Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə32/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   28   29   30   31   32   33   34   35   ...   175

 

95

-tarazlı münasibətlər cəmiyyətin kollektiv şəkildə, birgə 



olaraq inkişaf etməsinə kömək edir

-tarazlı  münasibətlər  möhkəm,  davamlı  və  uzun 

müddətə  fəaliyyət  göstərən  cəmiyyətlərin  formalaşmasını 

təmin edir; 

-tarazlı münasibətlər cəmiyyətin və dövlətin sabitliyinə, 

dinamik  inkişafına  şərait  yaradır,  bütün  imkanların 

səfərbər olmasına kömək edir; 

-tarazlı  münasibətlər-  sabitlik  yarandığından,  bütün 

imkanlar  və  ünsürlər,  elementlər  səfərbər  olunduğundan- 

cəmiyyətin, dövlətin özünümüdafiə gücünü artırır; 

-tarazlı  münasibətlər  cəmiyyətdə  üzvlərin  qanuna  tabe 

olmalarına 

kömək 

edir, 

qaydaların, 

qanunların 

yaranmasına və icrasına kömək edir; 

-tarazlı münasibətlər müxtəlif etiqadlı, müxtəlif dinlərə 

inanan  insanların  barış  və  qarşılıqlı  olaraq  qəbuletmə 

şə

raitində yaşamasına təkan verir

-tarazlı  münasibətlər  insanların  yaş  fəqrlərinə,  cinsi 

fərqlərə  və  ictimai-siyasi  mənsubiyyətinə  görə  ayrıseçkilik-

lərinin qarşısını alır; 

-tarazlı  münasibətlər  vasitələrin  tarazlı  qaydada 

hərəkətə gəlməsinə şərait yaradır; 

-tarazlı münasibətlər cəmiyyətin bütün üzvləri arasında 

razılıq,  qənaətbəxşlik  vəziyyətlərini  yaradır,  təcavüz-

karlığın qarşısını alır, gərginlikləri və təzyiqləri azaldır; 

-tarazlı  münasibətlər  şəxsin,  subyektin  cəmiyyətdə 

davranış normalarını formalaşdırır; 

-tarazlı 

münasibətlər 

humanistlik 

prinsiplərinin 

inkişafına  təkan  olaraq  milli  məsələlərə,  etnik  məsələlərə 

münasibətdə  eqosentrizm  yaratmır,  dünya  sakini,  dünya 

vətəndaşlığı anlayışını mərkəzi məfhum kimi ortaya gətirir 

və s.  

 



 

96

Bu  kitabda  mövzunun  tədqiqatı  baza  olaraq  iki  istiqaməti 



təşkil  edir:  birinci  istiqamət  balanlaşdırmanın  tərkibini 

formalaşdıran  tərkibin  və  vəziyyətlərin,  o  cümlədən  sistem, 

mexanizm və struktur, harmoniya və simmetriya və münasibət 

kimi  məfhumlara  aydınlıq  gətirilir;  baxmayaraq  ki,  bu 

anlayışların  hər  biri  digər  elmi  ədəbiyyatlarda  kifayət  qədər 

araşdırılıb. Bununla belə, mövzunun geniş dərk edilməsi üçün, 

mövzu  ilə  sıx  bağlı  olan  və  belə  demək  mümkünsə mövzunun 

tərkib mahiyyətini əks etdirən bu anlayışlara bir daha müraciət 

etmək  məqsədəuyğun  hesab  edilib.  İkinci  istiqamət  isə 

balanslaşdırmanın özünün bir anlayış, məfhum olaraq tərkibinə 

aiddir və bəzi tərkib xüsusiyyətləri araşdırılıb. 

Onu  da  qeyd  etmək  yerinə  düşər  ki,  bəzən  kitabda 

təkrarlanan  fikirlərə  rast  gəlmək  olur.  Burada  başlıca  məqsəd 

fikirin  mövzu  üzrə  müəyyən  məqamlarda  təkmilləşməsini 

təmin etməkdən, məzmununu geniş şəkildə açmaqdan ibarətdir.  

 

Sevimli  oxucular,  sizlərə  təqdim  olunan  əsər  imkanlar 



daxilində öz tədqiqat istiqmətinə görə uzun bir yolu qət etməyi 

zəruri edir.  

 



 

97

Mövzunun aktuallığı 



 

Dövlət daxilində münasibətlərin tarazlığı istiqamətində  

tədqiqatın əhəmiyyəti 

 

Hər  bir  vətəndaş,  şəxs  və  ya  fərd  istər  fərdi,  istərsə  də 

kollektiv  olaraq  məkan  kimi  seçdiyi  öz  yaşadığı  cəmiyyətdə, 

dövlətdə  xoşbəşxt  və  firavan  yaşamaq, təbii hüquqlarına sahib 

olaraq  mövcud  olmaq  və  yaşamaq  haqqına  malikdir.  Hər  bir 

dövlətin hakimiyyəti (hakim qrupu, ictimai-siyasi elitası) də öz 

xalqına,  vətəndaşlarına,  ölkə  ərazisində  yaşayanlara  lazımi 

şəraiti  yaratmaqda,  ümumiyyətlə  isə  xidmət  etməkdə 

borcludur. Nəzərə almaq lazımdır ki, insanlar məhz sosial-rifah 

hallarını  yaxşılaşdırmaq  üçün  təşkilatlanırlar  və  güclərini 

birləşdirərək  sosial-siyasi,  ictimai  strukturlar  yaradırlar. 

İnsanların sağlam mühitdə yaşamaqları, sosial baxımdan təmin 

olunmuş  formada  həyat  sürmələri  isə  onların  qabiliyyət-

lərindən,  dərk  etmək  və  dəyərləndirmək  imkanlarından, 

təşkilatlanmalarının  səviyyəsindən  əsaslı  surətdə  asılıdır. 

İnsanların  təşkilatlanmalarının  yüksək  səviyyəsinə  isə  təsir 

göstərən  amillərə onların lazımi sərvətlərə malik olan ölkələri, 

güclü iqtisadi və siyasi sistemləri, o cümlədən təhlükəsizlik və 

hüquq-mühafizə  sistemləri,  maariflənmə  və  elmi-tədqiqat 

imkanları,  mədəni  dəyərlərə  sahib  olmaq  imkanları  və  s.  kimi 

kriteriyalar,  kompleks  şəkildə  tələb  olunaraq,  aid  edilir.  Bu 

kriteriyalar  həm  yüksək  səviyyəli  cəmiyyət  və  mütəşəkkil 

dövlətçilik  yaradır,  həm  də  strukturun  təkmil  omasının  özü  də 

mövcud  kriterilayaları  təkmilləşdirir  və  şaxələndirir.  Bu 

baxımdan  hər  bir  istiqamətin  funksiyası  bir-birinə  xidmət 

etməkdən,  bir-birindən  enerji  almaqla  faydalanmaqdan  və 

enerji  ötürməkdən  ibarətdir.  Cəmiyyətdə  həm  fərdlər  arasında 

maraqlara  söykənən  bərabərtərkibli  münasibətlərin  qurulması, 

həm  də  dövlət  hakimiyyətləri  ilə  vətəndaşlar  arasında 

bərabərsəviyyəli  münasibətlərin  formalaşması  öz  aktuallığını 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə