Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə57/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   53   54   55   56   57   58   59   60   ...   175

 

171


hesablamalar  aparaq:  Məsələn,  25=20+5;  25=10+5+5+5; 

25=5x5; 25=100:4;  25=5+5-2+(1x2)  +10+5  və  s. Burada 25 

rəqəmi  ədədi  tərkibə  malik  olan  vahid  bir  sistemdir.  Əgər  25 

ədədini  tam  və  vahid  bir  tərkib  kimi  götürsək,  onda  qeyd  edə 

bilərik  ki,  25  ədədini  almaq  üçün  çoxlu  sayda  riyazi 

əməliyyatlar həyata keçirmək mümkündür. Burada çoxlu sayda 

birləşmələr  və  proseslər  mövcuddur.  25  ədədini  həm  dar 

çərçivədə  riyazi  toplama  məkanından,  eləcə  də  çox  geniş 

vurma,  bölmə,  toplama  və  çıxma  məkanından  almaq  olar. 

Təhlil  apararkən  yuxarıdakı  riyazi  əməliyyatlarda  hər  bir 

ədədin  25  ədədindəki  tamda  olan  yeri,  hər  bir  ədədin  və 

hesablama işarələrinin əməliyyatda yeri nəzərə alınır).  

Təhlil  zamanı  həm  də  yaradıcılıq  qabiliyyəti  quruculuq 

fəaliyyətini 

nəticələndirir. 

Yaradıcılıq 

qabiliyyətindən, 

yaradıcılıq  təfəküründən  quruculuq  fəaliyyəti  meydana  gəlir. 

Quruculuq  (materiya  aləmində,  cisimdə,  məsələn,  tikintidə) 

təhlilin tətbiqidir, şüurun, əqlin, təfəkkürün məntiqi nəticəsi və 

hərəkət  nəticəsidir.  Yaradıcılıq  (nəzəriyyədə)  təhlil  əsasında 

meydana  çıxır.  Məhz  təhlil  təfəkkürdə  yaradıcılıq  üçün  bir 

prosesə  çevrilir. Mürəkkəb sistemlərdə təhlil apararkən hər bir 

elementin  mərkəzlə  əlaqəsinin  əsasları  müəyyən  edilir. 

Elementlərin  qruplaşmasında  hər  bir  elementin  öz  məkanında 

yeri,  fəaliyyəti  və  mövcudluq  xüsusiyyətləri,  eləcə  də  digər 

elementlərlə  qarşılıqlı  münasibətlərdə  təsir  imkanları,  təsir 

xüsusiyyətləri  təhlil  obyektinə  çevrilir.  Təhlil  zamanı  tezis, 

antitezis  və  sintez  proseslərindən  istifadə  edilir.  İqtisadi 

nəzəriyyənin  tədqiqat  və  şərh  metodunu,  elmi  metodunu 

öyrənərkən  dialektik  məntiqi  üsul  olan  təhlil  və  sintezdən 

istifadə  edilir.  Təhlil  prosesində  mürəkkəb  varlığın  ən  sadə 

ünsürlərini  aşkara  çıxarmaq  məqsədilə  öyrənilən  şey,  hadisə 

tərkib  hissələrinə  ayrılır.  Təhlil  öyrənilən  hadisənin  mühüm 

cəhətlərini ayırmağa və anlamağa imkan verir. İstehsalın hansı 

ünsürlərdən 

əmələ 


gəlməsi 

və 


müxtəlif 

ünsürlərin 

münasibətlərinin  xüsusiyyətləri  təhlil  və  sintez  yolu  ilə 



 

172


müəyyən  edilir.  Sintez  vahid  bir  obyekt  haqqında  bilikdir, 

sintez  prosesi  zamanı  hadisələrin  tərkibini  təşkil  edə  hadisələr 

tərəflər,  hissələr  qarşılıqlı  əlaqə,  bütövlükdə,  vəhdətdə  daxili 

ziddiyyətlərin hərəkətlərində öyrənilir.

1

  



Təhlil  təfəkkürdə  və  təfəkkürün  inikası  (psixi  inikas-

obyektiv  aləmin  subyektiv  inikası-obyektiv  aləmin  insan 

baxışında əks olunması) olaraq: 

-maddi  və  mənəvi  aləmi  ayırd  etmək  və  bu  iki  tərəf 

arasında  əlqaləri  dərk  etmək,  əqli  nəticələr  çıxarmaq 

qabiliyyətidir 

-müəyyən  sahələr  üzrə  faktların, məlumatların toplanması, 

onlar  arasında  əlaqənin,  ardıcıllığın  müəyyən  edilməsi  və 

beyində  “emal  edilməsi”  və  nəticələr  əldə  edilməsi 

qabiliyyətidir;  

-materiya  ilə  canlı  aləm  arasında,  həmçinin  insanla  təbiət 

arasında 

bağlılığın 

xüsusiyyətlərini 

müəyyən 

etmək 


qabiliyyətidir; 

-substansiyaya  (ilkin  materiya  başlanğıcına)  münasibətdə 

qruplaşdırma, 

sinifləşdirmə, 

növləşdirmə, 

cinsləşdirmə 

qabiliyyətidir, dərketmədir; 

-materiyalar  arasında  mövcud  olan  qanunauyğunluğu 

müəyyən etmək qabiliyyətidir

-sistemin 

mahiyyətini 

riyazi 


modellərlə 

dərketmə 

qabiliyyətidir; 

-tamın  və  hissələri  arasında  olan  qanunauyğunluq 

əlaqəsinin tapılması məharətidir; 

-daha  çox  vurma,  bölmə,  toplama,  çıxma  kimi  riyazi 

hesablamaların  beyində  ifadəsidir,  hər  hansı  bir  konkret  və 

mücərrəd varlığa tətbiqidir; 

-hər  hansı  bir  varlığa  münasibətdə  kəmiyyət  və  keyfiyyəti 

müəyyən etmək qabiliyyətidir;  

                                                 

1

 İqtisadi nəzəriyyə: Dərs vəsaiti (Vəliyev T.S., İbadov C.A., Məmmədov A.B. və b.)-

Bakı: Bakı Universiteti nəşriyyatı, 1992.-191 səh. s. 37. 



 

173


-sistemin  daxili  elementləri  arasında,  eləcə  də  sistemin 

daxili  elementləri  ilə  ətraf  aləm  arasında  qarşılıqlı  əlaqənin 

müəyyən edilməsi qabiliyyətidir;  

-tərkibi 

müəyyən 

etmək 


prosesini 

xassələndirmək 

məharətidir;  

-proseslərin  normal  vəziyyətdən  (münasib,  qəbul  edilən) 

qeyri-normal  vəziyyətə  (qeyri-münasib,  qəbul  edilməyən) 

keçidini müəyyən etmək qabiliyyətidir; 

-sadəlikdən  mürəkkəbliyə  yaxud  da  əksinə  prosesləri 

nəzəri cəhətdən dərk etmək və şərh etmək qabiliyyətidir

-obyektlər  aralarında,  eləcə  də  obyektlərlə  subyektlər 

aralarında qarşılıqlı əlaqələri müəyyən etmək qabiliyyətidir; 

-təfəkkürdə  konstruksiyalar  qurmaq,  eləcə  də  mövcud 

konstruksiyaları dekonstruksiya etmək qabiliyyətidir 

-sistemin mərkəzi elementləri ilə ətraf elementləri arasında 

qanunauyğunluğun (prosesin) dərk edilməsidir; 

-əşyalar  arasında,  proseslərdə  iştirak  edən  subyektlər 

arasında,  elementlər  arasında  hərəkət  və  ya  hərəkətsiz  halda 

harmoniyanın, 

disharmoniyanın, 

bərabərlik 

və 


qeyri-

bərabərliyin,  simmetriya  və  assimetriyanın  dərk  edilməsi  və 

bundan əqli nəticələr çıxarmaq qabiliyyətidir; 

-prosesin  ümumi  və  xüsusi  xassələrini  müəyyən  etmək 

qabiliyyətidir; 

-prosesləri  zaman  və  məkanla,  şəraitlə  əlaqələndirmə 

qabiliyyətidir və müəyyən nəticələr çıxarmaq məharətidir; 

-sistemlər  daxilində  həyata  keçirilən  əməliyyatların 

qanunauyğunluğunu dərk etmək məharətidir;  

-bütün  sahələrdə  proseslər  zamanı  hadisələrin,  həmçinin 

elementlərin,  eyni  zamanda  subyektlərin  fəaliyyətinin  zaman, 

məkan  və  şəraitə  müvafiq  olaraq  dəyişmələrini  müşahidə 

etmək,  dəyişmələr  arasında  əsaslandırılmış  və  məntiqi 

müqayisələr aparmaq qabiliyyətidir və s.  

Təhlil  zamana,  şəraitə,  məkana  müvafiq  olaraq,  sistemin 

daxilində baş verən təbii (özü tərəfindən, təbii yollarla yaranan 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə