Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə36/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   32   33   34   35   36   37   38   39   ...   175

 

107


azadlıq  mübarizələrinin  nəticəsi  olaraq  müstəqilik  qazanmış 

dövlətləri  buna  misal  çəkmək  olar.  XX  əsrin  60-cı  illərində 

“Afrika  ili”  çərçivəsində  bir  çox  Afrika  dövlətləri  müstəqillik 

qazandılar.  

ABŞ  sosializmin,  kommunizmin  xüsusilə  Amerika 

qitəsində yayılmasını öz dövlətçiliyi üçün təhlükə hesab edirdi. 

Kubanın  ardınca,  Nikaraquada,  Uruqvayda  baş  verən 

kommunist hərəkatları və ideologiyanın siyasi hakim güc kimi 

qaliblik  vəziyyətləri  ilə  əlaqədar  ABŞ  hesab  edirdi  ki,  belə 

vəziyyətlər onun milli təhlükəsizliyinə qarşı təhdidləri artırır və 

hər  vəchlə  bunun  qarşısını  almağa  çalışırdı.  Tarixdən 

məlumdur ki, 1962-ci ilin oktyabrında baş verən və on üç gün 

davam  edən  “Karib  böhranı”  zamanı  SSRİ  raketləri  (taktiki 

nüvə silahları) Kuba ərazisində yerləşmişdi. (ABŞ-ın Avropada 



yerləşdirdiyi  orta  mənzilli  Tor  və  Yupiter  adlanan  raketlərinə 

cavab  olaraq,  SSRİ  Kubada  özünün orta mənzilli, R-12 (SS-4) 

raketini  yerləşdirməyə  səy  göstərdi.  Nəticədə  iki  super  dövlət 

ilk dəfə olaraq nüvə müharibəsi təhlükəsi ilə rastlaşdı. 13 gün 

davam  edən  gərginlikdən  sonra  belə  qərar  gəlindi  ki,

lindiTd[(l)g  ed

orTd[22]TJ14(t)-2(i)-2()-9-1(aq, )-90(SSR6.52 0 Td()Tj/R28 12 Tf5.28 0 Td[(27-1(i)-2(l)-2(l)-2(i)-2( )-130(T)-4(or)()Tj/R28 5.28 0 T5-1(t)-2(aa 12 Tf5.4 0 Td[( )--1(i)-2( )-80(i)-2(l)278]TJ/R29 12 Tf6.52 0 )-90(()1()Tj/R17 12 Tf5.280 Td[(n )-1(i)-2( )-80(t)278]TJ/R29 12 Tf15.36n0 T5-1çTf5.28 0 Td(d)Tj/48]TJ/R31onr)-1(a )-100(be)4(l)278]TJl)-2(i)-26.52 ,0 T5-1


 

108


insidentlərin  “qaynar  xətt”  vasitəsilə  məlumatlandırılması 

məsələsini  nəzərdə  tuturdu.

1

 Bu  xəttin  inkişafının  davamı 



olaraq  1973-cü  ilin  iyun  ayının  22-də  ABŞ-la  SSRİ  arasında 

nüvə  müharibəsinin  əvvəlcədən  qarşısının  alınması  haqqında 

Saziş  imzalandı.  Bu  sənəddə  təsdiq  edilirdi  ki,  hər  iki  tərəfin 

siyasətinin  başlıca  məqsədi  nüvə  silahının  tətbiqi  və  nüvə 

müharibəsi ilə əlaqədar təhlükələri uzaqlaşdırmaqdan ibarətdir. 

Tərəflər  öz  aralarında  münasibətləri  xüsusi  olaraq  kəskinləş-

dirən  və  tərəflər  arasında  nüvə  müharibəsi  doğura  biləcək 

halların  qarşısını  əvvəlcədən  almaq  üçün  müvafiq  fəaliyyət 

göstərməyi  öhdəlik  kimi  üzərlərinə  götürürdülər.  Sənədə 

əsasən,  əgər  münasibətlər  nüvə  müharibəsini  törədə  biləcək 

risqlər  yaradardısa,  tərəflər  tez  bir  anda  məsləhətləşmələrə  əl 

atmalı  idilər  və  bu  risqin  aradan  qaldırılması  üçün  bütün 

tədbirləri görməli idilər.

2

  



Nüvə  müharibələrinin  qarşısının  alınması  və  qlobal 

qarşıdurmalardan  yayınmaq,  regional  və  qlobal  miqyasda 

təhlükələrdən  uzaqlaşmaq  üçün  ABŞ-la  SSRİ  arasında  strateji 

təyinatlı  silahlara  nəzarətlə  əlaqədar  olaraq  və  silahların 

azaldılması  ilə  bağlı  XX  əsrin  ikinci  yarısında  və  XXI  əsrin 

əvvəlllərində bir çox sənədlər qəbul edildi: 

-Raket  əleyhinə  müdafiə  sisteminin  məhdudlaşdırılması 

haqqında  Müqavilə  (rus  dilində  PRO  Müqaviləsi  adlanır-

strateji  silahlara  aid  ilk  ABŞ-SSRİ  müqaviləsidir.  -26  may 

1972-ci ildə imzalanıb; 

-Strateji  hücum  silahlarının  məhdudlaşdırılması  sahəsində 

bir  çox  tədbirlər  haqqında  müvəqqəti  Saziş  (rus  dilində-OSV-

1razılaşması  adlanır)  -26  may  1972-ci  ildə  imzalanıb  (bu 

                                                 



1

Владимир 

Иванович 

МЕДВЕДЕВ 

генерал-лейтенант 

в 

отставке, 

руководитель  группы  РСМД  на  переговорах  по  ядерным  и  космическим 

вооружениям, бывший начальник Центра по уменьшению ядерной опасности. 

Российско-американские  соглашения  в  области  контроля  над  ядерными 

вооружениями. http://www.armscontrol.ru/ course/lectures03b/vim031008.htm 

2

 Həmin mənbə. 

 


 

109


sahədə  ilk  sənədə  aid  edilir).  Birinci  və  ikinci  sənədlər  eyni 

zamanda imzalanıb; 

-Strateji  hücum  silahlarının  məhdudlaşdırılması  haqqında 

Müqavilə  (“OSV-2  Müqaviləsi)-1979-cu  ilin  iyun  ayında 

imzalanıb;  

-Yaxın  və  orta  mənzili  raketlərin  ləğv  edilməsi  haqqında 

Müqavilə  (“RSMD  Müqaviləsi”)-8  dekabr  1987-ci  ildə 

imzalanıb; 

-Strateji  hücum  silahlarının  ixtisarı  və  məhdudlaşdırılması 

haqqında  Müqavilə  (“SNV-1  Müqaviləsi”)-1991-ci  ilin  31 

iyulunda imzalanıb; 

-Strateji  hücum  silahlarının  gələcəkdə  (sonrakı dövr üçün) 

məhdudlaşdırılması 

haqqında 

Müqavilə 

(“SNV-2 


Müqaviləsi”)-1993-cü ildə imzalanıb; 

-Strateji  hücum  silahlarının  ixtisarı  haqqında  Müqavilə 

(“SNP Müqaviləsi”)-2002-ci ildə imzalanıb; 

-Strateji  hücum  silahlarının  məhdudlaşdırılması  haqqında 

Müqavilə  (“SNV-3  Müqaviləsi”,  ingiliscədən,  baş  hərflərin 

birləşməsindən START adlanır)-2010-cu ilin aprel ayının 8-də 

imzalanıb. 

İmzalanan bu sənədlər öz mahiyyətinə görə qlobal xarakter 

kəsb  edir  və  qlobal  əhəmiyyətli  nüvə  silahlarına  sahib  olan 

dövlətlərin  bu  sahədə  qarşılıqlı  məsuliyyətini  müəyyən  edir. 

Sənədlər  maraqları  bir  araya  cəlb  edir  və  qarşılıqlı  olaraq 

ehtiyat  və  diqqətliliyi  artırır.  Nüvə  silahlarının  mövcudluğu 

ölkələrdə  çəkindirməni  zəruri  edir  ki,  bu  da  bir  daha  ciddi 

nəzarət  amilini  üzə  çıxarır.  Sənədlərin  beynəlxalq  əhəmiyyəti 

həm  də  ondan  ibarət  olmuşdur  ki,  bu  sənədlərdən  və  onların 

icrasından  dünyada  qlobal  sülhün  və  sabitliyin  qorunub 

saxlanılması asılı olmuşdur və bu gün də bu asılılıq davam edir.  

Məlumdur  ki,  soyuq  müharibə  vəziyyəti  XX  əsrin  50-ci 

illərindən  başlayaraq  iki  super  dövlət  arasında  sürətlə 

şiddətlənirdi.  Bunun  əsas  səbəbi  ideoloji  tərəflərin  öz 

ərazilərini  genişləndirməsi  və  ideoloji  ərazilərin  qorunması 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə