98
daima saxlayır. Tarazlı münasibətlər bir tərəfdən cəmiyyətin,
dövlətin inkişafı üçün şəraiti yaradır, vasitələrin imkanlarını
geniş səfərbər edir, digər tərəfdən isə insanların daxili
azadlıqları və buna səbəb olan maddi-sosial imkanlarının
təminatı cəmiyyətdaxili ictimai və siyasi sabitliyə gətirib
çıxarır. Cəmiyyətin özündə inkişaf, sülh və sabitlik prosesləri
və vəziyyətləri həm bir-birini şərtləndirir, həm də proses və
vəziyyət müəyyənedici tərkib elementlər olaraq, vahid
mükəmməl sistemi yaradır ki, bu sistemin də rəngarəngliyindən
möhkəmlik, güclülük əmələ gəlir. Bu nöqteyi-nəzərdən də
tədqiqat mövzusu, mövzunun təkib hissəsi olan dövlətdaxili
münasibətlərin balanslaşdırılması aktuallıq kəsb edir. Digər
tərəfdən də qeyd etmək olar ki, dünyanın əksər ölkələrində,
xüsusilə Asiyada, Afrikada və Latın Amerikasında olan bir çox
ölkələrdə
mövcud
olan
qeyri-tarazlı
münasibətlər
cəmiyyətlərdə disbalanslı münasibətlərin yaradılmasına səbəb
olur.
Cəmiyyətdəki
dəyərlərin
kasadlığı
qeyri-tarazlığı
şərtləndirir. Hakimiyyətin birtərəfli fəaliyyəti, bir qrup şəxsin
mənafeyinə xidmət etməsi, ümumi səviyyədə isə iqtisadi
resursların çatışmazlığı, maarifçilk və elmi səviyyənin aşağı
olması, qeyri-təkmil iqtisadi və siyasi sistemlər, sərvətlərdən
qeyri-düzgün faydalanma və digər bu kimi problemlər
cəmiyyətlərdə disbalanslı münasibətlərin formalaşmasını zəruri
edir.
Ümumiyyətlə isə, mövzunun tədqiqata cəlb edilməsinin
səbəbləri, əhəmiyyəti və mövzunun aktuallığını şərtləndirən
aşağıdakı ümumiləşdirilmiş fikirlər də bildirmək olar:
-əksər cəmiyyətlərdə, xüsusən zəif inkişaf edən və inkişaf
etməkdə olan dövlətlərdə insan hüquqları çox zaman pozulur
(hakimiyyətin tətbiq etdiyi güc yolu ilə və ya da hakimiyyətin
öz funksiyasını və bu baxımdan öhdəliyini lazımi səviyyədə
yerinə yetirə bilməməsi ucbatından, resursların çatışmaz-
lığından,
tolerantsızlıqdan,
qeyri-sistemlilikdən,
adət-
ənənələrlə yüklənmiş qatı mühafizəkarlıqdan və s.);
99
-hakimiyyət və vətəndaşlar arasında inamsızlıqdan və
etinasızlıqdan (cəmiyyətdə və dövlətdə tərəflər arasında
inamsızlıq və etinasızlıq, etibar etməmək, mövqelərdə
riyakarlıq, qeyri-düzgünlük əsasən bilərəkdən, bir qrupun
mənafeyinə xidmət etmək istəyindən, eləcə də təbii olaraq,
resursların
çatışmazlığından,
qeyri-müətəşəkkillikdən,
həmçinin qabiliyyətsizlikdən meydana gəlir) hər iki tərəf
arasında qeyri-tarazlı münasibətlər formalaşır;
-kasıb cəmiyyətlərdə hakimiyyət və işgüzar dairələr əmək
qüvvələrinə, zəhmətkeşlərə qarşı ucuz işçi qüvvəsi gözü ilə
baxırlar. Mövcud əmək münasibətləri və insanların istismarı da
cəmiyyətlərdə qeyri-tarazlığı yaradır;
-əksər dövlətlərdə iqtisadi sahələrdə inhisarlaşma yaranır ki,
bu da iqtisadi-sosial münasibətlərin tarazlaşmasının qarşısını
alır;
-cəmiyyətdə müəyyən qruplar arasında qarşıdurmalar
yaranır və maraq uğrunda kəskin siyasi mübarizə və ya da
silahlı qarşıdurmalar, toqquşmalar (vətəndaş müharibələrini,
hakimiyyətə silahlı təzyiq qrupları ilə baş verən hərbi
münaqişələri, hakimiyyətin devrilməsi üçün silahlı qrupların
fəaliyyətini və s. buna misal çəkmək olar) meydana gəlir;
-kasıb
cəmiyyətlərdə
terrorçuluq,
insan
alveri,
narkomaniya və mütəşəkkil cinayətkarlıq artır və nəticədə
insan hüquqları pozulur, insanlıq əleyhinə aktlar həyata
keçirilir;
-ölkələr daxilində insanlıq əleyhinə olaraq etnik və milli
soyqrımlar həyata keçirilir. Bununla yanaşı, qeyd etmək olar ki,
xalqın elmi potensialına, düşünən beyinlərinə qarşı da ölkə
rəhbərliyi tərəfindən həyata keçirilən soyqırımlar müşahidə
edilir. Məsələn, Stalin və Pol Potun öz ölkələrində xalqının bu
günü və gələcəyini düşünən beyinlərə qarşı “mövqe
soyqırımı” (“baxışlarına görə soyqırım”) siyasəti həyata
keçirmələrini buna nümunə göstərmək olar;
100
Yuxarıda qeyd edilənlər qeyri-tarazlı amillər sayəsində
insanlığın mahiyyəti, mövcudluğu ilə onun fəaliyyəti və daxili
aləmi arasında harmoniya pozulur. Fəaliyyət də qeyri-tarazlı
münasibətlərin meydana gəlməsini zəruri edir.
Bu baxımdan da dövlətlər daxilində tarazlı münasibətlərin
elmi-nəzəri əsaslarının tədqiqata cəlb edilməsi aktuallıq kəsb
edir. Qeyri-tarazlığın aradan qaldırlmasının və tarazlıq
vəziyətinin meydana gəlməsinin bir çox nəzəri aspektlərinin
əsaslarının müəyyən edilməsi bu istiqamətdə məqsəd və
vəzifələrə aid edilir.
Beynəlxalq münasibətlərin balanslaşdırılması
istiqamətində tədqiqatın aktuallığı və əhəmiyyəti
Tarixən dünyada baş vermiş regional və qlobal səviyyəli
silahlı qarşıdurmalar, vətəndaş və dövlətlərarası müharibələr
saysız-hesabsız insan fəlakətlərinə səbəb olmuş, həyatın əksər
sahələri, münasibətlər və fəaliyət strukturları iflic vəziyyətinə
düşmüşdür. Xüsusilə dünya müharibələri zamanı tətbiq edilən
təkmil silah texnologiyaları insanların kütləvi şəkildə məhv
olmalarının miqyasını artırmış, təbiətə və cəmiyyətlərə külli
miqdarda, fəlakət nəticəsi çox gec aradan qalxan zərbələr
vurmuşdur. Müharibələr, silahlı qarşıdurmalar nəinki ona qədər
mövcud olan strukturu dağıtmış, eləcə də insanlığın özünə
bəşəri zərbələr vurmuşdur. Müharibələr balanslı vəziyyətləri,
ictimai-siyasi, bu baxımdan, iqtisadi, mədəni, humanitar
əlaqələrin qarşılıqlı şəkildə mövcudluğunu sarsıtmış və
zərbələr sayəsində yeni-yeni istiqamətlər meydana gəlmişdir.
Müharibələr məhz tarix yaradan istiqamətlər və vasitələr
olmuşdur. Müharibələrdən sonra isə cəmiyyətlərdə tarazlı
strukturların yaradılması prosesləri çətin şəkildə həyata
keçirilmişdir; çünki vasitələr tamamilə ya məhv olmuş, ya da
kəskin yerdəyişmələrə məruz qalmışdır. Balanslaşdırma üçün
vasitə və məkan çatışmazlığı kimi mənfi hallar ortaya
Dostları ilə paylaş: |