Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc


Məqsədlər və vəzifələr üçün fəaliyyət xüsusiyyətləri-



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə44/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   40   41   42   43   44   45   46   47   ...   175

 

131


Məqsədlər və vəzifələr üçün fəaliyyət xüsusiyyətləri- 

beynəlxalq münasibətlərdə: 

 

Məqsədlərə  çatmaq  üçün  vəzifələri  müəyyən  edib, 

qarşılıqlı tərəfləri qane edəcək səviyyədə aşağıdakı istiqamətlər 

üzrə beynəlxalq iqtisadi münasibətlər qurmaq, bu baxımdan  

-maddi sərvətlərdən paylanmış şəkildə istifadə etmək üçün 

qarşılıqlı  olaraq  investisiya  siyasəti  həyata  keçirmək,  idxal-

ixrac əməliyyatlarını təmin etmək;  

-iqtisadi  gücləri  birləşdirmək  və  bununla  da  iqtisadi 

vasitələrdən tarazlı qaydada istifadə etmək; 

-istehsal  prosesləri  və  istehsal  müəssisələri  arasında, 

istehsal istiqamətləri arasında uyğunluq yaratmaq; 

-iqtisadi məhsulların ticarətində qarşılıqlı olaraq faydalılığa 

əsaslanan siyasət həyata keçirmək

iqtisadi  sərmayələr  yolu  ilə  iqtisadi  asılılıq  və  birlik 

yaratmaq, nəzarət mexanizmini təmin etmək; 

-qarşılıqlı 

tərəfləri 

qane 


edəcək 

səviyyədə 

vergi 

münasibətləri qurmaq; 



-əmək  resurslarından  qarşılıqlı  tərəfləri  qane  edə  biləcək 

səviyyədə  istifadə  qaydalarını  müəyyən  etmək  və  qaydalara 

əməl etmək;  

-dünyanın qlobal iqtisadi problemlərinin (ərzaq çatışmazlığı, 

geyim  məhsulları  çatışmazlığı,  səhiyyə  sahəsindəki  preparat 

çatışmazlığı, texnoloji vasitələrin çatışmazlığı problemləri və s.) 

həllində gücün birləşdirilməsi; 

-iqtisadiyyat  sahəsində  əlaqələri  təmin  edə  biləcək 

kommunikasiya sahələrini təşkil etmək; 

-qarşılıqlı  tərəfləri  qane  edə  biləcək  səviyyədə  maliyyə 

siyasətini həyata keçirmək və s.  

Vəzifələri  müəyyən  etmək  üçün  beynəlxalq  siyasi 



münasibətlər qurmaq baxımından: 


 

132


-beynəlxalq  hüququn  on  mühüm  prinsipi  əsasında 

ikitərəfli  və  çoxtərəfli  qaydada  siyasi  əməkdaşlıq  həyata 

keçirmək; 

-dövlətlərin  öz  imkanlarına  uyğun  region  çərçivəsində  və 

regiondan  kənarda  tarazlı  qaydada  ikitərərfli  və  çoxtərəfli 

münasibətlər formalaşdırmaq, əlaqələr qurmaq; 

-münaqişələrin  dinc  yollarla  həll  edilməsi  üçün  tərəfləri 

qane edəcək, razı salacaq səviyyədə, ümum nəzəri qaydalara və 

təcrübələrə  uyğun  olaraq  fəaliyyət  istiqamətlərini  müəyyən 

etmək; 


-münaqişələrin  həlli  üçün  tərəfləri  qane  edəcək  səviyədə 

danışıqlar  həyata  keçirmək,  vasitəçiliklər  etmək,  barışdırıcılıq 

funksiyasını yerinə yetirmək; 

-münaqişələrin  baş  verməsinin  qabağını  əvvəlcədən 

kəsmək  üçün  preventiv  (önləyici)  tədbirlər  görmək,  vəziyyəti 

sabitləşdirmək,  oyanmanın,  alov  ocaqlarının  qarşısını  almaq 

üçün fəaliyyət göstərmək

-qarşılqlı  siyasi  nəzarəti  təmin  ütmək  üçün  inteqrasiya 

proseslərini  gücləndirmək  və  inteqrasiya  prosesləri  istiqamət-

lərini müəyyən etmək;  

-müharibələrin  baş  verməsinin  qarşısını  almaq  üçün 

qarşılıqlı tərəfləri qane edəcək sülh nəticələrini əldə etmək və s.  

Vəzifələri  müəyyən  etmək  üçün  təhlükəsizlik  sahəsində 

qarşılıqlı tərəfləri qane edəcək münasibətlər yaratmaq, əlaqələr 

qurmaq baxımından: 

-qarşılıqlı  tərəfləri  qane  edəcək  təhlükəsizlik  qüvvələrinin 

birləşdirilməsi; 

-qarşılıqlı  tərəfləri  qane  edəcək  təhlükəsizlik  planlarının 

qurulması;  

-qarşılıqlı  tərəfləri  qane  edəcək  təhlükəsizlik  sənədlərinin 

qəbulu,  

-beynəlxalq 

cinayətkarlığın, 

cümlədən 



transmilli 

cinayətkarlıq 

növləri 

hesab 


edilən 

terrorizm, 

silah 

qaçaqmalçılığı,  insan  alveri,  narkotiklərlərə  və  s.  qarşı 




 

133


mübarizədə  birgə  və  əlaqələndirici  fəaliyyətlər  həyata  keçirən 

sistemlərin  qurulması  və  qarşılıqlı  tərəfləri  qane  edəcək 

əməkdaşlığın həyata keçirilməsi

Bir  məsələni  də  xüsusi  olaraq  qeyd  etmək  olar  ki,  qlobal 

təhlükəsizlik  sisteminin  tərkib  hissəsi  və  əsas  məğzi  olan  Yer 

kürəsinin  qorunması  məsələsi  də  dövlətləri  qarşılıqlı  şəkildə 

düşündürən məsələdir. Bu baxımdan bu siyasətdə tarazlı iştirak 

məsələsi  də  əhəmiyyət  kəsb  edir.  Kosmik  sahədə  elmi-tədqiqat 

aparmaq  imkanlarına  malik  olan  dövlətlər  Günəş  sistemində 

Yer  kürəsinin  təhlükəsizliyinin  təmin  edilməsi  siyasətində 

tarazlı  qaydada  iştirak  etməlidirlər.  Bununla  yanaşı,  qlobal 

ekoloji  problemlər  və  kəskin  iqlim  dəyişikliklərinin  qarşısının 

alınmasında  da  tarazlı  iştirak  bəşəriyyətin  təhlükəsizlik 

sisteminin aparıcı istiqamətlərindəndir.  

Vəzifələri  müəyyən  etmək  üçün  humanitar  sahədə 

beynəlxalq  fəaliyyətin  həyata  keçirilməsi,  münasibətlərin 

qurulması, bu baxımdan, 

-humanitar əlaqələrin qurulması; 

-tarazlı qaydada humanitar yardımların göstərilməsi; 

-müharibə,  münaqişə  və  böhran  fəlakətlərinin  qarşısını 

almaq üçün gücün birləşdirilməsi

-tarazlı  qaydada  birgə  olaraq  humanitar  müdaxilənin 

həyata 


keçirilməsi 

(NATO-nun 

Serbiya 

və 


Bosniya 

əməliyyatları, Liviya əməliyyatlar və s.); 

-tarazlı  qaydada  dini  dialoqların  təşkil  edilməsi,  dini 

dəyərləridən tarazlı istifadə və dini dini dəyərlərin qorunması.  

Nəzərə  almaq  lazımdır  ki,  yuxarıda  sadalanan  amillər 

tarazlaşdırma  siyasəti  yaratmaq  üçün  dövlətlərin  qarşılıqlı 

fəaliyyət  funksiyalarını  müəyyən  edir.  Dövlətlərin  qarşılıqlı 

daranış  qaydalarını,  fəaliyyət  istiqamətlərini  əsaslanıdırır. 

Həmçinin dövlətlərin qarşılıqlı fəaliyyət ölçülərini və hədlərini, 

qarşılıqlı fəaliyyət kəmiyyətini müəyyən edir. 

Dövlətlər beynəlxalq münasibətlərdə tarazlıq vəziyyətlərini 

yaratmaq  üçün  öz  məqsədlərinə  çatmaq  yolunda  müəyyən 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə