Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə47/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   43   44   45   46   47   48   49   50   ...   175

 

140


-əksər  dövlətlərin  (xüsusilə  kasıb  dövlətlərin)  öz 

cəmiyyətlərinə nəzarətləri zəifdir; 

-maarifçiliyin  səviyyəsi  bir  çox  ölkələrdə  məkan 

baxımından təzadlıdır; 

-dünya  üzrə  demokratik  rejimlərin  sayı  çoxluq  təşkil 

etmir. İqtisadi, mədəni, elmi potensialın zəifliyi, adət-ənənə 

mühafizəkarlığı, 

hakimiyyətin 

avtoritarlığı 

dünyada 

demokratiyanın  genişlənməsinin  qarşısında  ən  böyük 

problem olaraq qalır;  

-mədəni  elementlərdə,  potensialda  uyğunsuzluq  hökm 

sürür; 

-beynəlxalq aləmə, beynəlxalq ictimaiyyətə inam azalıb, 

problemlərə  yanaşmada  birtərəflik  mövcuddur,  ədalət 

prinsipi kobud şəkildə pozulur; 

-BMT və digər təşkilatların gücü zəifdir və ümumi sülh 

sisteminə  nəzarət  əsasən  böyük  dövlətlərin  əllərindədir  və 

siyasi  oyunları  ilə  hər  zaman  da  poza  bilirlər.  BMT-nin 

qəbul  etdiyi  bir  çox  sənədlərə  əməl  olunmur,  bir  çox 

dövlətlər  üzərlərinə  düşən  öhdəlikləri  yerinə  yetirməkdən 

imtina edirlər; 

-kiçik  dövlətlər  böyük  dövlətlərin  təzyiqlərinə  məruz 

qalır, təsirlərindən, təzyiqlərindən uzaqlaşa bilmirlər;  

-dünya üzrə hərbi bazaların məkanları genişlənir; 

-böyük  dövlətlər  dünyanı  yenidən  bölüşdürməyə  can 

atırlar  (çoxpolyusluğun  yaranması  üçün  yeni  fazaların 

ə

sasları formalaşır) və s.  

Dünya  üzrə  olan  iqtisadi,  sosial  və  siyasi  problemlərdə 

mövcud  olan  və  problemləri  şərtləndirən  vasitələrə  və 

vasitələrin  keçid  yerdəyişmələrinə  həm  rəngarənglik,  ayrı-ayrı 

məkanlar  üzər  harmoniyalıq  simmetriyalılıq,  bu  baxımdan 

tarazlıq,  eləcə  də  tarazlığın  tərkibində  sadəlik  və  mürəkkəblik 

kimi  yanaşmaq  olar,  həm  də  rəngarənglikdən  irəli  gələn 

disbalanslıq kimi yanaşmaq olar.  



 


 

141


Tədqiqatın məqsədi və vəzifələr 

 

Məqsədlər 

Tədqiqatın  məqsədi  ilk  növbədə  mövzunun  aktuallığı  ilə 

əlaqəlidir.  Tədqiqatın  məqsədi  tədqiqatın  predmetinin  ümumi 

strukturunu  formalaşdırır  və  strukturun  elementləri  (mövzu 

yarımbaşlıqları)  məqsədin  struktur  tərkibini  müəyyən  edir. 

Tədqiqat  zamanı  başlıca  məqsəd  balanslaşdırma  siyasətinin 

dövlətlər  daxilində  və  dövlətlər  arasında  sülh  və  sabitliyə, 

dinamik  inkişafa  xidmət  etməsini  araşdırmaqdan  ibarətdir. 



Burada  baza  məqsəd  olaraq  tarazlaşdırma  anlayışının, 

proseslərinin sülh və sabitliyə xidmət etmək nəticələrini üzə 

çıxarmaqdan 

ibarətdir. 

Baza 


məqsədin 

strukturunu 

formalaşdırmaq və bu baxımdan tərkibini müəyyən etmək üçün 

qarşıya  qoyulmuş  məqsədləri  aşağıdakılar  hesab  etmək  olar. 

Baza  və  köməkçi  məqsədlər  mövzunun  tədqiqatı  zamanı 

ümumi məqsədlərin tərkibini və formasını müəyyən edir.  

-dövlətlərin  daxilində  sabitliyin  və  dinamik  inkişafın 

kökündə  dayanan  cəmiyyətdəki  tarazlığın  rolunu  müəyyən-

ləşdirmək;  

-dövlətlərin  daxili  siyasətində  tarazlı  münasibətlərin 

onların beynəlxalq aləmdəki tarazlı münasibətlərinə təsirini, bu 

baxımdan  daxili  sabitliyin  beynəlxalq  sabitliyə,  sülhə  təsir 

imkanlarını müəyyənləşdirmək; 

-dünyada regional və qlobal miqyasda sülhün əldə edilməsi 

və  saxlanılması  üçün  dövlətlər  arasında  ehtiyac  və  tələbatların 

tarazlı  şəkildə  paylanması  və  maraqların  tarazlı  şəkildə  təmin 

edilməsindən ibarət olmasını müəyyən etmək; 

-regional  səviyyədə  dövlətlər  arasında  tarazlı  münasibət-

lərin  qlobal  səviyyəyə  təsir  etməsini  və  əksinə  olaraq  qlobal 

miqyasda tarazlı münasibətlərin mövcudluğunun regional sülhə 

təsir etmək yollarını müəyyə etmək; 

-dövlətlər  arasında  bütün  sahələr  üzrə  tarazlı  münasibət-

lərin bir-biriləri ilə asılılığını müəyyən etmək.  



 

142


Vəzifələr 

 

Tədqiqatda  vəzifə  dedikdə,  tədqiqat  zamanı  araşdırma 



istiqamətləri nəzərdə tutula bilər. Vəzifələr məqsədlərə çatmaq 

yollarını,  üsul  və  vasitələrini  müəyyənləşdirir.  Məqsədin 

struktur tərkibinə müvafiq olaraq, belə qənaətə gəlmək olar ki, 

tədqiqatın  özü  bir  neçə  mərhələdən  ibarətdir  və  mövzuda 

fəsillər  və  yarımfəsillər  başlığı  altında  verilir.  Hər  bir  başlıq 

tədqiqatın  məqsəd  və  vəzifələrinin  tərkibini  müəyyən  edir.  Bu 

baxımdan hesab etmək olar ki, araşdırma mərhələləri tədqiqatın 

baza  və  köməkçi  mərhələlərindən  ibarətdir.  Tədqiqatda 

aşağıdakı baza istiqamətlər müəyyən edilmişdir: 

 

Birinci baza istiqaməti: 

 

-balanslaşdırma 

nədir-bu 

istiqamətdə 

balanslaşdırma 

anlayışının məzmunu nələrdən ibarətdir

-balanslaşdırma  prosesləri  nədir,  bu  proseslərin  tərkib 

məzmunu necədir. 



 

İ

kinci baza istiqaməti: 

 

-balanslaşdırma  siyasəti  nədir,  balanslaşdırma  siyasətinin 

məzmunu  necədir  və  sülhə  və  sabitliyə  (dövlətdaxili  və 

beynəlxalq münasibətlər üzrə) gətirən nəticələrin xüsusiyyətləri 

hansılardır; 

-balanslaşdırma  siyasəti  proseslərinin  tərkibi  nələrdən 

ibarətdir  və  sülhə  və  sabitliyə  səbəb  olan  və  nəticə  kimi 

meydana  gələn  proseslər  (dövlətdaxili  və  beynəlxalq 

münasibətlər üzrə) nələrdən ibarətdir. 

Köməkçi  istiqamətlər  əslində  baza  istiqamətlərin  tərkibi 

olaraq başlıca məqsədə çatmaq üçün məqsəd hissələrini özündə 

əks  etdirir.  Bu  baxımdan  tədqiqat  zamanı  məqsədə  çatmaq 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə