Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc


bölməsinin  payının  ixtisarını,  azad  iqtisadi  zonaların



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə38/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   34   35   36   37   38   39   40   41   ...   175

 

113


bölməsinin  payının  ixtisarını,  azad  iqtisadi  zonaların 

açılmasını,  kasıbçılığın  ləğv  edilməsini,  elm  və  texnikanın 

inkişafını  nəzərdə  tutan  bazar  iqtisadiyyatı  sistemi.  Məhz 

Den  Syaopin  Çini  xaosdan,  gerilikdən  və  yoxsulluqdan 

çıxarmağa  müvəffəq  oldu  və  ölkəni  davamlı  sosial-iqtisadi 

inkişaf  yoluna  istiqamətləndirdi.  1980-ci  illərin  sonu-1990-

cı  illərin  başlanğıcında  Çin  tamamilə  əhalini  ərzaqla 

təminatı  problemini,  ümumdaxili  məhsulun  artımını  və 

sənaye  məhsulları  istehsalında  inkişaf  məsələsini  və 

ə

halinin həyat səviyyəsinin qaldırılması məsələsini həll etdi. 

1990-cı  illərdə  və  2000-ci  illərin  başlanğıcında  Çin 

iqtisadiyyatında  qlobal  əhəmiyyətli  dönüşlər  baş  verdi, 

sıçrayışlar oldu).  

Sosialist  blokunda  azadlıq  mübarizələri  baş  verib,  SSRİ 

“Praqa  baharı”nı  boğub.  Fransada  tələbələr  hərəkatı  köklü 

dəyişikliklərə  gətirib  çıxarıb.  ABŞ-da  irqi  ayrıseçkiliyə  qarşı 

mübarizə  güclənib.  Martin  Lüter  Kinqin  başçılığı  altında 

qaradərililərin  hərəkatını  misal  çəkmək  olar.  Ayrıseçkiliyin 

nəticəsi  olaraq  1968-ci  ildə  ABŞ-da  iki  olimpiya  komandası 

olub:-ağlar  və  qaralar.  Diskriminasiyaya  etiraz  olaraq 

qaradərilər  1968-ci  il  Meksika  olimpiadasını  boykot  etmək 

qərarına  gəliblər.  Lakin  əməl  olunmayıb  və  iştirak  ediblər. 

Amerikalılar  hesab  edirdilər  ki,  qaradərililər  olimpiadada 

uduza  bilərlər  və  onlar  ABŞ-ın  ləyaqətinə  uyğun  iştirak  edə 

bilməzlər. Lakin 1968-ci ilə olimpiadasında qaradərililərin əldə 

etdikləri  nailiyyətlər  amerikalıları  fikirlərindən  dəyişməyə 

məcbur etdi.  

Avstraliyada  ABŞ  təcrübəsinə  uyğun  olaraq  hərəkat 

başlayıb.  (Məsələn,  Sidney  Universitetinin  tələbələrinin 

hərəkatı). Burada da aborigenlərə qarşı diskriminasiya mövcud 

olub. Bununla yanaşı, Avstraliya çağırışçıları ABŞ-ın Vyetnam 

müharibəsindəki 

əməliyyatlarına 

cəlb 


olunurdular 

və 


Avstraliyada anti-müharibə hərəkatı genişlənirdi.  


 

114


Böyük  dövlətlər  eləcə  də  öz  ideoloji  sferalarını  daha  çox 

özlərinin  rəhbərliyi  ilə  formalaşan  münasibətlər  sisteminin 

yaranması ilə genişləndirirdilər. NATO və Varşava Müqaviləsi 

Təşkilatlarını  buna  misal  çəkmək  olar.  Bu  təşkilatlar  hərbi-

siyasi 

münasibətlərin 



ideoloji 

sferalar 

üzrə 

nəzarət 


mexanizmini  gücləndirirdi.  Bununla  yanaşı,  iki  sistem 

arasındakı  qarşılıqlı  gərginliklər  sistemlərin  özünün  dağılması 

risqlərini  artırıdı  və  sülh  nəzarəti  müxanizmisinin  dağılması 

üçün təhlükələr meydana gətirirdi. Bu dövrdə dünyadakı qlobal 

sülh  güclü  nəzarət  sisteminin  mahiyyətindən  doğurdu  və 

saxlanılırdı.  Saxlanmasını  təmin  edən  vasitələr  içərisində 

kütləvi qırğın  silahlarının  (xüsusilə  nüvə silahının) rolu böyük 

idi  və  əsas  qorxu  elementi  kimi  çıxış  edirdi.  Onu  da  nəzərə 

almaq  olar  ki,  ideoloji  sferalar  arasında  qarşılıqlı  təhdiddən 

irəli  gələn  gərginlik  vəziyyətləri  sistemlərin,  xüsusilə  sosialist 

blokunun  şişməsi,  daxildən  partlaması  üçün  şərait  yaradırdı. 

Çünki özünü həddən artıq gücləndirmə, mühafizə prosesləri, bu 

baxımdan  sıxılma  vəziyyətləri  proses  tərkibi olan elementlərin 

qarşılıqlı  taraz  vəziyyəti  pozur  və  nizamsızlıq  yaradır.  Buna 

görə  də  çox  sıxma  elementlərarası  məsafəni  daraldarsa, 

uyğunlq  qüvvələri  arasında  qeyri-tənasüblük  əmələ  gətirə  bilir 

və 

istiqamətlər 



üzrə 

tarazlıqlar, 

sıralanmalar 

itir. 


Münasibətlərin  tərkib  elementləri  (tələbat,  ehtiyac,  mənafə, 

maraq  və  s.)  arasında  uyğunluq  olmalıdır.  Hər  bir  tərkib 

element öz-özlüyündə idrak qüvvəsinə malikdir.  

Qlobal  sülh  sisteminin  formalaşmasının  müsbət  tərəfləri 

olaraq,  onu  qeyd  etmək  olar  ki,  ümumiyyətlə,  dünya 

müharibələrindən sonra bəşəriyyətin bir daha belə qlobal prob-

lemlə  (çox  dövlətləri  əhatə  edən  və  dünyanın  aparıcı  dövlət-

lərinin,  avanqard  siyasət  elementlərinin  qarşılıqlı  və  birgə 

şəkildə  iştirak  etdikləri  müharibələr)  üzləşməməsinə  görə 

dövlətlər,  həm  də  maraqların  tarazlı  şəkildə,  hər  bir  tərəfin  öz 

imkanlarına görə təmin edilməsini yerinə yetirmək üçün, tarazlı 

münasibətlər 

yaratmaq 

maraqlarını 

bildirdilər 

və 


öz 


 

115


münasibətlərində  bu  amili  əsas  götürdülər.  Dövlətlər  dünya 

ehtiyatlarının taraz şəkildə istifadə edilməsində, tarazlı qaydada 

bölünməsində  birgə  iştirak  maraqlarından  irəli  gələrək  öz 

münasibətlərində uyğunluq, bərabərlik, ahənglik, bu baxımdan 

qarşılıqlı  əlaqəlilik  amilini  əsas  götürdülər.  Dünyada  regional 

və  qlobal  miqyasda  sülhün  təmin  edilməsi  məhz  dünya 

siyasətinin iştirakçıları və dünya xalqlarını beynəlxalq arenada 

təmsil  edən  dövlətlərin  başlıca  marağına  çevrildi.  Dövlətlər 

dünya  sərvətlərindən  yalnız  dinc  şəraitdə,  qarşılıqlı  razılıqlar 

əsasında istifadə etməni əsas münasibət məxzi kimi götürdülər 

ki, bu amil də müəyyən qədər dünyada sülhün əldə edilməsinə 

və qorunub saxlanmasına yardımçı oldu. 

XX 

əsrin  90-cı  illərində  münasibətlərdə  yaşanan 



gərginliklər,  eləcə  də  münasibətlərin  güclü  və  rəvan  şəkildə 

inkişafı  üçün  resursların  çatışmazlığı,  həmçinin  AvroAtlantik 

siyasi-hərbi  və  iqtisadi  sisteminin  güclü  rəqabəti  sosialsit 

sisteminin  çöküşünə  səbəb  oldu.  1989-1990-cı  illərdə  SSRİ 

ətrafında olan sosialist ölkələri bloku tərk etdilər, yeni iqtisadi 

və siyasi  inkişaf  yolunu  tutdular.  1990-cı ildə Almaniya vahid 

dövlətə  çevrildi.  1991-ci  ildə  Varşava  Müqaviləsi  Təşkilatı 

ləğv edildi. 1946-cı ilin martında Böyük Britaniyanın baş naziri 

U.Çörçilin  ABŞ-ın  Fulton  şəhərindəki  çıxışı  ilə  başlanan 

“soyuq  müharibə”  (O,  öz  çıxışında  SSRİ-ni  ittiham  edərək 

qeyd  edirdi  ki,  SSRİ  Avropanı  bölüb  və  öz  hakimiyyətini 

sərhədsiz olaraq genişləndirir.) 1991-ci ildə Sosialist blokunun 

çökməsi ilə başa çatdı. (Qeyd: “soyuq müharibə” termini ABŞ 

prezidenti  Trümenə  aiddir,  1947-ci  ildə  “kommunizmə  qarşı 

yürüş”ü  bəyan  edibdir.  Eyni  zamanda  Avropanın  iki  hissəyə 

bölünməsinə daha bir addım olaraq ABŞ dövlət katibi olmuş 

Marşalın  adı  ilə  bağlı  olan,  müharibədən  əziyyət  çəkmiş 

SSRİ-yə  və  Avropanın  sosialist  düşərgəsinin  ölkələrinə  ABŞ 

iqtisadi  yardımından  bu  dövlətlərin  imtina  etmələri  səbəb 

olmuşdur)  1991-ci  ildə  SSRİ  dağıldı  və  yeni  müstəqil 

beynəlxalq hüquq subyektləri meydana gəldi.  




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə