Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə45/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   41   42   43   44   45   46   47   48   ...   175

 

134


üsullardan istifadə edirlər. Bu üsulları aşağıdakılar hesab etmək 

olar: 


-ikitərəfli  və  çoxtərəfli  qaydada,  regionla  və  qlobal 

miqyasda şəraitin öyrənilməsi

-iki və çoxtərəfli qaydada danışıqların həyata keçirilməsi, o 

cümlədən görüşlərin, yığıncaqların- sammitlərin, konfransların, 

konqreslərin, brifinqlərin və s. keçirilməsi

-müvafiq  sənədlərin  (hüquq  normalarının) hazırlanması və 

qəbul edilməsi, ratifikasiyası və s.  

Nəzərə almaq lazımdır ki, beynəlxalq səviyyədə sülhə nail 

olmaq üçün danışıqlar prosesi keçirilir və tərəfləri qane edəcək 

normalar  yaradılır  və  ya  da  müvafiq  qaydada  mövcud  olan  və 

hamı tərəfindən qəbul edilən norma prinsiplərinə uyğun olaraq 

siyasət həyata keçirilir. Beynəlxalq sülh siyasəti norma yaratma 

proseslərindən,  qəbulundan  və  əməletmədən  (icrasından) 

asılıdır.  Təbii  ki,  bu  proseslərin  özləri  də  bir  neçə 

mərhələlərdən  (baza  və  köməkçi)  ibarət  ola  bilər.  Adətən 

şəraitin  öyrənilməsi,  istiqamətlərin  müəyyən  olunması  və 

proseslərin 

istiqamətləndirilməsi, 

bu 

yöndə 


vasitələrin 

müəyyən  olunaraq  hərəkətə  gətirilməsi,  hərəkət  qaydalarının, 

üsul  və  vasitələrinin  aydınlaşdırılması  və  qarşılıqlı  qəbul 

məsələləri belə mərhələlər içərisində olur.  

Yuxarıda qeyd edilənlərlə yanaşı, onu da bildirmək olar ki, 

dövlətlər sürətlə silahlanırlar. Bir tərəfdən strateji təyinatlı nüvə 

silahlarının  azaldılması  istiqamətində  danışıqlar  həyata 

keçirirlər,  digər  tərəfdən  isə  modern  silahlar  istehsalı  ilə 

məşğul  olurlar.  Böyük  dövlətlər  hesab  edilən  ABŞ,  Rusiya, 

Böyük Britaniya və Fransa (“Böyük səkkizlər” formatının əsas 

üzvləri)  əsasən  dünyaya  silah  ixracı  ilə  məşğul  olurlar,  silah 

ixracına  görə  öncül  yerdədirlər.  Onlar  ticarətin bu istiqamətini 

böyük  gəlirlər  əldə  etmək  yolu  baxımından  yaradırlar.  Bu 

nöqteyi-nəzərdən  də  qeyd  etmək  olar  ki,  dünya  siyasətində 

dualizm  (ikili  yanaşma)  hələ  də  genişlənməkdədir.  Siyasi 

proselərin  özləri,  bir  tərəfdən  vaxtaşırı  və  tez-tez  yaranan 




 

135


gərginliklər,  digər  tərəfdən  gərginliklərin  qarşısının  alınması 

cəhdləri dualizm yanaşmalarını əsaslandırır. Silahların, kütləvi 

qırğın  silahlarının  (kimyəvi,  bioloji,  bakterioloji)  terrorçuların 

əlinə  keçməsi  ehtimalları  getdikcə  böyüyür.  Bu  baxımdan  da 

dövlətlər həm də qorxu içərisində olaraq, öz aralarında və digər 

regionlarda  nəzarət  mexanizmini  sürətləndirmək  siyasətini 

həyata  keçirirlər.  Dövlətləri  daha  çox  öz  daxillərində  və 

aralarında  maraqların  tarazlı  şəkildə  təmin  edilməsi  siyasəti 

düşündürür. 

Ümumiyyətlə,  sadalanan  fikirləri  nəzərə  alaraq,  qeyd 

etmək olar ki, tədqiqat mövzusu aktuallıq kəsb edir, dövlətlər 

arasında  dinc  münasibətlərin  mövcudluğu  yalnız  maraqların 

tarazlı  şəkildə  paylanmasından  irəli  gəlir.  Bu  mövzunun 

aktuallığını  eyni  zamanda  aşağıdakı  şəkildə  konkret  olaraq 

əsaslandırmaq olar:  

-dövlətlərin  daima  regionda  və  qlobal  aləmdə  sülh 

şəraitində yaşamaq istəkləri

-dövlətlərin  öz  xalqlarını  daima  təhlükəsiz  və  digər 

xalqlarla yanaşı yaşatmaq istəkləri; 

-dövlətlərin  qarşılıqlı  və  taraz  şəkildə  təhlükəsizlik 

maraqlarını təmin etmək istəkləri

-dövlətlərin bərabər səviyyədə bütün sahələrdə əməkdaşlıq 

etmək istəkləri və s.  

 

Mövzunun aktuallığını şərtləndirən problemlər  



(disbalans yaradan elementlər, istiqamətlər və  

ünsürlər)  

 

Tədqiqatda  bütün  sahələrdə  olan  bəzi  məsələlərin  həlli 

yolları  problemlər  kimi  ortaya  qoyulur.  Elə  münasibətlər 

tərəflərinin özlərinin vəziyyətlərində, o cümlədən statuslarında, 

mövqelərində,  maraq  və  məqsədlərində  mövcud  olan 

uyğunsuzluqlar,  qeyri-bərabər  imkanlar,  qeyri-bərabər  inkişaf 

səviyyəsi  münasibətlərin  tərkib  elementlərinin  uyğunluğunda, 



 

136


bərabərliyində,  bir  sözlə  tarazlaşmasında  problemlər  əmələ 

gətirir.  Dövlətlər  arasında  sülhün  əldə  edilməsi  üçün 

dövlətlərin  yaxınlaşmasındakı  maneələr,  münaqişələrin  həlli 

zamanı sülhə  qədərki  proseslər  və sülhə nail olmaq, prosesləri 

sülh  vəziyyətinə  gətirmənin  özü  bir  problemdir.  Dövlətlər 

arasında  bütün  sahələrdə  tarazlı  vəziyyətin  əldə  edilməsi  bir 

problemdir.  

Onu  da  qeyd  etmək  lazımdır  ki,  dünyada  təbii  ehtiyatlar, 

əmək resursları, əhalinin demoqrafik vəziyyəti heç də tam taraz 

vəziyyətdə  deyildir  və  kəskin  fərqlər  yaşanır.  Maddı  aləm 

baxımından  dünya  özü  disbalanslı  vəziyyətlər  üzərində 

qurulub.  Məsələn,  Rusiyada  dünya  ehtiyatlarının  40  faizi 

cəmləşib,  ərazisi  17  milyon  kvadrat  kilometrdən  çoxdur,  əhali 

isə  cəmi  143  milyon  nəfərdən  (dünya  əhalisi  isə  7  milyard 

nəfər  təşkil  edir)  ibarətdir.  Təbii  ehtiyatların  səmərəli  şəkildə 

istifadəsi  üçün  əmək  vasitələri  çatışımır.  Bu  baxımdan  da 

təkmil iqtisadi sistemin qurulması və təbii ehtiyatlarla ona təsir 

edən  vasitələr  arasında  tarazlığın  yaradılmasında  köklü 

çətinliklər  yaranır.  Demoqrafik  problemlər  mövcuddur. 

Monqolustan  dünyada  ərazisinə  görə  ən  az  sıxlığa  malik  olan 

dövlətdir.  Əhalinin  böyük  əksəriyyəti  paytaxt  şəhərində-Ulan-

Batorda, yaşayır. Çin və Hindistanda isə əhali artımı sürətlənir 

və  sözügedən  ölkələr  demoqrafik  problemlərlə  qarşılanır. 

Yaponiyanın  əhalisi  və  ərazisi  arasında  nisbət  fərqi  çox 

böyükdür.  Təbii  sərvətləri  və  faydalı  qazıntıları  isə  tamamilə 

azdır. Bir çox ölkələrdə kasıbçılığın səviyyəsi yüksəkdir. Haiti, 

Banqladeş,  Pakistan  və  s.-ni  buna  misal  çəkmək  olar. 

Cinayətkarlıq 

yüksək 

həddədir. 



(Məsələn, 

Hondurasda 

cinayətkarlığın səviyyəsi çox yüksəkdir). Bəzi ölkələr terrordan 

əziyyət  çəkirlər  və  terrorla  mübarizəyə  külli  miqdarda  vəsait 

xərcləyirlər  ki,  (məsələn,  Türkiyə)  bu  da  ölkə  iqtisadiyyatına 

köklü  zərbələr  vurur  və  cəmiyyətin  inkişafında  əngəllər 

meydana  gəlir.  Cəmiyyət  inkişaf  etmədikcə,  tərəflər  arasında 

tarzlığın yaradılması da qlobal problem olaraq ortaya çıxır.  




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə