Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə33/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   29   30   31   32   33   34   35   36   ...   175

 

98

daima  saxlayır.  Tarazlı  münasibətlər  bir  tərəfdən  cəmiyyətin, 



dövlətin  inkişafı  üçün  şəraiti  yaradır,  vasitələrin  imkanlarını 

geniş  səfərbər  edir,  digər  tərəfdən  isə  insanların  daxili 

azadlıqları  və  buna  səbəb  olan  maddi-sosial  imkanlarının 

təminatı  cəmiyyətdaxili  ictimai  və  siyasi  sabitliyə  gətirib 

çıxarır. Cəmiyyətin özündə inkişafsülh və sabitlik prosesləri 

və  vəziyyətləri  həm  bir-birini  şərtləndirir,  həm  də  proses  və 

vəziyyət  müəyyənedici  tərkib  elementlər  olaraq,  vahid 

mükəmməl sistemi yaradır ki, bu sistemin də rəngarəngliyindən 

möhkəmlik,  güclülük  əmələ  gəlir.  Bu  nöqteyi-nəzərdən  də 

tədqiqat  mövzusu,  mövzunun  təkib  hissəsi  olan  dövlətdaxili 

münasibətlərin  balanslaşdırılması  aktuallıq  kəsb  edir.  Digər 

tərəfdən  də  qeyd  etmək  olar  ki,  dünyanın  əksər  ölkələrində, 

xüsusilə Asiyada, Afrikada və Latın Amerikasında olan bir çox 

ölkələrdə 

mövcud 

olan 


qeyri-tarazlı 

münasibətlər 

cəmiyyətlərdə  disbalanslı  münasibətlərin  yaradılmasına  səbəb 

olur. 


Cəmiyyətdəki 

dəyərlərin 

kasadlığı 

qeyri-tarazlığı 

şərtləndirir.  Hakimiyyətin  birtərəfli  fəaliyyəti,  bir  qrup  şəxsin 

mənafeyinə  xidmət  etməsi,  ümumi  səviyyədə  isə  iqtisadi 

resursların  çatışmazlığı,  maarifçilk  və  elmi  səviyyənin  aşağı 

olması,  qeyri-təkmil  iqtisadi  və  siyasi  sistemlər,  sərvətlərdən 

qeyri-düzgün  faydalanma  və  digər  bu  kimi  problemlər 

cəmiyyətlərdə disbalanslı münasibətlərin formalaşmasını zəruri 

edir.  

Ümumiyyətlə  isə,  mövzunun  tədqiqata  cəlb  edilməsinin 



səbəbləri,  əhəmiyyəti  və  mövzunun  aktuallığını  şərtləndirən 

aşağıdakı ümumiləşdirilmiş fikirlər də bildirmək olar: 

-əksər  cəmiyyətlərdə,  xüsusən  zəif  inkişaf  edən  və  inkişaf 

etməkdə  olan  dövlətlərdə  insan  hüquqları  çox  zaman  pozulur 

(hakimiyyətin  tətbiq  etdiyi  güc  yolu  ilə  və  ya da hakimiyyətin 

öz  funksiyasını  və  bu  baxımdan  öhdəliyini  lazımi  səviyyədə 

yerinə  yetirə  bilməməsi  ucbatından,  resursların  çatışmaz-

lığından, 

tolerantsızlıqdan, 

qeyri-sistemlilikdən, 

adət-

ənənələrlə yüklənmiş qatı mühafizəkarlıqdan və s.); 




 

99

-hakimiyyət  və  vətəndaşlar  arasında  inamsızlıqdan  və 



etinasızlıqdan  (cəmiyyətdə  və  dövlətdə  tərəflər  arasında 

inamsızlıq  və  etinasızlıq,  etibar  etməmək,  mövqelərdə 

riyakarlıq,  qeyri-düzgünlük  əsasən  bilərəkdən,  bir  qrupun 

mənafeyinə  xidmət  etmək  istəyindən,  eləcə  də  təbii  olaraq, 

resursların 

çatışmazlığından, 

qeyri-müətəşəkkillikdən, 

həmçinin  qabiliyyətsizlikdən  meydana  gəlir)  hər  iki  tərəf 

arasında qeyri-tarazlı münasibətlər formalaşır; 

-kasıb  cəmiyyətlərdə  hakimiyyət  və  işgüzar  dairələr  əmək 

qüvvələrinə,  zəhmətkeşlərə  qarşı  ucuz  işçi  qüvvəsi  gözü  ilə 

baxırlar. Mövcud əmək münasibətləri və insanların istismarı da 

cəmiyyətlərdə qeyri-tarazlığı yaradır; 

-əksər dövlətlərdə iqtisadi sahələrdə inhisarlaşma yaranır ki, 

bu  da  iqtisadi-sosial  münasibətlərin  tarazlaşmasının  qarşısını 

alır; 


-cəmiyyətdə  müəyyən  qruplar  arasında  qarşıdurmalar 

yaranır  və  maraq  uğrunda  kəskin  siyasi  mübarizə  və  ya  da 

silahlı  qarşıdurmalar,  toqquşmalar  (vətəndaş  müharibələrini, 

hakimiyyətə  silahlı  təzyiq  qrupları  ilə  baş  verən  hərbi 

münaqişələri,  hakimiyyətin  devrilməsi  üçün  silahlı  qrupların 

fəaliyyətini və s. buna misal çəkmək olar) meydana gəlir; 

-kasıb 

cəmiyyətlərdə 



terrorçuluq, 

insan 


alveri, 

narkomaniya  və  mütəşəkkil  cinayətkarlıq  artır  və  nəticədə 

insan  hüquqları  pozulur,  insanlıq  əleyhinə  aktlar  həyata 

keçirilir;  

-ölkələr  daxilində  insanlıq  əleyhinə  olaraq  etnik  və  milli 

soyqrımlar həyata keçirilir. Bununla yanaşı, qeyd etmək olar ki, 

xalqın  elmi  potensialına,  düşünən  beyinlərinə  qarşı  da  ölkə 

rəhbərliyi  tərəfindən  həyata  keçirilən  soyqırımlar  müşahidə 

edilir. Məsələn, Stalin və Pol Potun öz ölkələrində xalqının bu 

günü  və  gələcəyini  düşünən  beyinlərə  qarşı  “mövqe 



soyqırımı”  (“baxışlarına  görə  soyqırım”)  siyasəti  həyata 

keçirmələrini buna nümunə göstərmək olar;  




 

100


Yuxarıda  qeyd  edilənlər  qeyri-tarazlı  amillər  sayəsində 

insanlığın mahiyyəti, mövcudluğu ilə onun fəaliyyəti və daxili 

aləmi  arasında  harmoniya  pozulur.  Fəaliyyət  də  qeyri-tarazlı 

münasibətlərin meydana gəlməsini zəruri edir.  

Bu  baxımdan  da  dövlətlər  daxilində  tarazlı  münasibətlərin 

elmi-nəzəri  əsaslarının  tədqiqata  cəlb  edilməsi  aktuallıq  kəsb 

edir.  Qeyri-tarazlığın  aradan  qaldırlmasının  və  tarazlıq 

vəziyətinin  meydana  gəlməsinin  bir  çox  nəzəri  aspektlərinin 

əsaslarının  müəyyən  edilməsi  bu  istiqamətdə  məqsəd  və 

vəzifələrə aid edilir.  



 

Beynəlxalq münasibətlərin balanslaşdırılması  

istiqamətində tədqiqatın aktuallığı və əhəmiyyəti  

 

Tarixən  dünyada  baş  vermiş  regional  və  qlobal  səviyyəli 



silahlı  qarşıdurmalar,  vətəndaş  və  dövlətlərarası  müharibələr 

saysız-hesabsız  insan  fəlakətlərinə  səbəb  olmuş,  həyatın  əksər 

sahələri,  münasibətlər  və  fəaliyət  strukturları  iflic  vəziyyətinə 

düşmüşdür.  Xüsusilə  dünya  müharibələri  zamanı  tətbiq  edilən 

təkmil  silah  texnologiyaları  insanların  kütləvi  şəkildə  məhv 

olmalarının  miqyasını  artırmış,  təbiətə  və  cəmiyyətlərə  külli 

miqdarda,  fəlakət  nəticəsi  çox  gec  aradan  qalxan  zərbələr 

vurmuşdur. Müharibələr, silahlı qarşıdurmalar nəinki ona qədər 

mövcud  olan  strukturu  dağıtmış,  eləcə  də  insanlığın  özünə 

bəşəri  zərbələr  vurmuşdur.  Müharibələr  balanslı  vəziyyətləri, 

ictimai-siyasi,  bu  baxımdan,  iqtisadi,  mədəni,  humanitar 

əlaqələrin  qarşılıqlı  şəkildə  mövcudluğunu  sarsıtmış  və 

zərbələr  sayəsində  yeni-yeni  istiqamətlər  meydana  gəlmişdir. 

Müharibələr  məhz  tarix  yaradan  istiqamətlər  və  vasitələr 

olmuşdur.  Müharibələrdən  sonra  isə  cəmiyyətlərdə  tarazlı 

strukturların  yaradılması  prosesləri  çətin  şəkildə  həyata 

keçirilmişdir;  çünki  vasitələr  tamamilə  ya  məhv  olmuş,  ya  da 

kəskin  yerdəyişmələrə  məruz  qalmışdır.  Balanslaşdırma  üçün 

vasitə  və  məkan  çatışmazlığı  kimi  mənfi  hallar  ortaya 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə