Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə53/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   49   50   51   52   53   54   55   56   ...   175

 

159


istiqaməti  olaraq,  maddi  elementlər,  materiya  elementləri  və 

tətbiq  edilən  qüvvə  sayəsində  onların  qarşılıqlı  mövcudluq 

fəaliyyətləri  və  xassələri  üzərində  meydana  gəlir.  Ola  bilər  ki, 

bir  və  ya  bir  neçə  kompleks  təşkil  edən  vahd  məzmunda  bir 

neçə  elmin  əsasları  formalaşsın.  Hələ  XIII  əsrdə  yaşamış 

Azərbaycanın böyük filosofu Nəsirəddin Tusi özünün “Əxlaqı-

Nasiri”  əsərində  qeyd  edir  ki,  hər  bir  elmin  bir  obyekti 

(mövzusu)  olar  və  o  elmdə  həmən  obyekt  (mövzu)  haqqında 

danışarlar. Filosof müvafiq fikrini təsdiq etmək üçün bildirir ki, 

insanın  bədəni  sağlamlıq  və  xəstəlik  baxımından tibb  elminin, 

ölçüləri  isə  həndəsə  elminin  mövzusudur.  Onun  fikrincə, 

“əsaslar”  ona  deyirlər  ki,  o  aydın  olmasa,  bir  elmdə  daha 

yüksək  pilləyə  qalxmaq  mümkün  deyil.  Bu  baxımdan  hər  bir 

elmin  əsaslarını  düzgün  bilmək  lazımdır.  Filosof  həndəsə 

elminin  əsaslarının  üç  növ-xətt,  səth,  həcm  (cism)  olduğunu 

göstərir.  Qeyd  edir  ki,  aydın  əsaslar  elmin  kamilliyinin 

müəyyənedicisidir.

1

  



ABŞ-ın 

Harvard 


Universitetinin 

iqtisadiyyat 

üzrə 

professoru  N.Qreqori  Mənkyü  özünün  əsərində  qeyd  edir  ki, 



hər  bir  elm  sahəsinin  özünəməxsus  dili  və  düşünmə  tərzi 

vardır. Hər bir elmin mahiyyəti onun elmi metodudur ki, bu da 

özlüyündə  müşahidə  və  nəzəriyyəni  ehtiva  edir.  Dəqiq 

elmlərdə  (məsələn,  kimya  və  fizika)  təcrübə  (eksperiment)  də 

əlavə  edilir.  Müşahidə  və  nəzəriyyə  toplanmış  məlumatları 

təhlil etməkdən ibarətdir.

2

  



Təhlil  izahedicilik  yaradır,  aydın  və dərk edilən,  həmçinin 

təkmilləşmiş məlumatların əldə olunmasına xidmət edir. Təhlil 

biliklərə  münasibətdə  pozitivliyi  şərtləndirir.  Bu  baxımdan 

professor  N.  Qreqori  Mənkyünün  fikrincə,  pozitiv  fikirlər 

izahedici olur. Onlar dünyanın necə olması haqqında iddia irəli 

                                                 



1

 Nəsirəddin  Tusi.  Əxlaqı-Nasiri.  “Kişe  mehr  nəşriyyatı”,  2002,  Birinci  məqalə. 

Əxlaqın saflaşdırılması haqqında. Kitabda səh.59.  

2

 N.Qreqori  Mənkyü.  Ekonomiksin  əsasları.  Harvard  Universiteti.  Yenidən  işlənmiş 

İkinci nəşri. Thomson. South-Western. Bakı 2010. səh.23-24. 


 

160


sürür.  Digər  bir  fikir  isə  normativdir.-Bu baxımdan fikirlər iki 

cür  olur.  Birinci  istiqamətdə  faktlar  araşdırılır,  təhlil  edilir. 

Normativ  fikirlər  dünyanın  necə  olmalı  olduğu  haqqında 

iddiadır. Elm adamları daha çox pozitiv fikirdən çıxış edirlər.  

İstənilən  canlı  orqanizmin  və  fəaliyyət  göstərən  birliklərin 

(subyektlərin),  eləcə  də  obyektlərin  fəaliyyəti,  həmçinin 

materiyanın tərkibi, ümumilikdə canlı və cansız aləmin tərkibi 

və  fəaliyyət  xüsusiyətləri  təhlil  edilir.  Fəaliyyət  xüsusiyyətləri 

təhlil  edilərkən  həm  fəlsəfi  idrak  kateqoriyalarından  istifadə 

edilir,  həm  də  həmin  istiqamət  üzrə  idrak  kateqoriyları  cəmi 

formalaşır.  Hərəkət  və  hərəkətsizlik  vəziyyətində  varlıqlar, 

vasitələr  təhlil  obyektinə  çevrilirlər.  Məlumdur  ki,  hərəkət 

varsa,  tərkib  dəyişikliyi,  bu  baxımdan  zaman  və  məkana, 

şəraitə müvafiq olaraq forma və məzmun, mahiyyət və təzahür, 

eyni  zamanda  səbəb  və  nəticə  dəyişikliyi  də  var.  Müəyyən 

məkan  və  şəraitlərdə  qüvvələrin  tətbiqi  sayəsində  meydana 

gələn məzmun və forma dəyişikliyi zamanı tərkib elementlərin 

xassələri  və  funksiyaları  da  dəyişə  bilir.  Kənar  və  daxili 

qüvvələrin  təsirindən  dəyişən  xassələr  zahiri  və  daxili  əsasları 

yaradır,  eləcə  də  daxili  enerji  və  onun  kənar  ünsürlə 

əlaqəsindən  yaranan  xarici  enerji  əsaslar  üzərində  meydana 

gəlir.  Bu  baxımdan  xassə  və  funksiya  dəyişmələrinin  əsasları 

təhlil edilir. Hər bir məntiqi nəticələr əsaslardan meydana gəlir. 

Əsasların  ardıcıl  olaraq  mövcudluğu,  müəyyən  şəraitlərdə  üzə 

çıxması  təhlili  şərtləndirir.  Təhlil  öz-özlüyündə  təcrübə  və 

müşahidələrə istinad edərək nəzəri baxımdan əsasları meydana 

gətirir.  Təhlil  (analiz)  əsaslar  üzərində  qurulur  və  müəyyən 

istiqamətlər  üzrə  öz  ardınca  yeni  əsasların  (nəzəri  və  təcrübi) 

yaranmasını  zəruri  edir.  Bu  baxımdan  təhlil  istiqaməti  ardıcıl 

əsaslardan  formalaşır.  Hər  bir  tərkib  və  forma  dəyişikliyi 

əsasları  yaradır  və  əsaslara  müvafiq  olaraq  qanunauyğun 

şəkildə  həyata  keçirilir.  Analiz  zamanı  elementlərin  hərəkət 

xassələri,  yerdəyişmə  qanunauyğunluqları  aşkar  olunur. 

(Qeyd:  fəlsəfəşünasların  fikrincə,  qanunauyğunluq-öz 



 

161


məzmununa  görə  bir-birilə  əlaqədə  olan  qanunların 

cəmidir). Analiz edərkən hadisələrin müəyyən şəraitdə, məkan 

və  zamanda  istiqamətlər  üzrə  dəyişmə  xüsusiyyətlərini  aşkar 

etmək  mümkün  olur.  Təcrübələrdən  yaranan  üsullar  və  bu 

üsulların sistemləşməsi sayəsində baza tətbiq metodlar yaranır. 

Təhlil  elmin  sistemləşməsinin,  obyektlərin  strukturlaşmasının 

əsaslarını  müəyyən  edir.  Analiz  zamanı  elementlərin  sonrakı 

yerdəyişmələrinin  və  tərkib  birləşmələrinin  nəzəri  və  təcrübi 

əsasları meydana  gəlir.  Təhlillər sayəsində ortaya çıxan nəzəri 

və təcrübi biliklər və vərdişlər sayəsində subyektlər obyektlərə 

təsirlər  göstərə




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə