Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə43/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   39   40   41   42   43   44   45   46   ...   175

 

128


-resursların  əhalinin  tələbatına  uyğunlaşdırılması  və  bu 

baxımdan iqtisadi və ictimai sistemlərin təşkili; 

-vətəndaşların  müəyyən  öhdəliklərinin  yaradılması  və  bu 

öhdəliklər  üçün  lazımi  sahələrin  təşkili  və  s.  (Qeyd:  dövlətin 

cəmiyyətdə  tarazlığın  yaradılması  üçün  geniş  funksiyaları  ilə 

bağlı  2009-cu  ildə  nəşr  olunan  “Siyasət”  I  CİlD  kitabında  da 

tanış ola bilərsiniz.

1

  



Əslində  dövlətin  daxili  və  xarici  siyasətlə  yerinə  yetirilən 

funksiyaları  dövlətdaxili  sahələrdə  və  beynəlxalq  aləmdə 

münasibətlərin  balanslaşdırılmasını  təmin  etməkdən  kənar  ola 

bilməz. Dövlətin daxildə və beynəlxalq aləmdə yerinə yetirdiyi 

funksiya 

vahid, 


birləşmiş 

şəkildə 


dünya 

siyasətinin 

balanslaşdırılmasını təmin edir.  

  



Məqsədlər və vəzifələr- beynəlxalq münasibətlərin  

balanslaşdırılmasında 

  

Dövlətlərin  sülh  şəraiti  altında  birləşməsini  zəruri  edən 

şərtlər  vardır  və  bu  şərtlər  inkişaf  proseslərinə  müvafiq  olaraq 

daima zənginləşməyə məruz qalır. İnkişaf proseslərinə müvafiq 

olaraq  şərtlərin  istiqamətlər  üzrə  sayı  artır.  Şərtlər  tərəflərin 

fəaliyyətinin  zəruri  edir  və  şərtlərin  ödənilməsi  də  fəaliyyət 

nəticəsi  və  başlanğıcı  kimi  çıxış  edir.  Şərtlərin  ödənilməsi 

ümumilikdə  mühiti  yaradır.  Sülhün  əldə  edilməsi  və  ardıcıl 

olaraq  davam  etməsi  ardıcıl  ödənilən  şərtlərdən  irəli  gəlir. 

Məqsədə  çatmalar,  bunun  üçün  tələbat  və  ehtiyacların 

ödənilməsi  üçün  vəzifələrin  həyata  keçirilməsi,  əldə  olunan 

nəticələr şərtlərin məzmununu əsaslandırır. Bu baxımdan hesab 

etmək  olar  ki,  dövlətlər  müəyyən  şərtlərə  əsasən  sülh 

                                                 



1

 Nəsibov E.M. Siyasət (mövqelər, baxışlar, təhlillər, nəzəriyyələr, ideyalar, təkliflər, 

proqnozlar) elmi və elmi-publisistik məqalələr toplusu. I CİLD, Bakı, “Təhsil” EİM, 

2009, 496 s., s. 77-87; 252-268. 

Dövlətin vəzifələrinə dair əlavə istiqamətlərə dair nəzəri fikirlər üçün bax. Nəsibov 

E.M.  Siyasət  (nəzəriyyələr,  mövqelər,  baxışlar,  təhlillər,  ideyalar,  təkliflər, 

proqnozlar)  elmi  və  elmi-publisistik  məqalələr  toplusu.  II  CİLD,  Bakı,  “Elm  və 

təhsil”, 2010, 600 s., s.24-26 


 

129


şə

raitində yaşamağı üstün tuturlar və bu istiqamətdə aşağıdakı 

məqsəd  və  vəzifələri qarşılarına qoyurlar. Onu da qeyd etmək 

olar  ki,  hər  bir  məqsəd  özündə  vəzifə  məzmununu  birləşdirə 

bilər və nəticə tələb edən bir vəziyyətdir:  

-dünyanın  maddi  sərvətlərindən  birgə  şəkildə  dinc  yolla 

istifadə etmək; 

-dünyanın mədəni dəyərlərindən birgə yararlanmaq

-elm və texnikanın yeniliklərindən birgə istifadə etmək

-qlobal problemlərin həllində tək olmamaq

-sülhə mane olan ünsürlərdən qorunmaqda tək qalmamaq

-iqtisadi,  hərbi,  siyasi  və  mədəni  inkişafa  inteqrasiya 

şəraitində məruz qalmaq; 

-sülhə mane olan ünsürlərin qarşısını birgə kəsmək;  

-inteqrasiya 

şəraitində 

yaşamaq 

və 


birgə 

inkişaf 


səviyyəsindən geri qalmamaq; 

-müharibələrin  baş  verməsinin  nəticəsi  olan  qlobal  fəlakət 

risqlərindən uzaqlaşmaq; 

-müharibələrin  dağıdıcı  xüsusiyyətlərini  nəzərə  alaraq 

müharibələrdən yayınmaq, çəkinmək

-dini  dəyərlərdən  dinc  əsaslarla  faydalanmaq  və  qarşılıqlı 

şəraitdə qovuşmanı təmin etmək və s.  

-qarşılıqlı  nəzarəti  və  inteqrasiyanı  təmin  edən  dünyanın 



iqtisadi sistemini yaratmaq; 

-qarşılqlı  nəzarəti  təmin  edə  biləcək  dünyanın  siyasi 



sistemini yaratmaq; 

-qarşılıqlı 

nəzarəti 

təmin 


edə 

biləcək 


dünyanın 

təhlükəsizlik sistemini yaratmaq; 

-qarşılılqlı  nəzarəti  və  yardımları  təmin  edə  biləcək, 

mədəni  dəyərləri  transfer  edə  biləcək  dünyanın  humanitar 

sistemini yaratmaq.  

 



 

130


Məqsədlər və vəzifələr üçün fəaliyyət xüsusiyyətləri- 

dövlətdaxili münasibətlərdə: 

 

-balanslı 



vəziyyətlərin 

yaranması 

üçün 

şəraitin 



araşdırılmasını  təmin  etmək  və  müvafiq  qurumları,  işçi 

qruplarını  yaradaraq,  bu  istiqamətdə  əməli  işlər  həyata 

keçirmək; 

-vasitələr  (subyektlər  və  şəxslər,  tərəflər)  arasında 

münasibətlərdə  tarazlığın  təmin  edilməsi  və  qorunması  üçün 

lazımi  vasitələri  cəlb  etmək,  müvafiq  vasitələrə  təsir 

imkanlarını müəyyən etmək; 

-iqtisadi  və  siyasi  sistemləri  qurmaq,  sahələr  arasında 

infrastrukturu  yaratmaq  üçün  müvafiq  tədbirlər  həyata 

keçirmək;  

-iqtisadi  gücləri  birləşdirmək  və  onlar  arasında  tarazlı 

əlaqəni təmin etmək; 

-əmək  resursları  ilə  istifadə  arasında  tarazlığı  yaratmaq 

üçün müvafiq işləri həyata keçirmək;  

-müəyyən qurumların pilləli hesabatını təmi etmək; 

-ictimaiyyətlə  dövlət  arasında  birbaşa  əlaqələri  qurmaq  və 

vətəndaşların  öz  iradələrini  sərbəst  ifadə  etmələri  üçün  lazımi 

şəraiti yaratmaq; 

-məkanlar  arasında  tarazlığı  yaratmaq  üçün  müvafiq 

tələbləri yerinə yetirən qurumların fəaliyyətini təmin etmək

-tarazlığın qorunması və bərpası məqsədilə ümumi nəzarət, 

konkret  hallarda  isə  xüsusi  nəzarət  funksiyasını  yerinə  yetirən 

qurumların işini təşkil etmək

-siyasətin  icrası  zamanı  şəffaflığı  və  balanslaşdırmanın 

mahiyyətini təşkil edən həqiqətin, ədalətin yaradılmasını təmin 

etmək; 


-cəmiyyətin  qüvvələri  arasında  qarşılıqlı  tərəfləri  qane 

edəcək  şəraitlərin  və  vasitələrin  meydana  gəlməsini  təmin 

etmək və s.  

 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə