Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə41/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   37   38   39   40   41   42   43   44   ...   175

 

122


-daxili işlərə qarışmamaq;  

-fikir,  şərəf,  din  azadlığı  və  inamı  əhatə  edən  əsas 

azadlıqlara və insan hüquqlarına hörmət;  

-bərabərhüquqluluq  və  öz  müqəddaratını  həll  etmək  üçün 

xalqlara bərabər hüquqlar;  

-dövlətlər arasında əməkdaşlıq;  

-beynəlxalq  hüquqa  müvafiq  olaraq  öhdəliklərin  vicdanla 

yerinə yetirilməsi. 

 1990-cı  ilin  noyabr  ayının  21-də  ATƏM-in  (Avropada 

təhlükəsizlik  və  əməkdaşlıq  Müşavirəsi)  “Yeni  Avropa  üçün 

Paris Xartiyası”  qəbul  edildi. Bu  sənəddə beynəlxalq hüququn 

prinsipləri  əsasında  hərtərəfli  əməkdaşlıq  məsələləri  öz  əksini 

tapdı. ATƏM-in yeni institutları və strukturları yaradıldı. 1994-

cü ildə  ATƏM-ın  Budapeştdə,  1996-cı  ildə  Lissabonda, 1999-

cu ildə İstanbulda zirvə toplantıları keçirildi.  

2000-ci ilin sentyabr ayında BMT Minilliyin Bəyannaməsi 

adlı sənəd qəbul etdi. Bu sənəd Baş Assambleyanın qətnaməsi 

ilə  təsdiq  edildi.  Sənəddə  başlıca  olaraq  insanlığın  inkişafını 

rəhbər tutan prinsip və dəyərlər öz əksini tapdı. Sənədə əsasən, 

xüsusi  olaraq  beynəlxalq  ictimaiyyət  beynəlxalq hüququn  əsas 

prinsiplərini  yerinə  yetirməyi  özünün  başlıca  öhdəliyi  kimi 

qəbul edirdi. Bundan savayı, sənədə görə, universal beynəlxalq 

təşkilatların  üzvləri  XXI  əsrin  fundamental  dəyərləri  hesab 

edilən  azadlıq,  bərabərlik,  həmrəylik,  dözümlülük,  t




 

123


zəif  yerlərin  (zəifliyin)  müdafiəsi  məsələləri;  Afrikanın  xüsusi 

tələbatlarının  ödənilməsi.  Beynəlxalq  ictimaiyyət  özünün  tam 

gücünü  səfərbər  edir  ki,  BMT  bütün  həlli  vacib  olan 

məsələlərin həllində səmərəli vasitəyə çevrilsin.



1

  

2000-ci illərdə terror dalğası genişləndi və böyük fəlakətlər 

törəndi. 2001-ci ilin sentyabrında ABŞ-da baş verən hadisələri 

buna misal çəkmək olar. Terrorizmə qarşı müharibə elan edildi 

və  ABŞ  Əfqanıstanda  hərbi  əməliyyatlar  həyata  keçirdi. 

Bununla  yanaşı,  nüvə  silahlarının  qarşısını  almaq  məqsədilə 

geniş  siyasət  həyata  keçirildi.  2003-cü  ildə  ABŞ-ın  (koalisiya 

qüvvələri  ilə  birlikdə)  İraq  əməliyyatları  həyata  keçirildi  və 

Səddam 

Hüseyn 


diktaturası 

devrildi. 

2000-ci 

illərin 


əvvəllərində  Rusiya  öz  tarixi  imperiya  sərhədlərinə  qayıtmaq 

üçün  siyasət  həyata  keçirməyə  başladı.  Mərkəzi  Asiyada 

gücləndi,  Cənubi  Qafqazda  (Ermənistanda)  hərbi  bazalarını 

gücləndirdi.  2008-ci  ilin  avqustunda  Rusiya-Gürcüstan 

müharibəsi  baş  verdi  və  Rusiya  Abxaziya  və  Cənubi 

Osetiyanın müstəqilliyini tanıdı.  

2000-ci  illərdə  bir  çox  ölkələri  əhatə  edən  demokratiya 

dalğası  genişləndi.  2000-ci  illərin  ortalarında  keçmiş  SSRİ 

məkanının bəzi dövlətlərində  (Gürcüstan, Ukrayna, Qırğızıstan) 

rəngli  inqilablar  baş  verdi  və  cəmiyyətlər  yeni  islahatlarla 

üzləşdilər, yeni şəraitlər və tələblər ortaya çıxdı.  

Hal-hazırda  demək  olar  ki,  Avropa  və  Atlantika 

məkanında,  Avropa  və  Asiya  qovşağında  rəngli,  çoxçalarlı 

uyğunlaşma,  ötürücülük  prosesləri  həyata  keçirilir.  Bununla 

yanaşı,  vurğulamaq  olar  ki,  dünyanın  geosiyasi  baxımdan 

idarəedilməsində  mərkəzi  maraqların  bölüşdürülməsində  tarixi 

bərpaedici  proseslər  həyata  keçirilir.  Əgər  XX  əsrin  80-ci 

illərinin  sonlarından  başlayaraq  dünyanın  siyasi  mühitinin  iki 

qütbdən  tək  qütbə  keçərək  formalaşması  prosesləri  həyata 

                                                 



1

 Материалы 

контактных 

лекционных 

занятий 

по 

дисциплине 

«Международное  публичное  право».  http://www.kar-femida.kz/Keis/050301-

3:II/9/klek.htm.  


 

124


keçirdisə, artıq indi demək olar ki, çox qütblü (üç və daha çox) 

dünyaların  formalaşması  proseslər  yaşanmaqdadır.  Çinin 

iqtisadi  və  siyasi  baxımdan  güclənərək,  regionda  böyük  güc 

mərkəzinə  çevrilməsi  istiqamətində  baş  verən  siyasət, 

Türkiyənin  ərəb  dünyasında  güclənmə  siyasəti  yolu  ilə 

regionda  güc  mərkəzi  kimi  gücünü  artırmaq  məqsədini  buna 

misal çəkmək olar. Dünya iqtisadi sisteminin güclənməsi və bu 

sistemin  dünyada  yeni  siyasi  güc  mərkəzlərini  meydana 

gətirməsi  dünyanın  siyasi  sisteminin  təbəqəli  cərəyanlar 

əsasında  formalaşmasına  daha  da  əsaslı  təkan  verməkdədir. 

Onu  da  qeyd  etmək  olar  ki,  hal-hazırda  dünya  siyasi  sistemi 

daha çox “siyasi heliosentrizm” prinsipi ilə formalaşmaqdadır. 

Yeni  güc  mərkəzlərinin  hər  biri  dünyanın  siyasət  cərəyanına 

yeni  impulslar  daxil  etməkdədirlər.  Bu  baxımdan  da  siyasi 

münasibətlər  sistemi  öz  tərkibinə  (forma  və  məzmun 

baxımından)  görə  zənginləşməkdə  davam  etməkdədir.  Əgər 

ikiqütblü  dünyanın  formalaşmasının  mərkəzində  ideoloji 

amillər  (kapitalizm  yolu  ilə  demokratiya  və  sosializm-



kommunizm  yolu  ilə  demokratiya)  üstünlük  təşkil  edirdisə, 

iqtisadi, hərbi və digər sahələr üzrə münasibətlər də ideologiya 

bazasına  əsaslanırdısa,  bir  qütblü  dünyada  isə  siyasi 

münasibətlər  sisteminin  baza  baxımından  formalaşmasında 

vahid ideologiya (kapitalizm yolu ilə demokratiya prinsiplərinə 

əsaslanma)  təşkil  etməkdədir.  Çində  isə  kapitalizm  və 

sosializm  ideyalarının  qovuşması  mövcuddur. Mövcud dövrün 

siyasəti  daha  çox  dövlətlərin  iqtisadi  güclərinin  artırılmasına, 

bu  yolla  beynəlxalq  arenada  siyasi  çəkilərinin  artırılmasına 

xidmət  etməkdədir.  Eyni  zamanda  çoxpolyarlıq  formalaş-

maqdadır.  Burada  həm  ideologiya  (demokratiya  və  sosial 

cəmiyyətlər),  həm  də  iqtisadiyyat  (iqtisadiyyat  mərkəzləri)  və 

mədəniyyət (əlavə olaraq dini amilər də buraya aid edilə bilər) 

üstünlük təşkil etməkdədir. Artıq bir neçə müddətdir ki, dünya 

siyasətinin  yeni  aparıcı  mərkəzləri  (məsələn,  Avropa  İttifaqı) 

yaranmaqdadır və böyük və orta güc mərkəzi olan və olmaqda 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə