Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə46/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   42   43   44   45   46   47   48   49   ...   175

 

137


Bir  çox  ölkələrdə  dondurulmuş  münaqişələr  (Cənubi 

Qafqazda-Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqi-

şəsi,  Gürcüstanda  yaşanan  Abxaziya  və  Cənubi  Osetiya 

münaqişələri)  mövcuddur.  Afrika  ölkələrinin  əksəriyyətində 

aclıq, səfalət hökm sürür, hərbi və etnik qarşıdurmalar yaşanır. 

Nigeriyada,  Somalidə,  Sudanda  və  qitənin  digər  ölkələrində 

baş  verən  hadisələri,  dini,  etnik  və  tayfalararası  münaqişələri 

buna  misal  çəkmək  olar.  Uzun  sürən  münaqişədən  sonra 



2011-ci ilin iyul ayında Cənubi Sudan (əsasən xristianlardan 

ibarətdir,  şimalda  isə  müsəlmanlar  üstünlük  təşkil  edir)  öz 

müstəqilliyini  bəyan  etdi.  BMT,  ABŞ  və  bir  çox  dövlətlər 

onun  müstəqilliyini  tanıdılar.  Regionun  əksər  dövlətlərinin 

cəmiyyətlərində demək olar ki, insan dəyərləri heçə bərabərdir. 

Onu  da  nəzərə  almaq  lazımdır  ki,  cəmiyyətlərdə  baş  verən 

cinayətkarlıq,  o  cümlədən  terrorizm  kimi  mənfi  hallar  başlıca 

olaraq  sosial-psixoloji  amillərlə  bağlı  olur.  Hər  iki  amil  də 

iqtisadi inkişafın səviyyəsindən asılı olur. Kasıb cəmiyyətlərdə 

qruplaşmalar,  mafiyaçılıq,  klançılıq,  terrorizm  və  digər 

cinayətkarlıq  daha  sürətlə  artır  və  qlobal  problemə  çevrilir. 

Proseslərin  kökündə  mənəvi-sosial  kriteriyalar  üstünlük  təşkil 

edir.  İqtisadiyyatın  zəif  inkişafı  və  insanların  maraqlarının 

təmin  edilməsində  resurs  çatışmazlığı  münasibətlərin  birtərəfli 

əsasını və qeyri-tarazlı vəziyyətini meydana gətirir.  

Beynəlxalq  problemlərin  həllində  beynəlxalq  nəzarətsiz-

liklər var və çox hallarda məsələlərin, problemlərin həlli ədalət 

prinsipinə  (beynəlxalq  hüquq  normalarının  özü  ədalət 

kriteriyalarıdır)  yox,  hər  hansısa  bir  və  ya  bir  neçə  tərəfin 

marağına söykənir. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri 

arasında mühüm məsələlər üzrə mövqe haçalanmaları meydana 

gəlir,  hər  bir  tərəf  reallığı  öz  xeyrinə  dəyərləndirir,  nəticədə 

beynəlxalq  ədalət  prinsipləri  kölgədə  qalır.  Sanki  böyük 

dövlətlər  dünyanın  maraq  dairələrinə  bölünməsi  siyasətini  öz 

tarixi məzmununda  davam  etdirirlər.  Münaqişələrin  yaranması 

və  ya  mövcud  münaqişələr  (Cənubi  Qafqazda  olan 



 

138


münaqişələr)  böyük  dövlətlərin  geosiyasi  məkanlar  üzrə 

rəqabət alətlərinə çevrilir və bundan həm münaqişə tərəflərinə, 

həm də özlərinə qarşı təzyiq aləti kimi istifadə edirlər. Buradan 

da  “ikili  standartlar”  meydana  gəlir.  Belə  vəziyyətlər  zamanı, 

münaqişəli  hallarda  öz  evlərindən  qaçqın  və  məcburi  köçkün 

düşərkən insanların təbii hüquqları pozulur və ya da pozulmuş 

hüquqları bərpa olunmayır. Onlar böyük itkilərlə, soyqırımlarla 

rastlaşırlar.  Problemlərin  həlli  çox  uzun  çəkir  və  insanlar 

əziyyətlərə  düçar  olurlar.  Beynəlxalq  sülh  sisteminə  ümidlər 

zəifləyir. Bu baxımdan Azərbaycan xalqının Ümummili Lideri 

Heydər 

Əliyev 


mövcud 

beynəlxalq 

sülh 

sisteminin 



ədalətsizliyini  qeyd  edərək  bildirirdi:  “  ....Beynəlxalq  birlik 

beynəlxalq  hüququn  norma  və  prinsiplərinə  ciddi  əməl 

olunması,  bunların  möhkəmləndirilməsini  təmin  etmək 

əvəzinə,  qətiyyətsizlik  nümayiş  etdirir.  Beynəlxalq  hüququn 

ərazi  bütövlüyün  toxunulmazlığı,  sərhədlərin  pozulmazlığı 

kimi  fundamental  norma  və  prinsipləri  şübhə  altına  alınır  və 

bununla  da  Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ 

regionunda  yaşayan  100  min  nəfər  erməniyə  görə  beynəlxalq 

praktikanın,  beynəlxalq  hüququn  on  illər  boyu  formalaşmış 

dayaqları sarsıdılır. Hərbi təcavüzün tanınması nəticəsində əldə 

edilmiş sülh, sabitlik və təhlükəszilik isə möhkəm və əbədi ola 

bilməz.”.

1

  

Böyük  dövlətlər  özlərinin  birgə  qəbul  etdikləri  qərarlara 



əməl  etməkdən  boyun  qaçırırlar.  Beynəlxalq  sənədlər  icra 

olunmayır. Məsələn, Ermənistan tərəfindən Azərbaycanın işğal 

olunduğu  torpaqlarının  azad  edilməsi  ilə  bağlı  BMT 

Təhlükəsizlik Şurasının qətnamələri hələ də icra olunmayıb və 

Ermənistan işğalçılıqdan əl çəkməyir.  

 

                                                 



1

 Əliyev  Heydər.  Ə56  Müstəqilliyimiz  əbədidir.  Otuzüçüncü  kitab.  B.,  Azərnəşr, 

2011,  480  səh.,  Amerika  Birləşmiş  Ştatlarının  dövlət  katibi  Kolin  Pauelin 

Azərbaycan  və  Ermənistan  Respublikalarının  prezidentləri,  ATƏT-in  Minsk 

qrupunun  həmsədrləri  ilə  görüşdə  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər 

Əliyevin bəyanatı. Ki-Uest şəhəri. 3 aprel 2001-ci il. Kitabda səh. 318. 


 

139


Tədqiqat  mövzusunun  aktuallığı  ilə  əlaqədar  olaraq 

mövcud problemlərə həmçinin aşağıdakıları aid etmək olar: 

 

-bir  çox  dövlətlərdə  və  cəmiyyətlərdə  məkanlar  və 

ictimai-siyasi tərəflər üzrə birtərəfli inkişaf var; 

-əksər ölkələrdə ekoloji vəziyyət gərgindir; 

-sənayenin  qeyri-düzgün  təşkilindən  qlobal  iqlim 

dəyişiklikləri problemləri yaşanır; 

-ərzaq  və  səhiyyə  məhsullarına  aid  böyük  ehtiyaclar 

mövcuddur; 

-strateji  təyinatlı  ərzaq  və  kənd  təsərrüfatı  məhsulları 

(taxıl,  buğda,  arpa,  düyü,  şəkər  çuğunduru,  çay  və  s.) 

başlıca  olaraq  böyük  dövlətlərin,  həmçinin  böyük 

dövlətlərin təsirlərinin olduğu məkanlarda cəmləşir; 

-neft və qazdan ibarət olan və iqtisadiyyatın lokomotivi 

hesab edilən enerji ehtiyatları da bütün ölkələr üzrə qeyri-

bərabər  paylanıb  və  böyük  dövlətlərin  özləri  (məsələn, 

ABŞ,  Çin,  Hindistan,  aparıcı  Avropa  ölkələri)  nefti  idxal 

edirlər;  

-əksər  cəmiyyətlərdə  terrora  dəstək  var  və  terrorçuluq 

bir  peşə  fəaliyyətinə  çevrilib.  Terrorçuluq  həm  kasıb 

cəmiyyətlərdə  daha  tez  kök  atır,  həm  də adət-ənənələrdən, 

dini  və  siyasi  amillərdən  irəli  gələn  radikalizmin  hökm 

sürdüyü  cəmiyyətlərdə  geniş  yayılır,  etnik  milliyyətçilik 

məsələləri  də  təsir  göstərir.  Bu  baxımdan  terrorçuluq 

fəaliyyəti və böyük cinayətkarlıq daha çox zəif inkişaf etmiş 

və inkişaf etməkdə olan ölkələrin cəmiyyətlərində yaşanır;  

-müəyyən silahlı qruplar və siyasi qurumlar hərbi yolla, 

xalqın etimadını qazanmadan hakimiyyəti ələ keçirirlər; 

-dünyaya nəzarət zəifdir, sülh sistemi mükəmməl deyil, 

sülhün bərpası və qorunması üçün lazımi anlarda müvafiq 

güc  tətbiq  edilə  bilmir.  Maraqların  kəskin  çarpazlaşması 

mövcuddur ; 


Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə