Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə49/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   45   46   47   48   49   50   51   52   ...   175

 

146


-balanslaşdırma  proseslərinin  yaranmasında  idaretmə 

rejimlərinin  xassələrini müəyyən  etmək  və idarəedən şəxslərin 

xarakterik  xüsusiyyətlərinin  balanslaşdırma  proseslərində 

rolunun elmi-fəlsəfi aspektlərini təhlil etmək və s.  

 

Üçüncü mərhələdə:  

 

Beynəlxalq  münasibətlərin  balanslaşdırılması  anlayışının 

fəlsəfi və siyasi mahiyyətinin elmi əsaslarını açmaq; 

-balanslaşdırma proseslərinin həyata keçirildiyi beynəlxalq 

münasibətlər üzrə sahələri, obyektləri müəyyən etmək

-beynəlxalq  münasibətlərdə  balanslaşdırma  subyektlərini 

və  onların  qarşılıqlı  fəaliyyət  xüsusiyyətlərini  müəyyən-

ləşdirmək; 

-beynəlxalq  münasibətlər  üzrə  subyektlər  arasında  tarazlı 

münasibətlərin əsaslarını araşdırmaq; 

-tarazlaşdırma  zamanı  obyektlər  arasında  əlaqələrin  nəzəri 

baxımdan elmi, fəlsəfi məzmununu açmaq

-tarazlaşdırma vəziyyətlərinin əsaslarını açmaq; 

-beynəlxalq  münasibətlərin  tarazlşamasına  xidmət  edən, 

təsir göstərən vəziyyətləri araşdırmaq; 

-beynəlxalq  münasibətlərin  tarazlaşmasına  səbəb  olan 

şəraiti müəyyən etmək; 

-beynəlxalq  münasibətlərin  tarazlaşması  proseslərində 

norma və qaydaların rolunu müəyyən etmək

-beynəlxalq  münasibətlərdə  tarazlşadırma  proseslərini 

həyata  keçirən  mərkəzi  elementlərin  (regional  və  qlobal 

səviyyədə)  fəaliyyət  xüsusiyyətlərinin  elmi-nəzəri  əsaslarını 

müəyyən etmək;  

-beynəlxalq  münasibətlərdə  tarazlaşdırma  vasitələrinin 

(icra vasitələrini) fəaliyyət xüsusiyyətlərini müəyyən etmək; 

-beynəlxalq  münasibətlərin  tarazlaşmasına  mane  olan 

ünsürləri, vəziyyətləri müəyyən etmək



 

147


-beynəlxalq  münasibətlərin  tarazlaşmasına  kömək  edən 

vəziyyətlərin  ardıcıllığını  və  bu  vəziyyətləri təmin edən şəraiti 

və  tərəfləri,  vasitələri  müəyyən  etmək  və  onların  fəaliyyət 

xüsusiyyətlərini araşdırmaq;  

-beynəlxalq  münasibətlərin  tarazlaşmasında  dini  amillərin, 

həmçinin dini dialoqların rolunu aşkar etmək

-beynəlxalq  münasibətlərin  tarazlaşmasında  etno-psixoloji 

amillərin təsirini araşdırmaq; 

-beynəlxalq tarazlıq vəziyyətlərinin qorunmasını təmi edən 

elementlərin fəaliyyət xüsusiyyətlərini araşdırmaq; 

-beynəlxalq  aləmdə  tarazlı  münasibətlərin  ardıcıl,  əlaqəli 

əsasda  prosesli  xassələrinin  mövcudluğunun  dünyanın  ümumi 

və  regional  tərkibli  sülh  siyasəti  sisteminin  formalaşmasına 

səbəb olma xüsusiyyətlərini araşdırmaq;  

-balanslaşdırmanın  tarixi  mərhələlərini  müəyyən  etmək  və 

bu mərhələlər arasında bağlılığın əsaslarını araşdırmaq və s.  

Bir daha qeyd etmək yerinə düşər ki, tədqiqatda məqsəd və 

vəzifələr  münasibətlərin  balansalşdırılmasının  həm  ümumi 

elmi-fəlsəfi  mahiyyətini  aşkara  çıxarmaq,  həm  də  xüsusi 

(konkret) sahələr üzrə balanslaşdırmanın elmi-nəzəri əsaslarını 

müəyyən  etməkdən  ibarətdir.  Bu  baxımdan  da  üç  mühüm 

istiqamət üzrə tədqiqat aparmaq qarşıya məqsəd qoyulmuşdur:  

-ümumi  istiqamətdə  əsasları  müəyyən  etmək,  yəni 

balanslaşdırma  proseslərinin  ümumi  fəlsəfi  məzmununu 

açmaq; 

-dövlətlər  daxilində  müvafiq  sahələr  üzrə  müna-

sibətlərin balanslaşdırılmasının əsaslarını aşkar etmək; 

-beynəlxalq  aləmdə  müvafiq  sahələr  üzrə  münasi-

bətlərin balanslaşdırılmasının əsaslarını təhlil etmək.  

 

 



 

148


Mövzunun obyekti 

  

Elmi  tədqiqat  nöqteyi-nəzərindən  mövzunun obyektinə iki 



baza 

istiqamətindən 

yanaşılır. 

Birincisi, 

dövlətdaxili 

münasibətlərin  tarazlığının  tədqiqatı,  ikincisi,  beynəlxalq 

münasibətlərin  tarazlı  xüsusiyyətlərinin  tədqiqatı  (ümumilikdə 

dünyada  olan  tarazlı  münasibətlər).  Mövzuda  daha  çox 

ümumdünya  siyasətinin  tarazlığının  əsasları  tədqiq  edilir. 

Nəzərə almaq lazımdır ki, dünya anlayışına əsasən dövlətlər və 

onların  birləşmiş,  cəmləşmiş  formaları  daxildirlər.  Dünya 



siyasətinin  tərkibi  iki  baza  istiqamətindən  ibarətdir:  birincisi, 

dövlətlərin  daxili  siyasəti,  ikincisi,  onların  beynəlxalq 

fəaliyyəti.  Bu  iki  istiqamət  bir-birilər  sıx  surətdə  bağlıdır. 

Dövlətlərin  daxili  və  xarici  siyasətləri  onların  ümumi 

mövcudluğunu  və  fəaliyyətini  əks  etdirməklə,  bir-birini 

tamamlayır.  Daxili  siyasət  xarici  siyasətə  və  ya  əksinə  təsir 

edir. Məsələn, 2011-ci ildə Ərəb dövlətlərində baş verən daxili 

proseslər (“Ərəb baharı”) bu dövlətlərin xarici əlaqələrinə təsir 

etdi.  İğtişaşlar,  vətəndaş  müharibələri  zamanı  bir  çox  xarici 

ölkələr bu dövlətlərdəki diplomatik fəaliyyətini dayandırmağa, 

diplomatlarını  geri  çağırmağa  məcbur  oldu.  Eləcə  də  bu 

regionda  baş  verən  hadisələr  neftin  qiymətinə  təsir  edərək, 

beynəlxalq iqtisadi münasibətlərə öz təsirini göstərdi. Daha bir 

misal olaraq qeyd etmək olar ki, 2008-ci ildə ABŞ-da baş verən 

maliyyə böhranı nəticədə ümumdünya iqtisadi böhranına səbəb 

oldu. İqtisadi tarazlıq pozuldu.  

Dövlətlərin 

daxili 


siyasətindəki 

tarazlıqlar 

onların 

beynəlxalq  münasibətlərdəki  fəaliyyətində  olan  tarazlıqlarla 

uzlaşır  və  birləşmiş  vahid,  kompleks  tayektoriyalara  malik 

olur. Dünyanın sülh siyasəti sistemi ümumi kompleks olaraq və 

mexanizm  baxımından  dövlətlərin  daxilində  yaşanan  sülh 

proseslərindən  (sabitlikdən),  eləcə  də  beynəlxalq  münasibət-

lərdə  mövcud  olan  sabitlikdən  asılıdır.  Bu  baxımdan  hesab 

etmək  olar  ki,  dünya  siyasətinin  strukturu  iki  mühüm  istiamət 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə