Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc


təhriketmə  və  genişləndirmə  siyasətindən  kənar  durur



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə40/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   36   37   38   39   40   41   42   43   ...   175

 

119


təhriketmə  və  genişləndirmə  siyasətindən  kənar  durur. 

2006-cı  il  dekabr  ayının  6-da  BMT  Baş  Assambleyasında 

“Nüvə  sınaqlarını  hərtərəfli  qadağan  edən  Müqavilə”nin 

imzalanmasını və ratifikasiyasını sürətləndirməyin vacibliyi 

haqqında  qətnamə  qəbul  edildi.  Çünki  sözügedən  sənəd 

bəzi  dövlətlər  tərəfindən  hələ  də  imzalanmamışdır,  imza 

atan bir çox dövlətlər isə ratifikasiya etməmişlər. 

Nüvə  silahları  ilə  bağlı  SSRİ  (Rusiya)  ilə  ABŞ  arasında 

tarazlıq  məsələsi,  münasibətlərin  əsasları  dövrlərə  görə  belə 

xarakterizə edilir: 

-1945-1949-cu illər-nüvə silahında ABŞ monopoliyası; 

-1949-1960-cı  illərin  başlanğıcı-nüvə  silahının  və  nüvə 

silahı daşıyıcılarının sayına görə ABŞ-ın üstünlüyü

-1960-cı  illər  nüvə  gücü  ilə  bağlı  məsələlərin  tədricən 

bərabərləşməsi; 

-1970-ci illər-strateji nüvə paritetinə nail olmaq; 

-1980-ci 

illər-strateji 

nüvə 

paritetinin 



qorunub 

saxlanılması; 

-1990-cı  illər  nüvə  paritetinin  səviyyəsinin  minimuma 

endirilməsi.

1

  

XX  əsrin  ikinci  yarısı  boyunca  ikiqütblü  dünya  arasında 



yaşanan  “termoklin”  tarazlığı  SSRİ-nin  çökməsindən  sonra 

öz  yerini  tədricən  vahid  məkanda  mövcud  olan  tarazlığa-

regional  tarazlığa  (qarışmış  və  mülayim  xassəli  tarazlığa) 

verməli oldu. Sosialist rejimindən yaxa qurtaran ölkələr sürətlə 

Qərbin  iqtisadiyyat  mərkəzinə  (inkişaf  üçün  güc  mərkəzinə) 

yaxınlaşmağa  başladılar  və  xalqlar  arasında  iqtisadiyyatdan 

keçməklə  tarazlı  münasibətlər  yaratmağa  üstünlük  verdilər. 

1990-cı  ildə  Almaniyanın  birləşməsi,  1989-1990-cı  illərdə 

Rumıniya, Polşa, Macarıstanda iqtisadi və siyasi sahələrdə baş 

                                                 



1

Владимир 

Иванович 

МЕДВЕДЕВ 

генерал-лейтенант 

в 

отставке, 

руководитель  группы  РСМД  на  переговорах  по  ядерным  и  космическим 

вооружениям, бывший начальник Центра по уменьшению ядерной опасности. 

Российско-американские  соглашения  в  области  контроля  над  ядерными 

вооружениями. http://www.armscontrol.ru/ course/lectures03b/vim031008.htm 


 

120


verən  rejim  dəyişiklikləri,  Çexoslovakiyanın  bölünməsi 

(Çexiya və Slovakiyanın ayrı subyektlər olaraqa yaranması) bu 

məkanın  sürətlə  Qərbin  iqtisadiyyat  mərkəzinə  inteqrasiya 

olunmasına  səbəb  oldu.  Keçmiş  sosialist  məkanındakı 

boşluqların doldurulması üçün AvroAtlantik sisteminin aparıcı 

qüvvələri  iqtisadi,  siyasi  və  hərbi  yardımlar  göstərərək 

uyğunsuzluqların  azaldılması  üçün  müəyyən  işlər  həyata 

keçirdilər.  Avropa Birliyinin (Jean Mannet müharibədən sonra 

Almaniya-Fransa  birliyinə  çalışırdı.  Alman  Robert  Schuman 

Avropanın birləşdirilməsi planını irəli sürdü. 1951-ci ildə Paris 

müqaviləsi ilə Avropa Kömür və Polad Birliyi (Belçika, AFR, 

Lüksemburq,  Fransa,  Hollandiya  və  İtaliyadan  ibarət  altılıq 

ittifaqı)  yaradıldı  və  1957-ci  ildə  Roma  müqaviləsi  ilə Avropa 

İqtisadi  Birliyi  və  Avropa  Atom  Enerjisi  Birliyi  təşkil  edildi. 

Təşkilati  bazasında  Avropa  İttifaqının  (2007-ci  il  13  dekabr 

tarixli  Lissabon  sammitinin  sənədi-“Avropa  İttifaqında 

islahatlar  Müqaviləsi”  təşkilatın  vahid  bir  ittifaq  kimi  və 

subyekt  olaraq  yüksək  statusunu-dövlətəbənzər  qurum  kimi 

fəaliyyətini  əsaslandırdı),  bu  baxımdan  vahid  iqtisadi,  mədəni 

və  siyasi  mərkəzin  yaradılması,  eləcə  də  NATO-nun  şərqə 

doğru 

genişləndirilməsi 



və 

təhlükəsizlik 

sferasının 

böyüdülməsi prosesləri həyata keçirildi. 

XX əsrin ikinci yarısında dövlətlər arasında münasibətlərin 

balanslaşdırılması  vəziyyətlərinin  təkmilləşdirilməsinə  dair  bir 

çox  tədbirlər  həyata  keçirildi,  sənədlər  qəbul  edildi.  Bu 

sənədlər beynəlxalq hüquq prinsiplərini formalaşdırdı və tarazlı 

münasibətlərin  təkmilləşməsinə  və  qorunub  saxlanılmasına 

kömək  etdi.  Belə  ki,  1970-ci  ilin  24  oktyabrında  BMT  Baş 

Assambleyası  tərəfindən  “BMT  Nizamnaməsinə  müvafiq 

olaraq dövlətlərarası əməkdaşlığa və dostluq əlaqələrinə aid 

olan  beynəlxalq  hüquq  prinsipləri  haqqında  Bəyannamə” 

qəbul  edildi.  Bəyannamədəki  prinsiplər  aşağıdakılar  hesab 

edilirdi:  



 

121


-BMT  Nizamnaməsinin  məqsədlərindən  irəli  gələrək, 

dövlətlər beynəlxalq münasibətlərdə ərazi toxunulmazlığına və 

ya  istənilən  dövlətin  siyasi  müstəqiliyinə  qarşı  bu  və  ya  digər 

üsullarla güc vasitəsilə hədələmələrdən çəkinir; 

-dövlət  beynəlxalq  sülh  və  təhlükəsizliyə,  ədalətə  xələl 

gətirməmək  məqsədilə,  öz  beynəlxalq  mübahisəsini  sülh  yolu 

ilə həll edir; 

-Nizamnamə  ilə  müəyyən  olunmuş  öhdəliklərə  əsasən, 

dövlət  başqa  dövlətlərin  daxili  səlahiyyətlərinə  aid  olan 

məsələlərə qarışmır; 

-Nizamnamyə  müvafiq  olaraq  dövlətlər  bir-biriləri  ilə 

əməkdaşlıq etmək öhdəliklərini götürür

-xalqların  bərabər  hüquqları  vardır  və  öz  müqəddaratını 

təyin edə bilər

-dövlətlər bərabər suverenlik hüququna malikdir

-dövlətlər  Nizamnamə  ilə  qəbul  etdikləri  və  üzərlərinə 

götürdükləri öhdəlikləri vicdanla yerinə yetirir.

1

  



Beynəlxalq  hüququn  prinsiplərinə  dair  bir  sənəd  olaraq 

1975-ci  ilin  avqust  ayının  1-də  Helsinkidə  Avropada 

əməkdaşlıq  və  təhlükəsizlik  Müşavirəsinin  Yekun  aktı 

imzalandı. Bu sənəddə beynəlxalq hüququn əsas prinsipləri bir 

daha təsdiq edildi. Sənəddə qeyd edilən prinsiplər aşağıdakılar 

idi: 


-suveren  bərabərlik,  suverenliyə  məxsus  olan  hüquqlara 

hörmət; 


-güc tətbiq etməmək və güclə hədələməmək;  

-sərhədlərin toxunulmazlığı; 

-dövlətlərin ərazi bütövlüyü;  

-mübahisələrin dinc yolla həli

                                                 

1

Декларация о принципах международного права, касающихся дружественных 

отношений  и  сотрудничества  между  государствами  в  соответствии  с 

Уставом  Организации  Объединенных  Нации.  24  октября  1970  г.  Действующее 

международное  право.  В  трех  томах.  Составители  проф.  Ю.М.  Колосов  и 

проф.  Э.С.  Кривчикова.  Москва.  Издательство  Московского  независимого 

института международного права. 1996., səh.. 65-67. 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə