Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə55/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   51   52   53   54   55   56   57   58   ...   175

 

165


gətirilir.  Təhlil  zamanı  təfəkkürdə  oxşar  və  fərqli  xassələrə 

malik  olan  elementlər  qruplaşdırılır,  xassələrə  müvafiq  olaraq 

ardıcıllıqla 

yan-yana 

düzülür. 

Təhlil 


proseslərində 

genişləndirmə  və  ixtisarlaşdırma  müəyyən  edilir.  Elementlərin 

hərəkət  istiqamətləri  və  hərəkət  xüsusiyyətləri  müəyyən edilir. 

Təhlil  zamanı  ziddiyyətlilik,  müsbət  və  mənfiliklər  arasında 

əlaqə, həmçinin koordinasiya (qaydaya salma) müəyyən edilir. 

Təhlillər  zamanı  təfəkkürdə  təkliklərdən  cütlüklərin,  cəmlərin 

əmələ  gəlməsi  və  əksinə  proseslər  həyata  keçirilir.  Təhlil 

prosesində hər addımda axtarışlar sayəsində sualların meydana 

gəlməsi və müvafiq cavabların verilməsi və sübut və dəlillərin 

ortaya çıxması qanunauyğunluğa çevrilir. Təhlil zamanı hər bir 

nəticə təfəkkürdə sual və cavaba məruz qalır. Bu baxımdan da 

hesab  etmək  olar  ki,  fəlsəfə  və  bütün  elm  sahələri  təhlillər  və 

təhlillərdən  əmələ  gələn  qruplaşdırılmış  nəzəri  və  təcrübi 

biliklərdən ibarətdir.  

Təhlillər  konkret  elm  sahələrinə  müvafiq  olaraq  kimyəvi 

analiz;  hidrokimyəvi  analiz  (suyun  kimyəvi  tərkibinin 

öyrənilməsi); riyazi analiz; bioloji analiz, məsələn, canlı aləmin 

həyat fəaliyyətinin analizi; tibbi analiz, məsələn, qan tərkibinin 

analizi, xəstəliklərin gediaştının və törəmə səbəblərinin analizi; 

biomexaniki 

analiz-insanların 

və 


heyvanların 

hərəkət 


fəaliyyətinin  analizi;  biodinamiki  analiz-orqanizmlərin  ümumi 

həyat  fəaliyyətlərinin  analizi;  biogeokimyəvi  analiz-Yer 

kürəsindəki  üzvi  elementlərin  həyatının  tarixinin  analizi; 

biocoğrafi  analiz-Yerin  təbii  şəraitindən  və  geoloji  tarixindən 

asılı  olaraq  Yer  üzündə  heyvan  və  bitki  orqanizmlərinin 

yayılmasının  analizi;  coğrafi  analiz,  məsələn,  iqlim  (hava) 

dəyişiklikləri 

proseslərinin 

analizi, 

hidrometeoroloji 

(atmosferdə  su  dövranının  öyrənilməsi)  analiz;  hidromexaniki 

analiz  (mayelərin  müvazinət  və  hərəkət  qanunlarının 

öyrənilməsi);  hidrosferin  (Yer  üzündəki  sular,  çaylar,  göllər, 

okeanlar),  litosferin  (Yerin  üst  qatının),  biosferin  (Yer 

kürəsində  canlı  həyatın  yayıldığı  sahə)  analizi,  atmosferin 



 

166


(atmosferin 

beş 


qatının-troposfer, 

stratosfer, 

mezosfer, 

termosfer,  və  ekzosferin)  analizi;  digər  astronomik  analiz-

məsələn,  səma  cisimlərinin  quruluşu  və  hərəkətlərinin  analizi, 

o  cümlədən  Günəş  sisteminin  və  qalaktikaların  analizi;  tarixi 

hadisələrin  və  hadisələrin  nəticələrinin  analizi,  siyasi 

hadisələrin  analizi,  sosial  proseslərin  analizi  və  s.  olur.  Təbiət 

elmlərində,  dəqiq  elm  sahələrində  təhlil  prosesində  təfəkkürdə 

materiya  quruluşu  nun  təsəvvürü  müəyyən  edilir,  inikası 

yaranır  (fəlsəfədə  belə  yanaşma  materializm  adlanır:-əvvəlcə 

materiya,  sonra  isə  idrak  qəbul  edilir).  Qeyd  edildiyi  kimi, 

məhz  təhlillər  zamanı  müəyyən  nəzəri  və  təcrübi  biliklər  əldə 

edilir.  Təhlillər  müşahidələrə  əsaslanır.  Müşahidələr  əsasında 

nəticələr vəziyyəti təfəkkürdə əks olunur, təsəvvür formalaşır.  

Təhlil  zamanı  təbiət  hadisələri  arasında  qanunauyğunluq 

müəyyən  edilir.  Onu  da  qeyd  etmək  olar  ki,  bütün  elmlər  bir-

biriləri ilə sıx bağlı olduğundan, təhlillər apararkən fikirin daha 

aydın  şəkildə  izah  edilməsi,  dəyərli  əsasların  üzə  çıxarılması 

üçün  mütləq  şəkildə  əlaqəli  elm  sahələri  üzrə  müəyyən 

biliklərə  malik  olmaq  tələb  olunur.  Yəni  təhlillər  kompleks 

şəkildə əhatəli olaraq həyata keçirilir. Təhlildə müəyyən maddi 

elementlər,  obyektlər,  eləcə  də  qeyri-maddi  elementlər  əsas 

predmet 


(obyekt) 

kimi 


götürülür. 

Analiz 


apararkən 

subyektlərin  obyektlərə  olan  təsir  imkanları  üzə  çıxır. 

Subyektlərin  obyektlərdən  istifadə  qaydaları  və  faydalanma 

dərəcələrinin  nəzəri  əsasları  və  təcrübi  qaydaları  meydana 

gəlir.  Ola  bilər  ki,  bir  obyekt,  ola  da  bilər  ki,  çoxlu  sayda 

obyektlər  və  onların  qarşılıqlı  əlaqələri  təhlil  predmetinə 

çevrilsin.  Analiz  prosesləri  zamanı  başlanğıc,  orta  və  son, 

səbəb  və  nəticə  kimi  amillər  və  hər  an  üçün  meydana  gələn 

nəticələrin  xüsusiyyətləri  təfəkkürdə  öz  əksini  tapır.  Təhlil 

zamanı  obyekt  olaraq  elementlər,  proseslər,  zaman  və  məkana 

müvafiq  olaraq  qarşılıqlı  şəkildə  diqqət  obyektinə  cəlb  edilir, 

müəyyən faktlar cəlb olunur. Bu baxımdan kəşflər və ixtiralara 

səbəb  olan  nəzəri  və  təcrübi  biliklər  təhlillər  zamanı  yaranır. 



 

167


İxtiralar,  kəşflər  təhlillərdən  əmələ  gələn  nəzəri  və  təcrübi 

biliklər olaraq meydana gəlir. Təhlil zamanı subyektin obyektə 

təsir  imkanları,  təsir  üsul  və  xassələri  təfəkkürdə  müəyyən 

edilir.  Təhlil  apararkən  riyazi,  kimyəvi  və  mexaniki  üsullar,  o 

cümlədən  ölçmələr,  həmçinin  mövcud  məkan,  şərait,  zaman, 

kəmiyyət, 

keyfiyət, 

mahiyyət, 

təzahür 

kimi 


fəlsəfi 

kateqoriyalar  beyində  (idrakda)  dərk  edilir.  Təhlil  zamanı 

proseslərdə  başlanğıc  və  son  arasındakı  trayektoriyadakı 

vəziyyətlər,  nəticələr,  onların  meydana  gəlməsi  və  yoxa 

çıxmasının  əsasları  müəyyən  edilir.  Sistemin  mexanizmisi  və 

vasitələr  (icra  vasitələri)  müəyyənləşdirilir.  Təhlil  zamanı 

hadisələrin 

gedişatı 

və 

hadisə 


momentləri 

arasında 

qanunauyğunluqlar  müəyyənləşdirilir.  Elementlərin  müəyyən 

dairələrdə  və  zamanda  məkanlar  üzrə  mərkəzi  və  ətraf 

xüsusiyyətləri, ətrafla mərkəz arasında mövcud olan əlaqələr və 

onların  xassələri,  mərkəzəqaçma  və  mərkəzdənqaçmanın 

əsasları və bu kimi proseslərə təsir göstərən qüvvələr və onların 

xassələri  təhlil  prosesləri  zamanı  müəyyən  edilir.  Analiz 

tədqiqatlara,  təhqiqatlara  (məsələn,  hüquq  sahəsində  istintaq 

araşdırmaları)  söykənərək,  qəbul  edilən  və  sınaqdan  çıxmış 

metodlar  əsasında  edilir.  Belə  proseslərin  özləri  də  yeni 

metodları əmələ gətirir.  

Mövcud  baza  bilikləri  üzərində  təhlil  qurulur,  eləcə  də 

tədqiqatlar  zamanı  yeni  biliklərin  meydana  gəlməsi  əlavə 

üsulların  yaranmasını  zəruri  edə  bilir.  Təhlil  zamanı  mövcud 

proseslər təhlil edilir, mövcud biliklər təkmilləşdirilir, eləcə də 

yeni  baxışlar  və  məntiqi  təfəkkür  əsasında  yeni  nəzəriyyələr 

meydana  gəlir  və  kimyəvi  və  mexaniki  proseslər,  həmçinin 

ictimai,  sosial  və  humanitar  proseslər  həmin  nəzəri  biliklərə 

əsasən  həyata  keçirilə  bilir.  Bir-birinin  ardınca  əmələ  gələn 

mücərrəd  (qeyri-  cism,  qeyri-əşya)  və  konkret  (cisim,  əşya, 

maddə,  materiya)  kəşfləri  buna  misal  göstərmək  olar.  Kəşflər 

sayəsində  meydana  gələn  texniki  vasitələrin  ixtiraları  və 

onların  istifadə  qaydaları  yeni  təcrübi  və  nəzəri  biliklərin 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə