Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc


hissələrdən  tərtib  edilmiş  birləşmə  deməkdir)



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə54/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   50   51   52   53   54   55   56   57   ...   175

 

162


hissələrdən  tərtib  edilmiş  birləşmə  deməkdir).  Sistemin 

daxili  mexanizm  strukturları  yaradılır  və  elementlər  arasında 

sərfedici  əlaqələr  və  münasib  təzahürlər,  faydalı  nəticələrlə 

sistemin  səmərəliliyi  əldə  edilir.  Təhlillərin  nəticəsi  olaraq 

yaranan nəzəri biliklər sistemin mexanizmisinin iş prinsiplərini 

müəyyən  edir.  (Qeyd:  mexanizm-yun.mechane-alət,  qurğu, 



maşın)-bir və ya bir neçə bərk cismin hərəkətini digər bərk 

cisimlərin  tələb  olunan  hərəkətinə  çevirmək  üçün  cisimlər 

sistemi  deməkdir.-bu  məna  fiziki  cisimlərə  aiddir. 

Mexanizm  sözü  ictimai  elmlər  sahəsində,  o  cümlədən 

münasibətləri  tədqiq  edən  elm  sahələri  kimi  sosiologiya, 

psixologiya və politologiyada da geniş istifadə edilir. Əsasən 

münasibətlərin  subyektləri  arasında  qarşılıqlı  mövcudluq 

vəziyyətini  əks  etdirir  və  münasibətlərin  əhatə  olunduğu 

obyektlərin  qarşılıqlı  əlaqələrini,  elementlər  arasında 

uyğunluğu,  uyğunsuzluğu  və  digər  vəziyyətləri  bildirir. 

Münasibətlərin  mexanizmisində  (mexanizmində)  subyekt-

lərin  fəaliyyət  xüsusiyyətləri  öz  əksini  tapır  və  sistemin  iş 

prinsipini 

və 

bunlar 

qaydalarını 

müəyyənləşdirir. 

Mexanizm  fəlsəfi  kateqoriyalar  əsasında  elementlərin 

qarşılıqlı  fəaliyyət  prinsiplərini  müəyyən  etmək  üçün 

sistemin tərkibinə aid edilir.) Təhlillərdən əldə olunan biliklər 

və  nəzəriyyələr  sayəsində  öz-özünü  daxilən  tənzimləyən 

mexanizmlərə malik olan sistemlər və kənar qüvvələrin tətbiqi 

sayəsində  işlək  mexanizminə  malik  olan  sistemlər  formalaşır. 

Bu  həm  mexaniki,  həm  də  sosial-siyasi  sistemlərdə  mövcud 

olur.  


Təhlillər  əsasında  əldə  edilən  təkmil  biliklər  sayəsində 

materiyaya,  cismlərə  yeni  təsir  üsulları  meydana  gəlir.  Təsir 

üsulları  nəticəsində  yeni-yeni  tərkiblərə  xas  olan  maddələr, 

birləşmələr  alınır  ki,  həmin  maddələrin  tətbiqi  və  statistik 

ardıcıllıq  dinamik  inkişafın  əsasını  müəyyən  edir.  Məlumdur 

ki,  məhz  təhlillər  və  əldə  olunan  nəticələrə  və  nəzəri  biliklərə 

müvafiq  olaraq  insanların  gündəlik  tələbatları  müəyyən  edilir. 



 

163


(Qeyd:  psixoloji  araşdırmalara  görə  insanın  ehtiyacları  onun 

üçün  psixoloji  məna  kəsb  edir  və  tələbatlar  kimi  təzahür  edir. 

Tələbat  ehtiyacdan  daha  geniş  anlayışdır.  Tələbatlar  insanın 

ehtiyacları  ilə  yanaşı  həm  də  onun  öz  ehtiyaclarına  olan 

münasibətini  əks  etdirir.  Tələbatlar  insanın  konkret  həyat 

şəraitindən asılılığını ifadə edən və onun bu şəraitdə aktivliyini 

şərtləndirən özünəməxsus halətdir.)

1

  



 Eyni  zamanda  insanların  sistemli  həyat  tərzləri,  eləcə  də 

münasibətlərin  sahələr  üzrə  sistemləşməsi  (hakimiyyət-



vətəndaş  münasibətlərini,  həmçinin  birliklərin,  təşkilatların 

qarşılıqlı  münasibətlərini  əks  etdirən  sosial  -siyasi  sistemlər) 

təhlillərdən  əmələ  gələn  nəzəri  biliklər  əsasında  həyata  keçir. 

Təhlillər uzun  müddətdən  bəri  təcrübədən keçirilmiş  qaydaları 

və  normaları  meydana  gətirir  və  bu  qaydalar  da  baza  və 

dəyişən  (bazaya  xidmət  edən)  qaydaların  yaranması  şərtlərini 

üzə çıxarır. Təbii və pozitiv hüquqları buna misal çəkmək olar. 

Pozitiv  hüquq  normaları  əsasən  təbii  hüquqların  təmin 

olunması  üçün  yaranır  və  əlavə  hüquqları  meydana  gətirir. 

Təhlil zamanı səmərəlilik əldə edilir və istənilən cismə, konkret 

və mücərrəd elementlərə tətbiq edilən təsir qüvvəsinin münasib 

kəmiyyəti müəyyən olunur.  

Qeyd  edildiyi  kimi,  analiz  istənilən  cismin,  elementin 

tərkibini  müəyyən  etmək  üçün  metodları  meydana  gətirir  ki, 

qəbul  edilən  metodlar  tətbiq  məsələsinin  səmərəliliyini  ortaya 

çıxarır. Həmçinin təhlil zamanı həm mücərrəd, həm də konkret 

elementlərin  xassələri  müəyyən  edilir.  İnsanlar  arasında,  eləcə 

də  insan  birlikləri  arasında  münasibətlər  də  təhlil  obyektinə, 

təhlil  mövzusuna  çevrilir.  Subyektlərin  özləri  də  təhlil 

mövzusu,  obyekti  ola  bilirlər.  Məsələn,  insanların  öyrənilməsi 

zamanı  insanların  özləri  maddi  və  mənəvi-sosial  varlıqlar 

olaraq  təhlil  obyektinə  çevrilə  bilirlər.  İnsanları  və  onların 

qarşılıqlı  fəaliyyətini,  münasibətlərini  öyrənmək  üçün  fəlsəfə, 

                                                 

1

 Ə.S.Bayramov,  Ə.Ə.Əlizadə.  B19  Psixologiya.  Ali  məktəblər  üçün  dərslik.  Bakı, 

“Çinar-çap” Nəşriyyat-Poliqrafiya müəssisəsi, 2006, 620 səh., səh.141. 



 

164


eləcə  də  fəlsəfədən  ayrılan  anatomiya,  biologiya,  psixologiya, 

sosiologiya,  politologiya  kimi  elm  sahələrinin  zaman-zaman 

meydana  gəlməsini  buna  misal  çəkmək  olar.  Bir  daha  qeyd 

etmək  yerinə  düşər  ki,  hər  bir  metod  və  metodologiya  təhlil 

istiqamətlərindən və xassələrindən, eləcə də təhlil üsullarından, 

tətbiq  edilən  vasitələrdən  yaranır.  Konkret  istiqamətlər  üzrə 

yanaşmalar  konkret  elm  sahələrinin  meydana  gəlməsini  zəruri 

etmişdir.  



 

Təhlil prosesləri 

 

Hər  kəsi  ağıl  (şüur,  idrak)  idarə  edir.  Maddi  və  mənəvi 



aləm  duyğularla  (hisslər  vasitəsilə)  beyinə  ötürülür.  Hiss 

(duyğu)  orqanları  insanın  həyat  təcrübəsindən,  o  cümlədən 

müşahidəsindən  əldə  edilən  məlumatları  beyinə  ötürür. 

Məlumatların beyində toplanması geniş bir baza yaradır. Ağıllı 

(təkmiləşmiş  idrakı  olan  və  güclü  məntiqə əsaslanan) təfəkkür 

formalaşır.  Toplanmış  məlumatların  idrak  yolu  ilə  emalı 

nəticəsində fundamental əqli və əqlin göstərişi sayəsində fiziki 

yaradıcılıq  meydana  gəlir.  Emal  prosesləri  nəticədə  səbəb, 

nəticə,  mahiyyət,  təzahür,  məkan,  zaman  və  digər  fəlsəfi 

kateqoriyalara  müvafiq  olaraq  yeni  informasiyaları,  yeni 

üsulları,  yeni  forma  və  məzmunu  meydana  gətirir.  Yeni 

sistemləşmə 

qaydaları 

yaranır, 

yeni 

yanaşma 


tərzləri 

formalaşır,  müvafiq  mexanizmlər  üzə  çıxır  və  s.  (kəşfləri, 

ixtiraları  da  buna  aid  etmək  olar.)  Bu  baxımdan  hesab  etmək 

olar  ki,  nisbətən  inkişaf  etmiş,  təkmilləşmiş  idraka  malik  olan 

insanın  ağlına  gəlməsini  qeydə  alması,  daha  da  dəqiq  desək, 

düşüncələrini  qeydə  alması  və  sonradan  bu  qeydləri  təkrar 

ağlın  gücü  ilə  redaktə  etməsi  yeniliklərin  üzə  çıxmasını 

şərtləndirir.  

Təhlil  özü  təfəkkürdə  meydana  gələn  proses  olaraq, 

aparılarkən  prosesli  mərhələləri  zəruri  edir.  Təhlil  aparılarkən 

analoqluq  (oxşarlıq,  bənzərlik,  uyğunluq)  meydana  gəlir  və 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə