Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə60/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   56   57   58   59   60   61   62   63   ...   175

 

180


-maraqların  tarazlı  şəkildə  təmin  edilməsinin  əsaslarının 

təhlili; 

-hakimiyyətin  tarazlı  qolları  və  balans  vəziyyətinin 

müəyyən olunmasının əsaslarının tədqiqi və təhlili

-dövlət  hakimiyyətinin  siyasəti  və  balanslı  vəziyyətin 

yaradılmasının əsaslarının təhlili; 

-maraqların  paylaşdırılmış  şəkildə  təmin  edilməsinin 

əsaslarının təhlili; 

-sosial tarazlığın təmin edilməsinin əsaslarının tədqiqi; 

-sosial  və  siyasi  münasibətlərin  tarazlığının  təmin 

edilməsində  vətəndaş-dövlət  münasibətlərinin  əsaslarının 

təhlili; 

-tarazlı  münasibətlərin  yaradılmasında  ictimai  və  siyasi 

qurumların rolunun əsaslarının təhlili;  

-maraqların  şişməsi  və  tarazlığın  pozulması  amilinin 

təhlili; 

-tarazlaşdırma və siyasi sabitliyin əsaslarının təhlili; 

-tarazlaşdırmanın  dinamik  inkişafa  səbəb  olmasının 

müəyyən edilməsinin əsaslarının tədqiqi; 

-münasibətlərin  balanslaşdırılması  və  qruplaşdırılmasının 

nəzəri əsaslarının müəyyən edilməsi;  

-münasibətlərin 

balanslaşdırılması 

yolları, 

üsul 

və 


vasitələrinin müəyyən edilməsinin əsasları;  

-beynəlxalq  münasibətlərin  balanslaşdırılmasının  ümumi 

aspektlərinin əsaslarının təhlili; 

-beynəlxalq  münasibətlərdə  tarazlaşdırma  mexanizminin 

formalaşdırılmasının əsaslarının təhlili;  

-beynəlxalq 

münasibətlərin 

tarazlı 


sisteminin 

yaradılmasının əsaslarının təhlili; 

-beynəlxalq  münasibətlərin  tarazlaşdırılmasında  mühüm 

rol oynayan dövlətlərin güc amilinın əsaslarının təhlili; 

-beynəlxalq  münasibətlərin  tarazlaşdırılmasında  mərkəzi 

tarazlaşdırma subyektlərinin əsaslarının təhlili; 




 

181


-beynəlxalq  münasibətlərin  tarazlaşdırılmasında  subyekt-

lərin maraqlarının əsaslarının təhlili; 

-beynəlxalq  münasibətlərin  tarazlaşdırılmasında  iqtisadiy-

yat amilinin rolunun təhlili

-beynəlxalq  münasibətlərin  tarazlaşdırılmasında  hərbi  güc 

amilinin təhlili;  

-regional  səviyyədə  münasibətlərin  tarazlaşdırılmasının 

sülhə səbəb olması əsaslarının təhlili;  

-qlobal  səviyyədə  beynəlxalq  münasibətlərin  tarazlaş-

dırıılması  və  qlobal  sülhün  təmin  olunmasının  əsaslarının 

təhlili; 

-münasibətlərin  disbalanslaşdırılması  və  sülhün  pozulması 

əsaslarının təhlili;  

-regional  və  qlobal  səviyyədə  münasibətlərin  qarşılıqlı 

tarazlaşdırılmasının əsaslarının təhlili; 

-beynəlxalq münasibətlərin tarazlaşdırılmasında beynəlxalq 

təşkilatların rolu və sülh amilinın təhlili; 

-tarazlaşdırılmış  münasibətlərin  münasibətlərin  inkişafına 

və dünya sülhünün təmin edilməsinə təsir əsaslarının təhlili;  

-xalqlararası  tarazlı  münasibətlər  məsələsində  mədəniyyət 

amilinin əsaslarının təhlili; 

-xalqlararası  münasibətlərin  tarazlı  formasına  mane  olan 

amillərin  təhlili  (qeyri-bərabər  inkişaf  amilinın  qeyri-tarazlı 

münasibətlərə təsirinin əsasları); 

-xalqlararası  münasibətlərin  tarazlı  qaydada  inkişafına 

mane olan amillərin (xalqların fərqli etnik xüsusiyyətləri, fərqli 

mədəniyyət göstəriciləri və s.) təhlili və s.  

Ümumiyyətlə,  tədqiqat  zamanı  yuxarıda  qeyd  edilən 

məsələlər ayrıca mövzu başlığı şəklində, həm də qarışıq, birgə 

mövzular çərçivəsində predmetə çevrilə bilər. Eləcə də tədqiqat 

zamanı yuxarıda qeyd olunmayan istiqamətlər də meydana gələ 

bilər.  Bu  hər  şeydən  öncə  tədqiqatın  şaxələnməsindən  və 

axtarışların miqyasından asılı ola bilər.  

 



 

182


Sistem anlayışı 

 

Münasibətlərin 

balanslaşdırılması 

(rəsmi 


qaydada, 

məsələn,  vətəndaşla  dövlət  münasibətləri,  təşkilatlararası 

münasibətlər, 

xalqlararası, 

dövlətlərarası 

münasibətlər, 

ümumiyyətlə,  hüquq  qaydaları  ilə  tənzimlənən  münasibətlər) 

sistemli  proses  olduğundan  və  sistemin  daxilində  baş  verən 

proseslərin  eynilik  və  müxtəliflik  xassələrinə  görə  müvafiq 

tədqiqat  istiqaməti  əsasən  sistem,  harmoniya,  simmetriya, 



mexanizm,  struktur  kimi  anlayışları  özündə  əks  etdirir. 

Müvafiq 


trayektoriyalar, 

istiqamətlər, 

vektorlar 

üzrə 


hərəkətlərlə  müşahidə  edilən  sistemdaxili  proseslərdə  hərəkət 

momentləri  zamanı  eynilik,  fərqlilik,  oxşarlıq, qeyri-bənzərlik, 

uyğunluq, uyğunsuzluq kimi vəziyyətlər meydana gəlir. Bütün 

bu  vəziyyətlər  tənzimlənmə  xüsusiyyətlərinə  malik  olur  və 

vahid sistem daxilində (müəyyən dairəyə malik olan məkanda) 

baş  verir.  Həmçinin  bir  sistem  daxilində  baş  verən  müvafiq 

proseslər  sistemlərarası  əlaqə  trayektoriyalarında  da  yaranır. 

Sistemlərarası  əlaqə  trayektoriyalarını  sistemlərin  element-

lərinin  fərqli,  eyni  və  oxşar  vəziyyətlərdə  yerdəyişmələri 

yaradır. 

Yerdəyişmələr 

zamanı 


sistemlərin 

elementləri 

arasındakı  münasibətlərdə  uyğunlaşma,  harmoniya,  eyni  və  ya 

müxtəlif  mövqelərə  gəlib  çatma  prosesləri  yaşanır.  Sistem 

proseslərin  cəmlənməsi,  birləşdirilməsi  və  eyni  zamanda 

müvafiq zaman və şəraitlərdə parçalanması xüsusiyyətlərini və 

mexanizmini  formalaşdırır.  Sistemdə  ünsürlərin,  elementlərin 

(element  -mexaniki  sistemlərdə  həm  də  cisimlər,  maddələr) 

hərəkətləri  zamanı  birləşmiş  enerji  yaranır  və  enerji  özü 

ümumilikdə  sistemin  dinamizmini  təmin  edir.  Sistemdə 

həmçinin  vahid  istiqamətli  maraqlar  və  məqsəd  uğrunda 

müxtəlif tərkibli və məzmunlu hərəkətlər birləşdirilir və qarışıq 

məzmun tərkibindən ibarət vahid məzmun yaranır.  

Elementlər 

(ictimai 

sistemlərdə-subyektlər, 

ünsürlər) 

arasında  müəyyən  zamana  və  məkana  müvafiq  olaraq 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə