Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc


layihələr  balanslaşdırma  üçün  mühüm  istiqamətlərə  və



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə51/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   47   48   49   50   51   52   53   54   ...   175

 

153


layihələr  balanslaşdırma  üçün  mühüm  istiqamətlərə  və 

prosesləri istiqamətləndirən vasitələrə çevrilir.  

 

Dəyərli  oxucular,  kitabın  “Giriş”  adlanan  bölməsi  bir 

qədər  geniş  şəkildə  verilmişdir  ki,  bu  da  sözügedən 

bölmənin  yalnız  bu  kitabdakı  mövzunın  əhəmiyyətini 

dəyərləndirmək,  əsaslandırmaq  üçün  yox,  ümumilikdə 

gələcək 

istiqamətlər 

üzrə 

tədqiqatın 

mövzusunun 

aktuallığını  əsaslandırmaq  məqsədindən  irəli  gəlmişdir. 

Tədqiqatın  mövzusu  isə  ümumilikdə  bir  neçə  kitabı  əhatə 

edə biləcəkdir. 

 

Bu  kitabdakı  iki  fəsildə  başlıca  olaraq  tədqiqatın 

məqsəd  və  vəzifələrinə  dair  birinci  baza  istiqaməti  üzrə 

müəyyən başlıqlar şəkilində mövzunun bəzi tərkib hissələri 

izah edilir.  

 


 

154


I FƏSİL: 

 

Təhlil (analiz) nədir 

 

Digər elm sahələrində olduğu kimi ictimai elmlər qrupuna 

aid  olan  siyasətşünaslıqda  (politologiyada)  da  dövlətlər 

daxilində  və  beynəlxalq  aləmdə  münasibətlərin  tarazlaş-

dırılmasının əsaslarını tədqiq edərkən idrakın formalaşmasında, 

bu  baxımdan  məntiqi  nəticələr  çıxarmaqda,  mühakimə 

yürütməkdə  fəlsəfi  kateqoriyalar  mühüm  rol  oynayır.  Fikrin 

cəmləşdirilməsi,  müəyyən  məqamlarda  məzmun  və  formanın 

müəyyən  edilməsi  baxımından  fəlsəfi  kateqoriyalar  əhəmiyyət 

kəsb  edir.  Buna  görə  də  istənilən  mövzunun  tədiqiqini  həyata 

keçirmək,  bu  nöqteyi-nəzərdən  də  istiqamətlər  müəyyənləş-

dirmək,  ümumiləşdirmələr  aparmaq  üçün  idrakın  təkimilləş-

məsində  başlıca  rol  oynayan  müvafiq  fəlsəfi  kateqoriyaların 

(anlayışların)  məzmununa  fikir  vermək  lazım  gəlir.  Hər  bir 

kateqoriya

1

 mütləq şəkildə digər kateqoriyalarla əlaqəli olur və 



öz tərkibində əlaqələri və qarışıq məzmunu əks etdirir.  

Belə ki, münasibətlərin tədqiqi, o cümlədən bu istiqamətdə 

münasibətlərin  tarazlı  xassəsinin  nəzəri  əsaslarının  dərk 

edilməsi prosesləri başlıca olaraq fəlsəfi kateqoriyalar əsasında 

müəyyən  edilir  və  nəzəri  istiqamətlər  sistemləşdirilir.  Fəlsəfi 

kateqoriyalar  təfəkkürdə  əqli  nəticələr  çıxarmaq  qabiliyyətini 

yaradır. Hər bir elmin obyekti müəyyən edilərkən və müəyyən 

etmək  məqsədilə  elmi  araşdırma  aparılarkən  hər  şeydən  öncə 

təhlil  etmək,  fikirləri  cəmləşdirmək,  vahidlik,  bütövlük 

yaratmaq,  eləcə  də  təkləri  (vahidləri)  formalaşdırmaq 

prinsipinə  üstünlük  verilir.  Elmin  təhlil  əsasında yaranması  və 

                                                 



1

 Qeyd: kateqoriya –yun. “kateqoriya” –fikir söyləmək, sübut, ümumiyyətlə anlayış 

deməkdir. Hər bir elmdə ilkin, əsas anlayışların birliyi mövcuddur. Fəlsəfə tarixində 

Aristotel, Hegel, Marks ən böyük kateqorioloq olmuşlar. -Yusif Rüstəmov. Fəlsəfənin 

əsasları. (mühazirə kursu. Bakı. “Nurlar” Nəşriyyat-Poliqrafiya mərkəzi, 2007, 504 

səh., səh. 33.  

  


 

155


inkişafı  həmin  elm  üzrə  ümumi  və  xüsusi  metodologiyanın 

yaranmasını  zəruri  edir.  Zəncirvari  araşdırmalar  və  məntiqi 

ardıcıllıq hər bir elmin obyektinə münasibətdə, həmçinin elmin 

obyektini müəyyən etmək və öyrənmək üçün metodologiyanın 

(metodlar  cəminin  tətbiqi-üsulların  öyrənilməsi  üçün  elmi 

istiqamətlərin  tətbiqi)  yaranmasını  zəruri  edir.  Hər  bir  elmin 

predmetində  metodologiya  mühüm  əhəmiyyət  kəsb  edir. 

Metodologiya  (method  yunan  sözü  olub,  tərcümədə  üsul 



deməkdir,  logos  yunan  sözü  olub,  tərcümədə  təlim,  mühakimə 

deməkdir.  Metodologiya  üsullar  haqqında  təlim,  mühakimə 

deməkdir)  təhlil  əsasında  (nəzəri  və  təcrübi-laborator-

eksperimental)  biliklərə  əsasən  məntiqi  nəticələrin  üzə 

çıxarılması yolu ilə yaranır.  

Təhlil zamanı obyektlər və subyektlərin qarşılıqlı əlaqələri 

və  təsir  prinsipləri,  təsiretmə  üsulları  və  üsulların  mənfi  və 

müsbət  cəhətləri  üzə  çıxır.  Müsbət  və  ya  mənfi  üsulların 

müəyyən  edilməsi,  tədqiqi  isə  özünəməxsus  olaraq  tətbiqi 

qaydaları yaradır. Üsullar elmin təcrübi əsaslarını formalaşdırır 

və  vərdişləri  meydana  gətirir.  Məsələn,  hər  hansı  bir  riyazi 

misal  və  məsələnin  həllində  metodlar  kimi  riyazi  tənliklərdən 

istifadə edilir. Bu prinsiplər mexaniki elm sahələrində də tətbiq 

edilir.  Bununla  yanaşı  qeyd  etmək  olar  ki,  dövlət  idarəçilik 

sahəsində  qanunların  və  digər  normativ  aktların  qəbulu  və 

icrası istiqamətləri üsullar olaraq tətbiqi qaydaları, istiqamətləri 

və  vərdişləri  yaradır.  Mülki  və  cinayət  hüququ  sahəsində 

mövcud  normalar  məhz  üsullar  və  qaydaları  meydana  gətirir. 

Eləcə  də  iqtisadiyyatda  müvafiq  hesablamaları  aparmaq  üçün 

riyazi  metodlardan  istifadə  özü  üsullar  kimi  qaydalar  və 

vərdişləri  meydana  gətirir.  Üsulların  tətbiqi  sayəsində 

strukturlar yaranır, sistem və sistemin mexanizmləri formalaşır. 

Tətbiq edilən üsullar təkararlanan və təkrarlanma zamanı yeni-

yeni  şəraitləri  meydana  gətirən  prosesləri  formalaşdırır. 

Proseslər 

arasında 

olan 

bağlılıq 



üsullar 

sisteminin 

formalaşmasını  zəruri  edir  və  kompleks  xarakter,  qarşılıqlı 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə