Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə52/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   48   49   50   51   52   53   54   55   ...   175

 

156


asılılıq  isə  müəyyən  struktur  komponentləri  olan  vahid 

məzmunların meydana gəlməsini şərtləndirir.  

Təhlil  zamanı  hər  bir  zamanda  dərk  edilən  nəzəri 

mülahizələr  və  təcrübi  faktlar  və  müşahidələr,  proseslər 

nəticəsində  əldə  olunan  biliklər,  məlumatlar  əsasında  sistemin 

nəzəri  strukturu  formalaşdırılır.  Məsələn,  hər  hansı  bir  binanı 

inşa etmək üçün əvvəlcədən müəyyən edilən nəzəri prinsipləri-

sınaqdan 

çıxarılmış 

bilikləri-layihələrə 

müvafiq 

olaraq 


hesablamaların aparılmasını, layihələndirilməsini və s.-ni qeyd 

etmək  olar.  Eləcə  də  mövcud  sistemin,  vahid  strukturunun 

öyrənilməsi  əsasında  işlək  mexanizmin  nəzəri  əsaslarının 

formalaşdırılması,  məsələn,  canlı  orqanizmlərin  ayrı-ayrı 

orqanlarının,  üzvlərinin,  eləcə  də  ümumilikdə  qarşılıqlı  olaraq 

fəaliyyət  göstərmələrinin  təcrübə  əsasında  nəzəri  ideyalarının 

öyrənilməsi və s. məsələləri həyata keçirlilir. Təhlil zamanı ilk 

növbədə  əqli  nəticələr  çıxarmaq,  obyektiv  əsası  olan,  reallığı 

əks  etdirən  faktları  xüsusi  və  ümumi  halda  üzə  çıxarmaq, 

qruplaşdırmaq  əsas  götürülür.  Təhlil  zamanı  üzə  çıxarılan 

faktlar,  məlumatlar  isə  başlıca  olaraq  təsiredici,  inandırıcı 

əhəmiyyət kəsb etməlidir və faktların qruplaşdırılması və  yeni 

qaydaların  yaradılması  və  təcrübədə  tətbiqi  isə  reallığı  əks 

etdirməlidir və nəticəsinə görə səmərəli olmalıdır.  

Təhli  proseslərində  əqli  nəticələrin  çıxardığı  mülahizələr, 

istiqamətlər  bir  qayda  olaraq  növbəti  nəticələr  üçün  şəraitlərin 

yaranmasını və şərtləri formalaşdırır. Elmi ədəbiyyatlar əsasən 

əqli  nəticənin  üç  növünü  qeyd  edir  :  induksiya,  deduksiya, 



təşbih.  İnduksiya  ayrı-ayrı  faktlar,  hallar  üzərində  aparılan 

müşahidələr  əsasında  ümumi  nəticə  çıxarmaqdan  ibarət  olan, 

xüsusidən  ümumiyə  gedən  əqli  nəticədir.  Deduksiya,  məlum 

olan ümumi müddəaya əsasən müəyyən xüsusi hallar haqqında 

nəticə çıxarmaqdan ibarət olan, ümumidən xüsusiyə gedən əqli 

nəticədir.  Təşbih  zamanı  cism  və  hadisələr  arasındakı  qismən 

oxşarlıq  əsasında  nəticə  çıxarılır.  (Bu  və  ya  başqa  cəhətlərdən 



 

157


bir-birinə  oxşama).

1

 Əqli  nəticələrdən  əldə  edilən  biliklər  də 

növlərə ayrılır. Belə ki, biliklər empirik və nəzəri olur. Empirik 

biliklərdə  əşyaların  və  onlar  haqqında  olan  təsəvvürlərin 

müqayisə  edilməsi  sayəsində  onlardakı  eyni  olan  ümumi 

xassələr  aşkar  edilir.  Nəzəri  bilik  isə  əşyaların  ayırd  edilmiş 

sistem daxilində bir sıra münasibətlərini, rolunuvəzifələrini 

təhlil  etmək  əsasında  meydana  çıxır.

2

 Nəzəri  və  empirik 

biliklər  sayəsində  tətbiqi  üsullar  meydana  gəlir  və  vasitələrin 

istifadə xüsusiyyətləri formalaşır. Həm nəzəri, həm də empirik 

biliklər  şəxslərdə  sistemli  təhlil  qabiliyyətini  aşkara  çıxarır. 

Təhlil  apararkən  müşahidələr,  təcrübələr  sayəsində  proseslərin 

eyni  istiqamətlərlə  təkararlanması,  eləcə  də  bir  trayektoriya 

üzrə  davamediciliyi  zamanı  oxşar  və  fərqli  məqamlar, 

mahiyyət və forma arasında uyğunluqlar müəyyən edilir ki, bu 

da  empirizmə  söykənir.  Hər  bir  vasitənin  zamana  və  şəraitə 

uyğun  olan  məkandakı  rolu  formalaşır  ki,  bu  proseslərin  də 

nəzəri əsasları məhz nəzəri bilikləri meydana gətirir.  

Cəmiyyətlərdə,  dövlətlərdə,  eləcə  də  beynəlxalq  aləmdə 

münasibətlərin 

balanslaşdırılması 

hal-hazırki 

tədqiqatın 

obyektidir,  mövzusudur  (predmetidir).  (Qeyd:  ümumiyətlə, 

predmet sözü həm şey, əşya; cisim, maddə mənasını verir, həm 

də  obyekt  və  mövzu  mənasında  işlənir).  Mövzu  tədqiq 

edilərkən  qarşıya  qoyulan  əsas  məqsəd  və  vəzifə  cəmiyyətin 

ünsürləri (insanlar və insan birlikləri arasındakı sosial və siyasi 

münasibətlər,  o  cümlədən  iqtisadi  və  mədəni  münasibətlər) 

arasında  münasibətlərin  balanslı  vəziyyətinin  təhlili,  eləcə  də 

dövlətlər 

arasında 

çoxsahəli 

münasibətlərin 

balanslı 

vəziyyətinin  təhlilindən  və  təhlil  sayəsində  yeni  istiqamətləri 

və nəzəri qaydaları müəyyən etməkdən ibarətdir. Təhlil zamanı 

mövcud  olan  tarazlı  vəziyyətin  xüsusiyyətlərini  aşkar  etmək, 

həmçinin  tarazlı  vəziyyətin  yaranması  üçün proseslərdə iştirak 

                                                 



1

 Ə.S.Bayramov,  Ə.Ə.Əlizadə.  B19  Psixologiya.  Ali  məktəblər  üçün  dərslik.  Bakı, 

“Çinar-çap” Nəşriyyat-Poliqrafiya müəssisəsi, 2006, 620 səh. səh.340. 

2

 Həmin kitab, səh.400. 


 

158


edən  subyektlər  və  obyektlərin  fəlsəfi  kateqoriyalara  müvafiq 

olaraq  qarşılıqlı  mövcudluğunu,  subyektlərin  obyektlərə 

təsirlərinin xüsusiyyətlərini müəyyən etmək başlıca məqsəd və 

vəzifədir.  Vəzifələrdən  digəri  də  təhlil  zamanı  əsasən 

münasibətlərin  tarazlı  vəziyyətlərdə  mövcudluq  şərtlərinin 

(tarazlı  vəziyyətlərin  yaranması  şərtləri)  bəzi  nəzəri  əsaslarını 

yaratmaqdan ibarətdir.  

Məlumdur  ki,  hər  bir  elmin  obyekti,  mövzusu  (predmeti) 

olduğundan, elmi tədqiqat ümumi və xüsusi, eləcə də mərhələli 

(hissələrdən  ibarət  olan)  təhlilə  əsaslanır.  Bütün  elm  sahələri 

ümumi  və  xüsusi  metodologiya  ilə  öyrənilir.  Ümumi 

metodologiya  dedikdə,  tədqiqatçının  istinad  etdiyi  ümumi 

fəlsəfi  yanaşma,  ümumi  idrak  üsulu  nəzərdə  tutulur.  Ümumi 

yanaşmada  obyekt,  predmet,  əşya,  eləcə  də  subyekt  kimi 

kateqoriyalardan  istifadə  edilir.  Xüsusi  metodologiya  isə  elmi 

istiqamətlərə  müvafiq  olaraq  hər  bir  elmin  ayrıca  tədqiqat 

məzmununa  və  xüsusiyyətlərinə  bağlıdır  və  ayırca  olaraq 

obyektin  məzmununu  fələsfi  kateqoriyalara  uyğun  olaraq  əks 

etdirir. Məsələn, fizika, kimya, biologiya, sosial elmlər və digər 

elm  sahələrinin  hər  birinin  öyrənilməsinin  özünəməxsus 

qanunları,  qanunauyğunluqları  (nəzəri  prinsipləri,  riyazi 

metodları)  mövcuddur  ki,  bu  üsullar  əsasında  elmin 

öyrənilməsi  zamanı  məntiqi  nəticələr  (biliklər)  əldə  edilir. 

Eləcə də elmin araşdırılması zamanı yeni-yeni xüsusi qanunlar, 

tətbiq  qaydaları  meydana  gəlir.  Ümumiyyətlə,  bütün  elmlərin 

öyrənilməsi  üçün  ümumi  metodologiyanı  ümumi vasitə  olaraq 

qarışıq qanunauyğunluqlar kimi də qəbul etmək olar.  

Qeyd  edildiyi  kimi,  elmin  öyrənilməsinin  üsulları  cəmi 

onun 

metodologiyasını 



yaradır. 

Elmin 


metodologiyası 

analizlərdən,  əsaslara  söykənən,  reallığa  cavab  verən  məntiqi 

nəticələrdən  formalaşır.  Ardıcıl  və  mərhələli  analizlər 

sayəsində  yeni  öyrənmə  üsulları  meydana  gəlir.  Təhlil  özündə 

müşahidələri  və  təcrübələri  birləşdirməklə  əsaslar  üzərində 

qurulur.  Əsaslar,  ən  başlıcası  təbiət  elmlərinin  tədqiqat 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə