

astronovtları isə 1969-cu ildə Ayın səthinə endilər).  

Bu  illər  həmçinin  tərəflərdə  inkişaf  tendensiyalarının 

sürətlə  meydana  gəldiyi  və  daxili  və  xarici  siyasətə  etirazlar, 

hərəkatlar  dövrü  olub.  Belə  ki,  Çində  “mədəni  inqilab”  baş 

verib.  

1956-cı  ildə  keçirilən  Çin  Kommunist  Partiyasının  8-ci 

qurultayında Mao Çzedunun ideyalarının qələbəsinə nəticə 

olacaq və “böyük sıçrayış” və 1958-1966-cı illəri əhatə edən 

“kommunistləşdirmə”  siyasətinin  təzahürü  olacaq  yeni 

kurs  bəyan  edildi.  Sonradan  isə,  iki  xəttin  mübarizəsi 

nəticəsində  1966-1976-cı illəri əhatə  edən “mədəni inqilab” 

başlandı. İnqilabın əsas postulatı sosializmi qurmaq yolu ilə 

sinfi mübarizəni gücləndirmək və dövlət, eləcə də cəmiyyət 

quruculuğunda  Çinin  “xüsusi  yolu"  idi.  1978-ci  ilin 

dekabrında, 

Çin 

Kommunsit 

Partiyası 

Mərkəzi 

Komitəsinin  III  Plenum  11-ci  çağırışında,  Den  Syaopinin 

hakimiyyətə  gəlməsi  ilə  iki  sistemi  özündə  birləşdirən 

sosialist bazar iqtisadiyyatı kursu elan edildi: plan- bölücü 

sistemi  və  xarici  sərmayələrin  kütləvi  şəkildə  cəlb 

edilməsini, müəssisələrdə daha çox təsərrüfat müstəqiliyini, 

kəndlərdə 

ailə 

podratçılığını, 

iqtisadiyyatda 

dövlət 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə