Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə56/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   52   53   54   55   56   57   58   59   ...   175

 

168


yaranmasının  əsaslarını  təşkil  edir.  Təhlillər  zamanı  laborator 

müayinələr müəyyən olunur və burada əsaslandırılmış nəticələr 

əldə  edilir.  Laborator  müayinələrdə  təcrübi  (eksperimental)  və 

nəzəri biliklər əldə olunur.  

Təhlil  zamanı  mərkəzi  elementlə  ətraf  elementlər  arasında 

qarşılıqlı  əlaqələrin  xüsusiyyətləri,  eləcə  də  ətraf  elementlərin 

özləri  arasında  mövcud  olan  və  sonradan  yaranan  əlaqələrin 

xüsusiyyətləri  təhlil  edilir.  Mərkəzi  elementə  tətbiq  edilən 

qüvvənin  ətraf  elementlərə  təsiri,  həmçinin  ətraf  elementlərə 

təsir  edən  qüvvənin  ətraf  və  mərkəzi  elementlərə  təsir 

xüsusiyyətləri  müəyyən  edilir.  Təhlil  zamanı  mərkəzi 

elementin  ətraf  elementi  öz  tərəfinə  cəlb  etməsi,  bununla 

bərabər, özündən kənarlaşdırmasının əsasları müəyyən şəraitdə 

və 


zamanda 

müəyyən 


edilir. 

Təhlildə 

parçalanmalar, 

birləşmələr,  çevrilmələr,  tərkib  və  yerdəyişmələr  kimi 

vəziyyətlər  təfəkkürdə  öz  əksini  tapır.  Təhlil  sistem  daxilində 

baş verən proseslərə ayrı-ayrılıqda və kompleks olaraq birlikdə 

yanaşmağı  zəruri  edir.  Bu  baxımdan  hadisələrin  və  cismin 

tərkibinin  və  tərkib  dəyişikliyi  ilə  əlaqədar  proseslərin 

ümumidən xüsusiyə (universallıqdan partikulyarlığa) və əksinə 

keçidinin  əsaslarını  aşkar  etməyə  imkan  verir.  Eksperimentlər 

və  nəzəri  biliklər  əsasında  hadisələrin  xassələri  aşkar  olunur. 

Təhlil  düşüncələrə  və  inkişaf  etməkdə  olan  təfəkkürə  bağlıdır. 

Təfəkkürün  tətbiqi  sayəsində  təhlil  metodları,  idrak  metodları 

(qnoseoloji metodlar) yaranır.  

Məlumdur  ki,  humanitar  (ictimai)  elm  sahələri  əsasən 

maddi və mənəvi münasibətlər üzərində formalaşıb. İnsanların 

maddi  tələbatlarının  ödənilməsi  sayəsində  etdikləri  hərəkətlər, 

göstərdikləri  fəaliyyətin  xüsusiyyətləri  ictimai  elm  sahələrinin 

başlıca  predmetinə  çevrilib.  İctimai  elm  sahələri  insanlar 

arasında  mövcud  olan  sosial  və  siyasi  münasibətlərin 

xüsusiyyətlərini tədqiq edir. Bununla yanaşı, insanların mənəvi 

varlıqları,  sosial  varlıqları,  eləcə  də  siyasi  varlıqları  da 

humanitar  elm  sahələrinin  (fəlsəfə,  sosiologiya,  psixologiya, 



 

169


politologiya,  etika,  estetika,  hüquqşünaslıq  və  s.)  predmetinə 

çevrilibdir.  (Qeyd:  hesab  etmək  olar  ki,  hüquqşünaslıq 



konkret  elm  sahəsi  olmaqla  yanaşı,  əsasən  politologiyanın 

tərkib hissəsidir. Çünki dövlət hakimiyyəti dövlət daxilində və 

xaricində  öz  siyasətini  bütün  sahələrdə  məhz  hüquq 

normaları 

vasitəsilə 

həyata 

keçirir. 

Sosial-siyasi 

münasibətlər,  eləcə  də  iqtisadi,  mədəni,  hərbi  və  s. 

münasibətlər  (rəsmi  münasibətlər)  hüquq  normaları  ilə 

tənzimlənir.  Siyasət  fəaliyyətinin  mahiyyəti  normaların 

qəbulu və icrası zamanı təzahür edir. Siyasətin icrası zamanı 

həm  təzahür  meydana  gəlir,  həm  də  bu  təzahürdə  mahiyyət 

üzə  çıxır.  Dövlət  öz  tənzimləmə  funksiyasını  normalar 

(müvafiq  vəziyyətləri  əks  etdirən  qaydalar)  vasitəsilə  yerinə 

yetirir.  Normalar  hərəkətləri,  tərəflərin  fəaliyyətini  müəyyən 

şə

raitlərdə,  müəyyən  zaman  anlarında  tənzimləmə  vasitələri 

kimi  müəyyən  edilir,  yaradılır.  Rəsmi  münasibətlərin 

tənzimlənməsində  normalar  mühüm  rol  oynayır.  Siyasət-

dövlət  quruluşu,  dövlət  işinin  təşkili,  hakimiyyətin  icra, 

qanunvericilik  və  məhkəmə  adlanan  qollarında  fəaliyyət  və 

bu qollar arasında qarşılıqlı əlaqələri müəyyən edən məfhum, 

ə

sasən hüquq normaları yaratmaqla və icra etməklə müəyyən 

edilir.  Bu  baxımdan  da  hesab  etmək  olar  ki,  hüquq 

normaları,  eləcə  də  hüquqi  münasibətlər  və  mövzunun 

tədqiqatı  əsas  obyekt  olaraq  politologiyanın  (siyasət  elminin) 

predmetidir,  mövzusudur.  Norma  subyektin  və  subyektlərin 

obyektə  (obyektlərə)  birtərəfli  və  ya  çoxtərəfli  qaydada  təsir 

kəmiyyətini,  vəziyyətini,  təsir  imkanlarını  müəyyən  etmək, 

hədlər  yaratmaq  üçün  subyektlərin  özləri  tərəfindən 

yaradılan  vasitələrdir.  Hüquq  normaları  siyasətin  balanslı 

ə

saslarla  həyata  keçirilməsini  müəyyən  edir.  Hüquq 

normaları  vətəndaşla  dövlət,  vətəndaşla  vətəndaş,  dövlətlər 

arasında  rəsmi  münasibətlərin  “toxunmasında  saplar” 

rolunu  oynayır).  Hər  bir  elm  sahəsində  olduğu  kimi  bu  elm 

sahəsində  də  təhlillər  edilərkən  başlıca  olaraq  obyektə  fərdi 




 

170


qaydada,  eləcə  də  struktur  və  sistem  nöqteyi-nəzərindən 

yanaşılır.  Hər  bir  strukturun  (qurumun,  o  cümlədən  birliklərin 

və təşkilatların) fəaliyyət xüsusiyyətləri təhlil edilir. Humanitar 

elm  sahələrində  təhlil  əsasən  məcazi  mənada  mexaniki  və 

kimyəvi  tərkib  birləşmələrini  təfəkkürdə  müəyyən  etməkdən 

ibarətdir.  

Təhlilin 

xüsusiyyətlərinə 

dair 

aşağıdakı 



qaydada 

ümumiləşdirmələr aparmaq olar:  

-təhlil  ilk  növbədə  tam  və  hissələrin  təfəkkürdə, 

qavrayışda, təsəvvürlərdə öz əksini tapması prosesidir; 

-təhlil  zamanı  prosesin  mahiyyəti  dərindən  dərk  edilir, 

müşahidə edilir, təcrübələrə əsasən nəticələrə gəlinir;  

Təhlil zamanı  

-tamın  tərkib  hissələrinin  tamda  birləşmiş  formada  və 

məzmunda  fəaliyyət  xüsusiyyətlərinin  necə  öz  əksini  tapması 

nəzərə alınır;  

-hər bir tərkibin öz fəaliyyət xüsusiyyətləri nəzərə alınır; 

-hissələrin  birləşmə  xüsusiyyətləri  (proses  xüsusiyyətləri) 

və istiqamətləri nəzərə alınır;  

-hər  bir  tam  və  hissə  tərkibinin  forma  və  məzmunu 

müəyyən edilir

-sistemin forma və məzmunu müəyyən edilir; 

-tamın parçalanması xüsusiyyətləri nəzərə alınır; 

-tərkibin  mexaniki  kimyəvi,  bioloji,  eləcə  də  mənəvi 

xüsusiyyətləri nəzərə alınır; 

-siyasi təhlillər zamanı yaxın, orta və uzun müddətə (tarixi 

aspektdə)  baş  verəcək  hadisələrə  dair  ehtimallar  irəli  sürülür, 

oxşar  hadisələr  arasında  uyğunluq  müəyyən  edilir  və  nəticələr 

çıxarılır; 

-təhlil 


apararkən 

təfəkkürün 

materiyaya, 

mücərrəd 

elementlərə tətbiqdə fikrin riyazi hesablamalara müvafiq olaraq 

parçalanması və birləşməsi baş verir;  

-təhlil  zamanı  riyazi  metodlar  (hesablama  metodları) 

təfəkkürün  başlıca  funksiyasına  çevrilir.  (Sadə  riyazi 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə